Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-146/2024 17.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, inzibati praktikada bərabər yanaşma və etimadın qorunması prinsipləri, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il t əvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 2-1(103)-1579/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 24 nömrəli müqavilənin surətinə əsasən, İddiaçı Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m, 3 otaqlı 69 saylı mənzilinə münasibətdə payçıdır. 2. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 10/28 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən binada (1-ci blok, 11-ci mərtəbə) ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı, 69 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
3. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktının (və ya istismara icazə sənədinin)” cavabdeh inzi bati orqana təqdim edilmədiyini, həmçinin yerində aparılmış müayinə (baxış) zamanı sözügedən mənzilin ölçüsünün sənəd üzrə 141,2 kv.m, faktiki 130,5 kv.m təşkil etdiyinin müəyyən olunduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın aparılması və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 24 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m, 3 otaqlı 69 saylı mənzili iddiaçıya verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2010-ci il tarixli, 10/28 nömrəli maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir və onun Mənzil Tikinti Kooperativinə borcu yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nobel prospekti 189a ünvanında inşa edilmiş bir bloklu çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatmış, istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı tərtib e dilmiş və bina istismara verilmişdir. Sözügedən ünvanda bir çox vətəndaşlar artıq mənzilə çıxarış almış, həmin ünvanda yaşayırlar. İddiaçı da sözügedən mənzilə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış əldə etmək niyyətindədir.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus çoxmərtəbəli yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı (və ya istismara icazə sənədi)” cavabdeh inzibati orqana təqdim edilməmişdir. Yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, mənzilin ölçüsü sənəd üzrə 141,2 kv.m olsa da, faktiki 130,5 kv.m təşkil edir. Bu səbəblərdən iddiaçının ərizəs inin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) təqdim edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar “Tikintilərin dövlət reyestri”nə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.
8. Birinci instansiya məhkəməsinin sorğu suna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 189a, 78 saylı mənzil “RRR MTK” üzvlərinin ümumi iclasının xx.xx.2018-ci il tarixli protokolundan çıxarışa, maliyyə arayışına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4912/2018 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdə ilkin olaraq X4 adına qeydiyyata alınmış, Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-1658 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 189a, 5 saylı mənzil “RRR MTK” tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli maliyyə arayışına, xx.xx.2008-ci il tarixli, 32 nömrəli müqaviləyə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)4647/2018 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdə ilkin olaraq X2 adına qeydiyyata alınmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-480 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Aysev Almazova) 12 dekabr 2022-ci il tarixli, 2-1(112)-10777/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən “RRR MTK” tərəfindən inşa edilmiş çoxmərt əbəli yaşayış binasına dair məlumatlar “Tikintilərin dövlət reyestri”nə daxil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m, 3 otaqlı 69 saylı yaşayış sahəsinə mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından və bununla bağlı dövlət reyestrindən çıxarışın verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyas ı məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 13 iyul 2023-cü il tarixli, 2-1(103)-1579/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının mübahisəli mənzilin onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair ərizəsinin təmin edilməsindən imtina etməsini ilk növbədə onunla əsaslandırmışdır ki, sözügedən mənzilin yerləşdiyi "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdirdiyi çoxmərtəbəli yaşayış binasına dair “ Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı (və ya istismara icazə sənədi)” cavabdeh inzibati orqana təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla mənzilin iddiaçının adına qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğundur. Əslində, iddiaçının hazırkı apellyasiya şikayətinin dəlillərinə və onun məhkəməyə verdiyi izahatına əsasən də yaşayış binasının istismara qəbul aktının mövcud olmadığı mübahisələndirilmir. Beləliklə də, cavabdeh tərəfindən həmin yaşayış binasında yerləşən sözügedən mənzilin dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmasından imtina olunmasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə uyğun olduğu sübuta yetirilir.
14. İddiaçın ın apellyasiya şikayətində mübahisələndirdiyi hal ondan ibarətdir ki, cavabdeh tərəfindən həmin binadan başqa şəxslərin mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdirsə, onun hazırkı mənzilinə də qeydiyyat aparılaraq çıxarış verilməlidir. İddiaçının bu dəlili ilə razılaşmayaraq məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən əvvəllər qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən də həmin səhvlər təkrarlanmaqla, iddiaçının hazırkı mənzilinə də mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz. Çünki, konkret halda, iddiaçının mübahisəli mənzillə bağlı müraciət etdiyi hüquq, Qanunun qeyd olunan 8.0.9 və 8.0.9.2-ci maddələrinin tələbləri baxımından qeydi yyata alınmalı hüquq deyildir. Həmin Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin qeydiyyatdan imtina etməsi qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozulması kimi yozula bilməz.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi b arədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiya rı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.
2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətl ərə əsaslana bilməz. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan d igər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı nın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsasl ılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
26. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqs ədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Nobel prospekti 189a ünvanında yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 141,2 kv.m olan 3 otaqlı 69 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın d övlət reyestrində qeydə alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
29. İddiaçı tələbinin əsası kimi MTK ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 24 nömrəli müqaviləyə və sözügedən mənzilin dəyərini tam ödədiyinə dair MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 10/28 nömrəli maliyyə arayışına istinad etmişdir.
30. Cavabdehin imtinasının dəlillərinə görə, qeyd edilən çoxmərtəbəli kooperativ yaşayış binasının “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı (və ya istismara icazə sənədi)”, eləcə də yaşayış sahəsinin iddiaçıya verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) cavabdeh inzibati orqana təqdim edilməmiş, həmçinin yerində a parılmış müayinə (baxış) zamanı sözügedən mənzilin sahəsinin sənəd üzrə 141,2 kv.m, faktiki isə 130,5 kv.m təşkil etdiyi müəyyən olunmuşdur.
31. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cavabdehin imtinası qanuni və əsaslı hesab olunaraq iddia təmin edilməmişdir.
32. Bu qərarın 8-ci bəndində qeyd edilmiş cavabdehin məhkəmə sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, həmin binada 2 mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyatın əsası kimi məhkəmə qərarları, maliyyə arayışları, protokoldan çıxarış və ya müqavilə çıxış etmişdir.
33. İddiaçının kassasiya şikayətinin dəlilinə görə, cavabdehin istinad edilən xx.xx.2022-ci il tarixli cavab məktubunda 2 mənzilə münasibətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövl ət reyestrində qeydiyyata alındığı qeyd olunsa da, əslində həmin yaşayış binasının 14 nəfərə yaxın sakininə onların mənzil üzərində hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən əvvəllər qanunvericiliyin tələblərinin pozulması ilə aparılan qeydiyyat, heç də konkret halda, məhkəmə tərəfindən həmin səhvlər təkrarlanmaqla, iddiaçının da sözügedən mənzili üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınmasının cavabdehə həvalə edilməsi üçün əsas ola bilməz.
35. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda 2 mənzilə münasibətdə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində məhkəmə q ərarı əsasında qeydiyyata alındığı bildirilmişdir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən qeydiyyatın əvvəllər qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi yanlış sayılmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə obyektiv qərarın qəbulu baxımından həmin məhkəmə qərarlarından inzibati orqan tərəfindən şikayət verilibverilmədiyini müəyyən etməli, cavabdehin istinad olunan məhkəmə qərarları əsasında özünün yeni inzibati praktikasını yaradıb-yaratmadığını araşdırmalı, həmin binada (və ümumiyyətlə bu vəziyyətdə olan binalarda) yerləşən mənzillərin dövlət qeydiyyatına alınması, habelə qeydiyyata alınmış mənzillərin hansının məhkəmə qərarı əsasında, hansının inzibati orqanın özü tərəfindən qeyd iyyata alınması barədə məlumatları və bununla bağlı inzibati icraat materiallarını tələb etməli idi. Belə yanaşma həm obyektiv araşdırma prinsipinin, həm də bərabərlik və inzibati orqanların praktikasına etimad hüququnun qorunması prinsiplərinin tələblərindən irəli gəlir.
37. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından hazırkı mübahisəyə münasibətdə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi imkanlarına, eləcə də həmin prinsiplərin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir.
38. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərlə eyni olan sənədləri təqdim etmiş digər şəxslərin hüquqlarının qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunması iddiaçıya münasibətdə bərabər yanaşma prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
39. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
40. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir.
41. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həm in praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərlə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
42. İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir.
43. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yar adan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
45. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
46. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktların a münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
48. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyul 2023-cü il tarixli, 21(103)-1579/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.