Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1529/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi və işə bərpa olunma) 03.07.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-353/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əvvəlcə cavabdehin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə sərəncama götürülmüş, həmin müddət bitdiyində xx.xx.2022-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, həmin müddət də bitdiyində xx.xx.2021-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixədək də uzadılmış, daha sonra xx.xx.2022-ci il tarixli sonrakı bir əmrlə onun sərəncamda qalma müddəti bir daha xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
2. Bundan sonra isə cav abdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********095500 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və o, sərəncamdan çıxarılmış hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı olunun işdən azad olunma haqqında xx.xx.2022-ci il tarixli, **********0095500 nömrəli və xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmrlərinin İddiaçı aid hissədə ləğv edilməsi və əvvəl tutduğu vəzifə üzrə işə bərpa edilməsi, sərəncamda olduğu müddət ərzində 2021- ci ilin yanvar ayından etibarən məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin (orta aylıq əmək haqqının) bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “...2000-ci ilin mart ayından etibarən 20 ildən artıq vergi orqanlarında müfəttiş vəzifəsində çalışmış, işlədiyi müddət ərzində heç bir nöqsana (intizam pozuntusu, iş xətası və s.) yol verməmişdir. Son iş yeri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində Dövlət Vergi Müfəttişi vəzifəsi olmuş, xx.xx.2021-ci il tarixində ona sərəncama çıxması barədə əmr təqdim olunmuş, həmin əmrin verilmə tarixi xx.xx.2021-ci il idi. Deməli, r əsmi olaraq sərəncamda olduğu müddət ərzində 10 gün artıq işləmişdir. Həmin sərəncamın ona təqdim olunduğu tarixdən üç ay keçdikdən sonra nə uzadılması, nə də ləğv edilməsi barədə hər hansı bir bildiriş gəlməmişdir. Odur ki, iş vəziyyəti ilə bağlı qeyri-müəyyən qalmış, bu halla bağlı bir dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, iki dəfə isə cavabdeh nazirlik yanında Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməsinə baxmayaraq, ona rəsmi cavab verilməmişdir. Əlavə olaraq, sərəncamda olduğu müddətdə ona başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklif gəlməmiş, uzun müddət şəxsin hüququnu pozan bu vəziyyət davam etmiş, sərəncama çıxarıldıqdan sonra ilk üç aydan sonrakı aylarda 2022-ci il 2 iyun tarixinədək heç bir ödəniş edilməmiş, yalnız həmin tarixdə 3700 mana t məbləğində son haqq-hesab adı ilə ödəniş olunmuşdur ki, bu ödənişin nə bir hüquqi əsası, nə də şəxsin almalı olduğu ödənişlə əlaqəsi vardır. Vəkili tərəfindən cavabdehə sorğu ilə müraciət edilərək işlədiyi müddət ərzində tutduğu vəzifəsi, sərəncama çıxıb-çıxmaması, çıxıbsa, çıxdığı tarix, işdən azad olunub-olunmaması barədə məlumat, işdən azad olunubsa, azad olunduğu barədə əmrin surəti, işdən azad olunubsa, son haqq-hesabın ödənilməsi barədə məlumatı və sənədləri təqdim olunması xahiş olunmuş, lakin, bütün bunlar barədə heç bir məlumat və ya hər hansı sənəd təqdim olunmadığından, həmin məlumatlarla bağlı əmrlərin və digər bu kimi sənədlərin (o cümlədən əmək kitabçasının) surətlərini iddia ərizəsinə qoşma olaraq əlavə edə bilmir. Həmçinin, iş üzrə ilkin mediasiya sessiyasına cavabdeh dəv ət olunsa da, ilkin mediasiya sessiyasında iştirak etməmiş, bu faktı təsdiq edən 30 iyun 2022-ci il tarixli 11 saylı mediasiya təşkilatı tərəfindən təqdim edilən arayışdır. Odur ki, hazırda məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Dövlət Vergi Orqanlarında Xidmət haqqında Əsasnamənin 75-ci maddəsinədə göstərilən, cavabdehin təşəbbüsü ilə xidmətinə xitam verilməsi üçün əsaslardan heç biri yoxdur...”
5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz bununla əsaslandırılmışdır: “Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin Topdan ticarət sahələri üzrə bölməsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. Xidmətin xx.xx.2022-ci il tarixli, **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır.” Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 38-ci bəndinə əsasən təşkilatiştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncam ında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Həmin Əsasnamədə vəzifəli şəxsin sərəncamda saxlanılma müddətinin uzadılması barədə əmrin inzibati orqan tərəfindən ona təqdim edilməli olduğunu dair hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçı gətirdiyi dəlili hüquqi cəhətdən əsaslandıra bilməmişdir. İddiaçı İqtisadiyyat Nazirliyinin deyil onun strukturuna daxil olan və hazırk; iş üzrə cavabdeh qismində göstərilən Dövlət Vergi Xidmətinin sabiq əməkdaşı olmuşdur. Dövlət Vergi Xidmətinə isə onun tərəfindən ünvanlanmış xx.xx.2021 tarixli **********437200 nömrəli və xx.xx.2021-ci il tarixli **********709700 nömrəli müraciətləri olmuş və həmin müraciətlər cavabdeh tərəfindən müvafiq olaraq xx.xx.2021- ci il tarixdə **********892400 və xx.xx.2021-ci il tarixdə **********563200 nömrəli məktublarla cavablandırılmışdır (müvafiq qaydada təsdiq olunmuş surətləri məhkəməyə əlbəəl təqdim edilmişdir).Digər tərəfdən isə iddiaçıya göndərilən cavab məktublarında onun işə bərpa edilməsinə dair müraciətlərinə cavab olaraq sərəncamda olduğu və sərəncamda saxlanılma müddətinin uzadılması barədə məlumat verilmişdir. Beləliklə iddiaçının saxlanılma müddətinin uzadılması barədə əmrlərin ona təqdim edilməsinə dair iddiaçının hər hansı müraciəti və ya cavabdeh orqanın qanunvericiliklə nəzərdə tutulan bu cür öhdəliyi olmadığından cavabdehin hərəkətlərinin iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməsi mümkün deyildir. Bundan əlavə, iddiaçı Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin 75- ci bəndinə əsaslanaraq sərəncamda olduğu müddətdə ona başqa vəzifəyə keçirilməsi ilə bağlı hər hansı bir təklifin gəlmədiyini bilmişdir. Digər halda olduğu kimi iddiaçının bu dəlili də həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022 il tarixdə iddiaçı Dövlət Vergi Xidmətinin inzibati binasında İnsan resursları baş idarəsi tərəfindən keçirilmiş qəbul zamanı Xidmətin sərəncamında olan əməkdaşlarına, o cümlədən İddiaçı ərazi vergi orqanlarında ştat üzrə müvafiq vəzifə təklif olunmuş, lakin təklif olunan vəzifədə işləməyə razı olmadığını bildirmişdir. Qəbulun nəticələrinə dair xx.xx.2022-ci il tarixli Akt tərtib olunmuş və vergi orqanın vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Əlavə olaraq iddiaçı xx.xx.2022-ci il tarixdə onun hesab kartına 3700 manat məbləğində son haqq-hesab ödənişi edildiyi ni, ancaq nə işdən çıxarılması barədə xəbərdarlığın, nə də ki, həmin əmrə dair bildirişin gəlmədiyini bildirmişdir. Bununla bağlı bir daha qeyd edilməlidir ki, Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********025100 nömrəli “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmri ilə 'Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən İddiaçı tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüşdür. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə qeyd olunan əmrin icrası ilə əlaqədar olaraq təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Həmin təhvil-təslim aktına əsəsən sabiq əməkdaş İddiaçı xidməti vəsiqə, tanınma nişanı təhvil alınmış və Dövlət Vergi Xidmətinin Təşkilati-ş tat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar “İşdən azad etmə və sərəncama götürülmə haqqında” xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə tanış olunmuş və bir nüsxəsi ona təqdim edilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə İddiaçı xx.xx.2022-ci i tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. İddiaçı əmrin əldə olunması tarixi kimi vəkil sorğusuna cavab məktubunun əldə edildiyi tarixi, yəni xx.xx.2022-ci il tarixi göstərməyə çalışmışdır. İlk növbədə bildirilmişdir ki, iddiaçının gətirdiyi dəlildən inzibati orqanın hansı hərəkətlərinin onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına gətirib çıxardığı anlaşılmır. Əksinə iddiaçının istinad etdiyi dəlillər inzibati orqan tərəfindən öz səlahiyyətləri daxilində iddiaçının hüquqlarının təmin edilməsi istiqamətində bütün hərəkətləri icra edildiyi aşkar şəkildə görünür. xx.xx.2021-ci il tarixinə ona “İşdən azad edilmə və sərəncama götürülmə barədə” əmrin bir nüsxəsi təqdim edilmiş, onunla təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə onun tərəfindən imzalanmışdır. Yəni iddiaçı artıq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirməsindən azad olmuş və sabiq vergi əməkdaşı kimi ən çoxu növbəti bir il ərzində sərəncamda saxlana biləcəyi barədə məlumatlı olmuşdur. Sərəncamda saxlanılma müddətinin bir ildən artıq davam etməsi ilə bağlı iddiaçının dəlili onun iddia tələbi ilə heç bir bağlılığa malik deyildir. Belə ki, sərəncamda saxlanılma müddətinin nə qədər davam etməsi onun işə bərpasına gətirib çıxara bilməz. Başqa s özlə, sərəncamda saxlanma müddətlərinin mübahisələndirilməsi heç bir halda bu müddətlərin geriyə dönüşünə gətirib çıxara bilməz. Hazırkı halda, iddia tələbi üzrə qəbul ediləcək heç bir qərar iddiaçının sərəncamda qalma müddətlərində dəyişiklik etmək, yəni artıq bitmiş bu müddəti qısaltmaq iqtidarında deyil. İddiaçının gətirdiyi bütün dəlillər, o cümlədən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmrin ləğvi onun arzuladığı hüquqi nəticəyə, yəni tutduğu vəzifəyə bərpa edilməsinə gətirib çıxara bilməz. Belə ki, həmin əmrlə iddiaçı sərəncamdan çıxarılmış, onun qəbul edilməsindən öncə vergi orqanının sərəncamında olmuşdur və bu əmrin ləğvi yalnız iddiaçının sərəncama qayıtmasına gətirib çıxara bilər. Bu isə yolverilməzdir. Çünki, Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamənin 38 -ci bəndinin məzmununa əsasən sərəncamda saxlanılma müddəti bir ildən artıq davam edə bilməz. İşdən azad olunma barədə xx.xx.2021-ci il tarixli **********025100 nömrəli əmrlə bağlı isə iddia ərizəsinə dair təqdim etdiyimiz etirazda prosessual müddətlərin ötürülməsi barədə dəlillər cavabdeh tərəfindən daha öncə təqdim edilmişdir...” 6.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-311/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətind ən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İddiaçının işə bərpa barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilmədiyindən hüquqi müqəddaratı onunla bağlı olan məcburi iş buraxma dövrünə görə ona ödənilməli olan məvacibin bütün əlavələri nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə tələbi də, müzakirə edilmədən rədd edilməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 2-1(103)-353/2025 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov /sədrlik edən və məruzəçi/, A.Oruczadə və G.Abbasova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmiş və qalan hissədə iddia rədd edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2-1(103)-353/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-353/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərarında yol verilmiş yanlışlıq və texniki səhv düzəldilmiş.
1. Qərarın 11-ci vərəqində 3-cü abzasında və nəticə hissəsdə 4-cü abzasında “İddia qismən təmin edilsin” cümləsindən sonra, “Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin İddiaçı “xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması barədə” xx.xx.2022-ci il tarixli **********0095500 nömrəli əmri ləğv edilsin.” - cümləsi yazılsın.
2. Sonrakı, cümlənin “xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi” ifadəsində isə “xx.xx.2022-ci il” tarixi “xx.xx.2021-ci il” tarixi ilə əvəz edilsin. Qərarın iddianın “qismə n təmin edilməsi” hissəsi tam mətndə aşağıdakı kimi oxunsun: “İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin İddiaçı “xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması barədə” xx.xx.2022-ci il tarixli **********0095500 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2021-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qalan hissədə iddia rədd edilsin.”
11. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırm ışdır ki, iddiaçının xx.xx.2021-ci il tarixli sərəncamla 12.01.21-ci il tarixdən sərəncama çıxarılması cavabdehin “təşkilati ştat tədbirlərinin həyata keçirilməsi çərçivəsində diskresion səlahiyyətlərinə aid edilsə belə, onun bundan sonrakı əmrləri və hərəktələri diskressionluqdan kənar, qanunvericiliyə ziddir. Belə ki, faktiki olaraq xx.xx.2022-ci ilədək 1 il 5 ay sərəncamda saxlanılmış və tutduğu vəzifəsinə uyğun başqa bir konkret vəzifə təklif olunmadan və işlə təmin etmədən, həm də sərəncamda qalmanın birinci üç ayı üçün ona əmək haqqı ödənilsə də, xx.xx.2021-ci il tarixdən sonrakı dövr üçün onun əmək haqqı ödənilmədən, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam veril ərək sərəncamdan çıxarılmış hesab edilmişdir. Qeyd olunmalıdır ki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Konkret halda isə Məcəllənin qeyd olunan tələbinə müvafiq olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci qərarın qəbulunu zəruri edən faktiki şərtlər mövcud olmamışdır. Belə ki, işdən görünənlər ondan ibarətdir ki, birincisi, iddiaçıya onun sərəncama çıxarıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni ötən 1 il 1 aydan çox olan müddət ərzində, hər hansı bir iş təklif olunmamış, belə sənəd-sübut hazırkı mərəhələdə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, id dianın təmin edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə uyğun təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə” (mübahisələndirilən əmrin verildiyi dövrdə qüvvədə olan redaksiyada): Maddə
38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə əməkhaqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqa nın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Maddə
75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər: 3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə; Maddə
80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəz ifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Maddə
81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əməkhaqqı ödənilir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikay ət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiy a instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yal nız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiy i sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Bundan əlavə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı əvvəlcə cavabdehin xx.xx.2021-ci il tarixli, **********025100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilərək 3 ay müddətinə sərəncama götürülmüş, həmin müddət bitdiyində xx.xx.2022-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixdək uzadılmış, həmin müddət də bitdiyində xx.xx.2021-ci il tarixli əmri ilə sərəncamda qalma müddəti xx.xx.2021-ci il tarixədək də uzadılmış, daha sonra xx.xx.2022-ci il tarixli sonrakı bir əmrlə onun sərəncamda qalma müddəti bir daha xx.xx.2022-ci il tarixdək uzadılmışdır. Bundan sonra isə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********095500 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən “Dövlət vergi orqanlarında xidmət haqında” Əsasnamənin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmiş və o, sərəncamdan çıxarılmış hesab edilmişdir.
28. Bu qərarın 18-ci bəndində istinad edilən normalara görə, təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər.
29. Göründüyü kimi, qanunverici, təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunaraq sərəncama götürülmüş vergi orqanının vəzifəli şəxsinə ilk öncə vergi orqanlarında digər vəzifəyə keçirilmənin təklif edilməli olduğunu, həmin vəzifəli şəxsin digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə isə həmin vəzifəli şəxsin xidmətinə xitam verilə biləcəyini təsbit etmişdir. Yəni həmin normanın təfsirinə görə, hətta vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsinin mümkün olmadığı və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etdiyi hallarda belə, həmin vəzi fəli şəxsin xidmətinə xitam verilməsi imperativ və mütləq xarakter daşımır. Başqa sözlə, qanunverici belə hallarda cavabdehin üzərinə vəzifəli şəxsin xidmətinə mütləq şəkildə xitam verilməsi vəzifəsini qoymur. Əksinə, belə situasiyalarda inzibati orqana həmin vəzifəli şəxsin xidmətinə xitam verilməməsi imkanını da tanıyır (əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə, vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər, yəni xitam verilməyə də bilər). İnzibati orqan diskresion səlahiyyətindən vəzifəli şəxsin xidmətinə xitam vermə formasında istifadə etdiyi təqdirdə, səlahiyyətindən niyə məhz bu formada istifadə etdiyini əsaslandırmağa borcludur.
30. Nəzərə almaq la zımdır ki, şəxsin inzibati orqandan diskresion səlahiyyətlərin qanunun məqsədlərinə uyğun və düzgün şəkildə həyata keçirilməsini tələb etmək hüququ vardır. Qanunverici şəxsin belə tələb hüququnun təminatı qismində inzibati orqanın üzərinə qəbul etdiyi inzibati aktı əsaslandırmaq öhdəli qoyur. Bu mənada hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən niyə məhz mübahisələndirilən qərar formasında hərəkət edildiyi “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Belə ki, istinad olunan normaya görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağ a borcludur.
31. Qeyd edilənlərə əsasən işin apelyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya onun sərəncama çıxarıldığı xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni ötən 1 il 1 aydan çox olan müddət ərzində, hər hansı bir iş təklif olunmamış, belə sənəd-sübut hazırkı mərhələdə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
32. Cavabdehin əməkdaşları DVX-nın – “İnsan resursları əməliyyatları şöbəsi”nin rəisi Kamran Məmişov, “Sənədlərlə iş və icra intizamına nəzarət (katiblik) baş idarəsinin vətəndaşların qəbulu və müraciətinə baxılması şöbəsi”nin baş dövlət vergi müfəttişi Nailə Abbasova və “Büdcədənkənar vəsait hesabına saxlanılan müfəttişi Azad Həsənovun iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş həmin aktda göstərilir ki, o cümlədən, İddiaçı oğlu ilə nazirliyin inzibati binasında vətəndaş qəbulu üçün nəzərdə tutulmuş xüsusi otaqda görüşərkən: - ona sərəncamda saxlama müddətinin bitdiyi və son dəfə DVX-nın ərazi vergi orqanlarında ondan ştat üzrə müvafiq vəzifələri təklif edərək münasibət bildirilməsi xahiş olunmuş; - əməkdaş (İddiaçı) təklif olunan vəzifə ilə razı olmadığını bildirmişdir.
33. Bununla bağlı apelyasiya məhkəməsi qərarında göstərmişdir ki, sözügedən akt, o cümlədən həmin prosesin iştirakçısı olan İddiaçı iştirakı olmadan tərtib olunmuş, ona surəti verilməmiş və aktda qeyd olunanlara münasibətini bildirməkdən, həmin aktda ona təklif olunan vəzifədən imtinası barədə hər hansı bir qeyd-şərtini yazmasından məhrum olmuş, həmin aktda, hansı vəzifələrin konkret olaraq iddiaçıya təklif olunduğu qeyd olunmamış, cavabdeh tərəfindən istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində icraat zamanı həmin aktı tərtib edən əməkdaşlar aktın doğruluğunun təsdiqi üçün dindirilmələri üçün məhkəməyə təqdim olunmamış, hazırkı mərhələdə xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının protokolundan (həm də audio-video yazıdan) görünür ki, iddiaçı qeyd olunan aktla bağlı qeyd etmişdir: “Məni fevral ayının 18-də dəvət etdilər, ona qədər mən 2 dəfə müraciət etdim ki, məni işlə təmin edin. Belə cavab gəldi ki, siz sərəncamdasınız. Sərəncam müddəti bitənə qədər bir qərar veriləcək. Ümumi belə bir cavab gəldi. 18 fevralda məni vergi xidmətinə dəvət etdilər və orada mənə dedilər ki, hələ sizin sərəncam müddətiniz bitməyib, 1 həftə də vaxt var. Sizə ərazilərdə 3,4 və 5-ci ərazilərdə hər hansı bir iş ola bilsin ki, təklif olunsun, sizə məlumat veriləcək, siz də fikrinizi bildirərsiz, ayın 23-nə kimi vaxtınız var. Bununla da mən çıxıb getmişəm.” İddiaçının izahatında qeyd olunan halların doğruluğu onun izahatından sonra, nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır.
34. Bununla da məhkəmə kollegiyası apelyasiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edərək bildirir ki, iddiaçının şəxsi işinə dair sənədlərə əsasən vergi orqanlarında heç bir qüsuru olmadan 2001-ci ildən 2021-ci ilədək xidmət edən iddiaçının cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayınadək, yəni 1 il 5 ay müddətində sərəncam vəziyyətində saxlanılıb, ona konkret iş təklif etmədən və vergi orqanlarında hər hansı uyğun bir işlə t əmin etmədən, onun ”Xidmətinə xitam verilməsi və sərəncamdan çıxarılması barədə” sərəncamın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən də deyil, saymazyana olaraq, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə əmək haqqı ödənilmədən (birinci üç aylıq sərəncamda qalma müddəti istisna olmaqla) xitam verilərək sərəncamdan çıxarılmış hesab edilməsinin “Dövlət vergi orqanlarında xidmət haqında” Əsasnamənin 38-ci və 75-ci maddəsinin 3-cü hissəsinin tələbələrinə zidd olduğu sübuta yetirilir.
35. Bu qərarın 18-ci bəndində istinad edilən normalara əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Xidmətinə xitam verildiyi gündən bə rpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və məcburi iş buraxma müddəti üçün ona əvvəl tutduğu vəzifə üzrə aldığı əməkhaqqı məbləğində vəsait ödənilir.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025-ci il tarixli, 21(103)-353/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.