Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1538/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-935/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 06 iyun 2018-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, əmək müqaviləsinin müddəti bitdiyindən 07 dekabr 2020-ci il tarixdən işdən azad edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 03 yanvar 2021-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən işlə təmin edil mədiyi üçün işlə təmin edilənədək iki il üzrə hər ay üçün 829 manat orta aylıq nominal əmək haqqı nəzərə alınmaqla, 19.896 manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 dekabr 2020-ci il tarixdə işlədiyi "xxxx" MMC-dən işdən azad edilmişdir. Bu səbəbdən, 03 yanvar 2021-ci il tarixdən cavabdeh orqanın mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmışdır. İşsiz kimi sosial sığorta ödənişinin verilməsi ilə bağlı dəfələrlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh DƏMX-nin X5 "xxxx" MMC-də fəaliyyəti 2016-cı il əvəzinə 2018-ci ildən qeyd edildiyindən əmək sığortası üçün iş müddətinin kifayət etmədiyini, nöqsa n aradan qaldırılacağı təqdirdə sığorta ödənişinin veriləcəyini bildirərək müraciətinin icrasından imtina etmişdir. Son iki ildə cavabdehin hərəkətləri və ya hərəkətsizliyi səbəbindən iki ildir işsiz qaldığından maddi vəziyyəti pisləşmiş, hər ay üçün 260 (iki yüz altmış) manat məbləğində aliment borcu toplanaraq on üç min manata çatmışdır. 17 noyabr 2022 tarixdə cavabdehə müraciət edərək maddi vəziyyətinin pisləşməsi, aliment öhdəliyini yerinə yetirə bilməməsi nəticəsində ona dəymiş ziyanın hesablanaraq 19,896 (on doqquz min səkkiz yüz doxsan altı) manat məbləğində kompensasiyanın ödənilməsini, işlə təmin edilməsini və işlə təmin edilənədək hər ay üçün 829 manat pul vəsaitinin ödənilməsini xahiş etmişdir. Kompensasiya məbləğinin hesablanmasına münasibətdə qeyd edir ki, ötən iki il (24 ay) ərzində cavabdeh tərəfindən işlə təmin edilmədiyi üçün 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının 829 manat olduğu nəzərə alınaraq 24 ay X 829 manat = 19,96 (on doqquz min səkkiz yüz doxsan altı) manat təşkil edir. Bildirir ki, sonuncu iş yerində aldığı əmək haqqı 878,21 manat təşkil etmişdir. Ona cavabdeh tərəfindən yalnız şifahi olaraq əvvəllər işlədiyi sahələrə aid olmayan və aşağı əməkhaqqı olan işlər təqdim edilmişdir. Belə ki, təqdim edilən işlər - fəhlə işi (əmək haqqı 300 manat), aqronom işi (əmək haqqı 500 manat) və “Şahdağ” otelində anbardar işi (əmək haqqı 800 manat) təklif edilmişdir. Sonuncu işlə razılaşsa da, daha sonra ona cavab verilməmişdir.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının dövlət qurumlarında, digər müəssisə və təşkilatlar da işlə təmin olunmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı formada təsir göstərilməsi yolverilməzdir. Həm AR Konstitusiyasının, həm də Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı məcburiyyət qanunla qadağandır və iddia icraatı üzrə cavabdeh qismində inzibati orqan tərəfindən işəgötürənlərə münasibətdə bu cür tələblə çıxış edilə, habelə işəgötürənlərin üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçının hazırki kompensasiya ödənişi tələbi də qanunvericiliklə tənzimlənməməkdədir. İddiaçının işsiz olduğu müddətdə aylıq kompensasiya tələbi əsasızdır və bu məsələ Azərbaycan Respublikasının “İşsizlikdən sığorta haqqında” Qanununun müvafiq müddəaları ilə tənzimlənir. Yuxarıda qeyd edilənlərə əsasən, iddia tələbinin uğurluluq ehtimalı istisna edilməkdədir.
5. Sumqayıt İnzibati Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, e-2-1(118)1720/2023 nömrəli qərarı ilə (hakim V.Əzizova) iddia rədd edilmişdir.
6. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsinin tələblərindən müəyyən edilir ki, vətəndaşı işlə təmin etmək cavabdeh Agentliyin vəzifələrinə aid edilməmişdir. Həmçinin, cavabdeh orqan vətəndaşı işlə təmin edən orqan deyil, o, işaxtaran və işəgötürən arasında bir növ vasitəçi rolunu oynayır ki, iddiaçıya bu məqsədlə dəfələrlə iş yerləri təklif etmiş, özünü məşğulluğa cəlb etmiş, müəyyən avadanlıqla təmin etmişdir. İddiaçı müəyyən səbəblərdən hər dəfə həmin təklifləri qəbul etməkdən imtina etmiş, lakin cavabdeh age ntlik yenə də onu uçotdan çıxarmamışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)935/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Babayeva sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işin bütün hallarını tam, obyektiv və hərtərəfli araşdırmayaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və qəbul etdiyi qərarın təkrarlamaqla kifayətlənmişdir, onlara tənqidi yanaşmaqla sübutları qiymət bildirməmişdir. Belə ki, apellyasiya məhkəməsi qəbul etdiyi qərarın "Apellyasiya instansiyası məhkəməsinin mövqeyi adlanan hissəsində göstərmişdir ki, iddiaçı iddia tələbində yalnız işsizlikdən kompensasiya tələbini qoymuş, müvafiq işlə təmin edilməsi tələbini qoymamışdır.
12. Buna görə də, birinci instansiya məhkəməsi iddiaçının tələbinə iddia olunan məzmunda baxaraq hüquqi qiymət ver mişdir. Halbuki iddiaçının DMA-ya qarşı 17 noyabr 2022-ci il tarixli tələbində, Sumqayıt İnzibati Məhkəməsinə verdiyi 03 yanvar 2023-cü il tarixli məcburetmə haqqında iddia ərizəsində və 03 noyabr 2023-cü il tarixli apellyasiya şikayətində müvafiq işlə təmin olunma barədə tələb qoymuşdur. Nədənsə apellyasiya məhkəməsi bunu diqqətdən kənarda qoymuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtara n – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;... Maddə
2. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2.1. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə
5. İşaxtaran və işsiz şəxslərin qeydiyyatına dair ümumi müddəalar 5.1. İşaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 5.2. Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar.... 5.5. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.... Maddə
9. Məşğulluq sahəsində şəxslərin hüquqları 9.1. Məşğulluq sahəsində şəxslər aşağıdakı hüquqlara malikdirlər: 9.1.1. fəaliyyət növü, peşə, məşğ uliyyət və iş yerini sərbəst seçmək; 9.1.2. işəgötürənlərə bilavasitə müraciət etmək yolu ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) pulsuz vasitəçiliyi ilə və ya əmək yarmarkaları, əmək birjaları, mediada və internet resurslarında elanlar verilməsi yolu ilə və qanunla qadağan edilməyən digər vasitələrlə iş yerini sərbəst seçmək; 9.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədi ilə pulsuz peşəyönümü məsləhətləri almaq, peşə hazırlığına və əlavə təhsilə cəlb olunmaq, habelə əmək bazarına dair məlumat əldə etmək; 9.1.4. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərində iştirak etmək; 9.1.5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən e dilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta olunmaq və sığorta ödənişi almaq; 9.1.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və yaxud onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət etmək. Maddə
10. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları 10.1. Dövlət hər bir şəxsə əmək hüququnun həyata keçirilməsində aşağıdakı təminatları verir: 10.1.1. məşğulluq növünün, o cümlədən müxtəlif rejimli işin sərbəst seçilməsinə; 10.1.2. işdən əsassız çıxarılanların və ya işə qəbuldan əsassız imtina olunanların Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq hüquqi müdafiəsinə; 10.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlik dən sığorta olunmasına. 10.2. Dövlət iş axtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir: 10.2.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vasitəçiliyi ilə münasib işin seçilməsinə və işədüzəlməyə köməklik göstərilməsinə; 10.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına; 10.2.3. şəxsin yaş və başqa xüsusiyyətləri nəzərə alınmaqla haqqı ödənilən ictimai işlərdə iştirakına; 10.2.4. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və şərtlərlə işsizlikdən sığorta ödənişinin ödənilməsinə; 10.2.5. özünün məşğulluğa köməklik göstərilməsinə; 10.2.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilən digər aktiv məşğulluq tədbirlərində iştirakına; 10.2.7. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə işə qəbul olunarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hallarda pulsuz tibbi müayinədən keçməsinə. Maddə
14. İşədüzəltmədə vasitəçilik fəaliyyəti 14.1. Azərbaycan Respublikasında işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti (bundan sonra – işədüzəltmədə vasitəçilik fəaliyyəti) yalnız hüquqi şəxslər tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 14.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrini elektron formada aparır.
15. Azər baycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi: 1.1. X4 (bundan sonra – Agentlik) aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıd akılardır: 2.1.1. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.4. işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etmək; 2.1.5. işsizlikdən sığorta vəsaitini ida rə etmək, həmin vəsaitdən təyinatı üzrə istifadəni, o cümlədən, aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsini və sığorta ödənişlərinin verilməsini təmin etmək; 2.1.6. işəgötürənlərin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri barədə məlumatları əsasında vakansiya bankı yaratmaq və ondan istifadə etmək; 2.1.7. qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, o cümlədən qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək; 2.1.8. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş kvotaya uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunu təmin etmək; 2.1.9. müvafiq sahədə fəaliyyətin təkmilləşdir ilməsi və şəffaflığın artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, onların elektron qaydada həyata keçirilməsi məqsədilə tədbirlər görmək, innovativ ideya və layihələri dəstəkləmək; 2.1.10. bu Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının t ələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
22. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
23. İşin hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı 06 iyun 2018-ci il tarixdən 07 dekabr 2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş, əmək mü qaviləsinin müddəti bitdiyindən 07 dekabr 2020-ci il tarixdən işdən azad edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində 03 yanvar 2021-ci il tarixdən işaxtaran vətəndaş kimi qeydiyyata alınmışdır.
24. İddiaçının hüququ marağı 03 yanvar 2021-ci il tarixdən işaxtaran kimi qeydiyyata alınmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iki ildir işlə təmin edilmədiyini bildirərək, hazırda 2022-ci il üzrə 829 manat orta aylıq nominal əmək haqqı nəzərə alınmaqla, ümumilikdə 19.896 manat (829 manat x 24 ay) kompensasiya məbləğinin ona ödənilməsini tələb edir.
25. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan olan X2 fəaliyyət dairəsi, səlahiyyətləri və vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X2 Nizamnaməsi ilə tənzimlənir.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 16-cı bəndində qeyd edilən Nizamnaməyə əsasən, X2 vəzifəsi işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslərə iş seçimində köməklik edilməsi və bundan sonra onların məşğulluğunun təmin edilməsinin təşkilidir. Yəni, qanunvericilikdə cavabdeh orqan tərəfindən qeyd edilən kateqoriyalardan olan şəxs kimi qeydiyyata alınmış şəxslərin mütləq şəkildə işlə təmin edilməsi, edilmədiyi təqdirdə isə həmin müddət üzrə şəxsə müvafiq ödənişin, o cümlədən orta aylıq nominal əmək haqqının verilməsi nəzərdə tutulmamışdır.
27. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşa raq qeyd edir ki, cavabdeh hazırkı mübahisə üzrə, yəni kompensasiyanın ödənilməsi tələbi ilə bağlı iddiaya cavab verməli inzibati orqan deyildir.
28. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
29. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-935/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.