Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1487/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəfat etmiş hərbi qulluqçunun ailə üzvünün növbədənkənar mənzil uçotuna götürülməsi, müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-241/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əri X2 xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2021-ci ildə xəstəxanada vəfat etmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, vəfat etmiş hərbi qulluqçunun həyat yoldaşı kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə əsasən kirayə haqqı üçün kompensasiya verilməsini və mənzil sahəsi ilə təmin olunmasını xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda iddiaçının mürac iətinin təmin olunmasında imtina etdiyini bildirmiş və imtinasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, qanunvericilikdə ölmüş hərbi qulluqçunun ailəsinə kirayə xərclərinin ödənilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının ölmüş əri xidmət dövründə rayon icra hakimiyyətində mənzil növbəsində olmamış və kirayə pulu almamışdır. Bu səbəbdən də kirayə pulunun ödənilməsinin davam etdirilməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində dövl ət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərinin qəbul edilməsi və ona uşaqları yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X2 44 günlük Vətən müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmiş, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına, sağlamlığı getdikcə ağırlaşdığına görə, hospital rəisini n komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq Rəşad Mahmudov xx.xx.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyatı olunması üçün “Bakı Medikal Plaza” klinikasına getmiş, xx.xx.2020-ci il tarixdə həmin klinikada neyrocərrahiyyə əməliyyatı düzgün aparılmamış, onun qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilmiş, 41 gün sonra, xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzillə təmin edilməsini və uşaqları yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kiray əsi üçün kompensasiyanın ödənilməsinin xx.xx.2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona qanunsuz, əsassız cavablar verilmiş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə poçt vasitəsilə etdiyi müraciətlərə yazılı cavab verməkdən imtina edilmişdir. Müvafiq orqanlara çoxsaylı şikayətlərindən sonra cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunu almışdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21-ci maddəsində əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müvafiq təminatl ar müəyyən edilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Həmin Qanunun 28-ci maddəsində qeyd olunmuş “hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə” dedikdə, (həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi) bu vəzifələrin kimin tərəfindən icra olunması – sonuncu xidmət etdiyi qurumun və ya yerli icra hakimiyyətlərinin nəzərdə tutulması məsələsi mübahisə yaradır. Lakin Mənzil Məcəlləsinin 51.2-ci maddəsində və “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.7-ci maddəsində güzəştin mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda onun həmin güzəştlə mənzil növbəsinə dayana biləcəyi qeyd olunduğundan, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21.5-ci maddəsinin tətbiqi mümkün olmamışdır. Qeyd olunanlardan əlavə güzəştin olması həmin zabitə nisbətdə tətbiq ediləcəyi bəlli deyil. Belə ki, sənədlər təqdim edildikdə şəxsin güzəştdən istifadə hüququnun olmaması halları da müəyyən oluna bilər. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
8. Üçüncü şəxs iddiaya münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli, 6 nömrəl i qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 167-ci maddəsinə müvafiq olaraq X3 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantının köməkçisi kapitan X2 vəfat etdiyi üçün xx.xx.2021-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılm ışdır. Ölüm hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu gündən ən gec 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqlara yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyasının ödənilməsi davam etdirilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: Elvin Əliyev) 10 mart 2022-ci il tarixli, 2 1(112)-1404/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mövcud qanunvericiliyə əsasən yalnız hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verildiyindən, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirildiyindən, iddiaçının mərhum ərinin isə hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən verilən imtina qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsini n İnzibati Kollegiyasının (hakimlər: İspəndiyar Şəfiyev /məruzəçi/, Rahib Nəbizadə və İlqar Hüseynov) 12 iyul 2023-cü il tarixli, 2-1(102)-1701/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddianın maddi-hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tətbiq edilməli olduğunu bildirməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddiaçının bu dəlilinə qiymət verməmiş, həmin normanın nəyə görə tətbiq edilmədiyini əsaslandırmamışdır. Bundan ba şqa, birinci instansiya məhkəməsi iddianı tamamilə başqa əsasla – iddiaçının mərhum ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmasının işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığına istinadən rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri də məhz məhkəmənin bu mövqeyinin qanunsuz olması ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamasına baxmayaraq, işin bu halına münasibət bildirməmişdir. Halbuki, Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 0326 nömrəli əmri ilə Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olduğu əksini tapmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum ərinin xidməti vəzifələrinin icrası zamanı ölməsi halını, eləcə də, iddiaçının mənzil kirayəsinə görə kompensasiya alıbalmamasını, hazırda həmin kompensasiyanın iddiaçıya ödənilib-ödənilməməsini araşdırmamışdır. Eyni zamanda, aşağı instansiya məhkəmələri iddiaçının konkret hüquqi marağını müəyyən etməmişlər. Belə ki, iddia tələbindən iddiaçının mərhum ərinin sahib olduğu mənzil növbəsi hüququnu davam etdirmək istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21.5-ci maddəsi) və ya növbədənkənar mənzil almaq istəməsi (“Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsi) aydın görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin təkrar baxışı zamanı İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya yardım etməklə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı təklif verməli, eləcə də qeyd edilən halların araşdırılmasını təmin etməli, yal nız bundan sonra aparılmış araşdırmanın nəticəsinə uyğun olaraq yekun nəticəyə gəlməlidir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-405/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mərhum əri Rəşad Mahmudovun adı Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyyə Nazirliyinə göndərilmişdir və müvafiq nəticəsi gözlənilir. Belə olan halda, “Hərbi qullu qçuların statusu haqqında” Qanunun 21.5-ci maddəsinin tələbi baxımından iddiaçı vəfat etmiş hərbi qulluqçu Rəşad Mahmudovun ailəsi kimi onun həmin mənzil növbəsindən istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinə yerli icra hakimiyyəti orqanında mənzil növbəsinə dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxması (növbəliliyin birini seçməsi) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamışdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdehdən mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb etməkdə haqlı olduğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən onun qanun la qorunan hüquqları pozulmuş hesab oluna bilməz.
19. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zakir Quliyev /məruzəçi/, Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlov) 30 may 2024-cü il tarixli, 2-1(102)-1603/2024 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
21. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş təkrar baxışa göndərilərkən Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi üçün verilmiş məcbur i xarakter daşıyan göstərişlərin bir qismi icra edilməmişdir. Belə ki, Ali Məhkəmənin iş üzrə qərarında iddiaçının konkret hüquqi marağının müəyyən edilməsi ilə bağlı göstəriş verilmiş, lakin həmin göstəriş tam olaraq icra edilməmiş, əksinə onun icra edilməsi zamanı bir sıra ziddiyyətli məqamlar üzrə çıxmış və onlar araşdırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum əri Rəşad Mahmudovun adının Müdafiə Nazirliyi tərəfindən mənzil növbəsinə dayanan hərbi qulluqçuların adlı Siyahısına daxil edilərək təsdiq olunması üçün Maliyyə Nazirliyinə göndərildiyini və müvafiq nəticəsinin gözlənildiyini müəyyən etmiş, iddiaçının ona cavabdeh tərəfindən təklif olunan yerli icra hakimiyyəti orqanında mənzil növbəsində dayanması və Müdafiə Nazirliyində mənzil növbəsindən çıxmas ı (növbəliliyin birini seçməsi) ilə razılaşmadığına istinadən iddiaçının hazırkı tələbində haqlı olmadığını qeyd etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, üçüncü şəxsin nümayəndəsi öz izahatında iddiaçının mərhum ərinin Müdafiə Nazirliyinin mənzil növbəsində 3060-cı sırada olduğunu, növbəsi çatıb mənzillə təmin olunana kimi kirayə haqqının ona yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən ödənilməli olduğunu, kirayə haqqını almaq istədiyi təqdirdə iddiaçının Müdafiə Nazirliyindəki mənzil növbəsindən imtina edib, yerli icra hakimiyyətində mənzil növbəsinə durmalı olduğunu bildirmişdir. Halbuki xx.xx.2024-cü il tarixli məhkəmə iclasına qədər olan Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı çoxsaylı məktublarda be lə bir məlumat bir dəfə də olsun öz əksini tapmamış, eyni zamanda üçüncü şəxsin nümayəndəsi məhkəməyə bu barədə yazılı bir sənəd təqdim etməmişdir. Apellyasiya məhkəməsi isə sözügedən məlumatın həqiqiliyini yoxlamamış, Müdafiə Nazirliyinin həmin məsələ ilə bağlı Maliyyə Nazirliyinə müraciət edib-etməməsini Maliyyə Nazirliyinə sorğu göndərməklə araşdırmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi öz izahatında cavabdeh inzibati orqanda mənzil növbəsi üçün qeydiyyata düşmək istədiyini, Müdafiə Nazirliyindəki mənzil növbəsindən çıxmaq istəmədiyini bildirmiş, lakin apellyasiya məhkəməsi işin yuxarıda göstərilmiş ziddiyyətli məqamlarını araşdırmadan və onları tam yoxlamadan, qa nuna uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Nigar Nəbizadə və Ceyhun Məmmədov) 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-241/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin olunmuş, iddiaçının mərhum kapitan X1 həyat yoldaşı (ailə üzvü) kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzil uçotuna (hərbi qulluqçuların) sənədlərinin qəbul edilməsi və xx.xx.2021-ci il tarixdən (X1 ölüm tarixi) hesablanmaqla iddiaçıya uşaqları yetkinlik y aşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin göstərişi icra edilərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il, 0326 nömrəli əmrinə əsasən Rəşad Mahmudovun ölümünün hərbi xidmət vəzifələrinin icrası ilə bağlı olması öz təsdiqini tapmışdır. İddiaçının hazırkı iddia tələbləri “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin müddəalarına tam uyğun gəlir ki, bu da, işin təkzibolunmaz halıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, iddiaçının mərhum əri X1 adı 1992-2001-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq hərbi komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında ailə tərkibi nəzərə alınmaqla 3049-cu sıradadır. Əvvəlki və hazırkı apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinə yerli icra hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxması (növbəliliyin birini seçməsi) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yerli icra hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxmasına (növbəliliyin birini seçməsinə) lüzum yoxdur. Belə ki, iddiaçı növbələrdən biri üzrə mənzillə təmin olunduğu, yəni bununla bağlı məlumat aşkar olunduğu halda, şübhəsiz ki, mənzillə təmin olunma barədə digər mənzil növbəsindən məhrum olacaqdır.
25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
26. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbayc an Respublikasının Qanunu Maddə 21.5. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Maddə
28. Hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şi kayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə ap ellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHK ƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə təkrar baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan H üquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinin icrası baxımından zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum kapitan X1 həyat yoldaşı (ai lə üzvü) kimi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətində dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzil uçotuna götürülməsinə və ona xx.xx.2021-ci il tarixdən (X1 ölüm tarixindən) hesablanmaqla uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinə nail olmaqdan ibarətdir.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instan siyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 21 və 28-ci maddələrində nəzərdə tutulmuş hüquqlar əlahiddə şəkildə deyil, vəhdət halında nəzərdən keçirilməli və həmin hüquqların təminatı kontekstində qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, istinad olunan Qanunun 21-ci maddəsində hərbi qulluqçuları n ailə üzvlərinin sosial müdafiəsi ilə bağlı təminatlar sistemi müəyyən olunur. Hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduğu (vəfat etdiyi) təqdirdə belə, onun ailəsi həmin normada təsbit edilmiş güzəştlərdən və təminatlardan istifadə hüququnu saxlayır. Yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulduqda, bu qaydadan istisnanın tətbiqinə yol verilir.
39. Həmin Qanunun 28-ci maddəsi isə hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi hüququnu, yəni xüsusi təminat növünü təsbit edir və bu kateqoriyadan olan şəxslərin yaşayış sahəsi ilə təmin olunmasının konkret əsaslarını nəzərdə tutur. Odur ki, bu norma 21-ci maddədə təsbit edilmiş normaya münasibətd ə xüsusi norma kimi qiymətləndirilməlidir. Belə ki, istinad edilən Qanunun 28-ci maddəsinə görə, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
40. Hazırkı mübahisəyə münasibətdə istinad edilən Qanunun 28-ci maddəsinin dispozisiya şərtlərinin ödənildiyi və iddiaçının mərhum ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyü iş üzrə materiallarla təsdiq olunur.
41. İddiaçının mərhum ərinin adının Müdafiə Nazirliyində mənzil növbəsində o lması onun Qanunun 28-ci maddəsində təsbit olunmuş hüququnu istisna edən hal kimi qiymətləndirilə bilməz. Cavabdeh nəzərə almalıdır ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsini, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzillə təmin etmək və ya mənzil şəraitini yaxşılaşdırmaq, eləcə də uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi dövlətin üzərinə götürdüyü bir öhdəlikdir və büdcə vəsaitləri hesabına təmin olunur. Bu mənada qeyd edilən öhdəliyin faktiki hansı qurum tərəfindən yerinə yetirilməsinin iddiaçı üçün heç bir fərqi yoxdur.
42. Digər tərəfdən, həmin məsələ iki dövlət orqanı arasında mənzil növbəsinin köçürülməsi qaydasında həll oluna bilər və hazırkı işə münasibətdə bu qaydanın tətbiqini istisna edən hər hansı qadağa mövcud deyildir.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.
44. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 21(103)-241/2025 nömrəli qərarı dəyiş