Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-148/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X1 (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2521/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən: xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 23 №-li ŞPTM-də təhsil almış, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusu sıralarında xidmət keçmiş, xx.xx.1976-xx.xx.1980-ci illərdə mexaniki sexdə gəmi boru kəməri çəkən qaynaqçı vəzifəsində, xx.xx.1980-xx.xx.1981-ci illərdə “İnturist” ÜSC-nin Bakı şəhərindəki TTİ-də çilingər, xx.xx.1981-xx.xx.2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının TTİ-də çilingər, santexnik çilingər, elektrik qaynaqçısı, xx.xx.2001-xx.xx.2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası şəhərciyində santexnik vəzifəsində işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, yasa görə əmək pensiyasinin təyin olunmasinı xahiş etmişdir.
3. Cavabdehin 09 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1977-ci il tarixində tərtib edilmiş ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən, xx.xx.2006-cı il tarixinə kimi sığorta stajı 19 il 6 ay təşkil etməklə, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X5, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən, xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Təmir-Tikinti Quraşdırma İdarəsi nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövr s ığorta stajına əlavə edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 3 saylı Bakı “DOST” mərkəzinə ərizə ilə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********9 saylı imtina məktubunda onun xx.xx.1977-ci il tarixdə tərtib edilmiş ИТ-İ ******* saylı əmək kitabçasına əsasən xx.xx.2006-cı ilədək sığorta stajının 19 il 6 ay təşkil etməklə tələb olunan müddətdən az olması göstərilmiş, xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək işlədiyi Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılmasının mümkün olmaması və bu səbəbdən həmin dövrlərin sığorta stajına daxil edilməməsi bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.
6. Cavabdeh tərəfindən iddiaya dair etirazda qeyd edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2021-ci il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçının № 018567 nömrəli əmək kitabçasında xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd edilsə də, həmin İdarənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün qeyd edilən dövrlərin araşdırılması və sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. İddiaçının təqdim etdiyi № ******* saylı əmək kitabçasına əsasən, sosial sığorta stajı 19 il 6 ay olmaqla, qanunla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim H.Ağalarov) 2-1(112)-2809/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyi xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövr sığorta stajına əlavə edilməklə, 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməs i vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 02 iyul 1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu 02 iyul 2021-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, ə mək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 19 il 6 aydır. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması səbəbindən həmin dövrün araşdırılması mümkün olmamışdır. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda q eyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığına dair mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan məsələ hesab edilə bilməz.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2521/2022 saylı 16 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və H.Həmidov) Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensi ya təminatı haqqında” Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə, qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq, işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı kassasi ya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.2 Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlə rin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödəni lməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; Maddə 22.1 Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir
17. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.
18. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən i şə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin d əlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qeyd edilməlidir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün hazırkı qərarın 16 bəndində qeyd edilən normanın məzmununa görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığor ta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
25. İşin mübahisələndirilməyən halı iddiaçının 19 il 6 ay ümumi sığorta stajının mövcud olmasıdır.
26. İşin müəyyən edilmiş hallarına görə, əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alındıqda iddiaçının 25 ildən artıq əmək stajı mövcuddur.
27. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı isə iddiaçının Azərbaycan Respublikası Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma İdarəsində işlədiyini iddia etdiyi xx.xx.1991-ci ildən xx.xx.2001-ci ilədək olan dövrün ümumi sığorta stajına daxil edilməməsi ilə bağlıdır.
28. Məhkəmə kollegiyası həmin dövrün iddiaçının sığorta stajına daxil edilməsindən imtina ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin 06-1-769 nömrəli, 23 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, AMEA-nın İşlər idarəsinin Təmir-Tikinti Quraşdırma İdarəsi AMEA-nın Rəyasət Heyətinin xx.xx.2016-cı il tarixli 1/9 nömrəli qərarı ilə ləğv edilmiş və hüquqi varisi müəyyənləşdirilməmişdir. AMEA Rəyasət Heyəti aparatı Elmi İrs şöbəsinin bildirdiyinə əsasən, AMEA Təmir-Tikinti Quraşdırma İdarəsi 1986-cı ildən sonra mühafizə olunmaq üçün Elmi irs şöbəsinə arxiv sənədlərini təqdim e tməyib. İddiaçı barəsində xahiş olunan xx.xx.1991-xx.xx.2001-ci illər üzrə AMEA-nın Təmir-Tikinti Quraşdırma İdarəsinə məxsus arxiv sənədləri arasında xx.xx.1981-ci il tarixli 39 nömrəli əmrdən başqa heç bir arxiv sənədi mövcud deyildir. Təqdim olunan xx.xx.2021-ci il tarixli 071/35-11 və 071/37-11 nömrəli arayışlar AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsi Mühasibatlığının sənədləri əsasında Elmi İrs şöbəsi tərəfindən hazırlanmışdır.
29. Həmçinin, işə əlavə edilmiş Azərbaycan Milli Elmlər X3 X4 İrs şöbəsinin 071/120-11 nömrəli, 24 dekabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Elmlər Akademiyasının Təmir-Tikinti Quraşdırma” İdarəsində işlədiyi barədə (xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci illər) arayış tələb olunur. Elmi İrs şöbəsində mühafizə edilən sənədl ər 1959-1986-cı illəri əhatə edir. Göstərilən illərin arxiv sənədləri Elmi İrs şöbəsinə təqdim edilməyib. Elmi İrs şöbəsində olan məlumatlar – 071/35-11; 071/36-11 nömrəli arxiv arayışları xx.xx.2021-ci il tarixdə İddiaçı şəxsən təqdim olunub. Həmin məktuba əlavə olunmuş AMEA X6 İrs Şöbəsinin 24 dekabr 2021-ci il tarixli 071/122-11 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası İşlər İdarəsinin 15 noyabr 2001-ci il tarixli 205 №-li əmri ilə Azərb. MEK-nın Akademiya şəhərciyinə 15 noyabr 2001-ci il tarixindən santexnik vəzifəsinə təyin edilmişdir. AMEA İşlər İdarəsinin əmrlərində İddiaçı 2003-cü ildə işdən azad edilməsi barədə əmri olmadığı üçün əmək haqqı cədvəlinə əsasən xx.xx.2003-cü ilə qədər işlədiyi təsdiq edilib (əmr № 103 § 1).
30. Bununla yanaşı qeyd edilməlidir ki, qərarın 17-ci bəndində qeyd edilənlərə əsasən, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir.
31. Eyni zamanda, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi Azərbaycan Milli Elmlər Akademiyasının TəmirTikinti Quraşdırma İdarəsinin faktiki və arxiv sənədlərinin saxlanılmaması iddianın əsa slılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Nəzərə alınmalıdır ki, arxiv sənədlərinin saxlanılmaması iddiaçının təqsiri ilə əlaqədar olan məsələ hesab edilə bilməz.
32. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə xx.xx.2001-ci ilədək işləmişdir ki, növbəti gündən xx.xx.2001ci il tarixdən Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin əmri ilə (əmrin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir) santexnik vəzifəsinə təyin edilmişdir. Ağlabatan mühakimə əsasında xx.xx.2001-ci ildə vəzifədən azad edilməklə, növbəti gündən yeni vəzifəyə təyin edilməsi mübahisələndirilən dövr üzrə qeydlərin həqiqiliyi qənaətinə gəlməyə əsas verən hallardan biri kimi qəbul edilə bilər.
33. G öründüyü kimi, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni o, xx.xx.2021-ci il tarixdə 65 yaşına çatmışdır və ümumilikdə, 25 ildən artıq sığorta stajına malikdir. Odur ki, aşağı instansiya məhkəmələrinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2521/ 2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.