Məhkəmə qərarları › İş №2-1(102)-1461/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1461/2025

28.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1461/2025 28.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçuda cinayət və inzibati cəza tərkibi yaratmayan miqdarda narkotik vasitənin aşkar olunması; fövqəladə hallar orqanlarından xaric edilmə barədə əmrin ləğvi və işə bərpa edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(103)-265/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Nazirliyin X2 və X4 Xidməti “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi daxil xidmət çavuşu olmuşdur.

2. Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, iddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur.

3. Həmin nəticə iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim olunmuş, iddiaçı nəticə ilə razı olmadığını qeyd etmişdir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış aktdan görünür ki, xx.xx.2021-ci il tarixli 12/xx-xx/02519 №li göndərişə əsasən xidmətə zərurətlə əlaqədar Cavabdeh X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici, daxili xidmət sıravisi İddiaçı müayinədən keçirtməklə qan və sidik nümunələrində narkotik vasitə, psixotrop, uyuşdurucu və kefləndirici maddələr olub-olmaması yoxlanılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə əsasən, İddiaçı götürülmüş qan və ifrazat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmiş, bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmiş və həmin tarixdə iddiaçıya göndərilmişdir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən hazırlanmış aktla tanış olmuş və məhkəmə-kimyəvi ekspertizanın nəticəsi ilə razı olmadığını bildirmişdir.

6. Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 2904 nömrəli Akta əsasən, İddiaçı OPİ, MET, AMP, MTD, COC, TUC, EDD, BZO, BAR, PCP, TML aşkar edilməmişdir.

7. İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında Cavabdeh xx.xx.2021-ci il tarixli 1286/ş saylı əmrinə əsasən, 28 iyul 2021-ci il tarixində tibbi müayinə zamanı iddiaçı tərəfindən psixotrop maddədən istifadə edilməsi aşkarlanmışdır. Qeyd olunanları nəzərə alaraq “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 6.7-ci maddəsinə, Na zirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nə əsasən Fövqəladə hal orqanlarında xidmətkeçmə haqqında” Qanunun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında” Əsasnamənin 10.10.22ci bəndini rəhbər tutaraq iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir (Əsas: Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X6 13 avqust 2021-ci il tarixli 2219/K nömrəli aktı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavab dehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməyi barədə Cavabdeh 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və işə bərpa edilməyi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən FHNnin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqəsinin matros-xilasedici daxili xidmət çavuşu kimi xidmətə başlamışdır. Xidmət etdiyi 1 il 8 ay müddətində heç bir nöqsana yol verməmiş və hər hansısa zərərli vərdişi (siqaret çəkmək, içki içmək, narkotik vasitələrdən istifadə və s.) olmamışdır. xx.xx.2021-ci il tarixində FHN-nin və idarənin bir qrup əməkdaşı xidmət etdiyi kollektivin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinəsini keçirmişlər. İddiaçı kollektivlə birlikdə analiz vermişdir. Daha sonra Daxili Təhqiqat İdarəsinin əməkdaşı narkotik vasitədən istifadə etdiyi bildirmiş, lakin iddiaçı bu nəticə ilə razılaşmadığı üçün təkrar müayinənin keçirilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixində Daxili Təhqiqat İdarəsinin əməkdaşı mayor Bayramov İlkin onu Pataloji Anatomiya Bürosuna aparmış və Mətanət adlı şöbə rəisi ilə otaqda 10-15 dəqiqə danışdıqdan sonra ondan təkrar analiz götürmüşlər. Həmin vaxt iddiaçı şöbə rəisinə həm allergiya, həm də uroloji müalicə aldığını bildirmişdir. Bununla yanaşı qəbul etdiyi dərmanların adını qeyd edərək reseptin şəklini göstərmişdir. Onlar verdiyi testin cavabının 10 gün müddətində çıxacağını bildirmişlər və iddiaçı 10 gündən sonra cavabı öyrənmək üçün Pataloji A natomiya Bürosuna yaxınlaşmışdır. Lakin hələ testin cavabının çıxmadığı, cavab çıxdığı zaman özlərinin göndərəcəyini qeyd etmişlər. Bundan 44 gün sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçını FHN-nin Daxili Təhqiqat İdarəsinin əməkdaşı Zalov Zaur dəvət etmiş və analizin cavabında metamfetamin aşkar olunduğunu bildirmişdir. İddiaçı çıxan cavabla razılaşmayaraq etiraz etmiş və yenidən tibbi müayinədən keçmək qərarına gəlmişdir. xx.xx.2021-ci ildə Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, xx.xx.2021-ci ildə isə Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinə müraciət edərək, tibbi müayinədən keçmişdir. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında müvafiq olaraq 29 04 və 896 nömrəli aktlara əsasən heç bir narkotik vasitə və psixotrop maddə aşkarlanmamışdır. Lakin buna baxmayaraq Səhiyyə Nazirliyinin “Məhkəmə TibbiEkspertiza və X3” X5 13 avqust 2021-ci il tarixliakt əsasında cavabdehin 1286/ş nömrəli əmri ilə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir.

10. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 nömrəli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək Nazirliyin X2 və X4 Xidmətinin “Qızılqum” sularda xilasetmə məntəqənin matros-xilasedicisi daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi barədə Cavabdeh üzrə 1286/ş nömrəli, xx.xx.2021-ci il tarixli əmri ləğv edilmiş və İ ddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində götürülmüş analizin nəticələri ilə xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. Qeyd olunan tarixlər arasındakı dövrdə iddiaçının analizlərdə narkotik vasitənin aşkar olunduğundan məlumatı olmadığı üçün müvafiq müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanı da olmamışdır. İddiaçı nəticələrlə tanış olduqdan sonra isə dərhal təkrar müayinələrdən keçmiş (xx.xx.2021-ci il tarixdə, daha sonra təkrarən xx.xx.2021-ci il tarixdə) və müayinələrdə narkotik vasitənin aşkar olunmadığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən ke çirilmiş məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən də iddiaçıdan götürülmüş nümunələrdə narkotik vasitə aşkar edilməmişdir. “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.5-ci maddəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiqinin konkret əsasları – vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilməsi müəyyən edilmişdir. Həmin halların mövcudluğu mübahisələndirilən qərarda əsaslandırılmamışdır. Belə ki, müvafiq qərarla qurumda fəaliyyət məhdudiyyəti məhz narkoloji xəstələr üçün müəyyən edilmiş, iddiaçının narkoloji xəstə, yəni narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxs olması mü əyyən edilməmiş, eləcə də iddiaçı fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməkdən imtina etməmişdir. Əksinə, sonradan dəfələrlə qeyd edilən halın təkzibi üçün dəfələrlə müayinədən keçmiş, eləcə də həmin hal məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə də təkzib olunmuşdur.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(103)-620/2024 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov /məruzəçi/, M.Tağızadə və İ.Şirinov) cavab dehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlayarkən “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında” Qanunun 31.5-ci maddəsi və İPM-in 14.1-ci maddəsinə istinad etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2-1(102)-1452/2024 nömrəli qərarı ilə (hakimlər: N.Rəsulbəyova – məruzəçi, K.Bədəlov və Z.Quliyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 21(103)-620/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş narkotestlərin nəticəsində iddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. İddiaçı dərhal həmin nəticə ilə tanış olmuş, lakin analizin cavabı ilə razı olmadığını qeyd edərək aktın nəticəsini imzalamışdır. Göründüyü kimi, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə ilk analizində narkotik vasitənin aşkar edilməsi barədə məlumatı olmuşdur. Bu səbəbdən apel lyasiya məhkəməsinin iddiaçının müdafiə vasitələrindən dərhal (“isti izlərlə”) istifadə etmək imkanının olmaması barədə dəlili əsaslı hesab edilə bilməz. İddiaçının xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il tarixdən, yəni onda narkotik vasitənin aşkar edilməsindən sonra narkotik vasitədən istifadə etməməsi anlamına gələ bilər, lakin bu hal onun xx.xx.2021-ci il tarixədək onun narkotik vasitədən istifadə etməsini istisna etmir. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gələrkən işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Cavabdeh Tibb Xidməti Mərkəzi tə rəfindən xx.xx.2021-ci il tarixdə təyin edilmiş narkotestlərin nəticəsinə sübut kimi qiymət verməli və bundan sonra qanuni və əsaslı qərar qəbul edilməlidir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(103)-265/2025 nömrəli qərarı ilə (hakimlər: R.Səmədov – məruzəçi, X.Cəmilova və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2-1(112)-480/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası təmin edilməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021- ci il tarixdə keçirilmiş ifrazatında narkotestlərin təyini analizinə əsasən, İddiaçı tərəfindən metamfetamin (MET) istifadə olunması aşkar olunmuşdur. İddiaçının dərhal deyil, bundan kifayət qədər uzun müddət keçəndən sonra xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il tarixədək narkotik vasitədən istifadə etməsini istisna etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyini nəzərə alıb, işin hallarına qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək mübahisələndirilən əmri ləğv edərkən yanlış nəticəyə gəlmişdir.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etm işdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

22. İddiaçı rütbəsinə və tutmuş olduğu vəzifəsinə görə intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etmiş, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyana, əsas hüquq və vəzifə standartlarına, Cavabdeh müvafiq əmrlərinin tələblərini rəhbər tutmuş, həmçinin etik qaydalara dönmədən əməl etmişdir. 23. 28 iyul 2021-ci il tarixində iddiaçıdan götürülmüş analiz nümunəsi Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən ekspertizadan keçirilmiş və nəticədə nümunədə “Metamfetamin” maddəsinin aşkar edildiyi göstərilmişdir. Bu ekspertiza nəticələri əsasında müvafiq akt tərtib edilmiş və 13 avqust 2021-ci il tarixində iddiaçıya göndərilmişdir. Lakin iddiaçı bu aktla yalnız 09 sentyabr 2021-ci il tarixində tanış ola bilmiş və həmin tarixdə ekspertiza nəticələri ilə razı olmadığını bildirmişdir. Bu hal hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, əgər iddiaçı analizlərin nəticələrindən daha erkən xəbərdar olsaydı, öz müdafiəsini daha operativ qurmaq, alternativ ekspertiza keçirmək və sübutlar təqdim etmək imkanına malik olardı. Lakin faktiki olaraq, analizlər 28 iyul 2021-ci ildə götürülmüş, nəticələr yalnız 13 avqust 2021-ci ildə rəsmiləşdirilmiş və iddiaçıya təqdim edilmiş, iddiaçı isə bu sənədlə yalnız 09 sentyabr 2021-ci ildə tanış ola bilmişdir. Bu zaman fərqinin məntiqi nəticəsi odur ki, iddiaçı öz hüquqlarını müdafiə etmək üçün “isti izlərlə” hərəkət etmək imkanından məh rum olmuşdur.

24. Bundan əlavə, iddiaçı hətta 27 iyul 2021-ci il tarixində Cavabdeh Tibbi Xidmət Mərkəzi tərəfindən keçirilmiş narkotestdən məlumatlı olmuş olsa belə, bu, onun “isti izlərlə” hərəkət etmək imkanına malik olduğuna dəlalət etmir. Çünki iddiaçı həmin testin nəticələri ilə razı olmamış, məhz bu narazılıq səbəbindən ondan 28 iyul 2021-ci il tarixində yenidən analiz götürülmüşdür. Belə olan halda, iddiaçı üçün əsas əhəmiyyət kəsb edən və onun hüquqlarının qorunması baxımından həlledici olan məhz 28 iyul 2021-ci il tarixində götürülmüş nümunələrin nəticələri olmuşdur. Bununla bağlı iddiaçı yalnız 11 sentyabr 2021-ci il və 11 oktyabr 2021-ci il tarixlərində əlavə analizlər verə bilmişdir. Lakin artıq bu zaman əvvəlki analizlə müqayisədə xeyli vaxt keçmişdi və bu, iddiaçının müdafiə strategiyasına ciddi təsir göstərmişdir.

25. Çünki kimyəvi maddələrin insan orqanizmində qalma müddəti müxtəlif amillərdən asılıdır və vaxt keçdikcə metabolizm prosesi nəticəsində onların qalıq izlərinin itməsinə dair risklər yaranır. Bu baxımdan, cavabdehin və apellyasiya instansiyası məhkəməsinin yanaşması iddiaçının müdafiə hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Əgər iddiaçı ekspertiza nəticələri ilə dərhal tanış olsaydı, onun əlavə analizlər vermək və müqayisəli tədqiqat aparılması üçün vaxtında müvafiq tədbirlər görmək imkanı olardı. Lakin faktiki vəziyyət göstərir ki, iddiaçının bu imkanları əngəllənmiş və nəticədə onun hüquqlarının həyata keçirilməsi qeyri-mümkün olmuşdur.

26. Digər tərəfdən nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsi öz qərarında Səhiyyə Nazir liyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2022-ci il tarixli, ekspert rəyinə istinad etmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, “Fenilalkilamin qrupunun törəməsi olan metamfetamin insan orqanizminə intranazal, inqalyasiya, peroral və inyeksiya yolu ilə daxil olduqdan dərhal sonra qana sorulur və qəbulundan 3-6 saat sonra pik həddə çatır. Metamfetaminin istifadə faktını qanda 8-12 saatdan sonra təsdiqləmək olar. Qəbul edilən metamfetaminin təxminən 70%-i birinci sutkada, 90%-i isə 4 sutka ərzində sidik ilə ifraz olunur. Metamfetaminin izlərini sidikdə bir həftə ərzində aşkar etmək olar.” Bu məsələyə dair qeyd olunmalıdır ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən tərtib edilmiş 13 oktyabr 2022-ci il tarixli ekspert rəyində metamfetaminin istifadə faktına d air müəyyən mülahizələr irəli sürülmüşdür. Lakin həmin rəy işin birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə təqdim edilmiş sorğuya cavab məktubu ilə ziddiyyət təşkil edir. Belə ki, sorğuya cavab olaraq təqdim olunan 28 dekabr 2021-ci il tarixli rəsmi məktubda metamfetamin maddəsinin insan orqanizmindən xaric olma müddəti ilə bağlı konkret bir zaman intervalı göstərilməmiş, əksinə, bu müddətin müxtəlif faktorların təsiri altında dəyişə biləcəyi qeyd edilmişdir. Faktiki olaraq, iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlardan biri – metamfetaminin orqanizmdən xaric olma müddətinə dair rəsmi mövqedə müəyyən ziddiyyətli məqamlar mövcud olduğu halda, apellyasiya instansiyası məhkəməsi bu uyğunsuzluqlara lazımi hüquqi qiymət verməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 28. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

10. Fövqəladə hallar orqanları əməkdaşlarının vəzifələr 10.0. Fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:... 10.0.3. fövqəladə hallar orqanlarının digər işçilərinin işini çətinləşdirən, yaxud fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməyə;... 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə; Maddə 31.1. Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:... 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə;. 29. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir;... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir;... Maddə

10. Tibbi yoxlama (narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi) 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. 10.2. Tibbi yoxlamanın aparılması üçün şəxs könüllü olaraq müraciət etdikdə narkoloji xəstəliyin diaqnozu həkim-narkoloq tərəfindən müəyyən olunur. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda narko loji xəstəliyin diaqnozu həkim-məsləhət komissiyası tərəfindən müəyyən edilir. 10.3. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilməlidir. 10.4. Təhqiqat, istintaq orqanları və ya məhkəmənin qərarı əsasında aparılan tibbi yoxlamanın xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 10.5. Narkoloji xəstəliyin diaqnozunun müəyyən edilməsi məqsədilə aparılan müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair ümummilli məlumat bankına veril məlidir. 10.6. Tibbi yoxlamanın aparılması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Maddə

24. Narkoloji nəzarətin təmin edilməsinə yönəldilmiş xüsusi tədbirlər... 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (bu Qanunun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası:

1. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər (“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlələr.

2. G östərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır.

3. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır....

5. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır.

6. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələr in qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya i nstansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, q ərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

32. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. İnsan Hüquqları üz rə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət v ə mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, hazırkı qərarın tətbiq edilən hüquq hissəsində göstərilən qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, mübahisə olunan dövrdə şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssisələrin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırkı işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəb ulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər.

39. İşin hallarından göründüyü kimi, iddiaçının narkotik vasitə qəbul etməsi ilk dəfə onun işlədiyi qurum, yəni Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə keçirilmiş narkotestlərin təyini analizi ilə müəyyən olunmuşdur. Bu fakt sonradan Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X7 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla öz təsdiqini tapmışdır. Həmin aktdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müvafiq testləri vermiş və ondan götürülmüş qan və ifr azat nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan “Metamfetamin” aşkar edilmişdir.

40. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı artıq xx.xx.2021-ci il tarixdə ilk analizində narkotik vasitənin aşkar edilməsi barədə məlumatı olmuşdur. İddiaçının xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixdə olan analiz nəticələrində narkotik vasitənin aşkar edilməməsi onun xx.xx.2021-ci il tarixdən, yəni onda narkotik vasitənin aşkar edilməsindən sonra narkotik vasitədən istifadə etməməsi anlamına gələ bilər, lakin bu hal onun xx.xx.2021-ci il tarixədək onun narkotik vasitədən istifadə etməsini istisna etmir. Bu yanaşma hazırkı işə kassasiya instansiyası məhkəməsində birinci dəfə baxılan zaman məhkəmə qərarında göstərilmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman iddiaçı tərəfindən onun qan və ifrazat nümunələrində narkotik vasitənin mövcudluğuna dəlalət edən Cavabdeh Tibb Xidməti Mərkəzinin xx.xx.2021-ci il tarixli analiz nəticələrinin, eləcə də, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 xx.xx.2021-ci il tarixli aktının əsassızlığı ilə bağlı hər hansı dəlillər irəli sürülməmişdir.

42. Kassasiya şikayətinin metamfetamin maddəsinin insan orqanizmindən xaric olma müddəti ilə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə məhkəmə sorğusuna cavab olaraq təqdim olunan 28 dekabr 2021-ci il tarixli məktubdakı uyğunsuzluqlara qiymət verilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qan və ifrazat nümunələrində metamfetamin maddəsinin mövcudluğu Cavabdeh Tibb Xidməti Mərkəzinin xx.xx.2021-ci il tarixli analiz nəticələri, eləcə də, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 xx.xx.2021-ci il tarixli aktı ilə öz təsdiqini tapdığından metamfetamin maddəsinin insan orqanizmindən xaric olma müddəti ilə bağlı araşdırma aparılmasına zərurət yoxdur.

43. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmrin ləğvi və işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 21(103)-265/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar