Məhkəmə qərarları › İş №2-1(102)-1500/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1500/2021

19.10.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1500/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1243/2021 nö mrəli, 04 may 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı 18.05.2020 il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.

2. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 29 iyul 2020-ci il tarixli, İQ-96/1 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə hər hansı bir sosial qrupa qoşulduğu, siyasi fəaliyyətlə məşğul olduğu, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunduğu, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qaldığı müəyyən edilməmişdir.

3. İddiaçı 29 iyul 2020-ci il tarixli, İQ-96/1 №-li qərardan inzibati şikayət vermiş, cavabdehin 17 avqust 2020-ci il tarixli, 171 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-96/1 nömrəli 29.07.2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında" qərarının ləğv edilməsi və ona qaçqın statusu verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsində bildirmişdir ki, 30 yaşında İbo etnik mənsubiyyətli Nigeriya vətəndaşıdır, inancına görə xristiandır (katolik ). 2008-ci ildə orta məktəbi başa vurduqdan sonra X6 Nigeria Universitetinə qəbul olub 2012-ci ilə qədər orada media ixtisası üzrə təhsil almışdır. Atası hazırda Kamerunda, anası Nigeriyada yaşayır, altı qardaşı və bir bacısı var, qardaşlarından biri dünyasını dəyişib, biri Yəməndə yaşayır, digər qardaşları anası ilə birlikdə Nigeriyada yaşayır. Özü subaydır və əvvəllər evlənməyib. Hal-hazırda isə Birləşmiş Ştatlarda yaşayan bir adamla nişanlanıb. Homoseksual həyatının olmasına görə təhdidlər olduğu üçün mənşə ölkəsini tərk etmək məcburiyyətində qalmış, orada ailə üzvləri polis zabitləri ilə birlikdə onu 11 may 2019-cu ildə bu hərəkətlərinə görə tutmuş, o, 28 gün polis bölməsində saxlanılaraq 700 ABŞ dolları rüşvət verdikdən sonra sərbəst buraxılmışdır. Bundan sonra o, Laqosa köçərək X4 vi za üçün müraciət etmiş, viza aldıqdan sonra əşyalarını toplamaq üçün Abujaya qayıdaraq oradan Dubaya yola düşmüş, Dubayda Azərbaycanın BƏƏ-dəki səfirliyinə müraciət etmiş, orada ona ölkəyə turizm vizası ilə gedə bilməyəcəyini və bunun əvəzinə tələbə vizası üçün müraciət etməsi lazım olduğunu söyləmişlər. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə xarici tələbə kimi qəbul edildikdən sonra tələbə vizasını alaraq 6 fevral 2020-ci ildə Azərbaycana gəlmiş, 18 may 2020-ci ildə sığınacaq vəsatəti ilə cavabdeh orqana müraciət etmiş, Dövlət Miqrasiya Xidmətində onun vəsatəti 48-2020 saylı iş nömrəsi ilə qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. Homoseksual olduğuna görə polis orqanları tərəfindən pis rəftara məruz qalacağından və həyatı üçün təhlükə olduğundan Nigeriyaya geri qayıtmaq istəməmişdir. 29.07.2020-ci ildə cavabdeh İQ-96/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, onun əsaslı qorxusu mövcud deyil. 17.08.2020-ci il tarixli qərarla onun inzibati şikayəti təmin olunmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 saylı qərarı ilə (hakim: M.C.Qarayeva) iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia əsassızdır.

8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və ona qaçqın statusunun verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1243/2021 nömrəli iş üzrə 04 may 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və V.M.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-1738/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin d əlilləri

12. İddiaçı hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, onun üçün vətəndaşı olduğu ölkə çox təhlükəlidir. Lakin həm cavabdeh orqan, həm də aşağı instansiya məhkəmələri onun vəsatətlərinin dəlillərini görməzdən gəlmiş, həqiqətə uyğun olmayan nəticə formalaşdırmaqla qərarlar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənar da qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə

10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə

12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gün dən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə

13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təş kilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənə di (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsa slılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ 20 Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Cavabdeh orqanın imtina qərarından görünür ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq aparılmış araşdırma nəticəsində iddiaçının vəsatəti təmin edilməmiş, ona qaçqın statusu verilməsindən əsaslandırılmış şəkildə imtina olunmuşdur.

22. İddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, iddiaçı 18.05.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmiş, vəsatət qeydiyyata alınaraq onunla müsahibə aparılmışdır. İddiaçı müsahibə zamanı Kamerun Respublikasının Kumba şəhərində anadan olduğunu, milliyyətcə İbo tayfasına mənsub olduğunu, dini etiqadına görə xristian (katolik) ol duğunu, Kamerunun Kumba şəhərində 2008-ci ildə tam orta təhsilini bitirdiyini, 2010-cu ildə X6 Nigeria universitetinə KİV ixtisası üzrə qəbul olunduğunu, 2 il təhsil aldıqdan sonra 2012-ci ildə bu universitetdə təhsilini dayandıraraq 2 illik diplom aldığını, 2009-cu ildə Nigeriyanın Abuja şəhərində “X1” otelində 4 aylıq otel işləri üzrə təlim keçdiyini, bundan əlavə Nigeriyanın Enugu şəhərində X2 İnstitute-da, Kamerunun Doula şəhərində Customer Service İnstute (CSİ) Professioanl Course-da, X7 İnternational (JCİ) Conference-də, X5 of Commerce-də müxtəlif təlimlərdə iştirak etdiyini bildirmiş, peşəsinin modellik və müştəri xidmətləri üzrə mütəxəssis olduğunu qeyd etmişdir. Əmək fəaliyyəti haqqında məlumat verərkən 16 yaşından işləməyə başladığını, birinci dəfə X8 qonaqlarla iş üzrə mütəxəssi s kimi çalışdığını, bunun ardınca Nigeriyanın Abuja şəhərinin Maytama məntəqəsində Hilton oteldə işlədiyini, təxminən 29 yaşına kimi bu oteldə fəaliyyət göstərdiyini, paralel olaraq Keyptaun model agentliyində çalışdığını, 2019-cu ilin dekabrında Hilton otelini tərk edərək Dubaya yollandığını, Dubayda iş tapsa da, təklif olunan şərtlər uyğun olmadığı üçün çalışa bilmədiyini qeyd etmişdir. Ailə vəziyyətindən bəhs edərkən ərizəçi subay olduğunu, ABŞ-da yaşayan həmcinsi ilə nişanlandığını, lakin evliliklərinin baş tutmadığını bildirmişdir. O, ailədə ata, ana, 7 qardaş və 1 bacı olduqlarını, atasının Kamerunda yaşadığını, anasının, 4 qardaş və bir bacısının Nigeriyada yaşadığını, bir qardaşının vəfat etdiyini, digər bir qardaşının Yəməndə yaşadığını bildirmişdir. Ərizəçi bildirmişdir ki, 11.05.2019-cu ildə Nigeriyada yaşadığı evdə homoseksual aktla məşğul olan zaman qohumları və polis tərəfindən yaxalanmış, buna görə də polis idarəsinə aparılmışdır. 28 gün polis məntəqəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona məlum olmayan sənədlər imzalatdırılmış və işinin məhkəməyə gedəcəyi, uzunmüddətli həbs cəzasına məruz qalacağı deyilmişdir. Buna görə də, təqribən 700 dollar məbləğində rüşvət verərək polis məntəqəsindən sərbəst buraxılmış, bundan sonra isə Nigeriyanın Laqos şəhərinə köçərək təqribən bir ay müddətində orada yaşamış və bir aydan sonra X3 Dubay şəhərinə gedərək 9 ay müddətində orada müxtəlif işlərdə çalışmışdır. Ərizəçi Dubayda müxtəlif sosial şəbəkələr vasitəsi ilə homoseksual qruplara qoşulduğunu və bu qruplarda İbrahim adlı azərbaycanlının ona Azərbaycan Respublikasına gəlməyi tövsiyə etdiyini, bundan sonra 06.02.2020-ci il tarixdə Azərbaycan Respublikasına gələrək qaçqın statusunun verilməsi ilə bağlı müraciət etdiyini bildirmişdir.

23. Ərizə - anketin qeydiyyatı və müsahibəsi zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Bununla yanaşı, ərizəçinin ölkəsini tərk etməsinin səbəbləri ilə bağlı gətirdiyi dəlillərinin bəzilərində bir sıra uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçi ilə aparılmış ərizə-anket və müsahibə zamanı məlum olmuşdur ki, o, polis məntəqəsindən sərbəst b uraxıldıqdan sonra Laqos şəhərinə köçmüş və burada heç bir təhdid və təzyiqə məruz qalmadan bir ay müddətində yaşamışdır. Eyni zamanda, ərizəçi Dubayda keçirdiyi 9 ay müddətində də heç bir təhdid və təzyiqə məruz qalmamış, rahat şəkildə mənsub olduğu sosial qrupla sərbəst şəkildə əlaqə saxlamışdır. Ərizəçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə xarici tələbə kimi müraciət etmiş, müraciəti müsbət cavablandırıldıqdan sonra aldığı cavab və dəvətnamə əsasında təhsil vizası alaraq Azərbaycan Respublikasına gəlmişdir. Məlum olmuşdur ki, ərizəçi Azərbaycan Respublikasına gəldikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmaq üçün tələb olunan sənədləri verməmişdir. Ərizəçi ilə müsahibə zamanı o, əsas məqsədinin Rusiya Federasiyası və ya hər hansı b ir Avropa ölkəsinə getmək olduğunu bildirmişdir. Bundan əlavə, müsahibə zamanı ərizəçiyə alternativ yaşayış yeri barədə verilən suala cavab olaraq o, öz ölkəsinə daha yaxın məsafədə yerləşən Cənubi Afrika Respublikasında eynicinsli şəxslərin nikahının qanuniləşdirilməsinə icazə verilməsi barədə məlumatlı olduğunu bildirmiş, lakin buna baxmayaraq əsas hədəfinin ümumilikdə Afrika qitəsini tərk etmək olduğunu söyləmişdir.

24. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalma mışdır.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı istinad etdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur.

26. İşə baxılarkən apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1243/2021 saylı iş üzr ə 04 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar