Məhkəmə qərarları › İş №2-1(102)-1515/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1515/2024

03.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1515/2024 03.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik statusunun təsdiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdi q edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3157/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı əlillik vəziyyətinə 9 saylı şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İAF ağır gedişli tez-tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfizeması. TÇ İİ dərəcə. Xr hepatoxolesistit.; Meyar: 2.2. İ kinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

2. İddiaçı əlillik vəziyyətinə 9 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma İAF ağır gedişli tez-tez baş verən boğulma tutmaları ilə, hormondan asılılıq. Ağ ciyər emfızeması. TÇ İİ dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

3. İddiaçı əlillik vəziyyətinə Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 Astma => J45.9 - Dəqiqləşdirilməmiş astma; Diaqnozun mətni: Bronxial astma,infeksion allergik forma,ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

4. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Bronxial astma,infeksion allergik forma,ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı İİ dər; Meyar: 2.2. 2.2. ikinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

5. Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq astma Xroniki respirator çatmamazlıq, İİ dərəcəli Tənəffüs çatmamzlığı Anormal tənəffüs, qarışıq tipli kəs kin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaşı səthi və natamam doldurulub” səbəbi ilə imtina verilmişdir.

6. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.0 - Allergik komponentin üstünlüyü ilə gedən astma; Diaqnozun mətni: Qarışıq astma,.Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisas həkim müayinələri, pulmonoloq.allerqoloq müayinələri q eyd edilməyib” səbəbi ilə imtina verilmişdir.

7. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla. Dəqiqləşdirilməmiş emfizema, Ağciyərin emfizeması.Tənəffüs çatmamazlığı İİ dərəcə. Anormal tənəffüs,.Qarışıq tipli kəskin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiya. Xroniki respirator çatmamazlıq,.İİ dərəcəli Tənəffüs çatmamazlığı; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 ( beş) ildə stasionar müayinə və m üalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ET Ağciyər xəstəlikləri İnstitutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.

8. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik; “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Qarışıq tipli nəzarət olunmayan kəskinləşmə mərhələsi hormondan asılı. Tez-tez boğulma tutmalarla. Dəqiqləşdirilməmiş emfizema, Ağciyərin emfizeması.Tənəffüs çatmamazlığı İİ dərəcə. Anormal tənəffüs,.Qarışıq tipli kəskin vintilyasiya pozğunluğu generizə olunmuş bronx obstruksiya. Xroniki respirato r çatmamazlıq,.İİ dərəcəli Tənəffüs çatmamazlığı; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9,J35-J37.1J41...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir.

9. İddiaçı əlillik müddəti 06 may 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 23 noyabr 2021-ci il tarixdən təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi əsasında ikinci dərəcəli əlillik statusunun xx.xx.2021-ci il tarixdən təkrar təsdiq edilməsi, əlilliyin təkrar qiymətləndirilməsində buraxılmış 6 ay 15 gün müddətə görə kompensasiyanın hesablanıb tam həcmdə ödənilməsi, xx.xx.2012-ci il tarixində təyin edilən əlilliyə görə əmək pensiyasının yenidən hesablanması, xx.xx.2012-ci il tarixindən hazırkı dövrə qədər fərq məbləğinin hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üz rə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 02 noyabr 2022-ci il tarixli, e2-1(112)-9922/2022 saylı qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov ) 02 noyabr 2022-ci il tarixli, e2-1(112)-9922/2022 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın yenidən hesablanması və əlillik statusunun təsdiq edilməsi” tələbinə dair iş - İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbi üzrə icraat e-2-1(112)-9922/2022 nömrə ilə; İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik statusunun təsdiq edilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması qərara alınmışdır.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2012-ci il tarixdə “tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı” ilə, ikinci dərəcə əlillik qrupu üzrə əmək pensiyası təyin edilmiş, sonrakı illərdə eyni şərtlərlə fasiləsiz olaraq xx.xx.2016-cı il tarixinə kimi uzadılmış, xx.xx.2016-cı il tarixində “Bronxial astma, infeksion allergik forma, ağır gedişli.emfizema.xr. respirator çatmamazlığı” diaqnozu ilə 5 il müddətinə uzadılaraq növbəti müayinə tarixi xx.xx.2021-ci ilə təyin edilmişdir. 2021-ci ilin aprel ayında stasionar rejimdə müalicə alıb müayinədən keçəndən sonra qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciəti əsasında həkim məsləhət komissiyasının tərtib etdiyi xx.xx.2021-ci tarixli əlilliyin qiymətləndirilməsi göndərişi TSEK-ə ötürülmüşdür. Ancaq səhiyyə müəssisəsinin tərtib etdiyi “göndərişin natamamlığı” səbəb göstərilməklə TSEK-dən verilən imtina cavabından sonra 2021-ci ilin iyun ayından pensiya ödənişi dayandırılmışdır. Səhiyyə müəssisəsi tərəfindən imtinaya səbəb olan nöqsanlar aradan qaldırmaqla tərtib edilmiş göndəriş TSEK-ə təqdim edilsə də yenə imtina cavabı alınmışdır. Sonuncu göndərişə TSEK “xəstəliyin müalicəsi məsləhət görülmüşdür” məzmunda xx.xx.2021-ci tarixi imtina cavabı vermişdir. Bundan sonra edilən şikayətlərin nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə TSEK tərəfindən təyin edilmə tarixi xx.xx.2021-ci il göstərilməklə, iddiaçının əvvəlki ikinci dərəcə əlillik statusu təsdiq edilərək müddətsiz olar aq təsdiqlənmiş, xx.xx.2021-ci il tarixdən pensiya ödənişi bərpa edilmişdir. Bu halda əlilliyin yenidən qiymətləndirilməsi, iddiaçıdan asılı olmayan səbəblərdən, qanunla nəzərdə tutulan 6 ay müddətini 15 gün aşmışdır.

15. Cavabdehin təqdim etdiyi iddia ərizəsinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə 9 saylı şəhər Poliklinikasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 9 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndəriş əsasında baxılmış və imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və müddətsiz əlillik dərəcəsi verilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 2-1(112)-3983/2023 saylı, 14 iyun 2023-cü il il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı 27 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0098003AACDF saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi, İddiaçı 06 may 2021-ci il tarixdən ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərə natamam doldurulması əsası ilə imtina verilərkən iddiaçı əyani müayinəyə dəvət edilməmiş, yalnız əlillik müddəti bitdikdən 6 ay sonra, xx.xx.2021-ci il tarixli göndərişə baxılarkən iddiaçı əyani müayinə olunaraq əlillik dərəcəsi təyin edilmişdir.

18. Həmin qərardan narazı qalan cavabdeh tərəfində n apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3157/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: Ş.A.Məmmədova, hakimlər: C.A.Yusifov və P.A.Hüseynov) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3983/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlərə natamam doldurulması əsası ilə imtina verilərk ən iddiaçının əyani müayinəyə dəvət edilməməsinin cavabdehin iddiaçının hüququnu pozması kimi qiymətləndirilməsi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, tətbiq edilən hüquq normalarından da göründüyü kimi, natamam doldurulma səbəbi ilə elektron qaydada iddiaçıya imtina verilərkən iddiaçının adı, soyadı və sair hər hansı məlumatlar cavabdehdə olmur. Cavabdeh elektron qaydada kod üzrə imtina verir ki, bu zaman kimin əyani müayinəyə cəlb olunmasını da müəyyən etmək olmur. Lakin iddiaçı həmin imtina qərarlarını mübahisələndirdiyi halda onun əyani müayinəyə cəlb olunması ilə inzibati icraat aparıla bilər. Beləliklə, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqın da” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birincisi, iş materiallarında məhkəmənin istinad etdiyi xx.xx.2023-cü il tarixli göndəriş və həmin göndəriş əsasında əlilliyin təyin olunması barədə xx.xx.2021-ci il tarixli qərar yoxdur. Apellyasiya məhkəməsinin nəyə istinad etdiyi aydın deyil. Yuxarıda, kassasiya şikayətinin “işin halları” hissəsində hansı göndəriş əsasında və hansı tarixli qərarla iddiaçıya əlillik təyin olunması konkret sübutlarla təsdiq edilir. İkincisi, məhkəmənin xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlər barədə mövqeyi də tamamilə əsassızdır, bu göndərişlər əsasında çıxarılmış hər hansı “inzibati akt” mövcud deyil. Beləki həmin göndərişlərə mahiyyəti üzrə TSEK-də baxılıb qərar qəbul edilməmişdir, “Qaydaların” tələbinə uyğun olaraq “natamam doldurulması” səbəbi ilə göndərişlərin reyestrinin alt sistemi vasitəsi müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə Həkim Məsləhət Komissiyasına qaytarılmışdır. Bu göndərişlərin hüquqi qüvvəsi yoxdur, məhz bu göndərişlər qəbul edilmədiyinə görə Komissiya 23.11. 2021-ci il tarixdə yeni göndəriş göndərmiş, bu da xx.xx.2021-ci il tarixdə TSEK-də baxılaraq “göndərişdə göstərilən diaqnoz dəyişdirilməklə” imtina barədə qərar qəbul edimiş və qərar altsistem vasitəsi ilə Agentliyə ötürülmüşdür. İddiaçının şikayətləri əsasında Agentliyin xx.xx.2022-ci il tarixli qərarı ilə TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş xx.xx.2021-ci tarixli göndərişdəki diaqnoz əsasında İddiaçı əlilliyi bərpa olunmuşdur, hansı ki, bu diaqnoz xx.xx.2021 və xx.xx.2021-ci il tarixli göndərişlərdəki diaqnozla eynidir. Yəni Agentlik əlilliyi bərpa edərkən iddiaçını əyani müayinəyə çağırıb özü diaqnoz qoymamışdır, elə xx.xx.2021-ci il tarixli birinci göndərişdəki diaqnozla əlillik təyin edilmişdir. Hazırkı işdə iddiaçının hüquqi marağı mahiyyət etibarilə, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2 021, xx.xx.2021-ci il tarixli göndərislər əsasında müvafiq əlillik dərəcəsinin təyin edilməsidir, çünki tibb müəssisəsinin və TSEK-in təqsiri üzündən vaxtında mahiyyəti üzrə baxılıb müvafiq qərar çıxarılmasa da, sonda həmin göndərişlərdəki diaqnoz öz təsdiqini tapmışdır. X2 Əliyevin şikayətlərini araşdırıb yekun qərar çıxaranda da bu məsələni nəzərə almayıb. Yuxarıda şərh edilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin İddiaçı Bakı 27 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 0098003AACDF saylı göndəriş əsasında ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi və iddia tələbinin hazırkı məzmunda təmin edilməs i barədə 2-1(112)-3983/2023 saylı, xx.xx.2023-cü il qərarı əsaslı və qanunidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası məsələyə səthi yanaşaraq, iş materiallarını araşdırmamış, işi həll edərkən yalnız bir tərəfin, yəni cavabdehin dəlillərinə əsaslanaraq işin hallarına və sübutlara düzgün qiymət verməmiş, gədiyi qənaətin əsaslarını düzgün müəyyən etməmişdir. Nəticədə məhkəmə tətbiq edilməli olan “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsini tətbiq etməmiş, təbiq edilməli olmayan “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və 64.2-ci maddələrini tətbiq etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə pros es iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımınd an əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməli dir. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əs aslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli göndəriş əsasında bir il müddətinə, xx.xx.2014-cü il tarixli göndəriş əsasında bir il müddətinə, xx.xx.2015-ci il tarixli göndəriş əsasında bir il müddətinə, elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

30. Daha sonra iddiaçının əlillik vəziyyətinə Bakı 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması Səbəb: Əsas diaqnozun ağırlaşmaşı səthi və natamam doldurulub” səbəbi ilə, Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması Səbəb: İxtisas həkim müayinələri, pulmonoloq.allerqoloq müayinələri qeyd edilməyib” səbəbi ilə, Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 ( beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ET Ağciyər xəstəlikləri İnstitutunda müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 27 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və müddətsiz ikinci dərəcə əlillik verilmişdir.

31. İddiaçı əlillik müddəti 06 may 2021-ci il tarixdə bitmiş və ona təkrar əlillik 23 noyabr 2021-ci il tarixdən təyin edilmişdir.

32. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağının nədən ibarət olması müəyyən edilmir.

33. İddiaçı kassasiya şikayətinin dəlilində bildirmişdir ki, iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində rəsmiləşdirilmiş xx.xx.2021, xx.xx.2021-ci il tarixli göndərişlər əsasında müvafiq əlillik dərəcəsin in təyin edilməsi barədədir.

34. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş ərizədən (səh.61) isə görünür ki, onun tələbi əlillik statusunun təsdiq olunması barədədir.

35. İddiaçının tələbi “əlillik statusunun təsdiq olunması” barədə olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin tələb üzrə deyil, iddiaçıya təyin olunmuş əlilliyin tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarixdən müəyyən edilməsi və 06 may 2021-ci il tarixdən ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilməsi tələbi üzrə araşdırma apararaq iddia tələbinin rədd olunması barədə qərar çıxarmışdır.

36. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırması “əlillik statusunun təsdiq olunması” tələbi ilə bağlı olmamışdır.

37. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

39. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən x idməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisə ilə bağlı halların və faktların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

40. Həmçinin məhkəmənin yardım etmək vəzifəsini müəyyən edən bu Qərarın 24-cü bəndində istinad olunan normaya görə, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmas ında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

41. Eyni zamanda məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini nəzərdə tutan bu Qərarın 24-cü bəndində istinad olunan normaya əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etmə lidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

42. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işdə olan “əlillik statusunun təsdiq olunması” tələbi üzrə işə baxaraq qərar qəbul etməli, yaxud məhkəmə tərəfindən iddiaçının hüquqi marağının nədən ibarət olması dəqiqləşdirilməli, iddiaçıya hüquqi marağına uyğun iddia tələbi formalaşdırmaqda yardım edilməli, həmin iddia tələbi üzrə mümkünlük şərtləri yoxlanılmalı, yalnız bundan sonra iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv e dilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, şikayət iddianın təmin edilməsi hissəsində əsaslı sayılmamalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3157/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar