Məhkəmə qərarları › İş №2-1(102)-1498/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1498/2023

26.07.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xərclərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2-1(105)92/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2016-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında ilkin olaraq müayinə edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı il ə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.14-cü bəndinə uyğun olaraq "peşə xəstəliyi” səbəbindən müddətsiz, əmək qabiliyyətinin itirilməsi-1 o0% (yüz faiz), birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədində əmək zəmanəti – “Xəstənin daimi kənar şəxsin qulluğuna ehtiyacı var” kimi qeyd edilmişdir.

2. Cavabdehin iddiaçı tərəfin müraciətinə əsasən göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya mərkəzlərində reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş "X4 hazırlanması, təsdiq ed ilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X7na əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu rayon üzrə tibbi- sosial ekspert komissiyasına müraciət etdikdən və əlillik faktı təsdiq olunduqdan sonra reabilitasiya kursu üçün növbəyə götürülür. Həmçinin sanatoriyakurort müalicəsi Agentliyin səlahiyyətinə aiddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2 mart 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2016-cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı (möhtacı) olduğu, bunları pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barəd ə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sağlamlıq imkanları məhdud olan uşaqlarla müəllim işləmiş, əmək xəsarəti almış və ona xx.xx.2016-cı ildə 1-ci dərəcəli əlillik müəyyən edilmişdir. Epikrizdə və TSEK-in əlilliyin müəyyən edilməsi ilə bağlı rəy sənədində “daim kənar şəxsin köməyinə ehtiyacı var” qeyd olunmuşdur. Bu rəylə yanaşı TSEK, aşağıda qeyd olunan qanun və maddələrinə əsasən əlavə qərar çıxarmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənc lərin verilməsi Qaydaları, şərtləri və məbləği” haqqında qərarın 1.5-ci maddəsinə görə, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 27 aprel tarixli 4-1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəz ası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin müvafiq bəndlərinin tətbiqinə dair izahatı”nın 3-cü maddəsinə görə, istehsalatda əmək xəsarəti və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkənə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərclər (qüvvətli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən müəyyən edilir və onun qərarı əsasında təqsirkar müəssisə bu xərcləri ödəyir. Qeyd olunan məsələ ilə bağlı cavabdehə müraciət etsə də xx.xx.2022-ci il tarixdə müraciətinə aidiyyəti olmayan məzmunda imtina cavabı almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyəti Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; Tibbi- sosial yardım və reabilitasiya vasitələri. Başqasının qulluğuna ehtiyac, ixtisaslaşmış müalicə; Əmək zəmanəti: Daim kənar şəxsin köməyinə ehtiyacı var; Əmək qabiliyyətinin itirilməsi(%-lə): 100; X2: V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F48 - Digər nevrotik pozğunluqlar => F48.9 Dəqiqləşdirilməmiş nevrotik...; Diaqnozun mətni: Nevrozobənzər vəziyyət. Kəskin ifadə olunmuş davranış pozğunluğu ilə. Hipokineziya, ətrafların, gövdənin, başın postural kinetik əsməsiJN dərəc ə. ÜİX.Stabil gərginlik stenokardiyası.FS İİ. Arterial hipertenziya.ll mərhəllə,əlavə risk İİ. Qan damar çatmamazlığı,l mərhələsi; Meyar: 2.1 Birinci dərəcə əlillik => 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91- F92.9)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2016- cı il tarixindən hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu, bunların pulsuz almaq hüququnun olub-olmaması, həmin ehtiyacla bağlı xərclər və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsini tələb etmişdir. İddiaçının cavabdeh kimi Agentliyi qeyd etməsi və hal-hazırkı iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fər manı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 2.1-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı məqsədilə X7 tərtib etmək və onun icrasına nəzarət etmək; infrastruktur obyektlərinin əlilliyi olan şə xslərin istifadəsi üçün uyğunlaşdırılması məqsədilə tədbirlər görmək; müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın artırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, habelə innovativ ideya və təklifləri dəstəkləmək; bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi tələblər Agentliyin fəaliyyət istiqamətlərinə aid deyil. Agentlik fəaliyyət istiqamətləri daxilində iddiaçının əlilliyini qiymətləndirmiş və yuxarıda da qeyd edildiyi kimi, tibbi-sosial yardım və reabilitasiya vasitələrini, əmək qabiliyyətinin itirilməsi faizini, əmək zəmanətini göstərməklə iddiaçıya müddətsiz İ dərəcə əlillik təyin etmişdir. Qeyd ed ilənləri nəzərə alaraq, iddianın mümkünsüzlüyü barədə müvafiq qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.Məmmədov) 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2569/2022 nömrəli qərarı ilə iddia rədd edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mücərrəd tələb ilə bağlı, yəni xərclənməmiş məbləğlə bağlı cavabdeh təşkilatın məlumat verilməsi mümkün deyil. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən ələvə xərclərlə bağlı dəlillər (ödəniş qəbzləri, bank köçürmələri və sair) cavabdeh təşkilata təqdim edildikdən sonra Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş ödənclərin verilməsi qaydalarına uyğun olaraq çəkilən xərclər müəyyən edilməli və bununla bağlı müvafiq qərar qəbul edilməlidir.

8. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2-1(105)-92/2023 nömrəli qərarına əsasən (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/ H.Ç.Babayeva və Z.T.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)2569/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar əlavə çəkdiyi xərcləri müəyyən edərək bu barədə qərar çıxara b ilər. Lakin, iddiaçı isə hazırkı iddia tələbinə əsasən, çəkdiyi xərcləri deyil, çəkiləcək xərcləri və xərcin məbləği haqqında məsələlərin müəyyənləşdirilməsini tələb edir.

11. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2-1(105)-92/2023 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi 1-ci dərəcə əlilliyə əsaslanmaqla peşə xəstəliyinə görə “iddiaçının hansı növ yardım və qulluq növlərinə ehtiyacı olduğu DTSERA tərəfindən müəyyən edilmişdir” mövqeyinə gəlsə belə, səhv mövqeyə gəlmiş olacaqlar. Əvvəla 1-ci dərəcəli əlillik kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olması əsasında TSEK tərəfindən müəyyən edilir və bu əlilliyin qiymətləndirilməsi rəy sənədindəki “Əlillik qrupu: 1-ci dərəcə əlillik” kimi qeyd edilməsinə səbəb olur. Yəni əlillik dərəcəsi (qrupu) həm xəstəliklə bağlı, həm də kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olması ilə əlaqələndirilir. Əgər daimi deyil, müəyyən aralıqda lazım olsa və xəstəlik meyarı buna əsas versə 2-ci dərəcəli əlillik müəyyən ediləcəkdi. Deməli, əlilliyin müəyyən edilməsi meyarlarında göstərilən “xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı” ifadəsi əlilliyin 1-ci dərəcə hesab olunması üçün sadəcə ölçü meyarıdır, istinad nöqtəsidir. Peşə xəstəliyi ilə əlaqədar əlavə xərclərə ehtiyacın müəyyən edil məsi ilə bağlı isə əlavə qərar çıxarılarkən həm həmin ölçü meyarına istinad edilməli, həm də xərc ehtiyacı müəyyən edilərkən xəstəyə hansı yardım və qulluq növü göstərilməsi ilə bağlı məsələlər müəyyən edilməlidir, yəni, xəstəyə xidmət göstərən şəxs hansı işləri görməli olduğu TSEK tərəfindən müəyyən edilməli və bununla bağlı şərtlər də müəyyən edilməlidir. Məsələn, əlilliyi olan şəxsin xəstəlik halından asılı olaraq evdə sosial-məişət xidməti göstərilərkən, çöldə (ehtiyac varsa) xidmət göstərilərkən, zərərçəkənin özünəqulluq zamanı hansı işləri özü görə bilər, hansı işləri xidmət göstərən edəcək, onun asudə vaxtının təşkili ilə bağlı və s. kimi məsələlər TSEK tərəfindən müəyyən edilməlidir. Bu nüansda qeyd edilənlər başqasının qulluğu ilə bağlı xərclərə ehtiyacının müəyyən edilməsi ilə bağlıdır, çünki əməyin ödənilməsində hansı işlərin hansı müddətdə görülməsi, ixtisas, psixoloji dəstək və s. kimi məsələlər tələb təklif anlayışını formalaşdırır, xərc ehtiyacının miqyasını göstərir. O zaman sual yarana bilər ki, DTSERA (vəya TSEK) bu qədər müəyyən etməni necə edəcək. Bu barədə verilən apellyasiya şikayətində DTSERA-nın nizamnaməsinə əsaslanmaqla fəaliyyət istiqamətləri göstərilmişdir. DTSERA-nın fəaliyyət istiqaməti bir tək əlilliyi müəyyən etmək, reabilitasiya vasitələri ilə təmin etməkdən ibarət deyil. DTSERA-nın nizamnaməsinə göstərilənlərdən aydındır ki, onun ümumi müddəaların, fəaliyyət istiqamətləri, vəzifə və hüquqları üzrə DTSERA başqasının qulluğu ilə bağlı məsələdə Dövlət Sosial Xidmətlər Agentiyinə müvafiq müraciət edərək DSXA-nın həm sosial işçisi və həm sosia l xidmətləri göstərən mütəxəssisləri vasitəsilə sadalanan, görüləcək işlərin həcmini müəyyən edə bilər. Daha sonra isə həmin görülən işlərə görə əməyin ödənişi ilə bağlı ya dövlət orqanlarına (Dövlət Statistika Komitəsi, X8 və s.) ya da bu işi görən fiziki və ya hüquqi şəxslərə sifariş verməklə əldə edəcəyi xərc məlumatını ehtiyac xərci kimi müəyyən etməklə iddiaçının hüququ təmin oluna bilər. Göründüyü kimi mübahisə mövzusu olan “xərclərin” mücərrəd olması barədə ziddiyyət vardır. Bu anlaşmazlığın aradan qaldırılması üçün mütəxəssisə, ekspertə müraciət etmək daha məqsədə müvafiq olardı, lakin nə birinci, nə də ikinci instansiya məhkəməsi anoloji addım atmamışdır.

13. Cavabdeh Nizamnaməsinə əsasən, əlilliyi olan şəxslərin reabilitasiyasının həyata keçirilməsini də təşkil etməkdir. Başqasın ın qulluğuna ehtiyacın olması da reabilitasiyanın bir növüdür və bu da TSEK rəyində öz əksini tapmışdır. Cavabdeh bu reabilitasiyanın təşkil olunmasını həyata keçirsə və ya əlavə xərclərə ehtiyacını müəyyən etməyə çalışsaydı, iddiaçının bu xidməti əldə etmək üçün pulsuz hüququnun olubolmaması, o cümlədən hansı xərclərə ehtiyacının olduğu müəyyən ediləcəkdi. Apelyasiya instansiyası məhkəməsi isə bu məzmunda qeyd edilən “Reabilitasiya” anlayışını səhv təfsir etmiş, nəticə etibarilə iddiaçının aiddiyyatı olmadığı hüquq normalarının tətbiq edilməsilə tələb eldiyi hüquq normalarının pozulmasına səbəb olmuşdur.

14. İddiaçı yuxarıda göstərilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2-1(105)-92/2023 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİ. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (...)

17. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin” Nizamnamə si 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.5. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, fiziki şəxsin sağlamlığına xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş əmək qabiliyyətinin itirilmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olubolmadığını tibbi-sosial ekspert komissiyaları vasitəsilə müəyyən etmə k;

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”: 1.5. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxa rır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” 1.1. “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin X3 (bundan sonra – Fərdi proqram) hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi ilə əlaqədar məsələləri tənzimləyir. 1.2. Fərdi proqram əlilliyi olan şəxsin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı ilə əlaqədar kompleks tədbirləri özündə əks etdirir. 1.3. Fərdi proqram Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanır və təsdiq edilir. 1.4. Dövlət orqanları və dövlətə məxsus hüquqi şəxslər Fərdi proqramın icrasını təmin etməlidirlər.

2. Fərdi proqramın hazırlanması və təsdiq edilməsi 2.1. Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) üzərindən əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) Fərdi proqramın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxsin qanuni nümayəndəsi olmadıqda, eləcə də qanuni nümayəndə və ya əlilliyi olan şəxs Fərdi proqramın hazırlanmasında iştirak edə bilməyəcəyi barədə TSEK-i məlumatlandırdıqda Fərdi proqram onun yaşadığı yerdə hazırlanır. 2.2. TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır. 2.3. TSEK Fərdi proqramın ha zırlanması prosesinə aidiyyəti üzrə mütəxəssisləri cəlb edə bilər. 2.4. Fərdi proqram əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. TSEK hər bir reabilitasiya tədbirinin həyata keçirilməsi müddətini, Fərdi proqramın müddətindən çox olmamaqla müəyyən edir. 2.5. TSEK tərəfindən Fərdi proqram əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 (iki) iş günü ərzində hazırlanır. Hazırlanmış Fərdi proqram 1 (bir) iş günü müddətində MEİS-ə daxil edilir. 2.6. TSEK əlilliyi olan şəxsə və (və ya) onun qanuni nümayəndəsinə reabilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verir. 2.7. Fərdi proqram hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanun i nümayəndəsinin fikirləri nəzərə alınır. X7

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”: 1.1. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin ta beliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X5 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X6 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndi nə uyğun olaraq, X5 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən qurumlar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (bundan sonra – MEİS) vasitəsilə müvafiq qeydlər aparmaqla reabilitasiya vasitələrini Şəxsə və ya onun qanuni nümayəndəsinə şəxsiyyəti təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi, qanuni nüma yəndəyə münasibətdə isə müvafiq etibarnamə əsasında təhvil verirlər. 2.3. Müraciət qəbul edilərkən və yaxud reabilitasiya vasitələrinin (minik avtomobili istisna olmaqla) hazırlanması üçün müvafiq ölçülərin götürülməsi zamanı ölçülərin götürülməsi və ya hazır reabilitasiya vasitəsinin alınması tarixi barədə Şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat verilir. 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itiri lməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası” Bu Qayda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli, 289 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması qaydasını müəyyən edir.

2. Əlavə sığorta ödənişi məbləğinin hesablanması 2.1. Əlavə sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəsinə, əlavə qidalanmasına, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinə, digər peşəyə hazırlanmasına ehtiyacı olduğu və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı hallarda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının (bundan sonra — TSEK) qərarı əsasında təyin edilməklə, aşağıdakı qaydada hesablanır: 2.1.1. sığorta olunanın əlavə qidalanmaya ehtiyacı olduğu halda, müvafiq tibb müəssisəsi tərəfindən təyin edilən əlavə qida rasionuna daxil olan məhsulların rayon (şəhər) statistika orqanlarının sənəd lərində əks olunan bazar qiymətlərinə uyğun olaraq; 2.1.2. sığorta olunanın dərman təminatına ehtiyacı olduğu halda, dərman preparatlarının dəyəri müvafiq aptekin ona verildiyi qaimə-faktura əsasında sığortaçı tərəfindən ödənilir. Sığorta olunanın dərman təminatı ilə bağlı xərclər, siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, müalicə-profilaktika müəssisələrinin həmin nazirliyin müəyyən etdiyi formaya uyğun tərtib etdikləri pulsuz dərman reseptlərinə əsasən müəyyən olunur. Hər bir pulsuz dərman preparatı üçün ayrıca dərman resepti yazılır və pulsuz dərman resepti xəstənin ambulator kartında göstərilən müalicə kursuna uyğun verilir; 2.1.3. sığorta olunanın protezləşdirməyə, xüsusi nəqliyyat vasitəsinə, o cümlədən əlilliyi olan şəxs üçün kreslo-veloarabala ra və digər reabilitasiya vasitələrinə ehtiyacı olduğu halda, belə vəsaitlərin əldə edilməsi üçün xidməti və (və ya) satışı həyata keçirən müəssisənin müvafiq hesab-fakturasında nəzərdə tutulmuş ödəniş məbləğinə uyğun olaraq; 2.1.4. sığorta olunanın başqasının qulluğuna ehtiyacı olduğu halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumunun sosial işçisinin aylıq vəzifə maaşının 50 faizdən aşağı olmayan, həmin şəxsin sığorta olunana göstərdiyi xidmətə görə aylıq xərc məbləğində; 2.1.5. sığorta olunanın sanatoriya-kurort müalicəsinə ehtiyacı olduğu halda, TSEK tərəfindən təyin edilən müvafiq sanatoriya-kurort yollayışının qiyməti, həmçinin sığorta olunanın müşayiətçiyə ehtiyacı olması ilə bağlı müvafiq tibb müəs sisəsinin rəsmi qeydi olduğu halda, müşayiətçinin də müvafiq sanatoriya-kurort müəssisəsinə göndərilməsi ilə bağlı nəqliyyat, yaşayış və qidalanma xərcləri həcmində. 2.2. Sığorta olunana birdəfəlik və ya aylıq sığorta ödənişinin verilməsi ilə yanaşı, təyin edilən əlavə sığorta ödənişi TSEK-in müvafiq qərarı ilə müəyyən olunmuş tarixdən və müddət ərzində verilir.

22. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 3.1.4-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habel ə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etmək TSEK-in vəzifələrinə daxil edilmişdir.

23. İnzibati Prosessual Məcəllə Maddə

14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisn a edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə

98. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan qəbul etdiyi qərar ləğv olunmalıdır.

27. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə Tibbi-Sosial Ekspert Komissiyasında ilkin olaraq müayinə edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.14-cü bəndinə uyğun olaraq "peşə xəstəliyi” səbəbindən müddətsiz, əmək qabiliyyətinin itirilməsi-100% (yüz faiz), birinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədində əmək zəmanəti - "Xəstənin daimi kənar şəxsin qulluğuna ehtiyacı var” kimi qeyd edilmişdir.

28. Cavabdehin mövqeyinə görə əlilliyi olan şəxslərin Agentliyə tabe reabilitasiya mərkəzlərində reabilitasiyası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2020-ci il tarixli 519 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”na uyğun tərtib olunan X7na əsasən növbəlilik prinsipi üzrə həyata keçirilir. Bu məqsədlə, əlilliyi olan şəxs qeydiyyatda olduğu rayon üzrə tibbi- sosial ekspert komissiyasına müraciət etdikdən və əlillik faktı təsdiq olunduqdan sonra reabilitasiya kursu üçün növbəyə götürülür. Həmçinin sanatoriyakurort müalicəsi Agentliyin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və Qaydası”na əsasən əlilliyi müəyyən edilmiş şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Re spublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir.

29. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.5-ci bəndinə əsasən, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Qeyd olunan qaydalara əsasən, TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar əlavə çəkdiyi xərcləri müəyyən edərək bu barədə qərar çıxara bilər. İddiaçı isə hazırkı iddia tələbinə əsasən, çəkdiyi xərcləri deyil, çəkiləcək xərcləri və xərcin məbləği haqqında məsələlərin müəyyənl əşdirilməsini tələb edir.

30. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

31. Cavabdeh istehsalatda əmək xəsarəti nəticəsində peşə əmək qabiliyyətinin itirilmə müddətini, dərəcəsini (faizini) müəyyən edərək iddiaçının əlilliyini müəyyən etmişdir.

32. Yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən TSEK istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.

33. Göründüyü kimi, iddiaçının vəziyyətində cavabdeh ona əlillik təyin edərkən həm də əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edib bu barədə qərar çıxarmalı idi.

34. İşdən görünür ki, cavabdeh bu barədə hər hansı qərar qəbul etməmiş, əlilliyin müəyyən olunması barədə qərarda bu barədə bildirməmişdir.

35. Apelyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçının reabilitasiyanın təşkil olunmasının həyata keçirilməsi, əlavə xərclərə ehtiyacının müəyyən edilməsi istiqamətində, iddiaçının belə xidməti əldə etmək üçün pulsuz hər hansı hüququndan yararlanıb-yararlanmaması barədə araşdırma aparmamış, iddia tələbinə yuxarıda qeyd edilən normaların tələbinə uyğun münasibət bildirməmişdir.

36. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

37. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyas iya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

38. Apellyasiya məhkəməsi işə baxarkən İPM-in 12, 58-ci maddələrinin tələbləri təmin edilmədiyindən kasasiya şikayəti qismən təmin edilərək apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, mübahisə ilə bağlı iş üzrə araşdırmanın aparılmasına zərurət olduğundan iddianın təmn edilməsi hissəsində şikayət təmin edilməməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

39. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2023-cü il tarixli 2-1(105)-92/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar