Məhkəmə qərarları › İş №2-1(102)-1473/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1473/2024

04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1473/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-159/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə" sərəncamı əsasında "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır.

2. Debitor borcluların siyahısında İddiaçı ASC də qeyd olunmuşdur. Siyahıməlumatda "X1" ASC-nin 151.041,64 manat məbləğində "xxxx" QSC-yə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir. 3. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizli k sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarı ilə İddiaçı ASC-yə 32.669,02 manat vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 2021-ci il üzrə hesablanmış 30.208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış, xx.xx.2022-ci il tarixli, "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" olan məktubda, xx.xx.2022-ci il tari xdə **********727700 bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsindən daxil olmuş xidməti məktubun icrası ilə əlaqədar (məlum olduğu kimi "xxxx" ASC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57.630,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir.) vergi ödəyicisinin kreditorları tərəfindən silinən borcların onun sahibkarlıqdan əldə etdiyi gəlirə aid edildiyi üçün 2021-ci il üzrə 151.041,32*20%=30.208,32 manat 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının məqsədə müvafiq olduğu bildirilmişdir.

6. Bundan sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə müraciət olunmuş və qeyd olunan borc məbləğinə aid olan ilkin sənədlərin, üzləşmə aktlarının, işgüzar yazışmaların və sair sənədlərin təqdim olunması xahiş olunmuşdur. 7. "xxxx" ASC həmin məktuba verdiyi xx.xx.2022-ci il tarixli cavabında, qeyd olunan borcun "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silindiyini bildirərək, ünvanlanmış müraciətdən bir növ yayınmışdır. Həmin cavab iddiaçını qane etmədiyi üçün, vəkil vasitəsi ilə "xxxx" ASC-yə sorğu ünvanlanmışdır. Həmin sorğuda "X1" ASC ilə "xxxx" QSC arasında hər hansı bir alqı-satqı, xidmət və yaxud da qanunvericilikdə nəzərdə tutulmuş digər mülki hüquqi münasibətlərini tənzimləyən müqavilənin olması və yaxud da həmin müqavilənin icra edilməsinə dair hər hansı aktların olması barədə geniş məlumatın verilməsi, əgər qeyd olunan sənədlər varsa, onların təsdiq olunmuş sürətinin rəsmi qaydada verilməsi "xxxx" ASC-dən xahiş olunmuşdur. 8. "xxxx" ASC, xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, qeyd olunan borclar öz aktuallığını itirdiyindən və borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən, qeyd olunan sənədlərin təqdim olunması imkan xaricindədir. Həmçinin qeyd olunan borcun araşdırılması üçün "X1" ASC-nin özəlləşdirmə planına (emissiya prospekti) nəzər saldıqda, "X1" ASC-nin kreditor borcları siyahısında qeyd olunan borc məbləğinə rast gəlinmir.

9. Araşdırma nəticəsində məlum olmuşdur ki, ümumiyyətlə "X1" ASC-nin, "xxxx" ASC ilə heç bir əməkdaşlığı və işgüzar münasibətləri olmamışdır. Qeyd olunanları və "xxxx" ASC-nin iddiaçıya verdiyi cavab məktublarını da əsas götürərək, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət ünvanlayaraq, ona 2021-ci il üzrə hesablanmış borc üzrə olan, 151.041,32*20%=30.208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı qərar qəbul edilməsi xahiş etmişdik.

10. Cavabdeh hər dəfə iddiaçıya verdiyi cavabı təzələyərək, xx.xx.2023-cü il tarixli cavab məktubunda, "xxxx" ASC ilə iddiaçı arasında olan müvafiq təsdiqedici sənədləri, bağlanmış müqavilələri, təhvil təslim aktlarını, xüsusən gəlirlərin, eyni zamanda xərclərin mənbəyi, məbləği və formalaşması ilə bağlı sənədlərin vergi orqanına təqdim edilməsini bildirmişdir. 11. 2021-ci il üzrə hesablanmış 30.208,32 manat mənfəət vergisinin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi:

12. İddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilməsini xahiş etmişdir.

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.

14. Həmçinin, iddiaçının ərizəsinə əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə" sərəncamı əsasında cavabdeh tərəfindən iddiaçı barəsində qanuna müvafiq tədbir görülmüşdür. Belə ki, sözügedən sərəncamla "xxxx" QSC-də aparılmış maliyyə təsərrüfat fəaliyyətinin təhlilinə uyğun olaraq 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməmiş ümidsiz debitor borclarının olduğu nəzərə alınaraq həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. 16. xx.xx.2021-ci il tarixli sərəncamın 2-ci bəndinə əsasən isə sərəncamın icrasından irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə də tapşırılmışdır. Sərəncamın əlavəsində əks olunmuş siyahıda "X1" ASC də qeyd olunmuşdur. Siyahıməlumatda "X1" ASC-nin 151.041,64 manat məbləğində "xxxx" QSC-yə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir.

17. Vergi orqanının hərəkətləri qanuni və əsaslı olmuşdur. İddiaçının müvafiq öhdəlik üzrə kreditoruna olan borclarının silinməsi halı onun üçün vergi öhdəliyini yaranması kimi xarakterizə edilməlidir. Çünki qanunvericiliyin tələbinə əsasən silinmiş kreditor borcların məbləği vergi ödəyicisinin gəliridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının 2021-ci ildə qəbul edildiyini nəzərə alaraq qeyd olunur ki, həmin il üçün c əmiyyətin əlavə 151.041,64 manat məbləğində dövriyyəsi formalaşmış, lakin "X1" ASC tərəfindən həmin dövriyyə məlumatları əsasında vergilər hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarı ləğv edilmişdir.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisinin adının hər hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin müvafiq məktubları ilə müəyyən olunur ki, borc məbl əği "xxxx" QSC-nin uçot məlumatlarından çıxarılmışdır və sözügedən borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Göründüyü kimi, faktiki olaraq sərəncamda qeyd olunmuş debitor borc məbləğini təsdiq edən sənədlər mövcud deyil. Vergi orqanı isə iddiaçı ilə "xxxx" QSC-nin arasında hər-hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisinə borc hesablamış, həmçinin bunu təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir.

20. Bu baxımdan da iddiaçı barəsində əlverişsiz inzibati aktın, yəni məsuliyyətə cəlb edilməsinə dair qərarın qəbulu qanunvericiliyə uyğun deyildir və aşağıda qeyd olunan normalara əsasən ləğv olunmalıdır.

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

22. Beləliklə işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarlar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-159/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx. 2023cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Gəncə Apellyasiya Məhkəməsi Gəncə İnzibati Məhkəməsinin 2-1(114)2979/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarındakı mövqeni təkrarlayaraq iddia tələbinin təmin edilməsi əsası kimi göstərmişdir ki, ”vergi ödəyicisinin adının hər hansı siyahıda borclu kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir. İş materiallarında olan "xxxx" QSC-nin müva fiq məktubları ilə də müəyyən olunur ki, borc məbləği "xxxx" QSC-nin uçot məlumatlarından çıxarılmışdır və sözügedən borclarla bağlı sənədlərin saxlama müddəti bitdiyindən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Vergi orqanı isə iddiaçı ilə "xxxx" QSC arasında hər hansı mübadilə əməliyyatını və nəticələrini araşdırmadan vergi ödəyicisi barəsində borc hesablamış, eləcə də bunu sübut edəcək sənədləri məhkəməyə təqdim etməmişdir.”

28. Eləcə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “vergi orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə sərəncamının tətbiqindən irəli gələn halları araşdırmamış, sərəncamın icra vəziyyətinə dair hər hansı sənəd təqdim etməmişdir.”

29. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayəti ilə bağlı birinci instansiya məhkəməsinin qərarının hüquqi yoxlamasını ancaq Gəncə İnzibati Məhkəməsi tərəfindən ifadə edilmiş mövqeni təkrarlamaqla həyata keçirmişdir. Qeyd olunur ki, məhkəmələrin gəldiyi hüquqi nəticə kameral vergi yoxlamasının təyini və keçirilməsi ilə bağlı istinad edilən normalardakı hüquqi mövqelərə zidd olmaqla bərabər işin faktiki hallarına da uyğun gəlmir. Kameral vergi yoxlamasının əsaslandırılması ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı əsasında cavabdeh tərəfindən iddiaçı barəsində qanuna müvafiq tədbir görülmüşdür. Belə ki, sözügedən sərəncamla ”Azərbaycan Dəmir Yolları” Q SCdə aparılmış maliyyə təsərrüfat fəaliyyətinin təhlilinə uyğun olaraq 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan və indiyədək ödənilməmiş ümidsiz debitor borclarının olduğu nəzərə alınaraq həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə 57.630.486,38 manat məbləğində ümidsiz debitor borcların silinməsi qərara alınmışdır. 30. xx.xx.2021-ci il tarixli sərəncamın 2-ci bəndinə əsasən isə sərəncamın icrasından irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyinə də tapşırılmışdır. Sərəncamın əlavəsində əks olunmuş siyahıda İddiaçı ASC-də qeyd olunmuşdur. Siyahı-məlumatda İddiaçı ASC-nin 151.041,64 manat məbləğində ”Azərbaycan Dəmir Yolları” QSC-yə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmişdir.

31. Vergi orqanının hərəkətləri qanuni və əsaslı olmuşdur. İddiaçının müvafiq öhdəlik üzrə kreditoruna olan borclarının silinməsi halı onun üçün vergi öhdəliyini yaranması kimi xarakterizə edilməlidir. Çünki qanunvericiliyin tələbinə əsasən silinmiş kreditor borclarının məbləği vergi ödəyicisinin gəliridir. Nazirlər Kabinetinin sərəncamının 2021-ci ildə qəbul edildiyini nəzərə alaraq qeyd olunur ki, həmin il üçün cəmiyyətin əlavə 151.041,64 manat məbləğində dövriyyəsi formalaşmış, lakin İddiaçı ASC tərəfindən həmin dövriyyə məlumatları əsasında vergilər hesablanaraq dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır. VM-nin 83.2.4-cü maddəsinə əsasən vergi orqanı əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat vergi ödəyicisi barəsində vergi orqanına vergilərin hesablaması hüququ verir. Bu mənad a bildiririk ki, Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı vergi orqanı üçün mənbəyi bəlli olan məlumat kimi çıxış etmişdir. Eləcə də, iddiaçı barəsində qanunvericilikdə əks olunmuş hüquqi şərt tam ödənildiyi üçün ləğvi istənilən inzibati akt qanuni akt kimi qəbul olunmalıdır. İddiaçının nümayəndəsi ərizəsində cəmiyyətin kreditor borcları siyahısında qeyd olunan borc məbləği mövcud olmadığını bildirmişdir. İddia tələbi üzrə göstərilən dəlilin əsassız olmasını Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamındakı göstərilmiş xüsusatlar da təsdiq edir.

32. Sözügedən sərəncamda iddiaçı cəmiyyətin adı və ümidsiz borc kimi silinməli olan məbləğ dəqiq və aydın şəkildə göstərilmişdir. Belə ol an halda cəmiyyətin dəlilləri yalnız özünümüdafiə xarakterli dəlillər kimi qəbul olunmalıdır. Eləcə də qeyd edilən hallar İddiaçı ASC-nin inzibati şikayəti üzrə şikayət instansiyasında baxılmış icraat çərçivəsində də təsdiq edilmiş və bununla bağlı Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********928200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı qəbul olunmuşdur. VM-nin 77.3-cü maddəsinin tələbləri baxımından qeyd edilməlidir ki, vergi ödəyicisi İddiaçı ASC barəsində verginin ödənilməsini nəzərdə tutan şərait yaranmış və həmin şərait onun vergi öhdəliyinin formalaşması ilə nəticələnmişdir.

33. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh mənbəyi bəlli məlumat olan Nazirlər Kabinetinin müvafiq qərarındakı məlumatlar əsasında iddiaçının sahibkarlıq fəaliyyəti üzrə verg i hesablamış və bu cür hesablamanın hüquqi əsasını VM-in 83.2.4cü maddəsi təşkil etmişdir. Eyni zamanda, məhkəmə maddi hüquq normalarının tələblərini gözləməmiş, cavabdehin mənbəyi bəlli olan məlumatlar əsasında iddiaçı barəsində müəyyən etdiyi vergi öhdəliyini ləğv etməkdə haqlı olmamışdır.

34. İşə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının da tələblərini gözləməmişdir. Məhkəmə qərarın qəbulu zamanı təkcə iddiaçının mülahizələrini əsas götürmüş və həmin mülahizələr əsasında yekun nəticəyə gəlmişdir. Halbuki, qeyd edilən normaların hüquqi ifadəsindən də görsəndiyi kimi məhkəmə obyektiv həqiqətə nail olması üçün hər tərəfli araşdırma aparmalı olduğu halda onu etməmiş, inzibati mübahisənin düzgün həll edilməsi məqsədi ilə bütün faktiki halları aydınlaşdırmamışdır.

35. Baxmayaraq ki, qərar tam ləğv edilib, xərclərin artırılması ilə bağlı olaraq hesablanmış vergilərə məhkəmələr ilə bağlı olaraq hesablanmış vergilərə məhkəmələr münasibət bildirməmiş və o hissədə də qərar ləğv edilmişdir. Bu da işin tam araşdırılmamasına, qəbul edilmiş məhkəmə qərarının qanunsuz və əsassız olmasına dəlalət edir.

36. Qeyd edildiyi kimi, iddiaçı cəmiyyət barəsində qəbul edilmiş inzibati aktın əsasını Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə” sərəncamı təşkil etmişdir. Nəzərə alsaq ki, Nazirlər Kabineti ali kateqoriya dövlət orqanı olmaqla Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərən orqandır. Belə olduğu halda NK-nın hər hansı məsələni tə nzimləyən münasibətlər sistemi ilə bağlı qəbul etdiyi normativ hüquqi aktda yanlış mövqenin əks olunması ehtimalı olduqca aşağıdır. Məhkəmə əgər Nazirlər Kabinetinin sərəncamını sübut kimi qəbul etmirdisə, sözügedən sərəncamın qanunauyğunluğu ilə bağlı əlavə hər hansı araşdırma aparmalı və müvafiq sorğu ilə aidiyyəti orqana müraciət etməli idi. NK-nın ölkənin ictimai-iqtisadi vəziyyətini əks etdirən tənzimləyici orqan olması baxımından onun qəbul etdiyi xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamın tam həqiqəti əks etdirməsinin məhkəmədə şübhə yaratması başa düşülən deyil. 37. xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, inzibati orqan (cavabdeh) xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamın tətbiqindən irəli gələn halları araşdırmadan, sərəncamın tətbiqindən irəli gələn hall arı araşdırmadan, sərəncamın icra vəziyyətinə dair hər hansı sənəd təqdim etmədən mübahisələndirilən qərarı qəbul etmişdir. Tərəfimizdən xx.xx.2022-ci il tarixli məktubla "xxxx" QSC-yə sərəncamın tətbiqindən irəli gələn məsələlərlə bağlı (iddiaçı ilə əlaqədar) məktub göndərilmişdir. Qeyd olunmalıdır ki, "xxxx" QSC-dən göndərilmiş məktubda ADY-nin 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci ilin yanvarın 1-nə mövcud olan ümidsiz borclarının silindiyi əks olunmuşdur. İşə baxan məhkəmə "xxxx" QSC-nin məktubuna qiymət verərək məktubda konkret olaraq iddiaçı cəmiyyətin ADY-ə borcunun olmaması ilə bağlı halın göstərilmədiyi xüsusatını nəzərə almamışdır. Həmçinin məhkəmə onu da nəzərə almamışdır ki, xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı qəbul etmiş orqana həmin sərəncamın ona aid hissədə əsassız olması ilə bağlı iddiaçı cəmiyyətin hər hansı müraciəti mövcud deyil.

