Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1465/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı X8rşı işi üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, ümumi və güzəştli iş stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsus i Şərtlərlə X4rşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-841/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq (1 il 4 ay), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi həmin partiyaya hidrogeoloq (11 ay 28 gün), xx.xx.1988-ci ildən xx.xx.1991-c i ilə kimi “Azərbaycangeologiya” İstehsalat Birliyinin əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq (3 il 3 ay 1 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq (11 ay 1 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada birinci dərəcəli hidrogeoloq (1 il 10 ay 1 gün), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi (3 ay 20 gün), xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Milli Ordusunda xidmət (5 il 6 ay 9 gün), xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi GəncəQarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq (2 ay 13 gün), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi par tiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi (10 ay 28 gün), xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi (11 ay 17 gün), xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilə kimi Kompleks Hidrologiya və X3 Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (4 il 10 ay 17 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (1 il 7 gün), xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə kimi Kompleks Hidrogeologiya və X1 Təbii suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) (11 ay 29 gün), xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilə kimi Hidrogeologiya və Mühəndis Geoloji planalma par tiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis (2 il 4 ay 1 gün), xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə kimi müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi (4 ay 29 gün), xx.xx.2011-ci ildən xx.xx.2019-cu ilə kimi Yeraltı suların monitorinqi partiyasının rəisi (15-ci dərəcə ilə) (7 il 9 ay 10 gün), xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) (1 il 4 ay 13 gün), xx.xx.2020-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə), həmin qrupun rəhbəri-baş hidrogeoloqu, Hidrogeologiya və mühəndis geologiyası qrupunun rəhbəri – baş hidrogeoloqu vəzifələrində işləyir.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, R.X7 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az (24 il 10 ay 27 gün (xx.xx.1980-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixdən arasındakı dövrlə)) güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyi müəyyən edilir. Odur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 mart 2015-ci il tarixdə, yəni 52 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Filiala müraciət etmiş, lakin ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının əmək stajı 1980-ci ildə M.Əzizbəyov adına X10 ordenli Azərbaycan Neft Kimya İnstitutunda təhsil aldığı müddətlər daxil olmaqla 2006-cı ilə qədər zərərli işlə birlikdə 25 ildən artıq təşkil edir. Bundan başqa onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Ekologiya T əbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin 28 fevral 2022-ci il tarixli arayışından göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarının 2 №-li əlavəsinin siyahısında ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 1010100q-kodu ilə qeyd edilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-7094/2022 nömrəli qərarı ilə (hakim: Ş.Vəkil1) iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 52 yaşının tamam olduğu vaxtd an, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın xx.xx.2019-cu ildən etibarən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyanın təyin olunmasından imtina etməsi qanuna ziddir və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
11. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırki tələblə bağlı olaraq xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, yaranmış pensiya fərqi məbləği iddiaçının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 3 il üzrə ödənilməlidir.
12. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-841/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: M.N.Tağızadə və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-7094/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüs usilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il ta rixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır. İddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 27 il 10 ay 18 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş ətraflı arayışdan görünür ki, iddiaçının xx.xx.2006-ci il tarixədək işlədiyi hidrogeoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtar ışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) koduna uyğundur. Beləliklə, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
15. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunlarına istinad edilərək hazırki iddianın təmin edilməsi üçün faktiki və hüquqi əsasların olmadığı qeyd edilir.
17. Şikayətdə göstərilir ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, iddiaçının 01.01,2006-cı il tarixədək ümumi iş stajı 24 il 10 ay 27 gündür (xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci İl tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlər). Bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməyə imkan vermir.
18. Bundan əlavə iddiaçı tərəfindən 52 y aşdan güzəştli şərtlərlə pensiya tələbi üzrə inzibati orqana müraciət olunmamış, iddia ərizəsində də həmin hal qeyd edilməmişdir. İddiaçının həmin tələblə bağlı ilkin müraciəti məhkəməyə olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsini xahiş etmişdir. Ümumilikdə, işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi üzrə cavabdeh orqan tərəfindən əsaslı imtina verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüquq u vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 21. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 22. “Əmək pensiyaları haqqın da” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj a görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
23. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabi netinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qan unun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı; 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tə rəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.
1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
32. Kassasiya şikayətində iddiaçının ümumi və güzəştli iş stajı mübahisələndirilir. Hesab edilir ki, onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan az olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ yoxdur.
33. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
34. İdd iaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: Qanunla müəyyən edilmiş yaşı tamam olmalı (hazırki işdə iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş) xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajı xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.
35. İddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. İddiaçıya məxsus НВ 968565 nömrəli, 04 iyun 1985-ci il tarixli diploma əsasən o, 1980-cı ildə M.Əzizbəyov adına X10 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1985-ci ildə hidrologiya və mühəndisi geologiya ixtisası üzrə tam kursu bitirmiş, dövlət imtahan komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə o na dağ mühəndisi-hidrogeloq ixtisası verilmişdir (4 il 9 ay 4 gün). Bundan əlavə iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur.
36. İddiaçıya məxsus MT-İ ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə kimi Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq (1 il 4 ay), xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi həmin partiyaya hidrogeoloq (11 ay 28 gün), xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi "Azərbaycangeologiya” İstehsalat Birliyinin əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq (3 il 3 ay 1 gün), xx.xx.1991 -ci ildən xx.xx.1992-ci ilə kimi yeraltı suların rejiminin öyrənilməsi partiyasın a ikinci kateqoriya hidrogeoloq (11 ay 1 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada birinci dərəcəli hidrogeoloq (1 il 10 ay 1 gün), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi (3 ay 20 gün), xx.xx.1994-cü ildən xx.xx.1999-cu ilə kimi Azərbaycan Respublikası Milli Ordusunda xidmət (5 il 6 ay 9 gün), xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilə kimi Gəncə- Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq (2 ay 13 gün), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə kimi Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi (10 ay 28 gün), xx.xx.2001-ci ildən xx.xx.2001 -ci ilə kimi Yeraltı suların regional monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi (11 ay 17 gün), xx.xx.2002-ci ildən xx.xx. 2007-ci ilə kimi Kompleks Hidrologiya və X3 Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (4 il 10 ay 17 gün), xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq (1 il 7 gün), xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilə kimi Kompleks Hidrogeologiya və X1 Təbii suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) (11 ay 29 gün), xx.xx.2009-cu ildən xx.xx.2011-ci ilə kimi Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12-ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis (2 il 4 ay 1 gün), xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilə kimi müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi (4 ay 29 gün), xx.xx.2011-ci ildən xx. xx.2019-cu ilə kimi Yeraltı suların monitorinqi partiyasının rəisi (15-ci dərəcə ilə) (7 il 9 ay 10 gün), xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə kimi Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) (1 il 4 ay 13 gün), xx.xx.2020-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Hidrogeologiya və mühəndis geologiyası qrupunun layihə rəhbəri (16-cı dərəcə ilə), həmin qrupun rəhbəri-baş hidrogeoloqu, Hidrogeologiya və mühəndis geologiyası qrupunun rəhbəri - baş hidrogeoloqu vəzifələrində işləyir.
37. Beləliklə göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək təhsil və hərbi xidmət müddəti də daxil olmaqla 24 il 10 ay 18 gün ümumi iş stajı mövcuddur.
38. İddiaçının güzəştli iş stajına gəlincə, məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Xidməti tərəfindən verilmiş 18/m-036 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və X2 1985-2019-cu illərdə çalışmış və göstərilən illər üzrə iş stajı, çöl günləri və 2016-2019-cu illər üzrə əmək haqqı aşağıda göstərilən kimi olmuşdur: xx.xx.1985-ci ildə Hidrogeoloji Ekspedisiyanın yeraltı suların rejiminin öyrənilməsi partiyasına baş texnik-hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №104/k, xx.xx.1985-ci il, Əmr № 269(t-1), xx.xx.1985-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında “Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 39. xx.xx.1987-ci ildə həmin partiyaya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №143/k, xx.xx.1987-ci il, Əmr №(T-3), xx.xx.1987-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatlarin, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərar ının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 40. xx.xx.1988-ci ildə “Azərbaycangeologiya” İstehsalat Birliyinin № 8, xx.xx.1988-ci əmrinə əsasən əməyin yeni növ maliyyələşdirilməsi ilə əlaqədar hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr № 16/Ü, xx.xx.1989-cu il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cu il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların mədənləri tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 41. xx.xx.1991-ci ildə Yeraltı suların rejiminin öyrənilməsi partiyasına ikinci kateqoriya hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 90/k. xx.xx.1991-ci il, Əmr № 70 (T- 3), xx.xx.1991-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 42. xx.xx.1992-ci ildə həmin partiyada birinci dərəcəli hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr № 54 t-3 xx.xx.1992-ci il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-ii qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarı şlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 43. xx.xx.1994-cü ildə həmin partiyada Gəncə-Qazax rejim sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir (Əmr № 63 t-3, xx.xx.1994-cü il) - “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj, şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yer altı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 44. xx.xx.1999-cu ildə Gəncə-Qarabağ rejim sahəsinə birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təsdiq olunmuşdur (Əmr №48, xx.xx.1999-cu il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların mədənlərin tikintisində yeraltı işlər bölməsində1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; xx.xx.2000-ci ildə Yeraltı suların regional monitorinqi partiyasının Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir (Əmr № 19 (T-3),xx.xx.2000-ci il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda: drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 45. xx.xx.2001-ci ildə Yeraltı suların regiona l monitorinqi dəstəsinin Gəncə-Qazax sahəsinə sahə rəisi vəzifəsinə təsdiq edilmişdir (Əmr № 7/k. xx.xx.2001-ci il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 46. xx.xx.2002-ci ildə Yeraltı suların regional monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzi fəsinə qəbul edilmişdir (Əmr № 184/k. xx.xx.2002-ci il, Əmr №16/k, xx.xx.2002-ci il) - "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısındakı (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) uyğun olaraq pensiyalar təyin edilməsinə aiddir; 47. xx.xx.2007-ci ildə X5 Yeraltı suların monitorinqi partiyasına birinci kateqoriyalı hidrogeoloq vəzifəsinə təyin edilmişdir (Əmr №10/k, 29.01.07-ci il, Əmr № 6/k, xx.xx.2007ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının" - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir;
48. Çöl işlərinə ezam olunur (Əmr №7/k, xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; 49. xx.xx.2008-ci ildə Kompleks Hidrogeologiya və X1 Təbi suların kadastrı dəstəsinin rəisi (14-cü dərəcə) vəzifəsinə təyin edilmişdir (Əmr № 134/k. xx.xx.2007-ci il; Əmr № 56/k. xx.xx.2007-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; 50. xx.xx.2009-cu ildə Hidrogeologiya və Mühəndis Geoloji planalma partiyasına 12ci dərəcəli qazma işləri üzrə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir (Əmr № 60/k, 30.12,2008-ci il; Əmr № 103/k, xx.xx.2008-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir. 51. xx.xx.2011-ci ildə müvəqqəti olaraq Yeraltı suların monitorinqi partiyasının rəisi vəzifəsinin icrası həvalə edilmişdir (Əmr № 27/k, xx.xx.2011-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” - 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; 52. xx.xx.2011-ci ildə Yeraltı suları n monitorinqi partiyasının rəisi vəzifəsinə (15-ci dərəcə ilə) vəzifəsinə təyin edilmişdir (Əmr № 92/k §2 xx.xx.2011-ci il, Əmr № 56/k §3. xx.xx.2011-ci il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının” — 1- Dağ mədən işləri, 1-3 Geoloji Kəşfiyyat işləri (yerüstü) bəndinə görə (səh. 14) pensiyalar təyin edilməsinə aiddir; 53. xx.xx.2019-cu ildə Xidmətin Kompleks monitorinq və hidrogeoloji tədqiqatlar idarəsinin layihə rəhbəri (16-cı dərəcə ilə) vəzifəsinə təyin edilib (Əmr № 99/k §5. xx.xx.2019-cu il) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li qərarının "Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatlarının, vəzifələrinin və göstərişlərinin siyahısının - 1- Dağ mədən işləri. 1-3 Geoloji Kəşfiyyat işlən (yerüstü) bəndinə görə (səh 14) pensiyalar təyin edilməsinə aiddir.
54. Beləliklə, göründüyü kimi iddiaçının güzəştli iş stajı 14 il 3 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dai r iş yerinin arayışı təqdim edilməlidir.
55. İşə götürən tərəfindən verilmiş yuxarıda qeyd edilən ətraflı arayışdan görünür ki, iddiaçının xx.xx.2006-ci il tarixədək işlədiyi hidrogeoloq vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın (********) faydalı qazıntıları çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında, şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bölməsində 1010100q—20610 (hidrogeoloqlar) koduna uyğundur.
56. Bundan əlavə Apelyasiya şikayətində olduğu kimi cavabdeh kassasiya şikayətində d ə qeyd edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə pensiya tələbi üzrə inzibati orqana müraciəti olmamış, göründüyü kimi iddia ərizəsində də həmin halı qeyd etməmişdir. İddiaçının həmin tələblə bağlı ilkin müraciəti məhkəməyə olmuşdur. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsini xahiş etmişdir.
57. Məhkəmə tərkibi kassatorun bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, cavabdehin bu arqumenti formal mülahizələrə əsaslanır. Belə ki, müraciətə cavabın məzmunundan görünür ki, iddiaçının cavabdehə müraciət etməsinin hüquqi marağı məhz güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Odur ki, cavabdehin bu yana şması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin müddəalarına ziddir.
58. Beləliklə, iddiaçı hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək azı 24 il 10 ay 18 gün ümumi və 14 il 3 ay 16 gün güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
59. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxıl arkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-841/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.