Məhkəmə qərarları › İş №2-1(102)-1478/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1478/2023

12.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1478/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 12.07.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(104)-123/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İŞİN HALLARİ

1. Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 40 nömrəli sərəncamı ilə İddiaçı Tərtər rayonu, Çaylı kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının əkilməsi məqsədi üçün 50 ha, xırda buynuzlu heyvan otarmaq məqsədi üçün örüş sahəsindən 215 ha, cəmi 265 ha torpaq sahəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi, Cavabdeh ilə aralarında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi qərara alınmışdır.

2. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı icarə yolu ilə ayrılacaq 265,0 ha torpaq sahəsi Çaylı kəndi ərazisinə məxsus torpaq sahəsinə aid olması, həmçinin həmin torpaq sahəsindən İddiaçı kənd təsərrüfatı məhsulları əkilməsi üçün 50,0 hektar, xırda buynuzlu davarları saxlamaq məqsədi üçün örüş sa həsindən 215,0 hektar, cəmi 265,0 hektar torpaq sahəsi icarə yolu ilə ayrılıb verilməsi məqsədəmüvafiq hesab edilmişdir. 3. xx.xx.2013-cü il tarixli, 7 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh başçısının xx.xx.2013cü il tarixli, 40 nömrəli sərəncamı əsasında Cavabdeh adından icarəyəverən qismində X2 ilə İddiaçı arasında bağlanmış, həmin torpaq sahəsi 25 il müddətinə icarəçiyə vermişdir. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarını əkib becərmək və heyvandarlığın inkişafı olmaqla, icarəçi hər il üçün icarəyəverənə 265 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 69 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə xırdabuynuzlu davarları otarmaq üçün verilmiş 215,0 ha örüş sahəs indən və 50,0 ha əkin sahəsindən təyinatı üzrə istifadə etmədiyindən ona 25 il icarəyə verilmiş 265,0 ha torpaq sahəsi barədə Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 40 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehn 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ilə ona Tərtər rayon Çaylı kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının əkilməsi məqsədilə 50,0 ha, xırda buynuzlu heyvan otarmaq məqsədilə örüş sahəsindən 215,0 ha, cəmi 265,0 ha torpaq sahəsinin 25 (iyirmi beş) il müddətinə icarəyə verilməsi qərara alınmış və aralarında xx.xx.2013-cü il tarixli, 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Lakin Cavabdeh qanunsuz olaraq torpaq sahəsinə öz əməkdaşlarını göndərərək, torpaq sahəsini zor gücü ilə əlindən almışdır. Bundan sonra müxtəlif dövlət qurumlarına dəfələrlə şikayət ərizələri ünvanlamışdır. Sonradan Tərtər rayon məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etmiş və proseslər zamanı Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 40 saylı sərəncamının ləğv edildiyini bilmiş və İcra hakimiyyətinə müraciət edərək xx.xx.2016-cı il tarixli, 69 saylı sərəncamı əldə etmişdir. Odur ki, Cavabdeh başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ilə qanunvericiliyin tələbləri kobud surətdə pozulduğundan həmin sərəncam ləğv olunmalıdır.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

8. Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(114)-2304/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 69 nömrəli sərəncamı ləğv edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən sərəncam qəbul edilərkən iddiaçıya məlumat verilməmiş, cavabdehin qeyd etdiyi faktlar iddiaçı ilə birlikdə araşdırılmamış, iddiaçının məsələyə münasibəti öyrənilməmişdir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(104)-123/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının bağlanmış müqavilənin ləğv edilməsindən məlumatı yox idisə nə üçün müqavilə ləğv edilənədək icarə haqqını ödəmiş, icarə müqaviləsi ləğv edildikdən sonra isə icarə haqqı ödəməmişdir. İddiaçı ilə bağlanmış icarə müqaviləsi Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 69 saylı sərəncamı ilə ləğv edilməsindən 5 ildən çox vaxt keçməsinə baxmayaraq, məhkəmə əsasız olaraq iddia müddətini bərpa etmişdir. Bundan başqa, iddiaçıya Cavabdeh başçısının 16 aprel 2013-cü il tarixli, 40 saylı sərəncamı ilə rayonun Çaylı kəndi ərazisindən dövlət mülkiyyətində olan torpaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 215.0 hektar, kənd təsərrüfatı məhsulları əkilib becərilməsi məqsədilə 50.0 hektar olmaqla, ümumilikdə, 265.0 hektar torpaq sahəsi 25 il müddətinə icarəyə verilmiş, lakin o, icarəsinə verilmiş 265.0 hektar torpaq sahəsindən təyinatı üzrə istifadə etmək əvəzinə həmin torpaq sahəsini ayrı-ayrı vətəndaşlara icarəyə verməklə gəlir mənbəyi kimi istifadə etmişdir. X1 müxtəlif vaxtlarda Cavabdehndə qəbul edilmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabin etinin 15 mart 2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 14cü bəndində davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna yerli icra hakimiyyətinin və ya bələdiyyənin sərəncamı ilə xitam vermə səlahiyyətinin olması izah edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “İnzibati icraat haqqında” Qanun Maddə 1.1. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işi n düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Maddə 59.1. Yazılı inzibati aktda inzibati aktı qəbul etmiş orqanın adı, inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı, inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi, inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası, həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə bilə cəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

17. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayə t instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrind ə nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin i nzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil e dir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi sərəncamın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisələndirilən inzibati aktda mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamış, inzibati aktın iddiaçıya rəsmi qaydada verilməsini və ya elan edilməsini təsdiq edən hər hansı sübut nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi, həmçinin müəyyən etmişdir ki, mübahisələndirilən inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş əsaslara, pr insiplərə və prosedur qaydalara riayət olunmamışdır.

26. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən formal-hüquqi baxımdan qanunsuz sayılmalıdır. İddia tələbi üzrə müsbət bir qərarın qəbulu (inzibati aktın ləğvi) üçün şərtlər artıq icraatla bağlı normaların pozulmasına görə mövcuddur. Bu baxımdan, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasına, nəticə etibarilə ehtiyac yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(104)-123/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar