Məhkəmə qərarları › İş №2-1(102)-1479/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1479/2024

04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1479/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-71/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1; İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30İ52 - Ürəyin digər xəstəlikləri => İ45 - Ürək keçiriciliyinin digər pozğunluqları => İ45.8 Ürək keçiriciliyinin digər dəqiqləşdirilmiş pozğunluqları; Diaqnozun mətni: UİX stabil gərginlik stenokardiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: UİX stabil gərginlik stenokardiyası;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir.

2. Balakən Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya[döş inağı] => 120.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİİ f.s. Keçirilmiş miokard infarktı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif).;” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir.

3. İddiaçıya Elektron Təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Ümumi xəstəlik, X1: İX Sinif - Qan dövranı sistem i xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => 120.8- Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİİ f.s. Keçirilmiş miokard infarktı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncüdördüncü funksional sinif).” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir.

4. İddiaçı barədə ətraflı qiymətləndirmə məlumatlarından görünür ki, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli müayinələrdən sonra əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. 5. “Balakən Rayon Mərkəzi Xəstəxanası”nın xx.xx.2022-ci il tarixli, PHŞ/6.27-2-2022121 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2021-ci ildən etibar ən Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstə müəssisəyə ürəkdöyünmə, təngnəfəslik, halsızlıq kimi şikayətlərlə müraciət etmişdir və məlum olmuşdur ki, xəstə 5 il ərzində yüksək ürək xəstəliyindən əziyyət çəkir və eyni zamanda 2013-cü ildə Aorta-koronar şuntlanma əməliyyatı keçirmişdir. X4 Sığorta vasitəsi ilə özünə köməklik göstərilməsini və əlilliyin təyin edilməsi üçün yenidən müraciət etmiş, Balakən rayon MRX PHŞ vasitəsilə Akademik C.Abdullayev xx.xx.2022-ci il tarixində xəstəyə ixtisaslaşmış tibb müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olması səbəbilə imtina cavabı verilmişdir.

6. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlik ləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8- Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlikli stenokardiya İİ FS. infarktdan sonraki kardioskleroz Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı,.infarktdan sonraki kardioskleroz Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ fs Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonraki hal; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyac var;” səbəbi ilə imtina verilmişdir.

7. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmı ş və “X1: 20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlikli stenokardiya İİ FS. infarktdan sonraki kardioskleroz Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı,.infarktdan sonraki kardioskleroz Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ fs Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonrakin hal; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var.” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) yanında Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) xx.xx.2022-ci il tarixli J00012141URH saylı qərarının və xx.xx.2022-ci il tarixli **********4 saylı məktubunun ləğv edilməsi və əlillik statusunun verilməsi və əlillik dərəcəsinin müəyyən olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi) təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddia tələbini onunla əsas landırılmışdır ki, iddiaçı ürəyində açıq cərrahi əməliyyat keçirib, 2013-cü ildə ayağından damarı götürüb ürəyinə qoyublar, təzyiqi hər gün ən azı 150-180, ən çoxu 220-250 olur, dərmansız yaşaya bilmir və ayağından damar götürüldüyü üçün çolax kimi yeriyir və soyuq havada heç yeriyə bilmir. Ona diaqnoz qoyulub - 20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası. İmtina səbəbi də Əlavə müalicəyə ehtiyacın olması Ətraflı: diaqnozun ağırlaşmalarını təsdiq etmək üçün əlavə müalicə təyin olunur. Əlavə müalicənin ehtiyacının olması imtina səbəbi ola bilməz, çünki əlavə müalicəyə ehtiyac varsa demək artıq bu insan xəstə əlil sayıla bilər. Əlavə müayinə yazılsaydı yenə də haradasa başa düşmək və qəbul etmək olardı, amma heç o da düz gəlmir, çünki artıq müayinə olunub və böy rəyin olmaması təsdiq olunub. Atım fraksiyasının norması 53-70 faizdir, demək 53 faizdən aşağı olduğu halda normal sayılmır və əlillik dərəcəsi verilməsi üçün TSEK-ə müsbət cavab verməliydi. O, açıq ürək əməliyyatı keçirib, 30-dan 60 faizə qədər bədəni zərər görüb və görür, ayağımdan damar götürülüb deyə düzgün yeriyə bilmir dərmansız yaşaya bilmir ürəyi ağrıyır. Ona əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə tibbi sənədləri ilə birlikdə yazılı şəkildə müraciət etsə də, əlilliyin təyin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları

11. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətini Zaqatala rayon Mərkəzi xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göstəriş əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacı olması-Səbəbi: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyac var” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicə etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilməsi səbəbi ilə imtina verilmişdir. Cavabdeh etiraz məktubuna əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertiza:

12. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2195/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi-Eks pertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur (İddiaçı canlı müayinə olunmaqla): Birinci sual: İddiaçıya qoyulmuş “X1: 20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlikli stenokardiya İİ FS. infarktdan sonraki kardioskleroz Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, infarktdan sonraki kardioskleroz Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ fs Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonrakı hal; diaqnozu düzgündürmü? İkinci sual: Əgər diaqnoz təsdiq olunursa, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq hansı xəstəliklə eyniyyət təşkil edir, ona əlilliyin təyin edilməsi üçün əsas verirmi? Üçüncü sual: Əgər qoyulmuş diaqnoz düzgün deyilsə iddiaçının hazırkı vəziyyətini əks etdirən diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur? 13. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2022-ci il tarixli, T 577/2022 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: Birinci suala cavab: iddiaçının iş materiallarında olan əlillik vəziyyətinin Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində doldurulub göndərilmiş xx.xx.2022-ci il tarixli göndərişdə qeyd edilmiş “İ20.8Stenokardiyanm digər formaları, ÜİX, stabil gərginlikli stenokardiya İİ FS, infarktdan sonrakı kardioskleroz; Ağırlaşma: 125.2- əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardi oskleroz; Ağırlaşma: İ50.0-durğunluq, ürək çatmamazlığı İİ fs; Yanaşı xəstəliklər: Z95.1-aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator instrumental müayinələrinin əsasında qoyulmuş, diaqnoza uyğun aparılmış müalicə tədbirləri və icra olunmuş açıq ürək əməliyyatı nəticəsində xəstəliyin proqnozu qənaətbəxş olmuşdur. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. “AKŞ” əməliyyatı keçirən şəxslərə əməliyyatdan sonra mütəmadi qəbul üçün müvafiq dərman preparatları təyin edilir. İki və üçüncü suallara cavab. Əsas diaqnoz və ağırlaşmaları nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilmiş patomorfoloji dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 87 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin təyini ilə əlaqədar meyarlarının hər hansı birini aid etmək mümkün olmadı.

14. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-404/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya" Elmi-Təcrübi və Tədris Birliyinə həvalə edi lmiş, ekspertiza qarşısında ilk üç sual üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2195/2022 nömrəli qərardadında qoyulmuş suallar yenidən qoyulmuş və əlavə 4-cü sual əlavə edilmişdir (İddiaçı canlı müayinə olunmaqla). Dördüncü sual: İddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun olaraq mövcud meyarlara əsasən ona hansı əlillik dərəcəsi təyin olunmalıdır?

15. Məhkəmə Tibbi Ekspertiza və X2” X3 xx.xx.2023-cü il tarixli 850 nömrəli məktubuna əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, 41 nömrəli rəyindən görünür ki, iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Bir-dördüncü suallara cavab. iddiaçının mütəxəssis müayinələrinə əsasən, onda “Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlikli stenokardiya İİ FS, infarktdan sonrakı kardioskleroz; əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz; durğunluq, ürək çatmamazlığı İİ fs; aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal” müəyyən edilmişdir. “AKŞ” əməliyyatı keçirən şəxslərə əməliyyatdan sonra mütəmadi qəbul üçün müvafiq dərman preparatları təyin edilir. Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsəddə tibbisosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(116)-404/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlilliyin (orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 5 il müddətində ikinci dərəcə əlillik təyin edilmi şdir. Əlillik təyin edilərkən “ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. Keçirilmiş miokard infarktı” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz iddiaçıya ilkin olaraq əlilliyin təyin olunduğu 2014-cü il tarixli, təkrar təyin olunduğu 2015-ci il tarixli diaqnozlarla eyni olmuşdur.

18. İddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinə dair qiymətləndirmə nəticələrində qoyulmuş diaqnoz eyni olsa da əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməmişdir. Həmin diaqnoz ekspert rəyinə əsasən yenidən öz təsdiqini tapmışdır.

19. Verilmiş sorğuya əsasən “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ixtisaslaşdırılmış müalicə müəssisində müayinə və müalicə aparılması halında xəstəliyin tam aradan qalxması mümkün d eyildir. İddiaçıya qoyulmuş diaqnoz Əsasnamənin 2.1.1-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşür.

20. Göründüyü kimi iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır.

21. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiyi nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1038/2023 saylı Qərarında da əks olunmuşdur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmi ş müraciəti əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-71/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-404/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh əlillik təyini ilə bağlı bildirir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlikli stenokardiya İİ FS.infaktdan sonraki kardioskleroz Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard inf arktı, infarktdan sonraki kardioskleroz Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ fs Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonraki hal; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikada əlavə müayinə və müalicə olunmasına ehtiyac var;” səbəbi ilə imtina verilmişdir. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: 20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlikli stenokardiya İİ FS.infaktdan sonraki kardioskleroz Ağırlaşma İ25.2 Əvvəllər keçirilən mioka rd infarktı,.infarktdan sonraki kardioskleroz Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, İİ fs Yanaşı xəstəliklər Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ dən sonraki hal; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var.” səbəbi ilə imtina verilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan tibbi əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməsi mümk ün olmamışdır. Belə olan halda, iddiaçıda olan xəstəlik “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir.

28. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək və 3.2.5-ci bəndinə əsasən, tibbi-sosial ek spert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək Agentliyin hüquq və vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndində eyni xarakterli səlahiyyət Agentliyə həvalə olunmuşdur. Göründüyü kimi, Agentlik əlilliyin qiymətləndirilməsi və təyini barədə tam səlahiyyətli qurumdur.

29. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.

30. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.

31. Əlilliyin təyini və bərpası Agentliyin müstəsna səlahiyyəti olmaqla yalnız təqdim edilmiş müvafiq tibbi sənədlər əsasında və onların mötəbərliyinə şübhələr olmadıqda həyata keçirilə bilər. Məhkəmə faktiki olaraq dövlət orqanın əvəzinə və hər hansı hüquqi və tibbi əsaslandırma olmadan şəxsə qarşı əlilliyi təyin etmişdir. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskres ion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin təyini və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş proseduralar əsasında aparıla bilər. Bu prosedurların heç biri məhkəmə tərəfindən icra oluna bilməz.

32. Məhkəmə səlahiyyətləri daxilində olmayan və yalnız müvafiq tibbi sənədlərdə nəzərdə tutulduğu halda, yəni buna əsas olduğu halda qərar qəbul etməli olmasına rəğmən əlilliyin təyin edilməsi və bunun cavabdehə həvalə edilməsi barəsində birinci instansiya məhkəməsinin qərarını dəyişdirməyərək, ciddi qanun pozuntusuna yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

33. İddiaçı kassasiya şikayətinə qa rşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Etirazın dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

34. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzə rdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibat i mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

35. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

36. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlilləri ndən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

38. İddiaçı öz tələbinin əsası kimi tibb müəssisələri tərəfindən keçirilmiş müayinələrin nəticələrini təqdim etmişdir. Göndərişdə də həmin müayinələrə və onların nəticələrinə istinad edilir.

39. İddiaçıya sonuncu dəfə xx.xx.2016-ci il tarixdə 5 il müddətində ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən “ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası. Keçirilmiş miokard infarktı” diaqnozu qoyulmuşdur. Həmin diaqnoz iddiaçıya ilkin olaraq əlilliyin təyin olunduğu 2014-cü il tarixli, təkrar təyin olunduğu 2015-ci il tarixli diaqnozlarla eyni olmuşdur.

40. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da görünür ki, iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyina tı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Məhkəmənin bu qənaəti “Məhkəmə Tibbi Ekspertiza və X2”nin xx.xx.2023-cü il tarixli, 41 nömrəli rəyi ilə də təsdiq olunur. Həmin rəydə qeyd olunmuşdur ki, iddiaçının mütəxəssis müayinələrinə əsasən, onda “Stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlikli stenokardiya İİ FS, infarktdan sonrakı kardioskleroz; əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz; durğunluq, ürək çatmamazlığı İİ fs; aortokoronar şuntlu transplantatın olması, AKŞ-dən sonrakı hal” müəyyən edilmişdir. “AKŞ” əməliyyatı keçirən şəxslərə əməliyyatdan sonra mütəmadi qəbul üçün müvafiq dərman preparatları təyin edilir.”. 41. “Zaqatala Rayon Mərkəzi Xəstəxanası”nın xx.x x.2023-cü il tarixli məktubunda da bildirilmişdir ki, ixtisaslaşdırılmış müalicə müəssisəsində müayinə və müalicə aparılması halında xəstəliyin tam aradan qalxması mümkün deyildir.

42. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir.

43. Bu qənaət, həmçinin “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektr on sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...

44. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.

45. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüq uqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

47. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səla hiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 48. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

49. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.

50. Apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(107)-71/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar