Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1480/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ünvanlı dövlət sosial yardımının verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 20 25-ci il tarixli, 21(103)-687/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X2 ailə tərkibində qeyd edilməməsi əsası ilə cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.
2. İddiaçı daha sonra xx.xx.2024-cü ildə yenidən cavabdehə müraciət etmiş, cavabdeh abonent kodu barədə məlumatın gizlədilməsi və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə ona imtina cavabı vermişdir.
3. İddiaçının xx.xx.2024-cü ildə ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı müraciəti, cavabdeh tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə təmin edilməmişdir.
4. İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh eyni əsasla, yəni ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə yenidən onun müraciətini təmin etməmişdir.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, 05.06. 2024-cü il tarixdə əvvəlki imtinalar iddiaçının nəzərinə çatdırmaqla ona yenə də imtina cavabı verilmişdir.
6. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavab dehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2023-cü ilin oktyabr ayından, yəni müraciət etdiyi tarixdən 01 iyul 2024-cü il tarixə qədər ünvanlı dövlət sosial yardımının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə müraciət edərək, aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımının verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi” əsas tutulmuş və xahişinə əməl edilməmişdir. Hazırda nikahı pozulmuşdur, iki azyaşlı - 3 və 5 yaşlı övladları onun himayəsindədir. Aliment ödənişindən əlavə ailəsinin g əliri yoxdur. İşləmir, ancaq övladlarının tərbiyəsi ilə məşğuldur. Qeyd olunan məlumatları cavabdehin tabeçiliyində olan qurumların alt sisteminə yerləşdirmişdir. İmtinanın səbəbi olaraq gəlirləri barədə hansı məlumatın düzgün qeyd edilmədiyini cavabdeh və onun tabeliyində olan qurumlar nə şifahi, nə də yazılı açıqlamır.
9. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, mövcud vəziyyətdə ailənin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda, sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər, birbaşa təmsilçinin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın ç ıxarılmasında həmin məlumatlardan istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci bəndinə əsasən, “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə sosial yardımın təyin olunmasından imtina edilir. Eyni zamanda, sözügedən məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə, iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi məlumatl arla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə-bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina üçün əsasdır.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 13 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10492/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instan siya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı sonuncu dəfə 2024-cü ilin iyun ayında cavabdehə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı hazırda cavabdehə etdiyi ilk müraciət tarixindən, yəni 2023-cü ilin oktyabr ayından müraciətinin təmin olunduğu 01 iyul 2024-cü il tarixə kimi olan dövrə görə ona ünvanlı sosial yardımın verilməsini, daha doğrusu, ona ünvanlı dövlət sosial yardımının xx.xx.2023-cü il tarixdən təyin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, həmin imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın xx.xx.2023- cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir. Bundan əlavə, işdən görünür ki, iddiaçının xx.xx.2024ci il tarixli, **********36101 nömrəli müraciətinə təmsilçi tərəfindən qaz abonent kodunun qeyd olunmaması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə imtina verilmişdir. Belə ki, müraciətin araşdırılması zamanı keçirilmiş maddi-məişət şəraitinin müayinəsində təmsilçinin ərizə-bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmiş, maddi-məişət şəraitinin müayinəsində müvafiq ünvanda qaz sayğacı və evə qaz xətti gəlməsi aşkarlanmışdır. Həmçinin, iddiaçı ərizəbəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1280 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı ona atası tərəfi ndən son bir ilin 8 ayında 200-300 manat arası maddi yardım olunduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan, onun gəlirləri ərizəbəyannamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin 700-800 manat olmasını bildirmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli **********36102 nömrəli müraciətinə baxılarkən, onun qeyd etdiyi ünvanda maddi-məişət şəraitinin müayinəsi zamanı 2023-cü ilin avqust ayından iki uşağa görə 440 manat və əlavə 100 manat olmaqla, 540 manat aliment təyin edilmiş və 2520 manat ödənildiyini bildirmişdir. Həmçinin, iddiaçı ərizə bəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1500 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı ona atası tərəfindən 2023-cü ilin sentyabr ayınadək 300 manat maddi yardım olunduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan (nikahın pozulması barədə məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir) onun gəlirləri ərizəbəyannamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin təqribi 800 manat olmasını bildirmişdir. Buna görə də həmin müraciətə isə təmsilçi tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün gö stərilməməsi əsası ilə imtina verilmişdir. xx.xx.2024cü il tarixli, **********36103 nömrəli müraciətə baxılması nəticəsində aşkar edilmişdir ki, iddiaçının qeyd etdiyi ünvanda maddi-məişət şəraitinin müayinəsi zamanı xx.xx.2023-cü il tarixdə nikahı pozulmuşdur, həmin ilin avqust ayında 540 manat aliment təyin edilmiş və oktyabr ayından ödənilir, lakin ərizə-bəyannamənin aliment hissəsində 3200 manat bəyan edilmişdir. Həmçinin, iddiaçı ərizə-bəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1800 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı ona atası tərəfindən 2023-cü ilin oktyabr ayınadək 300 manat maddi yardım olunduğunu bildirmişdir. Bundan başqa, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan, onun gəlirl əri ərizə-bəyannamədə ailənin gəlirlərində öz əksini tapmamışdır. Buna görə də müraciətə təmsilçi tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə imtina verilmişdir. Məhkəmə ailənin gəlirlərinin tam və düzgün olaraq müəyyən edilmədən ünvanlı sosial yardımın təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını və məlumatlardakı uyğunsuzluğun müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin bu imtinaları əsaslı olmuşdur. Lakin işdən o da görünür ki, iddiaçı sonuncu dəfə cavabdehə iyun 2024-cü il tarixdə müraciət etsə də, ona ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Halbuki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasə n, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Buna görə də iddiaçının tələbi qismən təmin edilməli, ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.B.Məmmədov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və P.A.Hüseynov) 23 yanvar 2025-ci il tarixli, 2-1(103)-687/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı döv lət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən müvafiq qurumlara sorğular verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan” Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 15 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, X4 və X6 arasında xx.xx.2016-cı il tarixdə 1261 nömrə ilə qeydə alınmış nikah Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 64 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuş və X1 xx.xx.2024-cü il tarixli seriya AZ-İ 464804 nömrəli nikahın pozul ması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və müraciətlərin hər birinə imtina cavabı verilmişdir. Qeyd olunan imtinalar araşdırılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsistemində qeydə alınmış xx.xx.2023-cü il tarixli müraciətinə VEMTAS tərəfindən verilmiş imtina ilə məhkəmə kollegiyası razılaşsa da, xx.xx.2024-cü il tarixdə verilmiş imtina ilə razılaşmamışdır. Belə ki, işdə olan c avabdeh orqan tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, **********36101 nömrəli imtinaya əsasən, ərizə-bəyənnamədə təmsilçi tərəfindən qaz abonent kodu qeyd olunmamış və ailənin gəlirləri barədə məlumat düzgün göstərilməmişdir. Həmin müraciətin araşdırılması zamanı keçirilmiş maddi-məişət şəraitinin müayinəsində təmsilçinin ərizə-bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmiş, maddi-məişət şəraitinin müayinəsində müvafiq ünvanda qaz sayğacı və evə qaz xəttinin gəlməsi aşkarlanmışdır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmış və həmin dövrdə qaz sayğacı MTK-nın təsisçisinin adına olmuşdur. İddiaçının özünün adına qaz sayğacı olmadığı təqdirdə abonent kodunun qey d olunmasına hər hansı bir göstəriş mövcud deyil. Məhkəmə tərəfindən videoçəkilişə baxış keçirilərkən iddiaçının keçmiş ərinin aylıq qazancı barədə dəqiqləşdirilməmiş məlumat verməsi müəyyən edilir. Belə ki, iddiaçı ilkin olaraq keçmiş ərinin qazancının 300 manat, sonradan 700-800 manat olması kimi məlumatın verilməsi ona əsas verir ki, iddiaçı keçmiş ərinin qazancı barədə məlumatsızdır. Belə olduğu təqdirdə, cavabdeh təşkilatın dəqiqləşdirilməmiş məlumatı gerçək məlumat kimi qəbul edərək sonradan iddiaçının keçmiş ərinin həqiqi qazancına uyğun olmaması barədə gətirdiyi arqumenti də məhkəmə əsassız hesab edir. Ona görə də cavabdeh təşkilatın fevral ayı üçün verdiyi imtinasının hüquqi əsası olmadığına görə iddiaçıya ödənilməli olan ünvanlı sosial yardım xx.xx.2024-cü ildən verilməlidir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin iddiaçıya xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi hissəsində mümkünsüz hesab edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, mövcud vəziyyətdə ailənin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər birbaşa təmsilçi nin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın çıxarılmasında həmin məlumatlardan istifadə edilir. Lakin İddiaçı ərizə-bəyannamədə digər ailələrdən alınmış gəlirlər bölməsində 1280 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı ona atası tərəfindən son bir ilin 8 ayında 200-300 manat arası maddi yardım olunduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan, onun gəlirləri ərizəbəyannamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin 700-800 manat olmasını bildirmişdir. Yuxarıda ətraflı qeyd olunduğu kimi, sözügedən hallar qanunvericiliklə birbaşa imtina əsasıdır. Ailənin gəlirlərinin tam və düzgün olaraq müəyyən edilmədən ünvanlı sosial yardımın təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını və məlumatlardakı uyğunsuzluğun müraciətin təmin olunmasından imtina əsası kimi müəyyən edildiyi nəzərə alındıqda inzibati orqanın imtinaları əsaslı olmuşdur. Həmçinin, İddiaçı qeyd edilən imtinaları məhkəmə qaydasında mübahisələndirməmişdir. Əksinə, hər dəfə məlumatlarda müvafiq düzəlişlər edərək, ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ərizə ilə müraciət etmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı əvvəlki imtinalarla razılaşmış və məlumatlarda müvafiq düzəlişlər etmə klə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə yenidən müraciətlər etmişdir. İddiaçı sonuncu müraciəti əsasında xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ailəyə 330,48 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçının sonuncu müraciəti əsasında xx.xx.2024-cü il tarixdən 1 il müddətinə ailəyə sosial yardım təyin edilməsi halı iddiaçının xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli imtina qərarları ilə razılaşması anlamına gəlir və ailəyə 2023-cü ilin fevral ayından sosial yardımın ödənilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyula bilməz. Bundan başqa, sözügedən məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə, iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə-bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Qeyd olunan məsələyə münasibətdə bildirilir ki, İddiaçı xx.xx.2024-ci il tarixli, **********36101 nömrəli müraciətinə təmsilçi tərəfindən qaz abonent kodunun qeyd olunmaması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə elə həmin tari xdə imtina verilmişdir. Belə ki, iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixdə yazılı məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İndiki halda isə iddiaçının məhkəməyə müraciət etmək hüququ cavabdehin imtinasını aldığı gündən 30 gün ərzində mövcud olduğu halda, iddiaçı məhkəməyə 4 ay müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, inzibati orqanın iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da cavabdehin həmin qərarları qüvvəyə minmişdir. Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə, məhkəmələr ilk növbədə iddia müddətlərinə riayət edilib-edilmədiyi ni yoxlamalıdırlar. Lakin buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, iddia müddətinin ötürülüb-ötürülməməsinə iddianın mümkünlük şərti baxımından hüquqi qiymət verilməmişdir. Nəticə etibarilə, iddianın mümkün sayılmaması üçün əsas olduğu halda, apellyasiya instansiyası məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məc musundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə
3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmü ş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə
6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. Maddə
8. Sosial yardımın təyin olunması müddəti 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.... Maddə
10. Sosial yardım almaq hüququna yenidən baxılması 10.1. Sosial yardım almaq üçü n müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikd irlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş ) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X5 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı h allarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 s truktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ə rizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassa siya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual po zuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırı lmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.
24. İşin faktiki hallarından görünür ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən tə qdim edilən məlumata əsasən ailə üzvü X2 ailə tərkibində qeyd edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
25. İddiaçı daha sonra xx.xx.2024-cü ildə yenidən cavabdehə müraciət etmiş, cavabdeh abonent kodu barədə məlumatın gizlədilməsi və ailənin gəlirləri barədə məlumatin düzgün göstərilməməsi əsası ilə ona imtina cavabı vermişdir.
26. İddiaçının xx.xx.2024-cü ildə ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı müraciəti ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə cavabdeh tərəfindən təmin edilməmişdir.
27. İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh eyni əsasla, yəni ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə yenidən iddiaçının müraciətinin təmin olunmasından imtina e tmişdir.
28. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, əvvəlki imtinalar iddiaçının nəzərinə çatdırılmaqla ona 05 iyun 2024-cü il tarixdə imtina verilmişdir.
29. İddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir.
30. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə etdiyi ilk müraciət tarixindən, yəni 2023-cü ilin oktyabr ayından müraciətinin təmin olunduğu 01 iyul 2024-cü il tarixə kimi olan dövrə görə ona ünvanlı sosial yardımın verilməsini, yəni ona ünvanlı dövlət sosial yardımının xx.xx.2023-cü il tarixdən təyin olunmasını xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10492/2024 nömrəli qərarı ilə iddia qismən təmin edi lmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
31. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş, cavabdeh isə həmin qərarla razılaşaraq apellyasiya şikayəti verməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi q üvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1).
34. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).
35. Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da, həmin qərarlar qüvvəyə minmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, əvvəlki imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə gör ə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardımın xx.xx.2024-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edilə bilməz. 37. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
38. İddiaçının ünvanlı sosial yardımın ödənilməsi barədə sonuncu dəfə xx.xx.2024cü il tarixdə cavabdehə müraciət etməsi işin mübahisəsiz halıdır.
39. Qanunvericiliyin yuxarıda sadalanmış normalarına istinadla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən (bu qərarın 36-cı bəndində qeyd edildiyi kimi, əvvəlki imtinalar in zibati akt olaraq ləğv edilməmiş, dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir və hazırda da qüvvədədir) iddia qismən təmin edilməli, ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 21(103)-687/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərar qətidir.