Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1464/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: operativ vergi nəzarəti, qara mühasibatlıq, sübutların mötəbərliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2- 1(103)-615/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə şifahi icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********5191 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarına əsasən İddiaçı sahibi olduğu (VÖEN **********) AZ1052 Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli ünvanında yerləşən Porto Hotelində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunma sı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023xx.xx.2023-cü tarixlərdə operativ nəzarət keçirilməsi qərara alınmışdır.
2. İnzibati orqanın xx.xx.2023-cü il tarixli, **********318900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iyun 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.146,60 manat; xx.xx.2023-cü il tarixli, **********343500 nömrəli“ Vergilərin, sosial sığorta və işsizli k sığortası haqlarının hesablanması barədə” qərarına əsasən iyul 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 25.207,63 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 32.011,39 manat, xx.xx.2023-cü il tarixli, **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən avqust 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.664,41 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 64.351,35 manat, xx.xx.2023-cü il tarixli, **********352500 nömrəli “ Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən sentyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 24.345,76 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 97.868,51 manat, xx.xx.2023-cü il tarixli, **********357000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən oktyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 27.231,56 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 127.740,76 manat, xx.xx.20 23-cü il tarixli, **********364600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən noyabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 26.969,49 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 160.260,96 manat, xx.xx.2023-cü il tarixli, **********366000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən dekabr 2022-ci il hesabat dövrü üzrə əlavə dəyər vergisi üzrə, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı 29.715,26 manat, qərarın hazırlandığı tarixə vergi və sığorta haqla rı üzrə öhdəlik 191.707,39 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı, xx.xx.2023-cü il tarixli, **********343500 saylı, xx.xx.2023-cü il tarixli, **********347300 saylı, xx.xx.2023-cü il tarixli, **********352500 saylı, xx.xx.2023-cü il tarixli, **********357000 saylı, xx.xx.2023-cü il tarixli, **********364600 saylı və xx.xx.2023-cü il tarixli, ******** **366000 saylı qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixindən fərdi sahibkar kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli-3, 14 ünvanında yerləşən oteli (PORTO HOTEL) icarəyə götürmüşdür və otel xidməti fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı qərarına əsasən 2022-ci ilin iyun ayının hesabat dövrünə 25.146,60 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********343500 saylı qərarına əsasən 2022-ci ilin iyul ayının hesabat dövrünə 25.207,63 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********347300 saylı qərarın a əsasən 2022-ci ilin avqust ayının hesabat dövrünə 26.664,41 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********352500 saylı qərarına əsasən 2022-ci ilin sentyabr ayının hesabat dövrünə 24.345,76 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********357000 saylı qərarına əsasən 2022-ci ilin oktyabr ayının hesabat dövrünə 27.213,56 manat məbləğində ƏDV, xx.xx.2023-cü il tarixli, **********364600 saylı qərarına əsasən 2022-ci ilin noyabr ayının hesabat dövrünə 26.969,49 manat məbləğində ƏDV və xx.xx.2023-cü il tarixli, **********366000 saylı qərarına əsasən 2022-ci ilin dekabr ayının hesabat dövrünə 29.715,26 manat məbləğində ƏDV hesablanmışdır. Cavabdeh vergi orqanı qeyd olunan qərarlar əsasında vergi hesablayarkən mötəbərliliyi şübhə doğuran (“qara mühasibatlıq” sənədlərinə) və “Mühasibat Uçotu haqqında" Qanunun 2 və 7.2-ci maddələrində qeyd olunmuş “ilkin uçot sənədləri” hesab olunmayan elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlarına istinad etmişdir. Belə ki, vergi orqanı keçirilmiş operativ vergi nəzarəti təbirləri nəticəsində əldə olunmuş məlumatlara (“Mühasibat Uçotu haqqında” Qanunun 2 və 7.2-ci maddələrində qeyd olunmuş “ilkin uçot sənədləri” hesab olunmayan elektron daşıyıcıdakı fayllarda olan cədvəl məlumatlara) istinad edərək 2022-ci ilin iyun ayı üzrə 164 850 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin iyul ayı üzrə 165 250 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin avqust ayı üzrə 174 800 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin sentyabr ayı üzrə 159 600 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin oktyabr ayı üzr ə 178 400 manat dəyərində dövriyyə məbləğinin, 2022-ci ilin noyabr ayı üzrə 176 800 manat dəyərində dövriyyə məbləğinin və 2022-ci ilin dekabr ayı üzrə 194 800 manat dəyərində dövriyyə məbləğinin olmasına əsaslanaraq yuxarıda qeyd olunan qərarlar üzrə əlavə ƏDV hesablamışdır. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”nın 2.1.14-cü bəndinə əsasən “İlkin uçot sənədləri” - maliyyə təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatın baş verməsinə hüquq verən, habelə mühasibat u çotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcıda olan təsdiqedici sənədlərdir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilin uçot sənədləri özündə sənədin (nın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı və şəxsi imzaları kimi zəruri rekvizitləri əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi və s. vergilər ilkin mühasibatlıq sənədləri əsasında müəyyən edilir. Konkret halda isə vergi orqanı tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində əldə edilmiş elektron daşıyıcıda olan cədvəl məlumatlarında olan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər əsasında müəyyən olunduğu qeyri-müəyyəndir. Ən azından, həmin məlumatların formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanunliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil.
5. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********586100 nömrəli xidməti məktuba əsasən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fərdi sahibkar İddiaçı (VÖEN: **********) məxsus təsərrüfat subyektindən vergi ödəyicisinin fəaliyyətinə aid elektron və kağız formatda sənədlərə əsasən kənarlaşmalar aşkar edilmiş, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********287000 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin iyun-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə 185 262,71 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli **********352500, **********364600, **********357000, **********343500, **********318900, **********366000 və **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortas ı haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənədlər əsasında vergilərin hesablanması qanuna ziddir. Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Belə ki, vergi ödəyicisindən OVN nəticəsində götürülmüş sənədlərin hər bir səhifəsi vergi ödəyicisi tərəfindən imzalanmış və məlumatların ona m əxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürüldüyü iddiaçı tərəfindən təsdiq edilmiş və qeyd etdiyi bu məlumatları tarix və imza qeyd edilməklə etiraf etmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilir ki, vergilər Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd edilən əlaqəli məlumatlardan və mənbəyi məlum olan məlumatlardan istifadə edilmədən hesablanmışdır. Vergilərin hesablanması Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla hesablanmışdır və bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.
6. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(112)-1463/2024 saylı qərarı ilə (hakim X4) iddia tələbi təmin edilm iş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2023-cü il tarixli, **********318900 saylı, xx.xx.2023-cü il tarixli, **********343500 saylı, xx.xx.2023-cü il tarixli, **********347300 saylı, xx.xx.2023-cü il tarixli, **********352500 saylı, xx.xx.2023-cü il tarixli, **********357000 saylı, xx.xx.2023-cü il tarixli, **********364600 saylı, və xx.xx.2023-cü il tarixli, **********366000 saylı qərarları ləğv edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan digər vergi orqanından kompüterdən çıxarılmış cədvəl məlumatı kağız daşıyıcı və ya elektron qaydada əldə etdikdən sonra inzibati icraata başlamalı, yoxlama zamanı “qara mühasibatl ıq” sənədləri kimi əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi, dövriyyənin müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparması imkanlarından (məsələn, xidmət göstərilən şəxslərin izahatlarının alınması, xronometraj metodu ilə yoxlama və s.) istifadə etməlidir. Başqa sözlə iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi qismində təqdim etdiyi vergi hesabatlarını qəbul etdiyi halda sonradan əldə edilmiş operativ yoxlama zamanı təqdim edilmiş məlumatla kifayətlənərək iddiaçının satış dövriyyəsinin yuxarı olduğunu müəyyən edərək vergi ödəy icisinə əlavə dəyər vergisi üzrə vergi hesablamaqda haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin əlaqəli məlumat kimi istinad etdiyi və öz qərarının əsasına qoyduğu məlumatlar vergi orqanının əlavə vergi hesablamasına əsas verən əlaqəli məlumat kimi Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir. Beləliklə mübahisələndirilən inzibati aktların qəbul edilməsinin zəruri edən faktiki şərtləri cavabdeh tərəfindən sübuta yetirilmədən iddiaçı barəsində əlverişsiz inzibati aktlar qəbul edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-615/2025 nömrəli iş üzrə 14 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər X1 (məruzəçi), X2 və X3) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2-1(112)-1463/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində Vergi Məcəlləsinin 16.1.3, 23.1.1, 37, 67 və 83-cü maddələrinə, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10, 2.1.11 -ci maddələrinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
13. Bildirilmişdir ki, vergilər Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin müddəaları nəzərə alınmaqla hesablanmışdır və bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddələrdə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qan unda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Maddə
4. Aidiyyət 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Maddə
54. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəb lərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcm i barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılma sının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraa t... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyas iya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquq i məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iş üzrə araşdırmalarını yetərli hesab edərək bildirir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İş materialları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə keçirilməsi qərara alınmış operativ vergi nəzarəti zamanı xx.xx.2023-cü il tarixdə iddiaçının fəaliyyət göstərdiyi Porto Hotel-də vergi ödəyicisinə məxsus kompüterin yaddaş qurğusundan 2022-ci il satış dövriyyəsi üzrə məlumat götürülmüş, həmin məlumat aidiyyəti üzrə vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən iddiaçıdan həmin məlumatdakı kənarlaşmalarla əlaqədar dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi tələb olunmuş, vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olmaqla dəqiqləşmiş ƏDV bəyannamələri təqdim etməmiş, vergi orqanı iddiaçının dövriyyəsini nəzərə alaraq onu məcburi ƏDV qeydiyyatına almış və 2022-ci ilin i yun-dekabr ayları üçün əlavə dəyər vergisi bəyannamələri üzrə xx.xx.2023-cü il tarixli **********352500, **********364600, **********357000, **********343500, **********318900, **********366000 və **********347300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edərək ümumilikdə 185 262,71 manat ƏDV vergi məbləği hesablamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanının istinad etdiyi iddiaçı barəsində vergi hesablamasına əsas kimi əlaqəli məlumat -Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinadən Vergi Cinayətləri İbtidai Araşdırılması Baş İdarəsinin tərəfindən operativ vergi nəzarəti nəticəsində ona məxsus olan kompüter avadanlığının yaddaş qurğusundan götürülmüş məlumatlar-qara mühasibatlığa aid cədvəl məlumatlarıdır.
26. Qanunvericiliyin tələbinə əsasən vergi orqanları “qara mühasibatlıq” sənədlərini əldə etdikdə onları təhlil etməli, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan və vergi ödəyicisinin xeyrinə şərh olunmalı şübhəli halları aydınlaşdırdıqdan, eləcə də həmin sənədlərdə (elektron fayllarda) öz əksini tapmış əməliyyatların faktiki olaraq icra edildiyini (reallaşdığını) təsbit etdikdən sonra, həmin sənədlər əsasında vergilərin hesablanmasını həyata keçirə bilərlər. Başqa sözlə, qara mühasibatlıq sənədlərinin təqdim edilməsi kifayət etmir, həmin sənəd və məlumatların obyektiv və zəruri araşdırma aparmadan, vergilərin hesablanması zamanı istifadə edilməsi qanunvericiliyin məqsədlərinə cavab vermir.
27. Məhkəmə kollegiyası apelly asiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, iş materiallarına əlavə edilmiş cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallar mənbə sənədlər deyil, kompüter avadanlığında cədvəl formasında tərtib edilmiş məlumatlardır. Digər tərəfdən həmin məlumatlar müvafiq imza və möhürlə təsdiq edilməmiş qara mühasibatlıq sənədləridir ki, bu məlumatlar ciddi uçot sənədi sayılmır. Həmin sənədlərdə xidmətin təqdim edildiyi (otaqların icarəsi) şəxsə (şəxslərə) dair hər hansı rekvizitlər mövcud deyildir. Eyni zamanda həmin əməliyyatların predmeti olan otaqların təqdim edilməsinə görə pul vəsaitinin iddiaçının kassa və ya bank hesabına faktiki olaraq daxil olub-olmaması müəyyən olunmur.
28. Vergi orqanının 6 fevral 2023-cü il tarixdə tərtib etdiyi sənədlərin və nümunə k imi əşyaların götürülməsi haqqında protokoldan görünür ki, 1 ədəd flaşkart və dövriyyə sənədləri götürülmüşdür. Protokolu iddiaçının nümayəndəsi imza etmişdir. Həmçinin vergi orqanının təqdim etdiyi iddiaçıya aid 2022-ci il üzrə satış dövriyyəsini təsdiq edən məlumatda toplam dövriyyə 1.505.826,28 manat qeyd edilmiş, iddiaçının nümayəndəsi 6 fevral 2023-cü il tarixdə imza edərək qeyd etmişdir ki, məlumat bizə malik olan kompüterin yaddaş qurğusundan götürülmüşdür. Cavabdehin təqdim etdiyi digər sənədlərdə də yoxlanılan dövr üzrə dövriyyə 1.505.826,28 manat qeyd edilmişdir. Cavabdeh həmin dövriyyəyə uyğun iddiaçıya ƏDV hesablamışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus kompüterdə olan məlumatlar əsasında dövriyyənin və ona müvafiq olaraq vergi məbləğinin müəyyən olunması istisna olunmur. Lakin həmin məlumatların mötəbərliyi, iddiaçıya aidiyyəti, mübahisə olunan dövrlə bağlı olması şübhə doğurmamalı və həmin məlumatların toplanması iddiaçının (nümayəndəsinin) iştirakı ilə rəsmiləşdirilməlidir.
30. İşin hazırkı halında müəyyən olunur ki, cavabdeh yoxlanılan dövrdə iddiaçının dövriyyəsinin 1.505.826,28 manat olması nəticəsinə gəlsə də, həmin məbləğin necə yaranması (dövriyyənin həqiqətən 1.505.826,28 manat olması) işdə olan mötəbər, təkzibolunmaz sübutlarla təsdiqini tapmamışdır.
31. Odur ki, iddiaçının real dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar əldə edilməsi tələb olunduğu halda vergi orqanı əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, mübahisələndirilən dövr üzrə sadələşdirilmiş vergi ödəyicisi qismində tə qdim etdiyi vergi hesabatlarını qəbul etdiyi halda sonradan əldə edilmiş operativ yoxlama zamanı təqdim edilmiş məlumatla kifayətlənərək iddiaçının satış dövriyyəsinin yuxarı olduğunu müəyyən edərək vergi ödəyicisinə əlavə dəyər vergisi üzrə vergi hesablamaqda haqlı olmamışdır. Cavabdehin əlaqəli məlumat kimi istinad etdiyi və öz qərarının əsasına qoyduğu məlumatlar vergi orqanının əlavə vergi hesablamasına əsas verən əlaqəli məlumat kimi Vergi Məcəlləsinin 67.1, 67.1.9-cu maddələrinin məqsədləri üçün mötəbərlik şərtini ödəmir. Başqa sözlə, mübahisələndirilən inzibati aktların qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhk əməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 21(103)-615/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir