Məhkəmə qərarları › İş №2-1(102)-1458/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1458/2025

28.08.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1458/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə qarşı “X5 şəhid hesab edilməsi və iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-556/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il tarixdə Qaradağ RHK-dan həqiqi müddətli hərbi xidmətə çağırılmış, 1984-cü il təvəllüdlü X8 N №-li hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 94 №-li əmrlə xx.xx.2002-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq “əsgər” hərbi rütbəsi verilmiş təlim taborunda müvafiq vəzifəyə təyin olunmuşdur. 3-cü MAT-ın 9-cu MAB-ın 3-cü MA Tnın hərbi qulluqçusu əsgər X8 hərbi hissəni özbaşına tərk etdiyi üçün, N №-li hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin fərarilərinin siyahısına salınaraq qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin noyabr-dekabr 2002-ci il tarixli nizami hissə üzrə əmrlərində X5 itkin düşməsi barədə məlumat aşkar olunmamışdır. 2.N nömrəli Hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 279 saylı əmrindən çıxarışa əsasən xx.xx.2002-ci il tarixdən hərbi hissədə həbs qeydiyyatında olan əsgər X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.3-cü və 338.1-ci maddələri ilə təqsirli bilinib, hal-hazıradək əməliyyat-axtarış tədbirləri həyata keçirilib tapılmadığına görə xx.xx.2019-cu il tarixdən itkin qeydiyyatından, hərbi hissənin şəxsi heyəti nin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. 3.Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 12 yanvar 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu xx.xx.1984-cü il təvəllüdlü əsgər X5 xx.xx.2002-ci il tarixdə xidmət etdiyi ərazidə naməlum şəraitdə yoxa çıxması faktı ilə bağlı aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirlər görülmüşdür. Aparılan axtarış-araşdırma işləri nəticəsiz qaldığından E.Nəcəfli Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq, ərizədə qaldırılan i ddianın təmin olunmasına etiraz edilməmişdir. 4.Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(002)316/2023 saylı qətnaməsi ilə “27 fevral 1984-cü il təvəllüdlü X5 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, X5 itkin düşmüş hesab edilməsi günü N noyabr 2002-ci il tarix hesab edilmişdir. 27 fevral 1984-cü il təvəllüdlü X5 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı tağımın nəzarət e tdiyi ərazi (14-cü post) hesab edilmişdir”. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(002)-1638/2023 saylı qətnaməsi ilə X8 eyni əsaslarla “ölmüş” elan edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1638/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi qismən təmin edilmişdir. Belə ki, X5 “döyüş xidmətini yerinə yetirərkən ölmüş elan edilməsi” ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən, Qaradağ rayon Məhkəməsi qanunvericiliyə əsasən şəxs barəsində 21 il müddətinə xəbər çıxmadığından “məhkəmə qaydasında ölmüş” elan etmişdir. İddiaçının “döyüş xidmətini yerinə yetirərkən ölmüş elan edilməsi” tələblərini rədd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

5. İdd iaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü X5 şəhid hesab edilməsi və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1984-cü il təvəllüdlü X5 şəhid hesab edilməsi və şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi (arayış və digər sənədlər) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X8 xx.xx.2002-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Naz irliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüşdür. Onun tapılması ilə əlaqədar müvafiq qurumlar tərəfindən axtarış tədbirləri aparılsa da, sonradan axtarış tədbirləri nəticə verməmişdir. Mərhum həyat yoldaşı X6 bununla bağlı müvafiq qurumlara çoxsaylı müraciətlər etsə də, heç bir ümüdverici xəbər verilməmişdir. X4 bu vəziyyətinə dözməyən mərhum həyat yoldaşı ağır xəstəliklərə tutularaq sonda dünyasını dəyişmişdir. Bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-316/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.1984-cü il təvəllüdlü X8 N noyabr 2002-ci il tarixdə Müdafiə N azirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi, X5 itkin düşmüş hesab edilməsi gününün N noyabr 2002-ci il hesab edilməsi, xx.xx.1984-cü il təvəllüdlü X5 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3- cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. Sonradan müvafiq qurumlara edilmiş sorğuları cavablandırılarkən oğlu Elmir Nəcəflinin yaşamasını ehtiva edən heç bir müsbət cavab əldə edilmədiyindən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.1984-cü il təvəllüdlü X5 Müdafiə Nazirliyinin N nömrəli Hərb i Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə ölmüş elan edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.4-cü maddəsinə əsasən X5 ölüm gününün N noyabr 2002- ci il hesab edilməsi, X5 ölüm yerinin Azərbaycan Respublikası, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq oğlunun şəhid hesab edilməsi və ona şəhid ailəsi statusunun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə bunu etməkdən imtina etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6236/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli qərarı ilə (ha kim E.Abdullayev) İddiaçı cavabdeh Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə qarşı “X5 şəhid hesab edilməsi və iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi” barədə iddiası rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X8 xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə ölmüş elan edilsə də, onun məhz döyüş xidməti apararkən ölməsi faktı öz təsdiqini tapmamışdır.

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəm əsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2-1(103)-556/2025 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və N.Nəbizadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iş üzrə yeni qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində, qoşunların təmas xəttində hərbi hissənin 3-cü taqımının nəzarət etdiyi ərazidə postda keşik çəkərkən itkin düşməsi barədə məlumat var. Hazırda iş materiallarında olan sorğulara verilmiş cavablarda da qeyd edilən fakt öz təsdiqini tapmışdır.

18. Hər şeydən öncə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəsini almış 2(iki) məhkəmə qətnaməsi mövcuddur ki, xx.xx.1984cü il təvəllüdlü X2 Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən qoşunla rın təmas xəttində postda keşik çəkərkən xx.xx.2002-ci il tarixindən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidmət apararkən itkin düşmüş və ölmüşdür.

19. Nəzərə almaq lazımdır ki, qüvvədə olan məhkəmə qətnamələrində qeyd edilən sözlər yəni qoşunların təmas xətti-postda keşik çəkərkən-döyüş xidmət apararkən sözləri Bakı İnzibati Məhkəməsində hazırkı mübahisə edilən qərarı qəbul edərkən təhrif edilmiş və qanunvericiliyə uyğun olmayan şəkildə əsaslandırılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qəbul etmiş olduğu qərar tam qanunsuz və əsassız olmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası bu halları aradan qaldırmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqq ında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşk ilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”:

1. Şəhid anlayışı 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il ta rixli Qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir.

23. Azər baycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmal ıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edi r. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı qərarın 20-21-ci bəndlərində qeyd olunan hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər.

31. Hazırkı qərarın 22-ci bəndində qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

32. İşin hallarına əsasən qeyd edilməlidir ki, iddiaçı xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X4 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən xx.xx.2002-ci il tarixində qoşunların təmas xəttində postda keşik çəkərkən saat 23:00 radələrində hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşməsi barədə qətnamə qəbul edilm əsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-316/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X5 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən, xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi qət edilmişdir.

33. Həmçinin iddiaçı sonradan xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X5 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən xx.xx.2002-ci il tarixində qoşunların təmas xəttində postda keşik çəkərkən saat 23:00 radələrində hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X5 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən, xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə ölmüş hesab edilməsi qət edilmişdir.

34. Bununla da apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X8 xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü mot oatıcı tağımının nəzarət etdiyi ərazidə ölmüş elan edilsə də, onun məhz döyüş xidməti apararkən ölməsi faktı öz təsdiqini tapmamışdır.

35. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilən “Qaydalar”da şəxsə şəhid statusunun verilməsi üçün onun məhz döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi imperativ olaraq təsbit edilmişdir.

36. Beləliklə apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsaslanıb haqlı olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-556/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar