Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1498/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 11.09.2025 hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyin at üzrə Mərkəzi Fililalına qarşı “ona 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus НЗ № ******* saylı hərbi biletin surətindən görünür ki, o, 27 oktyabr 1981-ci ildən 24 noyabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ ******* saylı, xx.xx.1981-ci il tarixdə qeydə alınmış əmək kitabçasının surətinə görə, iddiaçı xx.xx.198 1-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək təhsil almışdır.
3. Cavabdehin imtina məktubuna görə, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASCnin 10 oktyabr 2022-ci il tarixli 86 nömrəli arayışında iddiaçının xx.xx.2000- xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2015-ci il və xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ər zində sözügedən müəssisədə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, operator vəzifəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. 4. “Bakı Şampan Şərabları “ ASC tərəfindən verilmiş 10 saylı, 29 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə lə ğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operato r keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-ci il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışa görə, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçir ilmiş, xx.xx.2001ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dər əcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-ci il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmişdir.a)fəhlələr bütün hallarda aparatçılar yuyucu maşının maşinistləri təmirci- çilingərlər b)mütəxəsislər istehsalat sahə ustalari, böyük ustalar.Onun işlədiyi peşə Bakı şəhəri xx.xx.2007- ci il Azərbayc an Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarına əsasən güzeştli şertlərlə yaşa gorə pensiya huququ verən istehsalatların, işlərin, peşələrin və vəzifələrin İİ-ci siyahısının XXİİ-cu bölməsi ( kod2241000a-10065) ilə zərərli pensiya almaq hüququ qazanır. 6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna görə, İddiaçı "xxxx"ASC-də Şərabın emalı və Şampanlaşma sexində, Spirt istehsalı və sərabın şampanlaşması sexində operator vəzifəsini icra etmiş və eyni zamanda aşağıda qeyd edilən işləri görmüşdür: Şərab çənlərinə karbon qazı (CO4) doldurmaq və yoxlamaq, karbon qazını çənlərdən açıb boşaltmaq, təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vurmaq. Bu iş rejimi təhlükəli iş yeri hesab edilir. Operator peşəsinə aid vəzifə təlimatları onların müəssisədə olmadığı üçün tapa bilməd ik. 7. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna görə, İddiaçı "xxxx" ASC-də ştat cədvəli üzrə operator vəzifəsində işləmişdir. Eyni zamanda aşağıda qeyd edilən işləri görmüşdür: Şərab çənlərinə karbon qazı (CO4) doldurmaq və yoxlamaq, karbon qazını çənlərdən açıb boşaltmaq, təmizləyib işə salmaq, şərab çənlərinə kükürd (sera) vurmaq. Bu iş rejimi təhlükəli iş yeri hesab edilir. 8. "X1" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna görə, “X1” ASC-də ştat cədvəli üzrə “OPERATOR” vəzifəsi araq süzmə, su emalı, şüşə-tara, karton-tara, konyak spirti çəkmə sexlərində, satış bazalarında, nəqliyyat şöbəsində mövcuddur. Adları qeyd olunan sexlərdə işləyən “OPERATOR” vəzifəsindəki şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid deyildir. Bundan əlavə bildiririk ki, sorğunuzda “OPERATOR” vəzifəsinin konkret hansı sahəyə aid olması barədə məlumat verilmədiyindən cavablandırmaq mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, o na 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il tarixdə "xxxx" zavodunda Araq süzmə sexinə yükləyici fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2000-ci ildə Şampanlaşma sexinə 3-cü dərəcəli operator vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" zavodu "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2001-ci il tatixdə müəssisə ləğv edildiyi üçün işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" ASC-də 3-cü dərəcəli şampan istehsalı üzrə operator vəzifəsinə qəbul edilmişdir. Həmin vaxtdan xx.xx.2015-ci il tarixə kimi həmin mü əssisədə 4-cü və 5-ci dərəcəli operator vəzifəsində çalışmışdır. xx.xx.2011-ci ildən xx.xx.2012-ci il tarixədək Şərabın emalı və şampanlaşma sexində köməkçi fəhlə vəzifəsində çalışmışdır. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinə xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin syahısının yeyinti sənayesi bölməsinin sintetik ətirli maddələri n istehsalı bəndinin (27.10) fəhlələr yarımbəndində A) bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər, mütəxəssislər yarımbəndində İsə istehsalat sahəsi ustaları, böyük ustalar vəzifələri göstərildiyi və mənim vəzifəm (operator) göstərilmədiyindən ona əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmaması qeyd edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur.
12. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Mərkəzi Filiala təqdim olunmuş "xxxx" ASC-nin 10 oktyabr 2022-ci il tarixli, 86 nömrəli arayışında iddiaçının xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2015-ci il və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, operator vəzifəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan bütün adlarda aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı yoxdur. Qanunla tələb olunan şərt ödənilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
13. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2210/2023 nömrəli qərarı ilə (h akim L.Mirzəyeva) iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 25 oktyabr 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı işdə iş materiallarına əlavə olunmuş əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi (xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək, xx.xx.1984-cü ildən xx.xx.1990-cı ilədək, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü i ldən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək)əmək, eyni zamanda iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapan 12 il 06 aydan artıq güzəştli şərtlərlə xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək) pensiya hüququ verən stajı vardır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan başqa cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2000ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2011-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək işlədiyi operator vəzifəsinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bütün adlarla aparatçılar, yuyucu maşının maşinistləri və təmirçi çilingərlər və istehsalat sahə ustaları, böyük ustalar vəzifələrinə uyğun olmadığından onun güzəştli iş stajına aid edilə bilməz. Cavabdeh iddiaçının müraciətindən imtinasının əsası kimi də qeyd edilən arqumenti əsas gətirmişdir. Beləliklə hazırkı inzibati işdə iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Cavabdehin bununla bağlı dəlili əsassızdır. "xxxx" ASC tərəfindən verilmiş 10 saylı, 29 avqust 2023-cü il tarixli ar ayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1997-ci ildə "xxxx" zavodunda araq süzmə sexində yükləyici fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə Şampanlaşma sexində üçüncü dərəcəli operator keçirilmiş, xx.xx.2001-ci ildə müəssisə ləğv edildiyi üçün işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" ASC-də Şampan hazırlama sexində üçüncü dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2004-cü ildə şampan istehsalı üzrə dördüncü dərəcə operator keçirilmiş, xx.xx.2010-cu ildə şampan istehsalı üzrə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2011-ci ildə köməkçi fəhlə keçirilmiş, xx.xx.2012-ci ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2013-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2014-cü ildə beşinci dərəcə operator keçirilmiş, xx.xx.2015-ci ildə öz xahişi ilə işdən a zad edilmiş, xx.xx.2016-cı ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator qəbul edilmiş, xx.xx.2017-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2018-ci ildə beşinci dərəcəli şampan istehsalı üzrə operator keçirilmiş, xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” xx.xx.2007-c il tarixli qərarı “Yeyinti sənayesinin” 27 bəndli 27.10 hissəsində “sintetik ətirli maddələrin istehsalı (xlorlu üzvü birləşmələr, aromatik geterosiklik xammal aldehidlər, ketonlar, spirtlər, onların törəmələri, sintetik yağlı turşular əsasında məhsullar) göstərilmiş dir. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan arayışlarla və sorğuya cavab məktubu ilə iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmı şdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlərlə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQU 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci i l iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilin i həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi si yahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanun un 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə
25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəy yən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
21. İnzibati Prosessual Mə cəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəril mişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquq i məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi ma rağı və məqsədi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya insta nsiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-20/2025 nömrəli, 14 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir