Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1516/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası, ümumi iş stajı, ödənişsiz məzuniyyətin iş stajı kimi nəzərə alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vək il iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-679/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında,xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) ərizə ilə Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (cavabdeh) müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Həmin cavabla razılaşmayan iddiaçı məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1979-cu ildə başlamış, müxtəlif idarələrdə müxtəlif vəzifələrdə, o cümlədən güzəştli şərtlərlə pensiya hüq uqu verən vəzifələrdə (peşədə) işləmişdir. Halhazırda da əmək fəaliyyəti ilə məşğul olur. Onun xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi vəzifə (peşə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 N-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 26-cı bəndinə əsasən “yapışqanlı toxunmayan material istehsalı ilə məşğul olan fəhlələr” ona güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verir, bu barədə güzəştli arayışı da var və tərəflər arasında bununla bağlı heç bir mübahisə yoxdur. Tərəflər arasında mübahisəyə səbəb onun xx.xx.2006-cı il tarixədək 25 il deyil, 24 il 10 ay 19 gün ümumi iş stajının olması göstərilmişdir. İş stajının düzgün h esablanmamasına səbəb isə, onun xx.xx.1999-cu ildən xx.xx.2000-ci il tarixədək ödənişsiz məzuniyyətdə olması olmuşdur. Hesab edir ki, cavabdehin onun müraciətinin təmin olunmasından imtina etməsi qanunsuzdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3513/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: Ş.Ə.Süleymanova) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərar dan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-679/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və S.S.Seyidova) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3513/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi qərarında obyektiv həq iqəti ifadə edən hüquqi və faktiki əsasları nəzərə almamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, o,13 09.1979-cu ildən xx.xx.1980-ci ilə ( 07 ay 04 gün) kimi V.İ.Lenin adına Toxuculuq Kombinatında sapdaşıyıcı vəzifəsində işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə ( 01 il 09 ay 11 gün) kimi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.2000-ci (17 il 09 ay 24 gün) ilədək V.İ.Lenin adına Toxuculuq Kombinatında şilixləyici, yükdaşıyan, şilixləyici vəzifələrində işləmiş, xx.xx.2000-ci ildən (xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilə kimi 5 il 5 ay) xx.xx.2003-cü ilədək Dəmir-beton Məmulatları zavodunda təmirçi çilingər və zifəsində işləmişdir və hal-hazıradək iş fəaliyyətini müxtəlif müəssisələrdə təmirçi-çilingər peşəsi ilə davam etdirir.İş materiallarında olan Azərbaycan Respublikası H.Z.Tağıyev adına xxxx ASC-dən verilmiş xx.xx.2018-ci il tarixli güzəştli arayışından göründüyü kimi, iddiaçı keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatında xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci ilə kimi toxuculuq sexində şixləyici işləmiş, xx.xx.1999-cu ildən əmək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra ha kimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda(qeyd edilən dəyişiklik xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya hüququ hal-hazırda qüvvədə olan “Əmək pensiyası haqqında Q anunla” yaranmır. Belə ki, iddiaçı xx.xx.2006-cı ilədək qanunda tələb olunan 25 il ümumi iş stajını toplamamış, ümumilikdə 24 il 10 ay 10 gün ümumi stajına malik olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qa nunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqla r haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İşin hallarında göründüyü kimi, cavabdeh imtina məktubunda, iddiaya etirazında, eləcə də şikayətlərində əmək kitabçası üzrə iddiaçının güzəştli iş stajını deyil, yalnız ümumi iş stajının 25 ildən az, yəni 24 il 10 ay 10 gün olduğunu bildirərək, onun ümumi iş stajını mübahisələndirir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən o, xx.xx.1961-ci il təvəllüdlüdür, onun 57 yaşı xx.xx.2018-ci ildə tarixində tamam olub. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı ol mayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar ya şa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricil ərin 1 nömrəli Siyahısı» üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı ol duqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunu n qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyət i haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, «Əmək pensiyaları haqqında» A R Qanununun 9.8-ci maddəsinə əsasən, kişilərin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) bu Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. İddiaçıya məxsus əmək kitabçası və iş yerindən verilmiş arayışla müəyyən olunur ki, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi V.İ.Lenin adına Toxuculuq Kombinatına sapdaşıyıcı vəzifəsində işləmişdir. xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilədək V.İ.Lenin adına Toxuculuq Kombinatında şilixləyici, yükdaşıyan, şilixləyici vəzifəsində iş ləmiş, xx.xx.2000-ci ildə Dəniz-beton Məmulatları zavoduna 4-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul olunmuş, xx.xx.2001ci ildə həmin zavoda 5-ci dərəcəli təmirçi-çilingər keçirilmiş, xx.xx.2002-ci ildə “ ARDNŞ” nin 98 saylı xx.xx.2002-ci il tarixli əmrinə əsasən, Dəmirbeton Məmulatları zavodu 01.07. 2002-ci il tarixdən” Xəzərdənizneftqaztikinti” trestinin tərkibinə verilmişdir. xx.xx.2002-ci ildə 6-cı dərəcəli təmirçi-çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə AR. ƏM-nin 69cu maddəsinə əsasən, işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2003-cü ildə “X5 Azerbaijan” MMC-yə müddətli əmək müqaviləsinə əsasən Anod quraşdırıcısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə AR Ədliyyə Nazirliyinin 0107-p288-47582 nömrəli qeydiyyat haqqında şəh adətnaməsinə əsasən Şirkətin adı “X3” adına dəyişdirilmişdir. xx.xx.2008-ci ildə AR Əmək Məcəlləsinin 682-ci maddəsinin “v” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2008-ci ildə “X4” MMC-yə poliuretan operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə AR ƏM-nin 68.2-ci maddəsinin “v” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2010-cu ildə onunla bağlanmış ƏM-də nəzərdə tutulmuş şərtlərə uyğun olaraq ZOD-5 olmaqla Bazada təmirçi-çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2015-ci ildə AR ƏM-nin 69.3-cü maddəsi, başqa işə götürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2015-ci ildə SOCAR-ın “Neftqaztikinti” trestinin Anbar Təsərrüfatı bölməsinin Baza 3-ə ƏÖD-5 olmaql a təmirçiçilingər peşəsinə işə qəbul edilib. xx.xx.2018-ci ildən halhazıra kimi eyni peşədə işləyir. H.Z.Tağıyev adına “xxxx” ASC tərəfindən verilmiş 81 saylı xx.xx.2018-ci il tarixli güzəştli arayışından görünür ki, iddiaçı həqiqətən H.Z.Tağıyev adına TTS ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq Kombinatı)Toxuculuq İstehsalatının hazırlıq sexində, xx.xx.1982-ci il tarixindən xx.xx.2000-ci ilə kimi yapışqanlı toxunmayan material istehsalı (şilixləyici) peşəsində işləmişdir. Azərbaycan Respublikası H.Z.Tağıyev adına “xxxx” ASC tərəfindən verilmiş 89 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, iddiaçı H.Z. Tağıyev adına TTSK ASCdə xx.xx.1982-ci ildən xx.xx.2000-ci il tarixədək toxuculuq istehsalatında şilixləyici, yükdaşıyan şilixləyici işləmişdir. xx.xx.1999-cu ildən əmək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Bundan əlavə, sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, iddiaçının (SSN: **********531) xx.xx.2006-cı ildən xx.xx.2008-ci il, xx.xx.2015-ci ildən xx.xx.2018-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90% -i və xx.xx.2018-ci il tarixədək orta aylıq nominal əmək haqqının artım tempi indeksinin illik səviyyəsi nəzərə alınmaqla 12020,90 manat pensiya kapitalı vardır. Cavabdehin kassasiya şikayətində irəli sürdüyü arqument iddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün əsassız olaraq sosial sığorta stajına daxil edilməsi ilə bağlıdır. Bu hissədə də cavabdehin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin belə qənaət gəlməsinə səbəb həmin dövrlərdə sosial sığorta haqlarının ödənilməməsi ilə bağlıdır. Lakin inzibati orqanin verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçının xx.xx.1999-xx.xx.2000-ci illərdə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və qanunvericiliyin tələblərinə əsasən iddiaçının 25 il ümumi sığorta stajı olduğundan və bunun da 12 il 6 ayından çoxunu zərərli və ağır iş şəraitində işlədiyindən onun 57 yaşından güzəştli pensiya hüququnun yarandığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququna malik olması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yal nız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-679/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1516/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1516/2020
10.09.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver