Məhkəmə qərarları › İş №2-1(102)-1469/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1469/2021

04.08.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1469/2021 04.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyinin iştirakı ilə) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkün sayılmaması, prosessual müddətin buraxılması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyinin iştirakı ilə) qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-799/2021 nömrəli iş üzrə 22.04.20 21-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə 04 avqust 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyə Nazirliyinin iştirakı ilə) qarşı qaraja görə dəymiş inflyasiya nəzərə alinmaqla ekspertin rəyinə görə 75 min manat ziyanı Baki şəhəri Nərimanov RİK-n tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

2. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-1943/2020 nömrəli (sədrlik edən hakim Mehriban Qarayeva) qə rardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.

3. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 21(112)-1943/2020 nömrəli qərardadının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiya məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 22.04.2021-ci il tarixli, 2-1(103)-799/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Elmira Nağıyeva) qərardadı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-1943/2020 nömrəli qərard adının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

5. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan iddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 22.04.2021-ci il tarixli, 21(103)-799/2021 nömrəli qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə:

6. Apelyasiya instansiyası məhkəməsinin 22.04.2021-ci il tarixli, 21(103)-799/2021 nömrəli qərardadından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.

7. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə (vəsatət) verməmişdir.

8. Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respub likası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanı 04 avqust 2021-ci il tarixə qədər aradan qaldırmaq təklif edilmiş və əks halda kasasiya şikayətin mümkün sayılmaması nəzərinə çatdırılmışdır. Lakin iddiaçı tərəfindən qeyd edilən nöqsan aradan qaldırılmamışdır, sadəcə olaraq məhkəməyə poçt arayışı və qəbzi təqdim edilmişdir.

9. İddiaçının vəkili tərəfindən təqdim edilən poçt arayışında qeyd edilmişdir ki, verilir Rusiya vətəndaşı Moskva şəhəri, Volqaqrad prospekti, ev 57, mənzil 41-də yaşayan İddiaçı ondan ötəri ki, Bakı Apelyasiya Məhkəməsinin gəlmiş iş üzrə 21(102)-1469/21, 28 may 2021-ci ildə poçt vasitəsi ilə İddiaçı çatdırılmışdır.

10. Bunu araşdırararq, hesab edilir ki, iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün say ılmamalı, onun qəbulundan imtina edilməlidir.

11. Belə ki, iş materiallarından görünür ki, İddiaçı apelyasiya instansiyası məhkəməsinin 22.04.2021-ci il tarixli, 2-1(103)-799/2021 nömrəli qərardadı 24.05.2021-ci ildə rəsmi qaydada təqdim edilmişdir. (səh. 213)

12. Həmin qərardaddan iddiaçı 08.06.2021-ci ildə kasasiya şikayətini poçt vasitəsi ilə vermişdir (kasasiya şikayəti apelyasiya məhkəməsinə 11.06.2021-ci il tarixdə daxil olmuşdur). Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş kasasiya şikayəti verilməsi üçün prosessual müddəti (10 gün) ötürmüşdür. İddiaçının vəkili tərəfindən təqdim edilən poçt arayışında Bakı Apelyasiya Məhkəməsinin gəlmiş iş üzrə 2-1(102)-1469/21, 28 may 2021-ci il tarixli hansı sənədinin və hansı ünvana çatdırılması ümumiyyətlə qeyd edilməmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin 2-1(102)-1469/21, 28 may 2021-ci il tarixli məhkəmə aktı iş materiallarında mövcud deyil.

13. Bununla belə, hər bir halda iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş kasasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur.

15. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü ə saslarını yoxlayır.

17. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir.

18. Beləliklə iddiaçı tərəf şikayət verilməsi üçün İPM ilə nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Buna görə də kasasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçının 22.04.2021-ci il tarixli, 2-1(103)-799/2021 nömrəli qərardadından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apelyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar