Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1452/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçunun vəzifə maaşına yüksəkliyə görə əlavənin hesablanması; xüsusi mürəkkəb xidmət şəraiti olan hərbi qulluqçuya əlavə məzuniyyətin verilməsi qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli, N-1(103)-199/N0NN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.N017-ci il tarixədək Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmişdir. N. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin NN fevral N003-cü il tarixli, 046 saylı əmri ilə iddiaçı 6-cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş, NN fevral N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir.
3. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin N1 noyabr N008-ci il tarixli, 0N74 saylı əmri ilə tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuşdur.
4. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin N7 oktyabr N009-cu il tarixli, 0N51 saylı əmri ilə 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3-cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N7 oktyabr N009-cu il tarixdə vəzifəsindən azad olunmaqla N005 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir.
5. İddiaçı N019-cu il N dekabr tarixində cavabdeh orqana ərizə ilə müraciət edərək onun ağır və xüsusi mürəkkəb şəraitli sərhəd zastavalarında xidmətlərini nəzərə alaraq, ona veriləcək pulun ödənilməsi üçün DSX-nin Maliyyə-plan İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.N0N0-ci il tarixli, 10/1 saylı məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
6. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli, NN avqust N00N-ci il tarixli qərarına uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ödənilir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş yüksək dağlıq ərazidə yerləşən sərhəd məntəqələrinin siyahısında onun həqiqi hərbi xidmətdə olduğu sərhəd məntəqələrindən yalnız XN “Laza” sərhəd zastavası öz əksini tapmışdır. “Laza” sərhəd zastavasında həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidm ətə görə faiz əlavəsinin hesablanaraq ödənişi təmin ediləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi dövr ərzində (N003N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərdə xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara vəzifə maaşına N0 faizlik əlavə) və çıxmadığı əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 1 oktyabr N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildən N017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N017ci ildə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət müddətində N003-cü il fevral ayı tarixindən N008-ci ilin noyabr tarixinədək N006-saylı hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasının rəisi, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd zastavaları Nazirlər Kabinetinin N00N-ci il tarixli 137 nömrəli qərarında və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N006-cı il tarixli 11 nömrəli əmrində qeyd olunmasına baxmayaraq, xidməti müddətində ona verilməli yüksəklik pulu və əlavə məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə xx.xx.N019-cu il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericiliklə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmamasını) inzibati orqanın imtinası h esab edir. Nazirlər Kabinetinin NN avqust 137 nömrəli qərarına (Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi), “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin “v” (möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m və daha yüksək) - hər il 15 təqvim günü) bəndinə və Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral N006-cı il tarixli 11 nömrəli əmrinə əsasən, ona yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara vəzifə maaşına N0 faizlik əlavə) və əlavə məzuniyyət verilməli idi. Göstərilənlərə əsasən hes ab edir ki, yuxarıda qeyd olunan (N003-N009-cu illər) xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş qaydada veriləcək yüksəkliyə görə pul əlavəsinin (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçulara N0 faizlik əlavənin) və verilməyən əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır.
10. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçının iddiasında qeyd etdiyi 3-cü (Laza) və 13-cü (Şin) sərhəd zastavalarından Dövlət Sərhəd Xidmətinin rəisi, X1 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmri ilə təssdiq olunmuş dəniz səviyyəsindən 1500 metr və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısında yalnız 3-cü (Laza1800 metr) sərhəd zastavası, xüsusi mürəkkəb şəraiti olan sərhəd məntəqələrinin siyahısında isə 13-cü (Şin) sərhəd zastavası qeyd olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin 1 oktyabr N0N0-ci il tarixli, N-1(11N)-N455/N0N0 nömrəli qərarına əsasən (hakim Fərid Mədətli) iddia rədd edilmişdir. 1N. Məhkəmə qeyd etmişdir ki, Sərhəd Qoşunlarının 13-cü “Şin” sərhəd zastavası yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısına aid edilmədiyindən, iddiaçının həmin sərhəd zastavasında xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin verilməsi tələbi əsassızdır. Həmçinin, iddiaçıya zabit kimi xidmət etdiyi dövrdə 15 təqvim günü müdd ətində əlavə məzuniyyət onun növbəti məzuniyyətinə birləşdirilməklə, xüsusi hallara dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilə bilərdi və işdə olan sənədlər əsasında iddiaçı barəsində həmin qərarın verilməsi müəyyən edilməmişdir. Həmçinin, əlavə məzuniyyətin verilməsi cavabdehin diskresion səlahiyyətinə aiddir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N-1(103)-513/N0N1 nömrəli qərarı ilə (hakimlər A.B.Nuriyeva-sədrlik edən və məruzəçi, V.M. Ağayev və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 1 oktyabr N0N0-ci il tarixli, N-1(11N)-N455/N0N0 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun N0N1ci il tarixli, N-1(10N)-1050/N0N1 nömrəli qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova- sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N-1(103)513/N0N1 nömrəli qərarı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, işə təkrar baxan məhkəmə 13-cü (“Şin”) sərhəd zastavasının xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısında əks edilməsinin səbəblərini, həmin sərhəd zastavasının yüksəklikdə yerləşən sərhəd zastavalarına aid edilib-edilmədiyini araşdırmalı, bundan başqa, iddiaçının əlavə məzuniyyətə görə ödənilməli olan pul məbləğinə dair tələbini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X1 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrinin göstərişlərinə uyğun qiymətləndirməlidir. Eyni zamanda, məhkəmə Laza sərhəd zastavasında iddiaçının xidmət etdiyi dövr üzrə ona ödənilmiş məbləğin hesablanma qaydasını müəyyən etməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat N0. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli, N-1(103)-199/N0NN nömrəli qərarı ilə (hakimlə: A.S.Hüseynov-sədrlik edən və məruzəçi, M.N.Tağızadə və S.İ.Bektaşi) Bakı İnzibati Məhkəməsinin 1 oktyabr N0N0-ci il tarixli, N1(11N)-N455/N0N0 nömrəli ləğv edilmiş, iddiaçının xidmət etdiyi dövr ərzində (N003N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) İddiaçı qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. N1. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56N nömrəli, 19 9N-ci il 19 oktyabr tarixli qərarının N-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin N018-ci il 31 avqust tarixli, 0N51 nömrəli əmri ilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə, xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli və N0N0-ci il 13 fevral tari xli 041 nömrəli əmrləri ilə təsdiq edilmişdir. Həmin əmrlərdə Şin və Laza sərhəd məntəqələri xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Yüksək iqlim şəraitinin xüsusiyyətlərinə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə və xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına, hərbi qulluqçunun sağlamlığına pis təsir göstərən neqativ amillərin təhlükəsinin reallığını əsas götürərək, qanunverici “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin axırıncı abzasında əlavə məzuniyyətin müddətini 15 gün müəyyən etmişdir. Hərbi qulluqçulara növbəti məzuniyyətlə yanaşı xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavə məzuniyyət müddətinin verilməsi hərbi qulluqçunun səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət bu xidmət yerində xidmət etməsinə görə mükafatlandırılmasına yönəlib. NN. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri N3. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar qiymətləndirilməmişdir. Bundan başqa, məhkəmə maddi hüquq normasının tətbiqində də səhvə yol vermiş dir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 13.N.N0N0-ci il tarixli, 041 saylı əmri ilə xüsusi mürəkkəb şəraiti olan, döyüş növbəsi (döyüş xidməti) növbətçiliyini yerinə yetirən, həmçinin möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən və uçuş işlərində olan zabit, gizir (miçman) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün əlavə güzəştlər müəyyən edilmişdir. Həmin əmr üzrə “Dövlət Sərhəd Xidmətinin xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabitlərin gizirlərin (miçmanların) və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti yerdəyişmələrinin təşkili və həyata keçirilməsi” Qaydaları, dəniz səviyyəsindən 1N00 metrdən 1500 me trədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısı, dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək və N000 metrdən artıq yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısı və xüsusi mürəkkəb xidmət şəraiti olan, döyüş növbəsi (döyüş xidməti) növbətçiliyini yerinə yetirən, həmçinin möhkəmləndirilmiş rayonlarda yerləşən sərhəd məntəqələrinin siyahısı təsdiq edilmişdir. İddiaçı xidmət etdiyi 13-cü “Şin” sərhəd zastavası Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında müəyyən edilməmişdir. Həmin sərhəd zastavası xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin siyahısında müəyyən edilmişdir. 3-cü “Laza” sərhəd zastavası isə həm Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrəd ək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında, həm də mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin siyahısında müəyyən edilmişdir. N4. Həmçinin cavabdeh qeyd etmişdir ki, iddiaçı xidmət etdiyi “Şin“ sərhəd zastavasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin NN.8.N00N-ci il tarixli, 137 nömrəli qərarına N nömrəli əlavə üzrə müəyyən edilmiş siyahıda 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşdiyinə istinad edərək, Nazirlər Kabinetinin qərarı əsas götürülməklə ona yüksəkliyə görə pul əlavəsinin verilməsini tələb etmişdir. “Şin” sərhəd zastavası yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısına aid edilmədiyindən, iddiaçının həmin sərhəd zastavasında xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin verilməsi tələbi əsassızdır. N5. Bundan başqa, iddiaçının digər tələbi isə istifadə etmədiyi əlavə məzuniyyətə görə pul kompensasiyasını indeksləşdirilməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsidir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyətin xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçulara da verilə biləcəyi göstərilmiş, lakin həmin norma imperativ norma kimi müəyyən edilməmişdir. İddiaçıya zabit kimi xidmət etdiyi dövrdə 15 təqvim günü müddətində əlavə məzuniyyət onun növbəti məzuniyyəti ilə birləşdirilməklə, xüsusi hallara dair Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən verilə bilərdi və işdə olan sənədlər əsasında iddiaçı barə sində həmin qərarın verilməsi müəyyən edilməmişdir. Həmçinin əlavə məzuniyyətin verilməsi Dövlət Sərhəd Xidmətinin diskresion səlahiyyətinə aiddir. İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya nəzərdə tutulsa da, əlavə məzuniyyətə görə qanunvericilikdə kompensasiya ödənilməsi nəzərdə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N6. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli, N-1(103)-199/N0NN nömrəli qərarının dəyişdirilmədən qüvvədə qalmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N00N-ci il NN avqust tarixli, 137 nömrəli qərarına N nömrəli əlavədə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrəd ək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” əks olunub. X3 kəndi və Şin kəndi öz əksini tapıb. N8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 199N-ci il 19 oktyabr tarixli, 56N nömrəli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 199N-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri, o cümlədən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik verilən əlavələr təsdiq edilmişdir. N9. Həmin qərarın N-ci hissəsinə görə, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçini n digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. 30. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nın hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin əmri ilə təsdiq edilir və hərbi qulluqçuya vəzifənin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). 31. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı bəndinə görə, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbətçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 metr və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. 3N. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş ə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Həmçinin qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti olan pul əlavəsinin və istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı məsələ Ali Məhkəmənin həmin iş üzrə əvvəlki qərarında nəzərdə tutulmuş göstərişlər nəzərə alınmaqla, apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbər lik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın N6-cı bəndində istinad olunmuş normaya əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metr dən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısında Laza və Şin kəndləri də nəzərdə tutulmuşdur. Bu baxımdan “Laza” və “Şin” sərhəd məntəqələrinin 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən həmin yaşayış məntəqələrində yerləşdiyi nəzərə alınmalı, həmin sərhəd məntəqələri də dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinə aid edilmişdir. Bundan başqa, DSX rəisinin N006-cı il 14 fevral tarixli, 11 nömrəli və N0N0-ci il 13 fevral tarixli, 041 nömrəli əmrlərinə əsasən, Şin və Laza sərhəd məntəqələrinin xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapdığı da nəzərə alınmalıdır.
41. Bu qərarın N8-ci bəndində istinad olunan normaya görə, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitin ə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nın hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli hərbi qulluqçular istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır 4N. İddiaçıya pul əlavəsinin ödənilməsi ilə bağlı məsələnin həlli zamanı eyni zamanda Dövlət Sərhəd Xidməti rəisinin N0N0-ci il 13 fevral tarixli, 41 nömrəli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqələrinin (Laza və Şin) xüsusi mürəkkəb xidmət şəraitli məntəqələrin siyahısında nəzərdə tutulduğu, eləcə də “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən, xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidm ət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələrin müəyyən edildiyi və həmin əlavələrin DSX-nın hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçuların (müddətli hərbi qulluqçular istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində təsbit edildiyi də diqqətə alınmalıdır.
43. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçının yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş yüksəklikdə yerləşən və (və ya) xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmət etdiyi təsdiq olunur. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçı yuxarıda istinad olunan normaların müddəaları baxımından faiz əlavəsini tələb etməkdə haqlı sayılmalıdır.
44. Məhkəmə kollegiyası İstifadə olunmamış əlavə məzuniyyətə görə kompensasiyanın ödənilməsi ilə bağlı qeyd edir ki, yuxarıda istinad olunan normaların məzmununa görə, əlavə məzuniyyət hüququ xidmət şəraitinə və ya xidmətin həyata keçirildiyi yerin iqlim şəraitinə bağlıdır və həmin normalarda təsbit edilmiş şəraitdə xidmət edən şəxslərə tanınır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1NN-ci maddəsinin ikinci abzasında və 136-cı maddəsinin axırıncı abzasında qeyd olunur ki, bu əsasnamənin 114-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş növbəti məzuniyyət əlavə məzuniyyətlə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici xidmət və ya iqlim şəraitinə görə əlavə məzuniyyət hüququnu tanımaqla yanaşı, onun məhz növbəti məzuniyyətlə cəmlənərək birlikdə verilməsi qaydasını da təsbit etmiş və bunun üzərindən də onu imperativ norma kimi nəzərdə tutmuşdur. Nəzərə almaq lazımdır ki, cavabdehin malik olduğunu iddia etdiyi diskresion səlahiyyəti qeyd olunan normanın müddəaları ilə sıfır səviyyəsinə endirilmişdir, yəni inzibati orqanın bununla bağlı seçim imkanı məhdudlaşdırılmışdır. Digər tərəfdən, həm də şəxsin inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ da nəzərə alınmalıdır. Bu baxımdan növbəti məzuniyyət verilərkən, əlavə məzuniyyət hüququ olan şəxsin növbəti məzuniyyətə birləşdirilməli olan əlavə məzuniyyətinin məhdudlaşdırılması, həmin hüququn mahiyyətinin təhrif olunması kimi qiymətləndirilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya qanunla müəyyən edilmiş pul əlavəsin in və istifadə olunmamış əlavə məzuniyyətə görə pul kompensasiyasının ödənilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur.
46. Nəticə etibarı ilə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel N0NN-ci il tarixli, N1(103)-199/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.