Məhkəmə qərarları › İş №2-1(102)-1523/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1523/2024

04.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1523/2024 04.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış qadına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; təyyarə bələdçisi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa gör ə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-191/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçı cavabdehə müraciət edərək ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 2.İddiaçının müraciətinə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 22632 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surət də təyin edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü i! tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987- xx.xx.1991-ci il, xx.xx.1994xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997- xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və məktubda əks olunan nəticə ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 3.İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixindən, 52 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və ödənilməmiş pensiya məbləğinin hesablanaraq, ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. iddiaçının əsaslandırması: 4.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü il tarixində Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna əyani təhsil şöbəsinə daxil olaraq, xx.xx.1987-ci il tarixində həmin texnikumdan məzun olmuşdur. xx.xx.1987-xx.xx.1989-cu il tarixində Neftmaşıntəmirin Bakı Kontorunda çap maşinisti, xx.xx.1989 – xx.xx.1989-cu ildə orada mühəndis, xx.xx.1989-xx.xx.1991-ci il tarixində yenə də orada iqtisadçı işləmişdir. xx.xx.1991-xx.xx.1993-cü il tarixində Azərbaycan Uşaq Fondunun Eliksir kooperativində inzibatçı işləmişdir. xx.xx.1993-xx.xx.1993-cü il tarixində Minimaks şirkətində baş mühasib, xx.xx.1993-xx.xx.1994-cü il tarixində “Qismət” kiçik müəssisəsində mühasib, xx.xx.1994 – xx.xx.1995-ci il tarixində “Azəriqaz”ın X1 usta, xx.xx.1995-xx.xx.1997-ci il tarixində "xxxx" istehsalat kommersiya firmasında mühasib işləmişdir. xx.xx.1997-ci ildə “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixinə kimi həmin vəzifədə işləmişdir. Sonuncu iş yerindən xx.xx.2009-cu il tarixində işdən çıxmış və həmin tarixə qədər 21 il 4 ay 4 gün ümumi iş stajı, 10 il 9 ay güzəştli iş stajı topladığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə kimi q üvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı üçün cavabdehə ona pensiya təyinatı aparılması üçün müraciət edilmiş, cavabdeh isə xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubu ilə ona belə bir pensiya təyinatı aparılmasından imtina etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2017-ci il tarixinədək tələb edilən ümumi və güzəştli iş stajını topladığı üçün 52 yaşından belə bir hüququ yaranmışdır. cavabdehin etirazı: 5.Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmiş və etirazında qeyd etmişdir ki, vətəndaşların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ iki halda yaranır: İ halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsi ilə tələb olunan yaş həddinə çatanadək ümumi və güzəş tli sığorta stajı olan şəxslər bu maddə ilə güzəştli şərtlərlə pensiya hüququna malik olur. İİ halda isə həmin Qanunun 9.8-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yarandıqda. 6.Bu halda isə əsas tələb şəxsin xx.xx.2006-ci il tarixədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tələb olunan ümumi və güzəştli sığorta stajına malik olmasıdır. İddiaçı isə tələbində qeyd etmişdir ki, ona xx.xx.2020-ci il tarixdən, 52 yaşdan, lakin 9.1-ci maddənin 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya təyin olunmalıdır. Bu isə qanunvericiliyin tələbləri baxımından mümkün sayıla bilməz. Çünki qüvvədən düşmüş qanunvericilik normalarının yeni münasibətlərə tətbiqi qanunla nəzərdə tutulmamışdır. 7.Buna görə də vətəndaşa münasibətdə “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2020-ci il tarixdə qüvvədə olan norması tətbiq olunmuşdur. 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 İİ sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə ç alışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

11. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

12. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli DA-00508-2022 nömrəli arayışına əsasən "xxxx" istehsalat kommersiya firmasının sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir. Azərbaycan Uşaq Fondunun xx.xx.2022-ci il tarixli 01-01/27 nömrəli arayışına əsən Eliksir kooperativinin arxiv sənədləri Azərbaycan Uşaq Fondunda saxlanmadığı üçün iddiaçının fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır.

13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022 il tarixli 4/520 nömrəli arayışına əsasən “Qismət” kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

14. İddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən (17 il 3 ay 23 gün (xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1994-xx.xx.1995-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 10 ildən az (5 il 8 ay 24 gün (xx.xx.1997-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin iddiaçı qanunvericiliklə tələb olunan pensiya yaşına çatmadığı üçün onun pensiya hüququ yaranmamışdır. Belə ki, iddiaçının 2020-ci il 15 aprel tarixində 52 yaşı olmuşdur. Həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında“ Qanuna əsasən qadınlar üçün nəzərdə tutulan güzəştli yaş həddi 55 olmuşdur. Qanunvericilik normasının məzmunundan da göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələblərin heç biri mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2792/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olmasıdır.

17. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1983-cü ildə Bakı Dəmiryol Nəqliyyatı Texnikumuna ümumi orta təhsil bazasından “Tikinti və dəmiryol nəqliyyatında yol təsərrüfatının istismarı” ixtisası üzrə qəbul olmuş və 1987-ci ildə həmin ixtisas üzrə təhsilini əyani başa vurmuşdur. Dövlət İxtisas Komissiyasının xx.xx.1987-ci il tarixli diplom verilmişdir. Belə olan halda iddiaçının təhsil müddəti xx.xx.1983-xx.xx.1987-ci il dövrləri əhatə etməklə, ümumilikdə 03 il 05 ay 24 gün təşkil edir ki, həmin müddət isə onun ümumi sosial sığorta stajına əlavə edilməlidir.

18. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki; xx.xx.1987-xx.xx.1991-ci il tarixə kimi “Neft maşınlarını təmiri” Bakı kontorunda maşinist, mühəndis və ehtiyat hissələri və alətlərinin təchizatının təşkili şöbəsinin iqtisadçısı vəzifələrind ə işlədiyi dövrdə əmək stajı – 04 il, 02 ay, 29 gün; xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativində administrator vəzifəsində işlədiyi dövrdə əmək stajı – 01 il, 05 ay, 05 gün; xx.xx.1993-xx.xx.1993-cü il tarixə kimi “Minimaks” şirkətində baş mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 05 ay, 08 gün; xx.xx.1993-xx.xx.1994-cü il tarixə kimi “Qismət” kiçik müəssisəsində mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 07 ay, 02 gün; xx.xx.1995-xx.xx.1994-cü il tarixə kimi Səbail rayonu İQV-də usta vəzifəsində işlədiyi dövrdə əmək stajı –10 ay, 07 gün; xx.xx.1995-xx.xx.1997-ci il tarixə kimi “X2 Marat”da mühasib vəzifəsində işlədiyi dövrdə əmək stajı – 01 il, 09 ay, 17 gün; xx.xx.1997-xx.xx.2006-cı il tarixə kimi Azərbaycan Respublikasının Milli Av iadaşıyıcı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində təyyarə bələdçisi vəzifəsində işlədiyi dövrdə əmək stajı – 10 il olmuşdur.

19. Cavabdehin iddiaya dair etirazda qeyd etdiyi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativi, “Minimaks” şirkəti, “Qismət” kiçik müəssisəsi və “X2 Marat” adlı kommersiya qurumunun fəaliyyəti ilə bağlı dəlillərə gəldikdə isə həmin dəlillər əsassızdır.

20. X3 qeydiyyatına alınmasını həyata keçirən müvafiq vergi orqanından məhkəməyə göndərilmiş təsis sənədlərindən görünür ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə işlədiyi müəssisə qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçməklə fəaliyyət göstərmişdir. Belə ki, məhkəmənin müvafiq sorğusuna əsasən məhkəməyə təqdim edilmiş “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” 646 №-li, xx.xx.1993-cü il tarixli Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" istehsalat-kommersiya firması xx.xx.1993-cü ildə dövlət qeydiyyata alınmışdır. Bununla yanaşı məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş cavab məktubunda göstərilmişdir ki, "xxxx" istehsalat kommersiya firması xx.xx.2015-ci il tarixdə ləğv edilərək X3 reyestrindən çıxarılmışdır.

21. Bununla da iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə "xxxx" istehsalatkommersiya firmasında işlədiyi müddətdə kommersiya qurumu qanuni fəaliyyət göstərdiyi üçün iddiaçının ümumi sosial sığorta stajına daxil edilməlidir. 22. “Qismət” kiçik müəssisəsinə münasibətdə isə məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş “Qismət” kiçik müəssisəsinin nizamnaməsindən müəyyən olunmuşdur ki, adı çəkilən müəssisə xx.xx.1994-cü il tarixdə 10370 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin İ bəndindən görünür ki, “Qismət” KM Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, “Kiçik Müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında” 480 №li qərarına əsasən yaradılıb. Təsisçisi Binəqədi qəsəbəsi Xırdavat Malları fabrikidir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi “Qismət” kiçik müəssisəsində mühasib vəzifəsində işləmişdir.

23. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, iddiaçının işlədiyi təyyarə bələdçisi peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən peşələrə aid olması “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin “d” bəndində öz ə ksini tapmışdır. Bundan başqa, hətta hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda təyyarə bələdçisi peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid edilmişdir.

24. Məlum olan arqumentlərdən biri odur ki, təyyarə bələdçiləri uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətə aiddirlər. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına görə dünya üzərində bort bələdçilər peşəsi zərərli peşəyə aid olmaqla yanaşı güzəşt li şərtlərlə pensiya hüququ verən sahəyə aid edilmişdir.

25. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcı "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, 13-2/2-12-1844/2023 №-li məktubu ilə təqdim olunmuş arayışın surətindən görünür ki, iddiaçının təyyarə bələdçisi kimi xx.xx.1997-ci il tarixdən xx.xx.2006-ci il tarixədək faktiki uçuş saatı ümumilikdə 2236 saat 41 dəqiqə təşkil edir. Həmin faktiki uçuş saatları əsasında iddiaçının xx.xx.2006-ci il tarixədək olan güzəştli sığorta stajı 10 il təşkil edir (2236 saat:18 (ay):12 (ay) = 10.3518519)

26. Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 il olmaqla, ümumi iş stajı 20 i ldən çox yəni, 20 il 04 ay 17 gün (iddiaçının xx.xx.1991-xx.xx.1993-cü il tarixə kimi Azərbaycan Uşaq Fondu “Eliksir” Kooperativində və “Qismət” kiçik müəssisəsində işlədiyi dövr nəzərə alınmasa da belə) təşkil edir.

27. Belə olan halda, cavabdehin imtina məktubunda göstərdiyi əsasa münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün həm ümumi iş stajı, həm də xüsusi iş stajı ilə bağlı şərti də ödəmişdir.

28. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-191/2024 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-2792/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.

31. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, iddiaçının Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativində, «Minimaks», «Qismət» kiçik müəssisəsində və "xxxx" istehsalat kommersiya firmasında işlədiyi dövrləri (cəmi, 5 il 5 ay 17 gün), arxiv sənədləri tapılmadığından, onun sığorta stajına hesablanmasından imtina edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan əsasla iddiaçının sözügedən qurumlarda çalışdığı dövrün onun sığorta stajına daxil edilməsindən imtina olunması əsassızdır.

33. Birincisi ona görə ki, işə əlavə olunmuş Dövlət Statistika Komitəsinin xx.xx.2022ci il tar ixli, 01/3-4792 №-li və X3 Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarına əsasən “Qismət” kiçik müəssisəsinin, “X2, «Marat” MMC-nin dövlət qeydiyyatında olması fəaliyyəti müəyyən olunur. Azərbaycan Uşaq Fondunun «Eliksir» kooperativinin arxiv sənədlərinin tapılmamasına gəldikdə bu iddiaçının hüquqlarının məhdudlaşdıra bilməz.

34. Belə ki, həmin vaxt qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinin qeyd olunan tələblərinə görə 2006-cı ilə qədər sığorta stajı əmək kitabça sına əsasən hesablanır.

35. Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 36. “Azalavia” Bakı Nəqliyyat Aviasiyasında təyyarə bələdçisi kimi işlədiyi dövr qanunvericiliklə müəyyən olunan hesablama qaydası ilə hesablandıqda isə onun 2006-cı ilə qədər onun 11 il 7 ay güzəştli iş stajı müəyyən olunur.

37. Belə ki, "xxxx" QSC xx.xx.2023-cü il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş e yni tarixli arayışa əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2005-ci il tarixədək 2527 saat, 782 dəqiqə (yəni, 2,8 saat) - cəmi, 2529,18 uçuş saatı təşkil etmişdir.

38. İddiaçının təyyarə bələdçisi kimi 2006-cı ilə qədər sığorta stajı 11 il 7 ay (2529,18:18):12)) təşkil edir ki, həmin müddət onun xx.xx.1997-ci ilə qədərki istehsalat stajı ilə ( 14 il 17 gün) stajı ilə toplandıqda, onun ümumilikdə 25 il 7 ay 17 gün sığorta stajı mövcud olur ki, bunun da 10 ildən də çoxunu o, təyyarə bələdçisi kimi çalışmışdır.

39. Belə olan halda, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur.

40. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

41. Şikayətin dəlillərinin əsasını iddia tələbinə qarşı etirazda göstərilənlər təşkil edir.

42. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa və əldə edilən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməyə borclu olduğu halda, bunları etməmişdir.

43. Məhkəmə qərarının əsaslandırma hi ssəsindən görünür ki, kollegiyanın iddiaçının iddia tələbinin təmin edilməsinə yönələn mövqeyi formal mülahizələrə əsaslanmaqla, heç bir hüquqi əsası olmamışdır.

44. Məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş “Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında” 646 №-İi, xx.xx.1993-cü il tarixli Şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" istehsalat- kommersiya firması xx.xx.1993cü ildə dövlət qeydiyyata alınmışdır.

45. Bununla yanaşı məhkəmə digər sorğusuna əsasən verilmiş cavab məktubunda göstərilmişdir ki, "xxxx" istehsalat kommersiya firması xx.xx.2015-ci il tarixdə ləğv edilərək X3 reyestrindən çıxarılmışdır.

46. Bununla da məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.1995-xx.xx.1997-ci il tarixlərdə "xxxx" istehsalat-kommersiya firmasında işlədiyi müddətdə kommersiya qurumu qanuni fəaliyyət göstərdiyi üçün iddiaçının ümumi sosial sığorta stajına daxil edilməlidir. 47. “Qismət” kiçik müəssisəsinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin müvafiq sorğusuna əsasən təqdim edilmiş “Qismət” kiçik müəssisəsinin nizamnaməsindən müəyyən olunmuşdur ki, adı çəkilən müəssisə xx.xx.1994-cü il tarixdə 10370 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nizamnamənin İ bəndindən görünür ki, “Qismət” KM Azərbaycan Respublikası Nazirlər Sovetinin 12 oktyabr 1990-cı il tarixli, “Kiçik Müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında” 480 №-li qərarına əsasən yaradılıb. Təsisçisi Binəqədi qəsəbəsi Xırdavat Malları fabrikidir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü i l tarixə kimi “Qismət” kiçik müəssisəsində mühasib vəzifəsində işləmişdir.

48. Digər tərəfdən, cavabdeh tərəfindən verilmiş sorğulara əsasən əldə edilmiş cavablardan müəyyən olur ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli DA-00508-2022 nömrəli arayışına əsasən "xxxx" İstehsalat Kommersiya firmasının sənədləri arxivə dövlət mühafizəsinə verilmədiyi, Azərbaycan uşaq fondunun xx.xx.2022-ci il tarixli 01-01/27 nömrəli arayışa əsasən Eliksir kooperativinin arxiv sənədlərinin Azərbaycan Uşaq Fondunda saxlanmadığı, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022 il tarixli 4/520 nömrəli arayışına əsasən “Qismət” kiçik müəssisəsinin arxiv sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin B akı filialına təhvil verilmədiyi müəyyən edilmişdir.

49. Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə araşdırması nəticəsində əldə edilmiş məlumatlar sadəcə olaraq sözügedən müəssisələrin mövcudluğunun təsdiq olunması üçün istifadə oluna bilər. Lakin hazırkı vəziyyətdə iddianın təmin olunmasına yönələn məlumatlar isə iddiaçının həmin müəssisələrdə işləməsini təsdiq etməlidir.

50. Cavabdeh tərəfindən verilmiş sorğulara gələn cavablarda isə iddiaçının işlədiyini iddia etdiyi heç bir müəssisənin fəaliyyəti və onun həmin müəssisələrdə işləməsinə dair məlumatlar əldə edilməmişdir.

51. Bu səbəbdən də sadəcə olaraq iddiaçının işlədiyini iddia etdiyi müəssisələrin mövcudluğuna dair dəlillərə əsaslanan məhkəmə sübutları düzgün qiymətləndirməyərək iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri

52. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, cavabdeh kassasiya şikayətində iddiaçının “Qismət” kiçik müəssisəsində əmək fəaliyyətim barədə ilk iki instansiya məhkəməsinin sorğular nəticəsində əldə etdiyi məlumatların olmasını bildirsə də, absurd olaraq „ iddiaçı tərəfindən verilmiş sorğulara gələn cavablarda iddiaçının işlədiyi iddia etdiyi heç bir müəssisənin fəaliyyəti və onun həmin müəssisələrdə işləməsinə dair məlumatlar əldə edilməmişdir. Halbuki, məhkəmə öz qərarında bildirir ki, “Qismət” kiçik müəssisəsi Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli "xxxx" Müəssisələrin yaradılması və inkişaf etdirilməsi tədbirləri haqqında ” 480 nömrəli qərarına əsasən yaradılıb.” Doğrudanmı, cavabdeh b unu mötəbər sübut kimi qəbul etmir? Cavabdeh qeyd edilən sübuta dair özü tərəfindən ayrıca sorğu göndərərək hansısa araşdırma aparıbmı ki, nəzəri cəhətdən mümkün olan və mən iddiaçının belə bir müəssisədə işləmədiyinə dair birbaşa və ya dolayı sübut əldə etmiş olsun? Xeyr, cavabdeh bunu etməmiş, məhkəmənin bu sübutunu gözardı edərək, mən iddiaçının həmin müəssisədə əmək fəaliyyəti üçün sübut kimi qəbul etməmək yolunu seçmişdir.

53. Digər bir məsələ isə iddiaçının güzəştli iş stajının uçuş saatlarına görə müəyyən edilməsi məsələsidir.

54. Cavabdehin tabe olduğu üst səviyyə inzibati orqan olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2006-cı il tarixli, № xx/xx-4078 nömrəli «Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qayda ları»nın təsdiq edilməsi haqqında məktub”u cavabdehin gündəlik inzibati praktikası üçün əsaslanmalı olduğu rəsmi hüquqi aktdır.

55. Həmin Məktubun preambula hissəsində deyilir ki, icra və rəhbərlik üçün qəbul edilsin ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli, 377 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli, 231 nömrəli qərarı ilə “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” təsdiq edilmişdir. Bu Qaydalar mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir.

56. Mək tubun 3-cü bəndində göstərildiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1-ci bənd təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı -sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür.

57. Qanunverici bu qaydaları təyyarədə çalışan bütün işçilərə ona görə şamil etmişdir ki, məntiqi olaraq, bütün heyət eyni həyati təhlükə ilə üz-üzə qalaraq öz vəzifə öhdəliklərini yerinə yetirilər. Sadəcə, həmin təyyarədə fəaliyyət göstərən işçilərin stajının hesablanmasında vəzifəyə görə cüzi fər qləndirmə nəzərdə tutulmuşdur. Misal üçün, sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya, həmin Məktubun 3.2-ci bəndində sadalanan işçilərin iş stajı isə faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Lakin bütün hallarda, təyyarədə çalışan bütün işçilərin əmək stajı uçuş saatına görə müəyyən olunur. TƏTBİQ EDİLƏN HÜQUQ 58. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2020-ci il tarixdə qüvvədə olan redaksiyada). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

59. Əmək pensi yaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 13.Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... d) hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər — 57 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar — 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa;... Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını s übut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

60. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri t ərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 61. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların h əqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

62. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün m üddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

63. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

64. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

65. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

67. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələ ni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

69. Şikayətin təkrarlanan dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi və cavabdehin mübahisələndirdiyi iş yerlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmışdır. İddiaçının həmin iş yerlərində çalışdığı isə onun adına tərtib olunmuş əmək kitabçasındak ı məlumatlarla təsdiq edilir.

70. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, həmin Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin yuxarıda istinad edilən müddəalarına görə, axırıncı iş yerindən asılı olmayaraq hava gəmilərində bələdçi işləyən şəxslər - qadınlar - 52 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.

71. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının əmək kitabçasında qeyd edilən ümumi əmək stajı, hava gəmilərində bələdçi işlədiyi müddət də daxil olmaqla, xx.xx.2006-cı il tarixədək 20 ildən, güzəştli stajı isə 10 ildən artıq təşkil edir.

72. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

73. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

74. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-191/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar