Məhkəmə qərarları › İş №2-1(102)-1535/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1535/2021

14.09.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1535/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin bərpasına dair ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon Şöbəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xətai rayon filialı) qa rşı (üçüncü şəxs: Cavabdeh3 QSC “x” Gəmi Təmiri və Tikinti zavodu) “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1939/2020 nömrəli, 2020-ci il 17 noyabr tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 14 oktyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 2019-cu il 25 mart tarixdən 61 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 6 avqust tarixli, 2-1(112)-1661/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir

3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1939/2020 nömrəli, 2020-ci il 17 noyabr tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2020-ci il 6 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki icraat

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(102)546/2021 nömrəli, 2021-ci il 17 mart tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Ali Məhkəmə hesab etmişdir ki, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.

7. Cavabdeh 2021-ci il 21 may tarixdə məhkəməyə prosessual müddətin bərpa olunmasına dair ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, şikayətin qəbulundan imtinaya əsas iş materiallarında mövcud olan məhkəmə qərarından kassasiya şikayətinin təqdim edilməsinə dair 2021-ci il 22 yanvar tarixli qəbz olmuşdur. Həmin iş üzrə qeyd edilməli məqamlardan biri odur ki, 2-1(103)-1939/2020 nömrəli 2020-ci il 23 oktyabr tarixli apellyasiya məhkəməsinin qərarı 2020-ci i l 15 dekabr tarixdə cavabdeh tərəfindən rəsmi şəkildə təhvil alınmışdır. Həmin qərardan şikayət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə müvafiq olaraq 1 ay müddət ötürülmədən, 2021-ci il 15 yanvar tarixdə verilmişdir. Bu barədə “001782” nömrəli qəbz vardır. Lakin iş məhkəmədə olarkən qəbzlər bilərək və ya bilməyərək qarışdırılmış və ya dəyişdirilmiş, kassasiya şikayətinə 2021-ci il 22 yanvar tarixli, “001779” nömrəli qəbz əlavə edilmişdir. Kassasiya şikayətinin müddət ötürülmədən verilməsinə dair sübutlar Ali Məhkəmənin iclası zamanı təqdim edilsə də, inzibati kollegiya buna məhəl qoymayaraq və İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinin tələblərini pozaraq qanunsuz olaraq şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə işinin içindəki 2021-ci il 22 yanvar tarixli, “001779” nömrəli qəbz cavabdeh ilə heç bir əlaqəsi olmayan x adlı şəxs tərəfindən göndərilmişdir və qəbzdə həmin şəxsin adı qeyd edilmişdir. Həmçinin həmin iş üzrə qeyd edilməlidir ki, həmin vaxt Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunmuş sərt karantin rejimi mövcud idi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumatına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 27 yanvar saat 00:00-dək məhkəmələrə icraatlarında olan işlərə baxmağın təxirə salınması tövsiyə edilmişdi. ƏRİZƏ ÜZRƏ KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ

9. Cavabdehin vəkili (nümayəndəsi) prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin olunmasını və kassasiyanın mümkün hesab edilməsini xahiş etdi.

10. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

11. İPM: Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət p roses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

12. Prosessual müddətin bərpa olunmasına dair ərizə aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

13. Cavabdeh, ilk növbədə ərizəsində kassasiya şikayətini po çt xidmətinə prosessual müddəti ötürmədən təqdim etdiyini, başqa sözlə, prosessual müddətin onun tərəfindən ötürülmədiyini qeyd edir.

14. Məhkəmə kollegiyası həmin qeydləri qəbul etmir. Belə ki, prosessual müddətin cavabdeh tərəfindən ötürüldüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-546/2021 nömrəli, 2021-ci il 17 mart tarixli qərarı ilə təsbit olunmuşdur.

15. Prosessual müddətin bərpa olunması ilə bağlı ərizənin dəlillərinə gəldikdə, İPM-in 24.1-ci maddəsinin tələblərindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.

16. Cavabdeh müddətin ötürülməsinin üzrlü səbəbi kimi qeyd edir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul olunmuş sərt karantin rejimi mövcud idi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 9 dekabr tarixli Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumatına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 27 yanvar saat 00:00-dək məhkəmələrə icraatlarında olan işlərə baxmağın təxirə salınması tövsiyə edilmişdi.

17. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul etmir. Belə ki, prosessual qanunun tələbinə görə, kassasiya icraatında (şikayətin tərtibi də daxil olmaqla) vəkilin iştirakı məcburi olduğundan cavabdeh də hazırkı icraatda vəkil (nümayəndə) i lə təmsil olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 2020-ci il 8 dekabr tarixli 488 №-li qərarında isə vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyəti və poçt xidmətinin göstərilməsi məhdudlaşdırılmamışdır. Hazırkı şikayəti də cavabdeh bilavasitə məhkəməyə deyil, poçt xidmətinə təqdim etmişdir və istinad edilən 2020-ci il 8 dekabr tarixli 488 №-li Qərardan göründüyü kimi, cavabdeh bu hərəkəti xüsusi karantin rejiminin sərtləşdirildiyi müddətdə də edə bilərdi. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır.

18. Beləliklə, prosessual müddətin ötürülməsində cavabdeh təqsirsiz olmamışdır.

19. Yuxarıda göstə rilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Prosessual müddətin bərpasına dair ərizə təmin edilmir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1939/2020 nömrəli, 2020-ci il 17 noyabr tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və kassasiya şikayətinin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar