Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1497/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının verilməsi; qanunla müəyyən edilmiş qaydada hərbi xidmət keçmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2-1(105)-95/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının НЗ seriyalı ******* saylı hərbi biletinə əsasən, o, 24 avqust N-cü ildən N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17 sentyabr 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 1973-cü il təvəllüdlü İddiaçı Saatlı RHK-dan çağırılması,xx.xx.N-cü il tarixdə hərbi hissəyə daxil olması və Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin avqust N-cü il tarixli, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N7-ci il tarixdə N nömrəli nizami hissə üzrə əmr verilməmişdir.
3. İddiaçı ona veteran adı və vəsiqəsinin verilməsi barədə tələblə cavabdehə müraciət etmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 21 sentyabr 2018-ci il tarixli məktuba əsasən, Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/213957 nömrəli arayışı ilə N nömrəli hərbi hissədə hərbi xidməti hərbi hissə komandirinin əmrləri ilə təsdiqlənmədiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, N-cü il avqust ayının 2-də “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun” 3.1 və 3.2 bəndlərinə əsasən, Saatlı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmət müddəti müharibə şəraitinə(dövrünə) təsadüf etdiyinə görə, xidmət müddəti xx.xx.N7-ci ilə qədər davam etmiş, xx.xx.N7-ci il tarixində hərbidən təxris olunar aq yaşayış ünvanına qayıtmış və Saatlı rayon Hərbi Komissarlığına müraciət edib hərbi qeydiyyata alınmışdır. Hesab edir ki, cavabdeh əsassız olaraq onun müraciətinin müsbət həllindən imtina etmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd olunur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin ödənilməsi inzibati orqan və nəticədə, yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir:
1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu z aman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Mərkəzi Arxivin 16 fevral 2023-cü il tarixli arayışına əsasən, əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli N nömrəli əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrlərində öz əksini tapmamışdır. Həmçinin, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivində olan avqust-noyabr, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
8. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2-803 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.Ncü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmrinə əsasən, ehtiyata təxris olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə hərbi his sənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmri N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrində öz əksini tapmamışdır. Mərkəzi Arxivdə olan avqust-noyabr, iyuldekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvariyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L. Mirzəyeva) 2023-cü il 02 may tarixli, 21(118)-1416/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. 10.Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2-803 saylı, xx.xx.2023-cü il tarixli arayışındakı məlumatlara istinadən qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən arxiv sənədlərində texniki yanlışlığa yol verilərək iddiaçının təvəllüdü xx.xx.1974-cü il yerinə 1973-cü il kimi qeydə alınmışdır. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının məsuliyyətinə səbəb ola və onun əleyhinə şərh oluna bilməz. İddiaçıya məxsus olan НЗ-6555992 saylı hərbi biletin surətindən də görünür ki, iddiaçı N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Hazırki işdə iddiaçı iddianın təmin edilməsi ilə bağlı zurəri sübutları məhkəməyə təqdim edə bilsə də, cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsini n verilməsindən imtinasının əsaslarını sübut edə bilməmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov - sədrlik edən və məruzəçi, H.Ç.Babayeva və G.İ.Cabbarova) 2024-cü il 16 fevral tarixli, 2-1(105)-69/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il 02 may tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyat larında iştirak etməklə, hərbi xidmət etməsi və bununla əlaqədar hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrilə həmin tarixdən xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələbinə müvafiq olaraq hərbi biletin qeydləri, arxiv arayışı, o cümlədən, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışla da təsdiq edilir. İşdən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirin in iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Bununla bağlı kollegiya qeyd etmişdir ki, müvafiq əmrin nizami hissə üzrə əmrlərdə öz əksini tapmaması iddiaçının təqsiri olmamaqla, sözügedən əmrin mötəbərliyini şübhə altına almağa əsas vermir.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 12 iyul tarixli, 2-1(102)-1756/2024 nömrəli qərarı ilə (K.N.Bədəlov - sədrlik edən və məruzəçi, N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1 (105)-69/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır.
16. Ali Məhkəmənin qərarında qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi arxiv arayışında istinad olunan Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrlərini əldə etmək istiqamətində müvafiq sorğular verməlidir. Həmçinin iddiaçının xidmət etdiyi iddia olunan hərbi hissənin (N nömrəli) avqust N-cü ildən (iddiaçı hərbi xidmətə çağırıldığı vaxtdan) N4cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məsələsi də aydınlaşdırılmalıdır. d) apellyasiya instansiyası məhkəməsindəki ikinci icra at
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.R.Quliyev - sədrlik edən və məruzəçi, V.M.Hacıyev və V.E.Əziziova) 2025-ci il 23 yanvar tarixli, 2-1(105)-95/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il 02 may tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı qüvvədə saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, qeyd olunan halların araşdırılması məqsədilə müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 1N nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrlərinin (eyni tarixli və nömrəli əmr aşkar edilməsə belə, həmin nömrəli əmrlər ((N7-ci ilə aid Müdafiə na zirinin 1N nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri)) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, eyni zamanda iddiaçının xidmət etdiyi iddia olunan hərbi hissənin (N nömrəli) avqust N-cü ildən (iddiaçı hərbi xidmətə çağırıldığı vaxtdan) N4cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə iddiaçının həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi barədə məlumat təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlanmışdır.
19. Sorğuya cavab olaraq daxil olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 2024-cü il tarixli, 3084 nömrəli məktubunda qeyd edilir ki, N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: №5, səh-82, sıra-52) xx.xx.N-cü il t arixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, əlifba qeydiyyatı kitabında yazılmış 157№-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, 196№-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 157№-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 157№-li hərbi h issə komandirinin avqust-noyabr N-cü il, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirin dekabr Ncü il, yanvar-iyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
20. Sözügedən məktuba Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N7-ci il tarixli, N №-li əmrinin təsdiq edilmiş surəti qoşma olaraq əlavə edilmişdir.
21. Kollegiyanın sorğusuna cavab olaraq daxil olan məktubda N nömrəli hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə iddiaçının həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi barədə məlumat qeyd olunmasa da, iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın 02 noya br 2023cü il tarixli, 1929 nömrəli məktubunda həmin məsələyə münasibət bildirilmişdir. Belə ki, sözügedən məktubdan görünür ki, N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Eyni zamanda bu hal cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilmir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassator kassasiya şikayətində iddiaya etirazında və apellyasiya şikayətində qeyd edilən dəlillərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, hazırkı iş materia llarında olan iddiaçıya məxsus hərbi biletin 3, 48, 10-cu səhifəsində olan möhürlər sonradan vurulduğundan mötəbər hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparıldığı dövrdə, yəni N-N7-ci illər intervalında möhürlərdəki yazı rus və azərbaycan dillərində (kiril qrafikası ilə) həkk olunurdu. Hazırkı hərbi biletin yuxarıda qeyd oluan səhifələrinə vurulan möhürdəki yazılar isə latın qrafikası ilə əks edildiyindən bu həmin möhrülərin sonradan, yəni 2000-ci ildən sonra möhürlərdə yazıların latın qrafikası ilə həkk edildiyi dövrə aid olduğunu və həmin qeydlərin mötəbər olmadığına dəlalət etmiş olur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı tərəfindən kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan R espublikası Qanunu Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. 25. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyy atlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir):
1. Müharibə veteranları Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbay can Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, d öyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsu si Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instan siyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq apelyasiya instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 2024-cü il tarixli, 3084 nömrəli məktubundan qeyd edilir ki, N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: №5, səh-82, sıra-52) xx.xx.N-cü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N- cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Sözügedən məktuba Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N7-ci il tarixli, N №-li əmrinin təsdiq edilmiş surəti qoşma olaraq əlavə edilmişdir.
33. Həmçinin, cavabdeh inzibati orqanın 02 noyabr 2023-cü il tarixli, 1929 nömrəli məktubdan görünür ki, N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyy atlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır və bu hal cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilmir.
34. Cavabdehin kassasiya şikayətinin “iddiaçıya məxsus hərbi biletin 3, 48, 10-cu səhifəsində olan möhürlərin mötəbərliyi” ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla tərxis olunması barədə hərbi biletində qeydlər və hərbi hissənin nizami hissə üzrə əmri arxivdə mövcud olmasa da, Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunması və hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə arxi v arayışının movcud olması müəyyən edilmişdir. Digər məlumatların arxivdə saxlanılmaması isə iddiaçının məsuliyyəinə səbəb olmamalıdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 2-1(105)-95/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.