38. Məhkəmə həmçinin xx.xx.2023-cü il tarixli **********222900 nömrəli qərarın ləğvi tələbinə dair xüsusi mümkünlük şərti ödənilmədiyi halda iddiaya mahiyyəti üzrə baxmışdır. İddianın mümkünsüzlüyü ilə bağlı cavabdeh tərəfindən müvafiq vəsatət birinci instansiyası məhkəməsinə təqdim edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, işə baxan məhkəmə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (mübahisələndirmə haqqında iddia verildikdə prosessual müddətə əməl edilməsi, öhdəliyin icras ı və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi və s.) də mövcudluğu yoxlanılmalıdır.

39. İddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2023-cü il tarixli qərardır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati akta (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətinin axımı aşağıdakı vaxtadək dayandırılır: - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (verdiyi yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

40. İddia tələbi üzrə mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********222900 nömrəli Qərar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuşdur. İddiaçı isə xx.xx.2023-cü il tarixdə sözügedən qərarı mübahisələndirmişdir. VM-nin 70.2-1.3-cü maddəsinə əsasən elektron üsulla elektron kabinetə göndərilmiş sənəd göndərildiyi gündən 3 iş günü keçdikdən sonra təqdim edilmiş sayılır. Qeyd olunan normanın tələbinə əsasən xx.xx.2023-cü il tarixli **********222900 nömrəli qərarın təqdim olunma tarixi, İPM-nin 38.1-ci maddəsinə əsasən isə inzibati aktın məhkəmədə mübahisələndirilməsi üçün son gün isə xx.xx.2023-cü il tarixi olmuşdu r. İddiaçı isə xx.xx.2023-cü il tarixdə sözügedən qərarı mübahisələndirmişdir.

41. Beləliklə, hazırkı iş üzrə iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və bu baxımdan məhkəmə iddianı mümkünsüz hesab etməli olduğu halda mahiyyəti üzrə baxaraq qanunsuz qərar qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi də iddianı mümkün hesab edərək qanunvericilikdə göstərilmiş iddianın verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab etmiş və bunu borcun silinməsi ilə bağlı iddiaçının hüquqi marağı ilə əlaqələndirmişdir. Məhkəmənin bu yanaşması da əsaslı deyil. İnzibati prosessual qanunvericilik hər hansı inzibati aktdan məhkəməyə şikayət verilməsi üçün müddət axımının başlanğıcını onun təqdim edilməsindən başlandığını göstərmişdir. İşə əlav ə etdiyimiz sübutlardan görsənir ki, iddiaçı ona təqdim edilmiş qərardan şikayət vermə müddətini ötürmüşdür.

42. Göründüyü kimi, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, sübutlara birtərəfli qiymət vermiş, nəticədə iddiaçının qanuni vergi öhdəliyini icra edilməsi ilə bağlı cavabdehin hüquqi hərəkətlərinin icrasını səmərəsiz etmişdir.

43. Məhkəmə kollegiyası aşağıda qeyd olunan prosessual hüquq normasını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İnzibati Prosessual Məcəllənin 87.8ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməs inin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hər hansı münasibət bildirilməmişdir. Həmin dəlillər aşağıdakılardır: İ. Ali dövlət orqanı kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamında yanlış mövqenin əks olunması ehtimalının olmaması dəlili; İİ. xx.xx.2021-ci il tarixli 649s nömrəli sərəncamın iddiaçıya münasibətdə tətbiqi ilə bağlı məhkəmənin aidiyyəti üzrə sorğular göndərməməsi dəlili; İİİ. VM-nin 83.2.4-cü maddəsinin tətbiqi ilə bağlı dəlil. b. kassasiya şikayətinə etirazın dəlilləri

44. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

45. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

47. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahi sələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

48. Şikayət “xərclərin artırılması ilə bağlı olaraq hesablanmış vergilərə” aid hissədə əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

49. İşdən göründüyü kimi, cavabdehin əsaslandığı siyahı-məlumatda "X1" ASCnin 151.041,64 manat məbləğində "xxxx" QSC-yə olan borcunun ümidsiz borc kimi silinməsi göstərilmiş, cavabdeh tərəfindən də məhz həmin məbləğə 20% mənfəət vergisi hesablanmışdır ki, həmin verginin məbləği 30.208,32 (151.041,64*20%) manat təşkil edir.

50. Cavabdehin mübahisələndirilən qərarından göründüyü kimi, kameral yoxlama nəticəsində həmin qərarla iddiaçıya 2021-ci il üzrə cəmi 32.669,02 man at məbləğində vergi hesablanmışdır.

51. Cavabdeh bəyan edir ki, cəmi hesablanmış 32.669,02 manat məbləğində verginin tərkibində “xərclərin artırılması ilə bağlı olaraq hesablanmış vergi” məbləği də olmuşdur.

52. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi yalnız "xxxx" QSC-yə hər hansı borcunun olmadığından çıxış etdiyi, ona aid edilən və ümidsiz borc kimi silinən borcun məbləğinin isə 151.041,64 manat təşkil etdiyi nəzərə alındıqda, həmin məbləğə hesablanmış mənfəət vergisi 30.208,32 manat məbləğində qəbul edilməlidir.

53. Cavabdehin qərarı ilə “xərclərin artırılması ilə bağlı olaraq hesablanmış vergi”yə (32.669,02-30.208,32=2460,7) münasibətdə isə iddiaçı tərəfindən hər hansı təkzibedici dəlil irəli sürülməmişdir.

54. Beləliklə, məhkəmələr həmin vergi məbləğinə (2460,7 manat) aid hissə də iddianı təmin etməkdə haqlı olmamışlar.

55. İddiaçıya aid edilən və ümidsiz borc kimi silindiyi qeyd olunan 151.041,64 manat məbləğə hesablanmış 30.208,32 manat vergi məbləğinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin qeyd olunan hissəsi üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, həmin hissə üzrə işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi ödəyicisinin adının hər hansı siyahıda mənbəyi bəlli olmayan kreditor kimi göstərilməsi onun vergi borcunun yaranmasına dəlalət etmir.

57. Məhkəmə kol legiyası nəzərə alır ki, cavabdehin əsaslandığı sərəncamdakı məlumatlar mənbə kimi çıxış edə bilər, lakin borcun özünün mövcudluğu və məbləği sübut edilməlidir.

58. Yuxarıda qeyd olunduğu kimi, müvafiq sorğular verildiyinə baxmayaraq, iddiaçı ilə "xxxx" QSC-nin arasında hər hansı mübadilə əməliyyatını və bunun nəticəsində borcun yarandığını təsdiq edən hər hansı sübutu "xxxx" QSC təqdim edə bilməmişdir. Eyni ilə, bu qeyd olunanları təsdiq edən müvafiq sübutları cavabdeh də məhkəməyə təqdim edə bilməmişdir.

59. İddianın mümkünlük şərtinə - iddianın verilməsi müddətinin ötürüldüyünə dair şikayətin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin şərt birinci instansiya məhkəməsində icraat zamanı yoxlama predmeti olmuş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömr əli qərardadı ilə iddiaçının prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, prosessual müddət bərpa edilmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin yekun qərarından verdiyi apellyasiya şikayətində iddianın verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürüldüyü qeyd olunsa da, şikayətdə birinci instansiya məhkəməsinin müddətin bərpası ilə bağlı xx.xx.2023-cü il tarixli, 2-1(114)-2979/2023 nömrəli qərardadının dəlillərinə və əsaslarına qarşı hər hansı etiraz edilməmiş, qərardad yekun qərarla birlikdə mübahisələndirilməmişdir.

60. Beləliklə, 30.208,32 manat məbləğində hesablanmış vergi öhdəliyinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının həmin hissədə ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-159/2024 nömrəli qərarı qismən - “xərclərin artırılması ilə bağlı olaraq hesablanmış” 2460,7 manat vergi məbləğinə aid hissədə ləğv edilir. İddia həmin hissədə rədd edilir. Şikayət qalan hissədə rədd edilir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-159/2024 nömrəli qərarı cavabdehin xx.xx.2023-cü il tarixli, **********222900 nömrəli qərarının 30.208,32 manat məbləğində vergi öhdəliyinə münasibətdə ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar