Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi, fiziki şəxslər tərəfindən bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cav abdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2-1(103)-689/2024 saylı qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə İddiaçı tərəfindən AVANT Group MTK-ya 28077.00 manat ödəniş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 2540.00 manat ödəniş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 2540.00 mana t ödəniş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 4000.00 manat ödəniş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 3620.00 manat ödəniş, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 69076.26 manat ödəniş etdiyi müəyyən edilir.
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə ilə müraciət edərək nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasını xahiş etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixli “Yaşayış və qeyriyaşayış sahələrinə görə əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında“ Qərarla bildirm işdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Odur ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-in geri qaytarılması təmin edilməməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Mənzil Tikinti Kooperativindən aldığı yaşayış sahəsinə görə ödədiyi ƏDV-nin qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsinin xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02 iyul 2022-ci il tarixdə AVANT Group Mənzil Tikinti Kooperativi ilə yaşayış sahəsinin alınmasına dair müqavilə bağlamışdır. İddiaçı tərəfindən ƏDV daxil 110551 manat AVANT Group Mənzil Tikinti Kooperativi nin hesabına mədaxil edilmişdir. 20 fevral 2023-cü il tarixdə AVANT Group Mənzil Tikinti Kooperativi ilə arasında bağlanmış payçı müqaviləsini, AVANT Group Mənzil Tikinti Kooperativinə ödədiyi bank mədaxil qəbzlərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 16 mart 2023-cü il tarixli **********472100 nömrəli qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfində n Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri- yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh orqan özü də təsdiq edir ki, iddiaçı tərəfindən ƏDV ödənilmiş, lakin Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmi ş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. İddiaçı hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki iddiaçı tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, onların da ƏDV depozit hesabına və satıcının hesabına ödənilməsi məsələsi isə satıcı tərəfindən ayrılmalı idi. Əgər satıcı bunları ayrı hesablar altında müəyyənləşdirməyibsə istehsalçını günahlandırmaq tamamilə qərəzli və qeyri-obyektiv yanaşmadır. Bundan başqa Həmin Qaydaların 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcı ya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Eyni zamanda həmin qanunun 15.2-ci maddəsində qeyd edilir ki, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmama sı inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən ƏDV ödənilib. Sadəcə iki hesaba deyil bir hesaba ödənilməsi imtina üçün heç bir halda əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsd iq edilmişdir. Fərman ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərək əti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə- fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV- siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. İşin mahiyyəti ilə bağlı cavabdeh orqan bildirir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi nə müraciət etmiş və ərizəyə 356 və 634 nömrəli müqavilələr və bank mədaxil qəbzləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" M ənzil Tikinti Kooperativi İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “əlavə dəyər vergisinin qaytarılması” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 mart 2023-cü il tarixli **********472100 nömrəli qərarın ləğv edilməsi, "xxxx" MTK ilə iddiaçı arasında 02 iyul 2022-ci il tarixdə bağlanmış 0356 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən “AVANT Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 5-ci mərtəbə, 3 nömrəli, 2 otaqlı mənzilə görə ödədiyi 110.551 manatın 19899.18 manat əlavə dəyə r vergisinin 30 %- nin (5969.75 manat) iddiaçının Azərbaycan Beynəlxalq Bankının Nəsimi filialında olan hesabına köçürülməsi öhdəliyinin Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə "xxxx" MTK ilə iddiaçı arasında 02 iyul 2022-ci il tarixdə bağlanmış 0356 nömrəli payçı müqaviləsi və 21 dekabr 2022-ci il tarixdə bağlanmış payçı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən “AVANT Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 5-ci mərtəbə, 3 nömrəli, 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Nəsimi filialı) ötürülməsi öhdəliyinin qoyulması” kimi dəyişdirilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, ünvan 1 ünvanda yerləşən “AVANT Park” yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 5-ci mərtəbə, 3 nömrəli, 2 otaqlı mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankın Nəsimi filialı) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd e dilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına da cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs "xxxx" MTK tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim etməsi və depozit hesabına köçürülmüş olması ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürməsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqların həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.
12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsi ndəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-689/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X4) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9148/2023 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Fərman ilə təsdiq edilmiş Şərtlər və Qayd anın 5.1.2-ci bəndinə əsasən, fiziki şəxs tərəfindən digər sənədlərlə yanaşı alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədi təqdim edildiyi təqdirdə ƏDV-nin qaytarılması həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDVnin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-ci bəndlərinə əsasən bina tik intisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Göründüyü kimi, ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidilər. Yəni yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının ("xxxx" MTK-nın) bank hesabına, ƏDV məbləğini isə satıcının ("xxxx" MTKnın) ƏDV depozit hesabına ödəməli olduğu halda, lakin İddiaçı tərəfindən yaşayış sahələrinin tam dəy ərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Beləliklə, yaşayış sahələrinə görə İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur.
15. Həmçinin iddiaçının ödəniş apardığı həmin dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi zamanı texniki xəta ilə bağlı məhkəmənin mövqeyinə və apellyasiya şikayətinə etirazın dəlilinə münasibətdə isə bildi rir ki, hər hansı texniki xətanın həqiqətən də mövcud olması ilə bağlı heç bir sübut iş materiallarında mövcud deyildir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı və üçüncü şəxs kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
17. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qər ar qəbul edilməsi xahiş edilmişdir.
18. Qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin alıcı tərəfindən ödənişin ayrı-ayrı hesablara yox, eyni hesaba ödənilməsi formal tələbdir. Formal tələblərdən sui- istifadə edilməsinin yolverilməzliyi prinsipinin hansı hallara aid olması, hansı hallara aid olmamamsı ilə bağlı olmamamsını müəyyən etmək üçün ilk növbədə həmin qanunun (maddənin, bəndin) normativ hüquqi aktın yaradılmasında məqsəd araşdırılmalıdır. Bu qaydanın verilməsində qanunvericinin niyyəti tapılmalıdır. Bu qaydaları verən orqan (sözügedən qaydalar AR Prezidentinin fərmanı qəbul edilib ) güddüyü məqsəd və hadisə baxımdan şərh edilməldir.
19. Məlum olduğu kimi bu qaydalar 2020-ci ildən AR Prezidenti tərəfindən “ƏDV geri al” layihəsi çərçivəsində “kölgə iqtisadiyyatının əhatə dairəsinin azaldılması, mülki dövriyyələrin şəffaflaşdırılması və nağdsız əməliyyatların daha da stimullaşdırılması məqsədi ilə tətbiq edilib. İddiaçı bir alıcı olaraq eyni hesaba pul mədaxil etməyi hazırki qaydanın güddüyü məqsədi pozmayıb. Qanunverici bununla öz məqsədinə çatıb, sadəcə formal tələblər pozulub. İddiaçı bir alıcı olaraq nağdsız qaydada ödəniş etmiş, satıcı şirkət vergidən yayınmayıb, ƏDV tam formada dövlət büdcəsinə ödənilib. b) Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətində “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi nin qaytarılması Şərtləri və Qaydası”na istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
21. Qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Qaydaların tətbiqində kobud qanun pozuntusuna yol vermişdir.
22. Daha sonra üçüncü şəxs kassasiya şikayətinə əlavə göndərərək bildirmişdir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, Prezidentin Fərmanı ilə təsdiq edilmiş Qaydanın qüvvədə olan normativ akt olaraq işlək vəziyyətdə olmaması səbəbləri aradan qalxdıqdan dərhal sonra xx.xx.2023-cü il tarixində cavabdehin tabe olduğu Dövlət Vergi Xidmətinə yazılı müraciət edilmiş və xx.xx.2022-ci il tarixindən etibarən 2023-cü ilin aprel ayının əvvəlinədək alıcı müştərilərinin elektron kabine t yarada bilməmələri, MTK-nın elektron qaimələri kəsə bilməməsi kimi halların nəticəsində alıcı müştərilərin, hazırki iş üzrə İddiaçı ƏDV yekun dəyəri mənzilin dəyəri ilə birgə MTK-nın cari hesabına ödəmək məcburiyyətində qalmışdır. Qayda üzrə cavabdeh inzibati orqan Operator qismində Qaydanın 3 və 4-cü fəsilləri üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş, proqram təminatını təmin etməmiş, alıcı müştərilər üçün elektron kabinetin yaradılması, MTK üçün isə elektron qaimənin yaradılması istiqamətində hər hansı əməli tədbirlər görülməmişdir. Alıcı müştərilərin Qaydada qeyd olunduğu kimi ƏDV yekun ödənişi tamamlanan kimi ƏDV güzəşt məbləğini geri almaq hüquqları pozulmuşdur. İlk növbədə vəzifə öhdəliklərini icra etməyən cavabdeh ancaq Qaydanın 5.1.2-ci bəndinə istinad etməməlidir. c) Kass asiya şikayətlərinə qarşı etirazın dəlilləri
23. Cavabdeh iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2019-cu il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1894) ilə yeni məzmunda 165.6-cı maddə əlavə edilmişdir. 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1305) ilə 165.6-cı maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir.
25. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti);... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsı z qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi;... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnt ernet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı m əlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir.... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
6. Keçid müddəası 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağd sız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İPM-in 12 və 58-ci maddələrinin tələblərinə əməl olunmadığından kassasiya şikayətləri qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir.
29. İşin hallarına görə iddiaçı 2 iyul 2022-ci il tarixdə AVANT Group Mənzil Tikinti Kooperativi ilə yaşayış sahəsinin alınmasına dair müqavilə bağlamış, 2022-ci ilin iyul, sentyabr, oktyabr və dekabr aylarında mənzilin dəyəri ƏDV daxil 110.551 manat AVANT Group Mənzil Tikinti Kooperativinin hesabına mədaxil edilmişdir. İddiaçı müqavilə və ödəni ş sənədini 20 fevral 2023-cü il tarixdə cavabdehə təqdim edərək ödənilmiş ƏDV-nin 30 faizinin ona qaytarılmasını xahiş etmiş, cavabdeh 16 mart 2023-cü il tarixli qərarı ilə ƏDV-nin qaytarılmasından imtina etmiş, imtinasını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. İddiaçı ƏDV-siz məbləği və ƏDV-ni ayrı-ayrılıqda ödəmədiyindən tələbi əsaslı sayıla bilməz.
30. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qərar qəbul etmiş, apelyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddianı təmin etməmişdir.
31. Mübahisənin həllinə dair özünün mövqeyini kollegiya aşağıdakılarla izah edir.
32. Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul o lan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir.
33. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
34. Sözügedən Qaydanın 6-c ı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir.
35. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edil miş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir.
36. Beləliklə, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş q aydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur.
37. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır.
38. İddiaçı yaşayış sahəsinə dair müqaviləni 02 iyul 2022-ci il tarixdə bağladığından hazırkı iş üzrə m übahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər.
39. Hazırkı iş üzrə iddiaçı və üçüncü şəxs tərəfindən bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra müəyyən müddət ərzində sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsinin qeyri-mümkünlüyü ilə bağlıdır. Həmin dəlillərə görə, Qaydanın qüvvədə olan nor mativ akt olaraq işlək vəziyyətdə olmaması səbəbləri aradan qalxdıqdan dərhal sonra xx.xx.2023-cü il tarixində cavabdehin tabe olduğu Dövlət Vergi Xidmətinə yazılı müraciət edilmiş və xx.xx.2022-ci il tarixindən etibarən 2023-cü ilin aprel ayının əvvəlinədək alıcı müştərilərinin elektron kabinet yarada bilməmələri, MTK-nın elektron qaimələri kəsə bilməməsi kimi halların nəticəsində alıcı müştərilər, hazırkı iş üzrə İddiaçı ƏDV yekun dəyəri mənzilin dəyəri ilə birgə MTK-nın cari hesabına ödəmək məcburiyyətində qalmışdır.
40. Kollegiya hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən bu halların aydınlaşdırılmasına yönəlmiş lazımi araşdırma aparılmamışdır. Həmin halların təsdiq olunması mübahisənin həllinə təsir edə bilər.
41. ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-n in qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, port alın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər).
42. Apellyasiya məhkəməsi, iddiaçı 2022-ci ilin iyul, sentyabr, oktyabr və dekabr aylarında ödəniş edən zaman, Dövlət Vergi Xidmətinin, o cümlədən cavabdehin portal yaratmasını və istifadəyə verməsini, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsini, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının və vahid elektron məlumat bazasın ın fəaliyyətini təşkil və idarə etməsini araşdırmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsi həmçinin portalın istifadəyə verilməsindən, habelə onun aktiv olmasından asılı olaraq, Vergi Məcəlləsinin 165.6-ci maddəsinin, 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanın və Fərmanla təsdiq edilmiş ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə uyğun olaraq portal istifadəyə verildikdən sonra iddiaçının ƏDV məbləğini satıcının (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin) ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanı olmasını, ƏDV məbləğini ƏDV-nin depozit hesabına ayrıca ödəməsinə mane olan halların baş verməsini araşdırıb müəyyən etməmişdir. Bəhs edilən hallar mübahisənin düzgün həlli üçün əhəmiyyət daşıyır.
44. Məhkəmə kollegiyası şərh edilənləri və Azər baycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 23 yanvar 2024-ci il tarixli 2-1(103)-689/2024 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.