Məhkəmə qərarları › İş №2-1(102)-148/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-148/2024

09.02.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-148/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-148/24) (Açar sözlər: müharibə veteranı üçün verilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2002-ci ildən 2021-ci ilin fevral ayına kimi Qarabağ veteranı üçün verilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-359/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilmiş və həmin tarixdən cavabdeh tərəfindən Pr ezident təqaüdü ödənilir.

2. İddiaçı ona 2002-2021-ci illər üçün verilməli olan müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, qanunvericiliyə görə veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2002-ci ildən 2021-ci ilin fevral ayına kimi Qarabağ veteranı üçün verilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş et mişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildən məcburi köçkün kimi Tərtər rayonunda yaşayır. 1986-cı ildə hərbi xidmət keçmək üçün Əfqanıstan Respublikasına getmiş, 1986-cı ildən 1988-ci ilə kimi Əfqanıstan Respublikasında hərbi xidmətdə olmaqla orada gedən müharibədə iştirak etmişdir. Hərbi xidməti başa vurub Azərbaycan Respublikası Kəlbəcər rayonuna qayıtdıqdan sonra Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən ona Əfqanıstan veteranı vəsiqəsi təqdim olunmuşdur. 1989-cu il tarixdə isə Slavyan Universitetinə qəbul olmuş və oxuduğu Universitetdə təhsil aldığı müddət ərzində Əfqanıstan veteranı olduğu üçün ona əlavə güzəştlər olunmuşdur. 1992-ci il aprel ayının 8-də Kəlbəcərin işğalından təqribən bir il əvvəl ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şər ait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində törədilmiş soyqırım hadisəsi nəticəsində Kəlbəcər rayonunda yandırılan evlərdən biri də onun ailəsilə birlikdə yaşadığı ev olmuşdur. Evləri yanarkən elə Əfqanıstan veteranı vəsiqəsidə yanmışdır. Həmin dövrlərdə yanmış sənədlərinin bir qismi dövlət tərəfindən yenidən bərpa olunaraq verilsə də, vəziyyətlə əlaqədar olaraq veteranlıq vəsiqəsi bərpa olunaraq ona verilməsi mümkün olmamışdır. 2018-ci il tarixdə Əfqanıstan veteranı vəsiqəsinin bərpa olunub verilməsi ilə bağlı Kəlbəcər Rayon Hərbi Komissarlığına rəsmi qaydada müraciət etmişdir. Bundan sonra Komissarlığı tərəfindən Rusiya Federasiyasına sorğu verilmiş, müsbət cavab nəticəsində 2021-ci ilin fevral ayında ona təkrarən Əfqanıstan veteranı vəsiqəsi verilmişdir.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Gəncə İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(114)-178/2023 nömrəli qərarı (hakim E.T.Axundov) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi yarandığı zaman “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməsi qərara alınmışdır. Yəni, iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik v ə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə MV 01140 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o və bu kateqoriyadan olan şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişlər. Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və yuxarıda qeyd edilən Qaydalarda da aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddi açıya “müharibə veteranı” adı və vəsiqəsi 15 mart 2022-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab etmişdir ki, iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququnun olması istisna edilir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-359/2023 nömrəli qərarı (hakimlər: A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, A.V.Bayramov və R.Z.Mamedov) ilə apellyasiya şi kayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-178/2023 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməmiş sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayarq qeyd etmişdir ki, hazırki tələb üzrə müəyyən edilməli olan hal iddiaçının müharibə iştirakçısı statusunu əks etdirən vəsiqənin ilkin və ya dublikat alınması, həmin vəsiqənin alınma vaxt qüvvədə olan qanunvericilik normasıdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövl ət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 30 may 2023-cü il tarixli, 3-43-32/2-464/2023 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıya 01140 nömrəli vəsiqə dublikat olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı tərəfindən verilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilmiş müharibə veteranı vəsiqəsi dublikat olmuş, əvvəllər iddiaçıya məxsus vəsiqənin əvəzində verilmişdir. Belə olduqda iddiaçıya müvafiq olaraq sosial müavinətin hesablanaraq ödənilməsi hüququnun axımı 09 fevral 2021-ci il tarix ilə şərtləndirilməməlidir. Belə ki, onun müavinət almaq hüququ dublikat vəsiqə aldığı anda deyil, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq normasının qəbulu ilə yaranmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Resp ublikası qanunun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixli 419-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilərək hazırki redaksiyada verilmişdir. Dəyişiklik edilməmişdən əvvəl həmin norma “aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir” kimi qeyd edilmişdir. Belə olan halda isə sosial müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə nəzərdə tutulan norması xx.xx.2007-ci il tarixdən qanuni qüvvəyə mindiyindən və hüquqi müəyyənlik prinsipi baxımından hüquq norması qanunla nəzərdə tutulmuş istisna olmadığı təqdirdə hüquq münasibətlərinin yarandığı andan sonrakı münasibətlərə tətbiq edilməsi nəzərdə tutulmuşdur.

11. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, sosial m üavinətin müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə - Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Beləliklə, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməz dən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

12. İnsan və vətəndaş hüquqlarının və azad lıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə

38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respu blikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Ma ddə

7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavin ətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”: Bənd 1.3. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilmə məsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhk əmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İns an Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına ma ddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əvvəla onu qeyd edir ki, iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi və həmin tarixdən cavabdeh tərəfindən ona Prezident təqaüdünün ödənilməsi işin mübahisələndirilməyən halıdır.

27. İddianın hüquqi əsasına və cavabdeh inzibati orqanın kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin 30 may 2023-cü il tarixli, 3-43-32/2-464/2023 nömrəli məktubundan göründüyü kimi, iddiaçıya 01140 nömrəli vəsiqə dublikat olaraq verilmişdir. Yəni, əvvəllər iddiaçıya məxsus müharibə veteranı vəsiqəsi olmuş, həmin vəsiqə hazırda mövcud olmadığından xx.xx.2021-ci il tarixdə iddiaçıya dublikat vəsiqə verilmişdir. Belə olan halda isə, onun müavinət almaq hüququ dublikat vəsiqə aldığı anda deyil, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq normasının qəbulu ilə yaranmışdır.

28. Hazırki qərarın 15-18-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq, ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlə r müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.

29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dublikat vəsiqənin alındığı tarixdə iddiaçıya Prezident təqaüdünün ödənildiyi və onun geriyə ödənilməsinin qanunvericilikdə müəyyən edilmədiyi nəzərə alınaraq qanunda dəyişiklik edilməsi iddiaçının ziyanına şərh olunmamalı, qazanılmış hüquq konsepsiyasına əsasən iddiaçıya 01 aprel 2016-cı il tarixdən 01 aprel 2019-cu il tarixədək ödənilməmiş sosial müavinət hesablanaraq ödənilməlidir. Çünki, iddiaçının Əfqanıstan müharibəsi iştirakçısı olaraq qeyd olunan dövrlər üzrə veteran kimi “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi hüququ vardır.

30. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2023-cü il tarixli, 2-1(104)-359/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar