Məhkəmə qərarları › İş №2-1(102)-1541/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1541/2024

04.09.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1541/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarının ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-320/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsas ən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarına əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondundan kafe və digər ticarət obyektlərinin tikintisi üçün 0,39 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

2. Həmin bələdiyyə qərarı ilə ayrılmış 0,39 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçının adına xx.xx.2006cı il tarixli, JN-607 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

3. İddiaçının sözügedən 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX s eriyalı, ******* nömrəli çıxarış verilmiş, həmçinin həmin torpaq sahəsinə dair A 317868 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir.

4. Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması barədə həmin bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı ərazinin baş planına uyğun olmadığı, plan-cizgi ölçülərində uyğunsuzluq olduğu və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığı əsas gətirilərək ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2021-ci il tari xli, 12 nömrəli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarın ləğv edilməsinə dair bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin bələdiyyə qərarında xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarın ləğv edilmə əsası kimi ərazinin baş planına uyğun olmadığı, plan-cizgi ölçülərində uyğunsuzluq olduğu və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığı göstərilmişdir. Lakin bələdiyyənin qərarında uyğunsuzluğun və qanunvericiliyin tələblərinin pozu lmasının nədən ibarət olması barədə açıqlama verilməmişdir. İclas protokolunun giriş hissəsində bələdiyyə sədrinin çıxışında göstərilmişdir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı ilə 0,39 ha torpaq sahəsinin kommersiya məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən birbaşa iddiaçıya satılması ilə bağlı qərar qəbul edilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, 2003-cü ildə bələdiyyə torpaqlarının satılması üçün hərracın və ya müsabiqənin keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu qayda müvafiq dəyişikliklə 2007-ci ilin dekabr ayından tətbiq edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktın rekvizitlərindən biri kimi aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən ist ifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Lakin iddiaçının mübahisələndirdiyi bələdiyyə qərarında bu məlumatlar yoxdur. Ona görə də iddiaçı hesab edir ki, bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi üçün heç bir qanuni əsası olmamışdır.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması barədə bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarı qeyriqanuni hesab edilərək ləğv olunmuşdur. Belə ki, torpaq sənədlərinin ərazinin baş planına uyğunsuz olması, sahə üzərində plan-ölçü cizgilərində uyğunsuzluq olması və to rpaqayırma sənədlərinin qanunvericiliyin tələblərinə uyğun olmamasına görə həmin qərarın ləğv olunmasına zərurət yaranmış və ləğv olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd olunması xahiş edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 29 dekabr 2022-ci il tarixli, 2-1(118)-690/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasının qərarı iddiaçıya 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində lə ğv edilmiş, (mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclasın qərarı Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının 0,29 ha hissədə ləğv edilməsi hissəsində qüvvədə saxlanılmış), iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-ci il tarixli, 11 nömrəli iclasının protokolunda və Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif olunması faktı üzrə Xaçmaz rayon Prokurorluğunda başlanmış ********* saylı cinayət işi üzrə aparılmış istintaqla bələdiyyənin xx.xx.2003-ci il tarixli, 11 nömrəli iclas protokolunda və xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif edildiyi, bələdiyy ənin xəritəsində iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılmasının məlum olduğu müəyyən edilmişdir. Aparılmış istintaqla bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarının saxtalaşdırıldığı müəyyən edilsə də, bu saxtalaşdırma ayrılan torpaq sahəsinin ölçüsü ilə əlaqədar olduğuna və cinayət təqibi ilə bağlı qərarda iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsi ilə bağlı sənədin saxtalaşdırılaraq 0,39 ha olaraq qeydiyyatının aparıldığı müəyyən edildiyinə görə məhkəmə hesab etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən iddia qismən təmin edilməlidir.

10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia t ələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin ona satılması barədə Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Hökümə Babayeva /sədrlik edən və məruzəçi/, Zaur Məmmədov və Gülnar Cabbarova) 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-320/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qəra r qəbul edilərək iddia təmin olunmuş, Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas qərarı ləğv edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən göründüyü kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi xx.xx.2003-cü il tarixli, 479 nömrəli rəyi ilə Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aid 0,39 ha torpaq sahəsinin kafe və digər ticarət obyektlərinin tikintisi məqsədilə iddiaçıya ayrılmasına etiraz etməmişdir. Daha sonra, Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarın a əsasən iddiaçıya bələdiyyənin ehtiyat fondundan qeyd olunan məqsədlə 0,39 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin alqısı müqabilində iddiaçı tərəfindən xx.xx.2003-cü il tarixdə bələdiyyənin bank hesabına 502450 manat pul ödənilmişdir. xx.xx.2003-cü il tarixdə iddiaçı ilə Köhnə Xudat bələdiyyəsinin nümayəndəsi arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və DTXK-nın Xaçmaz rayon şöbəsində həmin tarixdə 102 nömrəsi ilə qeydə alınmışdır. Bələdiyyə qərarı ilə xx.xx.2003-cü il tarixdə ayrılmış 0,39 ha torpaq sahəsinə dair DTXK-nın Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçının adına xx.xx.2006-cı il tarixli, JN-607 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

14. Daha sonra Köhnə Xudat bələdiyyəsinin 10.06. 2016-cı il tarixli, 09 nömrəli iclas qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan 0,04 ha torpaq sahəsinin kommersiya obyektinin tikintisi məqsədilə satılması ilə bağlı açıq hərrac və ya müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. Həmin qərarın icrası məqsədilə Köhnə Xudat bələdiyyəsi Köhnə Xudat kəndi ərazisində yerləşən 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İ nzibati orqan xx.xx.2018-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı sözügedən 0,04 ha torpaq sahəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan sonra Köhnə Xudat bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ərazinin baş planına uyğun olmadığına, plan cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi qərar a alınmışdır. Hazırda iddiaçı qeyd edilən qərarı mübahisələndirir.

15. İşdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-ci il tarixli, 11 nömrəli iclas protokolunda və bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif olunması faktı üzrə Xaçmaz rayon Prokurorluğunda xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmış və aparılmış istintaqla bələdiyyənin sözügedən iclas protokolu və hazırkı iş üzrə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif edildiyi, “0,39 ha” yazısında “9” rəqəminin ağardıcı maddə üzərində yazıldığı müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş bələdiyyənin nümayəndəsi X1 ifadəsində bildirmişdir ki, bə lədiyyənin xx.xx.2003-cü il tarixli qərarında iddiaçıya 0,39 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, araşdırma zamanı bələdiyyənin xəritəsində ona 0,10 ha torpaq sahəsinin ayrıldığı məlum olmuşdur. Həmin dövrdə Köhnə Xudat bələdiyyəsinin sədri vəzifəsində işləmiş X2 öldüyünə, qeyd olunan kateqoriyadan olan cinayətlər üçün cinayət məsuliyyətinə cəlbetmə müddəti 2 il olduğuna və əməl “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın təsiri altına düşdüyündən, xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə icraata xitam verilmişdir.

16. Birinci instansiya məhkəməsi qərarında sözügedən cinayət işi üzrə icraata xitam qərarına istinad edərək iddianı qismən təmin etməklə, qərarın nəticə hissəsində qeyd etmişdir ki, “Xaçmaz rayon Köhnə Xu dat bələdiyyəsinin mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin iddiaçıya satılması barədə Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli iclas qərarının 0,39 ha torpaq sahəsi ayrılması hissəsində deyil, həmin torpaq sahəsindən 0,10 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilsin (0,29 ha torpaq sahəsinin ayrılmasının ləğv edilməsi hissəsində qüvvədə saxlanılsın)”.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Əvvəla, məhkəmə qərarının nəticə hissəsi qeyri-müəyyən olmaqla, iddia tələbinin hansı hissədə təmin edilməsi aydın deyildir. Bununla yanaşı, işə baxan məhkəmə sözügedən cinayət işi üzrə icraata xitam qərarına əsasən iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyə qərarında sahənin ölçüsünün dəyişdirilərək 0,39 ha kimi göstərilməsinin müəyyən edildiyini qeyd etmişdir. Halbuki, iş materiallarında iddiaçıya bələdiyyə qərarı ilə 0,10 ha torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı sübut və ya dəlil mövcud deyildir. Yalnız cinayət işi üzrə icraata xitam qərarında iş üzrə şahid qismində dindirilmiş bələdiyyənin nümayəndəsi X1 ifadəsində bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında iddiaçıya 0,39 ha torpaq sahəsi ayrıldığı göstərilsə də, araşdırma zamanı bələdiyyənin xəritəsində ona 0,10 ha torpaq sahəsi ayrıldığının məlum olduğunu bildirmişdir. Göründüyü kimi, işdə bununla bağlı hər hansı mötəbər sənəd olmamasına baxmayaraq, biri nci instansiya məhkəməsi yalnız şahid ifadəsinə istinad etməklə, əslində iddiaçıya bələdiyyə qərarı ilə 0,10 ha torpaq sahəsi ayrıldığı qənaətinə gəlmiş və bu hissədə iddianı təmin etmişdir.

18. Digər tərəfdən, işin yuxarıda sadalanan hallarından göründüyü kimi, cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarı ilə iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı həmin bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ərazinin baş planına uyğun olmadığına, plan-cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməsi qərara alınmışdır. İddiaçı sözügedən qərarı birinci instansiya məhkəməsində mübahisələndirdiyi dövrdə yuxarıda qeyd edilən cinayət işi başlanmış və həmin iş üzrə aparılmış istintaqla ona 0,39 ha torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin xx.xx.2003-cü il tarixli qərarında “0,39” rəqəminin ağardılaraq təhrif edildiyi müəyyən edilmişdir. Yəni məhkəmənin istinad etdiyi hallar mübahisələndirilən bələdiyyə qərarının qəbul edildiyi tarixdən sonra başlanmış cinayət işi üzrə müəyyən edilən hallar olduğundan, xx.xx.2021-ci il tarixli, 12 nömrəli bələdiyyə qərarında iddiaçıya satılan torpaq sahəsinin ölçüsünün saxtalaşdırılması və s. ilə bağlı əsaslar göstərilməmiş, həmin qərarda ümumi şəkildə iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş xx.xx.2003-cü il tarixli qərarın ərazinin baş planına uyğun olmadığına, plan-cizgi ölçülərində uyğunsuzluq olduğuna və torpaqayırma sənədlərinin həmin dövrdə qüvvədə olan qanunvericiliy in tələblərinə uyğun olmadığına görə ləğv edilməli olması qeyd edilmişdir. Odur ki, hazırkı iddia tələbi üzrə birinci instansiya məhkəməsində icraat zamanı başlanmış cinayət işi üzrə müəyyən edilən hallar iddiaçıya 0,39 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş bələdiyyənin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarın qanuniliyi əsası kimi qəbul edilə bilməz.

19. Bununla yanaşı, birinci instansiya məhkəməsi mübahisələndirilən bələdiyyə qərarı qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət edilibedilməməsi məsələsini araşdırmamışdır. Halbuki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, inzibati aktın qanuniliyinin yoxlanılması zamanı ilk növbədə akt qəbul edilərkən inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi yoxlanılmalıdır. İşdən görünür ki, bələdiyyə tərəfindən mübahisələndirilən qərar (inzibati akt) qəbul edilərkən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. İşdən görünür ki, hazırkı iş üzrə cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış ed ilməmişdir.

20. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində mübahisələndirilən qərar qəbul edilərkən, qanunvericiliklə müəyyən edilən inzibati icraatla bağlı qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Lakin hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedurla bağlı qaydaya riayət edildiyi müəyyən edilmir. Bu təhlil isə, mübahisələndirilən qərar ın qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir.

21. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

22. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, maraqlı şəxsin qanunsuz əlverişli inzibati aktla bağlı göstərdiyi o etimad qanuni sayılır ki, qanunla qorunan həmin etimad – inam bu və ya digər formada başqa şəxslərin hüquqlarına xələl gətirmir, həmçinin həmin aktın ləğv edilməsi maraqlı şəxsin əhəmiyyətli ziyana məruz qalacağına səbəb olur. X5 bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 09 nömrəli qərarına əsasən bələdiyyə mülkiyyətində olan 0,04 ha torpaq sa həsinin kommersiya obyektinin tikinti məqsədilə hərraca çıxarılaraq R.Zəkiyevaya satılması üçün torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması qərara alınsa da, DƏDRX-nın 5 saylı Ərazi İdarəsinin həmin hüququn qeydə alınmasından imtina etməsi halı hazırkı iş üzrə iddiaçının etimadının qanuni saylımasını inkar edir ki, bu da, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinin tələbinə ziddir. Apellyasiya instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. Həmçinin xx.xx.2003-cü il tarixli bələdiyyə qərarının təhrif olunmuş məlumatı özündə əks etdirməsinə hazırkı bələdiyyə rəhbərliyi tərəfindən etimad göstərilməməsi qanunidir. Apellyasiya instansiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 67.6.2-ci maddəsini hazırkı mübahisəyə tətbiq etməməklə səhv nəticəyə gəlmişdir.

23. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisələndirilən bələdiyyə qərarında göstərilən torpaq ayırma sənədlərindəki uyğunsuzluq elə verilən torpaq sahəsinin ölçüsü ilə bağlıdır. Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı həm ictimai, həm də dövlətin maraqlarının təmin edilməsi baxımından ziyan vura bilən təhlükə sayılır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadan gəldiyi nəticə gəlinmişdir ki, bu da, tam və əsaslı deyil, ona görə də qeyd edilən hallar üzrə təkrar araşdırma aparılması zəruridir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 28.1. İnzibati icraatı n başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, d əyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir hal da ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. M araqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ M ƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsa n Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin mülkiyyətinə aid olan Köhnə Xudat kəndi ərazisində 0,39 ha torpaq sahəsinin ona satılması barədə Köhnə Xudat bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi barədə həmin bələdiyyənin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir.

33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Xaçmaz rayon Köhnə Xudat bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 12 nömrəli qərarının ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegi yası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra, inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

37. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə ol unmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

38. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

39. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır.

40. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-320/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar