Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1455/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: dövlət hesabına vəkillə təmin olunmadan imtina; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə (üçüncü şəxslər X3, X5, X6, X4, X7, X12 və X8) qarşı “Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004cü il tarixli 011 saylı qərarı əsasında X1 və ailə üzvlərinin adına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında İddiaçı2 və X2 adına tərtib olunmuş Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə üst-üstə düşən hissəsində ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(106)-369/2025 nömrəli qərardadından üçüncü şəxslər tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında X1 və ailə üzvlərinin ad ına tərtib olunmuş xüsusi mülkiyyət hüququnu təsdiq edən **********72 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 112 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,98 ha torpaq sahəsinin koordinat göstəricilərinin Masallı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2004-cü il tarixli 011 saylı qərarı əsasında İddiaçı2 və X2 adına tərtib olunmuş Dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 301 nömrə ilə qeydiyyata alınmış JN-0301 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0,32 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə ü st-üstə düşən hissəsində ləğv olunmasınbı xahiş etmişdir.
2. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 04 mart 2024-cü il tarixli, 21(120)-97/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir.
3. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və H.X.Bəhmənov) 09 avqust 2024-cü il tarixli, 2-1(106)-369/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Üçüncü şəxslər dövlət hesabına vəkillə təmin edilmə barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və Y.X.Həşimov) 23 yanvar 2025-ci il tarixli, 2-1(106)-369/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
5. Üçüncü şəxslər həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tət biq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə k assasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə k ollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
10. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardad(lar)ında (xx.xx.2024-cü il tarixli 2-1(102)-3581/2024 nömrəli) formalaşmış hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hüquqi yardımın göstərilməsi il ə bağlı beynəlxalq standartlar belə hüquqi yardıma ehtiyacı olan həssas qruplara aid şəxslərə münasibətdə hüquqi yardıma əlçatanlığın təmin olunması məqsədi ilə dövlət tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Həmin standartlar baxımından hüquqi yardıma ehtiyacı olan şəxslərin müəyyən olunması zamanı onların gəlirləri, maddi təminatı, ödəmə qabiliyyəti və sair xüsusatlar, eləcə də hüquqi yardımın tələb olunduğu məhkəmə işinin əhəmiyyəti və mürəkkəbliyi nəzərə alınır. Bu mənada, bir qayda olaraq, kifayət qədər gəliri olmayan, işləyən və gəliri olan ailə üzvləri ilə birlikdə yaşamayan, yaşayış sahəsi istisna olmaqla daşınmaz əmlaka malik olmayan şəxslər, habelə işsiz və yalnız yaşayan təqaüdçülər ödəmə qabiliyyətinə malik olmayan şəxslər hesab olunur. Nəzərə almaq laz ımdır ki, şəxsin ödəmə qabiliyyəti ilə bağlı qeyd olunan hallar müvafiq sənədlərlə təsdiq edilməlidir. Yalnız həmin tələblərə cavab verən şəxslər dövlət vəsaiti hesabına hüquqi yardımla təmin oluna bilər.
11. Digər tərəfdən, qanunvericiliyin tələblərinə görə, proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən edilməsindən asılıdır.
12. Hazırkı iş üzrə üçüncü şəxslər ərizədə kassasiya şikayətinin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmağı xahiş etsələr də, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmamasını təsdiq edən sübut təqdim etməmiş, həmçinin ərizənin məzmununda maddi durumlarının hazırkı ərizənin verilməsinə əsas yaratmasına d air hər hansı hala istinad etməmişlər.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən üçüncü şəxslər üçün əlçatan və bəlli olmuşdur.
14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mü bahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
15. Məhkəmə kollegiyası üçüncü şəxslərin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ərizənin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtər əfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(106)-369/2025 nömrəli qərardadından üçüncü şəxslər tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.