Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1460/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın və plan-ölçünün verilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçün ün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2-1(103)-965/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı xx.xx.1988-ci il tarixli qərarından görünür ki, 43 nömrəli bağ-tikinti kooperativinin 50 nəfərdən ibarət üzvünün siyahısı təsdiq edilmiş, siyahıda İddiaçı adı 13-cü sırada qeyd olunmuşdur. 2. 46 nömrəli, xx.xx.1989-cu il tarixli orderdən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 4688 saylı bağ sahəsi İddiaçı oğulna ayrılmışdır.
3. Sabunçu rayon İcra Ha kimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008-ci il tarixli qərarından çıxarışdan görünür ki, Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan X2 Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İcraiyyə Komitəsinin (indiki Bakı şəhəri İH) xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə sahəsi 0,12 ha olan 4688 №-li torpaq sahəsi X1 və İstismarı Birliyinin xx.xx.1989-cu il tarixli 46 saylı orderi ilə təsdiqlənərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4688 nömrəli bağ sahəsi ona verilmişdir. Onun adı yuxarıda qeyd edilən qərarın əlavəsində olan Ləhiş massivinin 43 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısında da öz əksini tapmışdır. Həmçinin, sözügedən bağ sahəsi 1989-1993 illəri arasında onun faktiki istifadəsində olmuş və hasarlanmışdır. O, Əfqanistan müharibəsində iştirak etdikdən sonra sağlamlığında problemlər yaranmışdır. U zun illər müalicə almış, sonra isə Rusiya Federasiyasına köçmüşdür. İddiaçı Rusiya Federasiyasından geri qayıtdıqda isə bağ sahəsinin Azər adlı (soyadını bildirməmişdir) şəxs tərəfindən zəbt edildiyini müəyyən etmişdir. Bağ sahəsini zəbt edən şəxslərə dəfələrlə şifahi müraciətlər edilməyinə baxmayaraq, həmin şəxslər tərəfindən bağ sahəsi azad edilməmiş və qanunsuz istifadəyə davam etdirilmişdir. Həmin şəxslərdən Bağ sahəsindən hansı əsasla istifadə edildiyi barədə soruşulduqda isə, hər hansı bir sənəd təqdim edilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda da, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 11/632 nömrəli qərarı ilə Ləhiş bağ massivində yerləşən 43 nömrəli bağ tikinti kooperativi üzvlərinin siyahısında onun adının olduğu qeyd edilmişdir. 07 avqust 2 023-cü il tarixdə cavabdehə bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və bağ sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsini təmin edilməsi barədə müraciət edilmişdir. Cavabdehin 02 oktyabr 2023-cü il tarixli məktubu ilə bağ sahəsinin digər şəxs tərəfindən hasara alınaraq istifadə olunduğuna görə qeyd edilən müraciətin icrasından imtina edilmişdir. Halbuki, təqdim edilmiş sənədlərdən açıq-aydın görünür ki, qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər iddiaçının adına rəsmiləşdirilmişdir və bu səbəbdən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin yerləşmə yerini təsdiq edən plan-ölçü sənədinin və ya texniki pasportun verilməsi cavabdehin öhdəliy idir. Bağ sahəsindən hal-hazırda qanunsuz olaraq istifadə edən şəxsin isə bağ sahəsini istifadə etmək üçün hər hansı hüquqi əsası mövcud deyil və həmin şəxs bağ sahəsinin əsassız olaraq zəbt etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-1(112)-3083/2024 saylı qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinin iddiaçıya 1988-ci ildə ayrılması, iddiaçının 1993-cü ildən etibarən, yəni təxminən 30 ildən artıq müddət ər zində həmin bağdan istifadə etməməsi işin mübahisələndirilməyən halıdır. Belə olan halda aydındır ki, 4688 saylı bağ sahəsi iddiaçıya ayrılsa da, o həmin bağdan istifadə etməmiş, torpaq islahatı aparılarkən bağ sahəsi onun istifadəsində olmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan, həmin şəxs tərəfindən fərdi yaşayış evinin inşa edildiyi bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur.
8. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində i craat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 2-1(103)-965/2025 nömrəli qərardadı ilə (hakimlər: R.Səmədov /sədrlik edən və məruzəçi/, X.Cəmilova və E.Əliyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə yeni qərardad qəbul eilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı uzun müddət torpaq sahəsindən istifad ə etmişdir. Sözügedən bağ sahəsi də İddiaçıya məhz Əfqanistan müharibəsi iştirakçısı olduğuna görə verilmişdir. İddiaçı müharibədən sonra ciddi psixoloji travmalar və xəstəliklərə düçar olmuşdur. Bununla bağlı tərəfimizdən Məhkəməyə müvafiq sübutlar təqdim edilmişdir. İddiaçı bağ sahəsi ilə uzun müddət buna görə məşğul edilmişdir. İddiaçı bağ sahəsi ilə uzun müddət buna görə məşğul ola bilməmişdir. İddiaçı, həmçinin, müalicə almaq və yaşamaq üçün uzun müddət Rusiya Federasiyasında yaşamışdır. İddiaçı artıq torpaq sahəsi ilə məşğul olmaq istədikdə isə torpaq sahəsinin Nardaran qəsəbəsinin sakinləri tərəfindən zəbt olunduğunu müəyyən etmişdir. Bu hallar da Məhkəmə tərəfindən nəzərəalınmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Müba hisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tə ləbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən m ahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qeyd edilməlidir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan sub yektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
26. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdı ğı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. Hazırkı işdə iddiaçının hüquqi marağı Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/632 saylı, xx.xx.1988-ci il tarixli qərara və orderə əsasən ona ayrılmış Ləhiş bağ massivində yerləşən 4688 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir.
28. Cavabdeh tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər fiziki şəxsin istifadəsində olduğunun müəyyən edilməsi, bu səbəbdən çöl-ölçü işlərinin aparılmasının mümkün olmaması, həmçinin ərizəçi tərəfindən təqdim edilən orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi səbəbi ilə tələbin təmin olunmasından imtina edilmişdir.
29. Hazırkı i şin faktiki hallarına əsasən, 46 nömrəli, xx.xx.1989-cu il tarixli orderə görə, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli qərarına əsasən Ləhiş massivində yerləşən 0,12 ha sahəsi olan 4688 saylı bağ sahəsi İddiaçı ayrılmışdır.
30. Bundan sonra Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2/259 nömrəli, xx.xx.2008-ci il tarixli qərarından çıxarışa görə, Bakı şəhəri XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan X2 Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün 1200 kv.metr həyətyanı torpaq sahəsi ayrılmışdır.
31. İşin apelyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, sözügedən qərarın geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, qüvvədə olma müddəti q urtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsi iş materialları ilə müəyyən edilməmişdir.
32. Bununla yanaşı məhkəmə tərəfindən qeyd edilmişdir ki, xx.xx.1996-cı il tarixdə qəbul edilmiş “Torpaq islahatı haqqında” Qanuna əsasən torpaq üzərində yeni mülkiyyət münasibətləri yaradılması məqsədilə 1996-cı ildə torpaq islahatı aparılarkən bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış o bağ sahələrinin onların əvəzsiz qaydada mülkiyyətinə verilməsi qərara alınmışdır ki, həmin torpaq sahəsi vətəndaşın istifadəsinə olsun və bu istifadə qanuni xarakter daşısın. Lakin qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır.
33. Beləliklə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının hazırda 30 ildən artıq ayrılma məqsədlərinə uyğun istifadə etmədiyi torpaq sahəsinə mülkiyyət hüququnun yarandığını iddia edərək, başqasının istifadəsində olan, həmin şəxs tərəfindən fərdi yaşayış evinin inşa edildiyi bağ sahəsinə hüququnun qeydə alınmasını tələb etməsi hüquqdan sui-istifadə hesab olunur.
34. Qeyd edilməlidir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.
35. Həmçinin Mülki Məcəllənin 560.3.4-cü maddəsi xü susi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2025-ci il tarixli, 21(103)-965/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.