Məhkəmə qərarları › İş №2-1(102)-1493/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1493/2025

29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1493/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair icarə hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(106)-24/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamına əsasən Kürdəmir rayon Bağman kənd sakini İddiaçı müraciəti nəzərə alınaraq, ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Böyük Kəngərli ərazi nümayəndəliyinin Bağman kəndi ərazisindəki bələdiyyə fondu torpaqlarından icarəyə 40 hektar torpaq sahəsi verilmiş, bununla bağlı tərəflər arasında 20 oktyabr 1999-cu il tarixli torpaq icarəsi müqaviləsi b ağlanmışdır.

2. Böyük Kəngərli ərazi nümayəndəliyi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışda qeyd edilmişdir ki, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 06 iyun 1992-ci il tarixli, 324 nömrəli sərəncamı ilə "xxxx" X1 Müəssisəsinə ayrılmış 100 hektar torpaq sahəsi 1996-cı ildə aqrar islahata getdiyindən həmin torpaq sahəsinin əvəzi olaraq İddiaçı təsərrüfatını inkişaf etdirmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 21 oktyabr 1999-cu il tarixli, 207 nömrəli sərəncamı ilə 40 hektar torpaq sahəsi ayrılmışdır. Əlavə olaraq 2022-ci ildə həmin torpaq sahəsinə dair yenidən 30 illik icarə müqaviləsi bağlanmışdır. Hazırda iddiaçının təsərrüfatında 350 baş xırdabuynuzlu və 50 baş iribuynuzlu mal-qara vardır. Torpaq sahəsi hazırda onun istifadəsin dədir.

3. İddiaçı sözügedən 40 hektar torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin icrasından imtina edərək xx.xx.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin rəyi təqdim edilməmiş və Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Böyük Kəngərli kəndi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.1999cu il tarixli icarə müqaviləsində icarənin müddəti qeyd edilməmişdir. Həmçinin örüş torpaq sahəsi 15 ildən artıq icarəyə verilə bilməz. Bələdiyyə fondundan icarəyə torpaq sahəsi verilməsi barədə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sərəncamının xx.xx.1999-cu il tarixli olduğu və örüş torpaq sahəsinin 15 ildən artıq icarəyə verilə bilinməməsini nəzərə alaraq xx.xx.2014-cü il tarixdə icarənin müddəti bitmişdir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamı ilə ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 hektar torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və icarə hüququna dair reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmi şdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia etdiyi 40 hektar torpaq sahəsi Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının 06 iyun 1992-ci il tarixli, 324M nömrəli sərəncamı, Bağman bələdiyyəsinin 04 aprel 2001-ci il tarixli, 12 nömrəli qərarı ilə əkinçilik və heyvandarlıq məqsədilə 30 il müddətinə onun istifadəsinə verilmişdir. 30 ilə yaxındır ki, torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. Hal-hazırda həmin torpaq sahəsində böyük fermer təsərrüfatı mövcuddur. Torpaq sahəsi 1992-ci ildən onun tərəfindən fasiləsiz və etirazsız olaraq istifadə olunur. Cavabdeh isə 11 mart 2021-ci il tarixli məktubunda imtinanı formal olaraq əsaslandırmışdır.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim: F.N.Abbasov) 02 avqust 2023-cü il tarixli, 2-1(120)-2622/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamı ilə ona kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə icarəyə verilmiş 40 ha torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Kürdəmir RİHB-nin xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamı, Böyük Kəngərli kəndi üzrə nümayəndəsi ilə iddiaçı arasında bağlanmış 20 oktyabr 1999-cu il tarixli torpaq icarəsi müqaviləsi və torpaq sahəsinin cizgisi iddiaçının hazırda iddia olunan 40 hektar torpaq sahəsinin qanuni istifadəçisi olduğunu təsdiq edir. Həmin sənədlər onların həqiqətə uyğun olmaması ilə bağlı heç bir sübut olmadığından mötəbər qiymətləndirilməlidir. Cavabdehin gətirdiyi dəlillərdən biri kimi müqavilənin müddəti məsələsinə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçıya torpaq sahəsi ayrılan vaxt bələdiyyələr mövcud olmamış, inzibati aktlar bələdiyyələrin yaradılmasından daha əvvəl qəbul edilmişdir. Eyni zamanda, Bağman bələdiyyəsi fəaliyyətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir. Hal-hazırda da həmin kənddə bələdiyyə fəaliyyət göstərmir. Göründüyü kimi, icarə müqaviləsinin müddəti bitdikdən sonra yeni icarə müqaviləsi bağlanmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Digər tərəfdən, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya o nu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda, müqavilə onda nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Bağman bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 22 oktyabr 2005-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən heç birinin təşəbbüsü olmadığından, qeyd olunan maddi hüquq norması 22 oktyabr 2005-ci il tarixli “Torpaq icarəsi müqaviləsi”nin eyni müddət üçün və eyni şərtlərlə uzadılmış olduğunu təsdiq, müqavilənin müddətinin bitməsi ilə bağlı cavabdehin gətirdiyi dəlili isə təkzib edir. Cavabdehin torpaq sahəsinin ayrılması barədə ləğv edilmiş DTXK-nın Kürdəmir rayon şöbəsinin rəyinin təqdim edilməməsi ilə bağlı qeyd olunur ki, sözügedən rəyin mövcud olmamas ı da iddiaçının iradəsindən irəli gələn hal deyil, imtina formal mülahizələrə istinadən verilmişdir və əsaslı dəlillərə söykənmir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.C.Hüseynov /sədrlik edən və məruzəçi/, S.F.Həsənov və İ.Q.Əsədov) 30 yanvar 2025-ci il tarixli, 2-1(106)-24/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsində icraat zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/7250 nömrə li ekspert rəyində bildirilir ki: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-3342/2024 nömrəli mütəxəssis rəyinə əsasən, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42,6 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - Elektron baza məlumatlarında təqdim olunan “Kürdəmir rayonu Böyük Kəngərli kəndi, Azərbaycan təsərrüfatının ərazisində aparılan torpa q islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWJ) iddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42,6 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. - İdarənin elektron baza məlumatlarında təqdim olunan TEKUİS iddiaçının nümayəndəsinin (oğlunun) naturada göstərdiyi, faktiki istifadə etdiklərini bildirdiyi 42,6 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. Ərazidə kadastr uçotu işləri aparılan zaman torpaq sahəsi əkin kimi istifadə edildiyi üçün faktiki istifadə vəziyyətinə uyğun olaraq TEKUİS məlumatlarında təsərrüfat yeri əkin olara q qeyd edilmişdir. - İddiaçının nümayəndəsinin naturada göstərdiyi 42,6 ha torpaq sahəsi elektron baza məlumatlarında iddiaçının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0008 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyən olunan 40,0 ha torpaq sahəsi ilə üst-üstə düşür. "Torpaq sahəsinin planı və ölçüsü sənədi"ndə 40,0 ha torpaq sahəsinin Kürdəmir rayonu Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrıldığı qeyd edilsə də, İdarənin arxiv materiallarında mövcud olan Bağman bələdiyyəsinin qərarı xx.xx.2002-ci il tarixli, 12 nömrəli olaraq göstərilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının icarəsinə kənd təsərrüfatı m əhsullarının istehsalı məqsədilə verilmiş, hazırda da TEKUİS məlumatlarında təsərrüfat yeri əkin olaraq qeyd edilmişdir. Odur ki, cavabdehin torpaq sahəsinin təyinatı baxımından icarə müddətinin 15 il olması və bununla da, icarə hüququnun da həmin müddətlə məhdudlaşması barədə dəlili də əsaslı deyil. Həmçinin, birinci instansiya məhkəməsinin icarə hüquq münasibətlərinin davam etdirilməsi ilə bağlı istinad etdiyi maddi hüquq normaları və gəldiyi nəticə də əsaslıdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunur. Bələdiyyə ilə iddiaçı arasında bağlanmış 2002-ci il tarixli müqavilədə icarə müddəti 30 il, 2005-ci il tarixli müqavilədə 15 il müddət göstərilmiş, Kürdəmir Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış müqavilədə isə müddət göstərilməmişdir.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayətində iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamış, həmçinin qeyd etmişdir ki, torpaq sahəsinin Kürdəmir rayonu Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 nömrəli qərarı ilə ayrıldığı qeyd edilsə də, İdarənin arxiv materiallarında mövcud olan Bağman bələdiyyəsinin qərarı xx.xx.2022-ci il tarixli 12 nömrəli olaraq göstərilmişdir. Kürdəmir rayon Bağman bələd iyyəsi ilə iddiaçı arasında bağlanmış 22 oktyabr 2005-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti 22 oktyabr 2010-cu il tarixində bitdiyindən, qanunvericiliyin tələblərinə əsasən icarə müqaviləsinin müddəti ancaq torpaq hərracı keçirilməklə uzadıla bilər. Bağman bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin nömrəsi və həmin müqavilədə torpaq sahəsinin bələdiyyənin hansı qərarı əsasında ayrılması qeyd olunmamış, həmçinin həmin müqavilədə torpaq sahəsinin örüş uqodiyalı olması qeyd edilmiş və müqavilə 30 il müddətinə bağlanmışdır. Halbuki örüş sahələrinin icarə müddəti 15 il müddətinə nəzərdə tutulduğundan müqavilənin müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. Göründüyü kimi, hazırkı iş üzrə sadalanan bir sıra uyğunsuzluq aradan qaldırılm adığı halda iddia tələbi təmin edilə bilməzdi.

14. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, özünün istinad etdiyi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/7250 nömrəli ekspert rəyində 40,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin örüş uqodiyalı olduğu qeyd edilmişdir. Bu baxımdan, icarə müqaviləsinin müddəti 15 il müəyyən oluna bilər. Belə olan halda isə məhkəmə kollegiyasının özünün də istinad etdiyi xx.xx.1999-cu il tarixli torpaq icarəsi müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixində, xx.xx.2002-ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixində, xx.xx.2005-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixində bitmişdir. Deməli, hər üç halda icarə müqaviləsinin müddəti müvafiq olaraq xx.xx.2010-cu il, xx.xx.2014-cü il və xx.xx.2017-ci il tarixlərində bitmişdir. Buna görə də qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə əsasən həmin müddət bitdikdən sonra həmin torpaq sahəsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Məhkəmə kollegiyası özü qəbul etmişdir ki, xx.xx.2005-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti qurtarmışdır, lakin yanlış olaraq göstərmişdir ki, müddət qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən heç birinin təşəbbüsü olmadığından, qeyd olunan xx.xx.2005-ci il tarixli torpaq icarəsi müqaviləsi eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab olunur. Halbuki göstərilən maddi hüquq normasına əsasən müqavilə müddəti bitdikdən sonra həmin torpaq sahəsi yalnız açıq torpaq hərracı və ya müs abiqəsi vasitəsilə icarəyə verilə bilər. b) kassasiya şikayətinə qarşı etiraz:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (24 fevral 2023-cü il tarixli 826-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası) Maddə

16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri...

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hazırda qüvvədə olan redaksiyası):

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəniməişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. 18. “Daşınmaz əmlakın döv lət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsi ndə notariat qaydasında təsdiq edilmiş müqavilələr... Maddə

12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə gön dərilir.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hü quqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araş dırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərar dadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müva fiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi Kürdəmir rayonu Bağman kəndi ərazisində yerləşən 40,0 hektar torpaq sah əsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədədir.

24. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən mövqeyini belə əsaslandırmışdır ki, torpaq sahəsi TEKUİS məlumatlarında təsərrüfat yeri əkin olaraq göstərildiyindən, sahənin 15 ildən artıq müddətə icarəyə verilməsinin mümkün olmamasına dair cavabdehin dəlili əsaslı deyil.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavi lə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

27. Bununla bağlı kollegiya işin aşağıdakı hallarını qeyd edir:

28. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 207 nömrəli sərəncamından görünür ki, iddiaçının müraciəti nəzərə alınaraq, ona kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Böyük Kəngərli ərazi nümayəndəliyinin Bağman kəndi ərazisindəki bələdiyyə fondu torpaqlarından icarəyə 40,0 ha torpaq sahəsi verilmişdir. Həmçinin, Kürdəmir RİHB-nin Böyük Kəngərli kəndi üzrə nümayəndəliyi ilə iddiaçı arasında kənd təsərrüfatı məhsulları ist ehsalı məqsədilə 40,0 ha torpaq sahəsinin icarəyə verilməsinə dair 20 oktyabr 1999-cu il tarixli torpaq icarəsi müqaviləsi bağlanmışdır.

29. Lakin İHB-nin sözügedən sərəncamında, nə də müqavilədə torpaq sahəsinin hansı müddətə icarəyə verilməsi göstərilməmişdir.

30. Bundan sonra Bağman bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2002-ci il tarixli iclas qərarı ilə 40,0 ha torpaq sahəsi 30 il müddətinə əkinçilik və heyvandarlıq məqsədilə iddiaçıya ayrılmış, eləcə də, Bağman bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2002-ci il tarixdə sözügedən 40,0 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır.

31. Bağman bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı, eləcə də həmin tarixli icarə müqaviləsinin rekvizitlərində isə bir sıra ziddiyyətlər vardı r.

32. Belə ki, iş materiallarında olan (səh.225) Nazirlər Kabinetinin xx.xx.2009-cu və xx.xx.2009-cu il tarixli qərarlarının icrası ilə əlaqədar olaraq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin rəisinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Kürdəmir Rayon İcra Hakimiyyətinin, Bağman bələdiyyəsinin və Böyük Kəngərli bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 02 fevral 2010-cu il tarixli aktın surətindən görünür ki, Kürdəmir rayonu Bağman bələdiyyəsinin möhür, ştampı, istifadə edilməmiş ciddi hesabat blankları bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Kürdəmir rayonunda yaradılmış komissiya tərəfindən Bağman bələdiyyəsinin fəaliyy ətinin dayandırılması ilə bağlı 02 fevral 2010-cu il tarixdə ləğv edilmişdir.

33. Həmçinin apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, hazırda Böyük Kəngərli, Bağman və İsmayıllı kəndlərini birləşdirən Böyük Kəngərli bələdiyyəsi 2019-cu il tarixdən fəaliyyət göstərmir və iclaslar keçirilmir.

34. Bağman bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarından görünür ki, həmin qərar Bağman bələdiyyəsinin sədri F.Qurbanov tərəfindən imzalanmış, lakin Böyük Kəngərli bələdiyyəsinin möhürü ilə təsdiq edilmişdir.

35. Halbuki Bağman bələdiyyəsi fəaliyyətini hələ 2010-cu ildə dayandırmışdır. Yəni, bələdiyyə qərarı, həqiqətən də, 2002-ci ildə Bağman bələdiyyəsi tərəfindən qəbul edildiyi halda, Qanunun tələbinə uyğ un olaraq həmin bələdiyyənin möhürü ilə təsdiqlənməli idi.

36. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6-cı bəndində qeyd edilir ki, bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. 37. xx.xx.2002-ci il tarixli icarə müqaviləsi isə Bağman bələdiyyəsinin adından X2 ilə iddiaçı arasında bağlanmışdır.

38. Qeyd olunan ziddiyyətlər Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda (səh. 223) da qeyd edilmişdir.

39. Lakin apellyasiya məhkəməsi tərəfindən bələdiyyə qərarında qeyd olunan ziddiyyətlər aydınlaşdırılmamışdır.

40. Daha sonra Bağman bələdiyyəsi ilə iddiaçı arasında sözü gedən 40,0 ha torpaq sahəsinin əkinçilik və heyvandarlıq məqsədilə 15 il müddətinə icarəyə verilməsinə dair xx.xx.2005-ci il tarixli, 10 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. İcarə müqaviləsində onun bağlanmasına əsas kimi Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı göstərilmişdir.

41. Həmçinin, sözügedən bələdiyyə qərarı və xx.xx.2005-ci il tarixli icarə müqaviləsi əsasında 40,0 ha torpaq sahəsinə dair DTXK tərəfindən iddiaçının adına plan-ölçü sənədi verilmişdir.

42. Lakin Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı iş materiallarında, eləcə də, cavabdehin arxivində aşkar edilməmişdir.

43. Qeyd olunan halı cavabdeh iş üzrə apellyasiya məhkəməsində icraat zamanı verdiyi mütəxəssis rəyində və kassasiya şikayətində qeyd etmişdir.

44. Apellyasiya instansiya məhk əməsi isə Bağman bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı ilə bağlı aidiyyəti orqanlara sorğu verməmiş, həmin qərarın əldə edilməsi istiqamətində araşdırma aparmamışdır.

45. Bundan başqa, apellyasiya məhkəməsi torpaq sahəsinin kateqoriyasını əkin kimi qeyd edərək, bu əsasla cavabdehin örüş torpaqlarının 15 ildən artıq müddətə icarəyə verilməsinin mümkünsüz olduğuna dair dəlilini əsassız hesab etmişdir.

46. Halbuki, iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/7250 nömrəli ekspert rəyindən görünür ki, iddia olunan torpaq sahəsi həm Azərbaycan təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə (DWJ), həm də TEKUİS məlumatlarına əsasən kateqoriyasına görə kənd təsərrüfatı təyinatlı, uqodiyası isə örüşdür.

47. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinə dair yuxarıda sadalanan sənədlər qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndində qeyd edilirdi ki, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır.

48. Göründüyü kimi, həmin norma örüş torpaqlarının on beş ildən artıq icarəyə verilməsini istisna edir.

49. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin hazırda qüvvədə olan 16-cı maddəsi yeni redaksiyada verilsə də və həmin redaksiyada örüş torpaqlarının icarəyə verilmə müddəti ilə bağlı norma əks olu nmasa da, qeyd edilməlidir ki, elə həmin maddənin 5-ci bəndində qeyd edilmişdir ki, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 21-ci bəndinə qeyd edilmişdir ki, örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların İİ və İİİ bölmələri yay və qış otlaqlarının bölünməsi, istifadə və icarəyə verilməsini tənzimləyir ki, İİİ bölmənin 13-cü bəndi bu qəbildən olan torpaq sahələrinin icarəsi müddətini bir qayda olaraq 10 ildən 15 ilədək müəyyən etmişdir.

51. Başqa sözlə, örüş sahələri hazırkı qanunvericiliyə görə də bir qayda olaraq 10 ildən 15 ilədək icarəyə verilə bilər.

52. İddiaçı ilə Bağman bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli icarə müqaviləsi isə 15 il müddətinə bağlanmış, müqavilənin müddəti artıq xx.xx.2020-ci il tarixdə bitmişdir.

53. Həmin müqavilənin (səh. 212) 5.1-ci bəndinin 3-cü abzasında icarəçinin hüquq və vəzifələrinə icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif vermək aid edilmişdir.

54. Yəni, müqavilə üzrə icarəçinin – hazırkı iş üzrə iddiaçının müqavilə müddətini uzatmaq kimi hüququ olduğu halda, onun tərəfindən bu hüquqdan istifadə edildiyi, tərəflər arasında uzadılmış yeni müddət ə müqavilənin bağlandığı işin hazırkı hallarından müəyyən edilmir, apellyasiya məhkəməsi tərəfindən isə bununla bağlı araşdırma aparılmamışdır.

55. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş təkrar apellyasiya baxışına göndərilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2-1(106)-24/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsi n. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar