Məhkəmə qərarları › İş №2-1(102)-1524/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1524/2025

21.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1524/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-110/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1950-ci il təvəllüdlüdür.

2. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Təcili və X4 Stansiyasi” X12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həkim-cərrah İddiaçı həqiqətən Səhiyyə Nazirliyinin sərəncamına əsasən Sanaviasiya xətti ilə ağır yaralılara tibbi yardım göstərmək məqsədilə xx.xx.1992-ci il tarixli 207 nömrəli əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasına 1 (bir), 253 nömrəli xx.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on), 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün müddətinə ezam olunub. Əsas: “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitar Aviasiya X8”. 3. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 tərəfindən Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış 28 iyul 2022-ci il tarixli məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12i 1992-ci il və 1993cü il tarixlərində İ Qarabağ müharibəsi dövründə Qarabağ bölgəsinə ezam olunmuş İddiaçı ezamiyyə vərəqələrinin surətləri cavabdehə təqdim edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

5. Cavabdeh 18 noyabr 2022-cü il tarixli, A/4651 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlər hüquqi əsas vermədiyi üçün (döyüşlərdə iştirakı sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X5 Stansiyası” X11 xx.xx.2022-ci il tarixli arayışına əsasən Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının xx.xx.1992-ci il tarixli, 207 nömrəli əmrilə Goranboy rayon Mərkəzi xəstəxanasına 1 (bir) gün, 253 nömrəli x x.xx.1992-ci il tarixli əmrlə Ağdərə Hərbi Hospitalında 10 (on) gün və 42 nömrəli xx.xx.1993-cü il tarixli əmrlə Ağdərə Hərbi Hospitalına 10 (on) gün, “Akademik M.A.Topçubaşov adına” X6 xx.xx.2022-ci il tarixli arayışına əsasən həmin Mərkəzin “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında” xx.xx.1992-ci il, 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına 12 (on iki) gün müddətinə ezam olunmağı ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı və “Müharibə veteranı vəsiqəsi” verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının nəzdində sanaviasiya idarəsinin 207 nömrəli əmri ilə xx.xx.1992-ci ildə 1 gün Goranboy rayon Mərkəzi Xəstəxanasına, 253 nömrəli xx.xx.1992ci il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına, 42 nömrəli, xx.xx.1993-cü il tarixli əmrlə 10 gün Ağdərə Hərbi Hospitalına ezam edilmiş və həmin bölgələrdə hərbi hospitallarda yaralılara ixtisaslaşdırılmış cərrahi tibbi yardım göstərmiş və yaralıları sanaviasiyanın vertolyotları ilə Bakı şəhərinə evakuasiya edilməsində iştirak etmişdir. Həmçinin “Akademik M.A.Topçubaşov adına” X6 “Damar Cərrahlarının müharibə zonasına ezamiyyət növbəsi haqqında’’ xx.xx.1992-ci il tarixli, 34 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdərə Hərbi Hospitalına ezam edilmişdir. Müvafiq qanunvericiliyə əsa sən “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçmiş olması faktı yetərlidir. Bu fakt isə həmin normada deyildiyi kimi, bir neçə alternativ sənəd əsasında müəyyən edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ona veteran adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, sonuncu tərəfindən ünvanlanmış məktubda Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən müvafiq arayış alınması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən Sanitar aviasiya xətti ilə Ağdərə Hərbi Hospitalına ezam barədə arayışın, İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Təcili və X5 Stansiyası” X11 xx.xx.2022-ci il tarixli, Akademik M.Ə.Mirqasımov adına Respublika Kilinik Xəstəxanasının xx.xx.2022-ci il tarixi və “Akademik M.A.Topçubaşov adına” X9 X11 xx.xx.2022-ci il tarixli, 377 nömrəli arayışları yenidən cavabdehə göndərilmiş, lakin Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Çünki, iddiaçı müharibə zamanı döyüş əməliyyatları gedən bölgədə iştirak etmişdir.

8. Cavabdeh iddia tələbinə dair təqdim etdiyi yazılı etirazda “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməs i qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edərək bildirmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Bildirilir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi döyüşlərdə iştirak etmiş şəxslərə yalnız həmin norma larda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublika sı Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Həmçinin analoji iş üzrə iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-428/2022 nömrəli qərarının 21 və 26-cı bəndlərini göstərmək olar. Sözügedən qərara əsasən, iddiaçı Murtuzayev Nizami Sadıq oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1712/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. “İnzibati orqanların təsnifatının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabine tinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4.1 və 4-1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ayrı-ayrı inzibati orqanlardır. İddiaçı iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Ağdərə Hərbi Hospitalına ezam olunmuşdur. Ağdərə Hərbi Hospitalının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olmasını və yekun nəticədə “Müharibə veteranı” adı və vəsiqəsini almaq üçün həmin Nazirliyinin nəzdində fəaliyyət göstərən müvafiq komissiyasına müraciət etməsini nəzərə alaraq, bu iş üzrə cavabdeh Müdafiə Nazirliyi olmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir.

9. Bakı İnzibati Məhkə məsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-946/2024 nömrəli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Həmin normanın məzmununa görə hərbi qulluqçu olmayan aşağıdakı şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər: döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər; döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təm inatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər. İş materialları ilə iddiaçının döyüş zonalarına tibbi yardım məqsədi ilə ezam olunduğu təsdiq olunur. Belə ki, işdə olan əmrlərdən və arxiv çıxarışlarından görünür ki, iddiaçı döyüş zonaları olan Ağdərə və Goranboy rayonlarına yaralılara təcili-tibbi yardımın göstərməsi ilə bağlı ezam edilmiş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Başqa sözlə, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardım ilə bağlı xidməti vəzifəsini yerinə yetirmişdir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə ezam olunmasını və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-110/2025 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova /məruzəçi/, R.Səmədov və E.Əliyev) apellyasi ya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2-1(112)-946/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ilə Müdafiə Nazirliyi arasında əmək və ya xidməti münasibət mövcud olmamış, iddiaçı döyüş zonasında hərbi qulluqçu kimi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil, məhz döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunmuş və xidməti vəzifələrinin yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Ona görə də iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılması Müdafiə Nazirliyinin səlahiyyətinə aid deyildir.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın l əğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 17. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müv afiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıv an Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi mə sələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişd ir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqeyi ilə razılaşmayaraq iş materiallarına istinad etməklə aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir.

28. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat anlaşılır.

29. İş materiallarından göründüyü kimi, iddiaçı döyüş zonalarına tibbi yardım məqsədilə ezam olunmuşdur. Belə ki, işdə olan əmrlərdən və arxiv çıxarışlarından görünür ki, iddiaçı döyüş zonaları olan Ağdərə və Goranboy rayonlarına yaralılara təcili-tibbi yardımın göstərilməsi ilə bağlı ezam edilmiş və üzərinə düşən vəzifələri yerinə yetirərək ezamiyyətdən qayıtmışdır.

30. Həmçinin işdən müəyyən olunur ki, iddiaçı ezamiyyətdə olarkən döyüş zonasına tibbi yardımla bağlı xidməti vəzifəsini də yerinə yetirmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı- silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi- texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xi dmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təsvir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunması və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan konteksdən qiymətləndirmək lazımdır, başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə hərbi tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsininin verilməsindən cavabdeh qurumun imtina etməsi qanunsuz olmuşdur.

32. İddiaçı ilə Müdafiə Nazirliyi arasında əmək və ya xidməti münasibət mövcud olmamış, iddiaçı döyüş zonasında hərbi qulluqçu kimi hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil, məhz döyüş əməliyyatları zonasına tibbi yardım məqsədilə ezam olunmuş və xidməti vəzifələrinin yerinə yetirərək ezamiyyətdən qayıtmışdır. Ona görə də iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair müraciətinə baxılması Müdafiə Nazirliyinin səlahiyyətinə aid deyildir.

33. Beləliklə, yuxarıda qeyd edilən sənədlərdən də göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasından imtina edə n cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

34. Yuxarıda sadalanan sənədlər (əmrlər, arayış) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğundur və iddiaçının müharibə veteranı statusunun tələb etməklə haqlı olduğuna dəlalət edir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qə rara aldı: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(103)-110/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar