Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1539/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: sağlamlıq imkanları məhdud uşağa qulluğa görə yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin olunması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün 55 yaşı tamam olduğu 01 oktyabr 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-96/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1981- ci il tarixədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-c ü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2004cü il tarixədək işləmiş və uşağa qulluq dövrü olmuşdur.
2. İddiaçının qızı X3 xx.xx.1982-ci il tarixdə doğulmuşdur və xx.xx.1993-cü il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə, xx.xx.2015-ci il tarixdən “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi”, xx.xx.2022-ci il tarixdən isə “Birincili açıqbucaqlı qlaukoma, müştərək xarici çəpgözlük, monokulyar korluq ” diaqnozları ilə dispanser qeydiyyatdadır. 1993-cü ilin oktyabr ayından ona İİ qrup müddətsiz əlillik təyinatı verilmişdir. Daha sonra ümumi xəstəlik səbəbindən xx.xx.2000-ci il tarixdən debillik dərəcəsində olan ağıl zəifliyi, şəxsiyyətin psixopataloji dəyişikliyi diaqnozu ilə təkrar ikinci dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
3. İddiaçı sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etdiyi üçün yaş həddi 5 il azaldılmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmiş, sonuncu 17 noyabr 2021ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlərə əsasən sığorta stajı 20 il 2 ay təşkil edir və bu hal, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 8-ci maddəsinin şərtləri daxilində yaşa görə əmək pensiyası təyin edilməsinə imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin AbşeronXızı regional filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, sağlamlıq imkanları məhdud uşağı səkkiz yaşınadək tərbiyə edib böyütdüyü üçün 55 yaşı tamam olduğu 01 oktyabr 2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışd ır ki, iddiaçının sağlamlıq imkanları məhdud olan uşağı 1982-ci il tarixdə doğulmuş, ilkin müayinədən xx.xx.1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup uşaqlıqdan əlillik təyin edilmişdir. İddiaçının sağlamlıq imkanları məhdud olan qızına qulluq etdiyi dövr 1995-1998-ci il aralığı hesab edilir və o, hal-hazırda “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun yaş həddinə çatmamışdır. İddiaçı hal-hazırda Qanunun 8-ci maddəsinin şərtləri daxilində ona pensiya təyin edilməsini tələb edir, qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: C.B.Məmmədov) 04 may 2022-ci il tarixli, 2-1(118)-844/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 01 oktyabr 2017-ci tarixdən (20 oktyabr 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının ödənilməsi şərti ilə) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron - Xızı regional filialının üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı X1 anadan olduğu xx.xx.1982-ci il tarixdən ona qulluq etdiyi dövr nəzərə alınaraq, onun pensiya yaşı fərqli olmalıdır. Çünki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağın səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsi nə uyğun şərtlər daxilində yaş həddi 5 il azalmaqla yaşa görə əmək pensiyası hüququ var. Həmçinin, iddiaçının sağlamlıq imkanları məhdud qızı - X3 doğulduğu andan yetkinlik yaşına çatanadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə Aktından müəyyən olunmuşdur ki, sağlamlıq imkanları məhdud olan xx.xx.1982-ci il təvəllüdlü X3 anadan olduğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur.
9. Bundan başqa, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, əmək kitabçasında göstərildiyi müəssisələrdə işlədiyi illər və sağlamlıq imkanları məhdud uşağına qulluğa görə İddiaçı əmək stajı 25 ildən çox təşk il edir. Yaş həddinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 62 il 6 aydır. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olduğundan və sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etməsi ona “Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən yaş həddinin 5 il azalmaqla əmək pensiyası hüququ yaradır, yəni 55 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Həmçinin, iş materiallarında olan iddiaçının pensiya təyinatı işindən müəyyən olunur ki, iddiaçı 20 oktyabr 2021-ci il tarixində cavabdehə müraciət etmiş dir. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin ödənilməsi 20 oktyabr 2018-ci il tarixdən hesablanmalıdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 23 noyabr 2022-ci il tarixli, 2-1(105)-491/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instan siya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işdən görünür ki, iddiaçının sağlamlıq imkanları məhdud qızı Xəyalə Qayıtmazova 1982-ci ildə doğulmuşdur. Müayinədən 22 aprel 1995-ci il tarixdə keçmiş və həmin tarixdən ona ikinci qrup əlillik təyin edilmişdir. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 3-cü maddəsinə əsasən İ qrup əlilə və ya 16 yaşına çatmamış əlil uşağa qulluq etmiş şəxslərin əmək pensiyası almaq hüququ olmuşdur. Xəyalə Qayıtmazovaya əlillik 22 aprel 1995-ci ildə, yəni 13 yaşında təyin olunduğundan iddiaçının sağlamlıq imkanları məhdud olan uşağına qulluq etdiyi dövr həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 19951998-ci illər olmuşdur. Birinci instansiya məhkəməsi isə iş materiallarına əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş 16 oktyabr 2021-ci il tarixli müayinə aktından istinad edərək göstərmişdir ki, sağlamlıq imkanları məhdud olan 02 avqust 1982-ci il təvəllüdlü X3 anadan olduğu gündən 18 yaşı tamam olanadək anası İddiaçı himayəsində olmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud qızı - X2 doğulduğu andan yetkinlik yaşına çatanadək qulluq etdiyinə görə, həmin qulluq illəri onun sosial sığorta stajına daxil edilməlidir. Halbuki, birinci instansiya məhkəməsi şəxsin tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılmasını, həmin rəyin uşağın sağlamlıq imkanlarının məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya pr oqramını təsdiq edən rəsmi sənəd olduğunu nəzərə almamışdır. Beləliklə, iddia ərizəsində göstərilən əsaslar üzrə iddiaçının pensiya almaq hüququ yaranmır.
13. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var. Həmin maddəyə qeyddə isə göstərilmişdir ki, qadınların yaş həddi 2017-ci ilin 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.2.4-cü maddəsinə əssən isə müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı isə hal-hazırda Qanunun 7-ci maddəsinə uyğun olaraq, pensiya təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə də çatmamışdır. Qanunda isə birbaşa olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 7-ci maddəyə uyğun olaraq qanunla müəyyən olunmuş yaş həddinə çatmaq tələb olunur. İddiaçı xx xxxxxxx 1962-ci il təvəllüdlü olmaqla hazırda 60 yaşındadır. 2021-ci ilin 01 iyul ayından 30 iyun 2022-ci ilədək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi isə 62 il 6 aydır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin ed ilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) 02 iyun 2023-cü il tarixli, 2-1(102)-1046/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyasiya məhkəməsi iddiaçının qızının xəstəliyinin 8 yaşdan sonra yaranmasına dair hər hansı sübuta istinad etmədən səhv nəticəyə gəlmiş, Xəyalə Qayıtmazovanın 12 yaşında əlilliyin müəyyən olunmasına səbəb olan xəstəliyin 8 yaşadək yaranması ilə bağlı heç bir araşdırma aparmamış, onun qeydiyyatda olduğu xəstəxanaya, poliklinikaya sorğular verməmiş, cavabdehdən əlilliyin müəyyən olunmasına əsas olan tibbi sənədləri tələb etməmişdir.
17. İddiaçının qızının 8 yaşına çatanadək xəstəliyi araşdırılmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Xəyalə Qayıtmazovanın əlilliyinin 8 yaşadək və ya 8 yaşdan sonra yaranması istiqamətində araşdırma aparılmalıdır. Belə ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasını təyin edilməsi üçün onun qızının əlilliyinin 8 yaşdan əvvəl yaranıb-yaranmamasının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Bəhs olunan halların araşdırılıb, müəyyən edilməsi iş üzrə düzgün qərarın qəbul olunması üçün mühüm əhəmiyyət daşıyır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, S.A.Qafari və A.M.Süleymanova) 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-96/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayət inin dəlilləri:
21. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri və Abşeron-Xızı regional filialının xx.xx.2021-ci il tarixli aktına əsasən, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan qulluq dövrü nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumilikdə 9 il 3 ay 1 gün mübahisələndirilməyən sığorta stajına malikdir. xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında qeyd edilən xx.xx.19 78-ci il tarixdən xx.xx.1981-ci il tarixədək olan əmək fəaliyyəti dövrü işdənçıxma qeydinin tarixində qaralamalar olduğundan, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan əmək fəaliyyəti dövrü möhür oxunaqlı olmadığından və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan əlilliyi müəyyən edilmiş uşağa qulluq dövrü 025001 nömrəli xx.xx.1998-ci il tarixli TSEK arayışında ananın adı qeyd olunmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir.
22. İddiaçının qızının əlilliyi xx.xx.1995-ci il tarixdə, yəni 13 yaşında müəyyən olunduğundan və sığorta stajı 25 ildən az olduğundan onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
8. Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər... 8.2. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (qüvvədən düşmüşdür) Maddə
13. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti;...
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikay əti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 55 yaş 6 aydan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh i nzibati orqanın üzərinə qoyulmalıdır.
31. Əvvəla, məhkəmə kollegiyası qərarın dəyişdirilməyən hissəsinə, yəni ümumiyyətlə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməkl ə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin, mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən fəaliyyət dövrünün və qulluq illərinin sosial sığorta stajına daxil edilməsinə, beləliklə də iddiaçının tələb olunan iş stajına malik olmasına, həmçinin, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsinə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır və həmin halları təkrarlamağa lüzum görmür.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilən hissəsinə, yəni yaşa görə əmək pensiyasının hansı tarixdən təyin edilməli olmasına münasibətdə qeyd edir ki, “Ə mək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə və həmin maddənin qeyd hissəsinə əsasən iddiaçının yaşa görə əmək pensiyası hüququ 60 yaş 6 aydan yarandığından və həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldığından, iddiaçının 55 yaş 6 ayı tamam olduğu 01 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır və həmin vaxtdan ona əmək pensiyası təyin edilməlidir.
37. Həmçinin, iş materiallarında olan iddiaçının pensiya təyinatı işindən müəyyən olunur ki, o, pensiya təyin edilməsi ilə bağlı 20 oktyabr 2021-ci il tarixində cavabdehə müraciət etmişdir. Belə olan halda, məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas ı Qanununun 32.1-1-ci maddəsinin tələbləri baxımından pensiya məbləğinin 20 oktyabr 2018-ci il tarixdən hesablanaraq ödənilməli olması barədə aşağı instansiya məhkəmələrinin mövqeyi ilə də razılaşır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2-1(105)-96/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı 55 yaş 6 ayı tamam olduğu 01 aprel 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir.