Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1543/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə (üçüncü şəxslər: X 4 və X19) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-2/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Astara rayon Aqrar İslahat Komissiyasının iclas protokolu qərarından çıxarışın surətindən görünür ki, N.Gəncəvi adına təsərrüfatın yerli aqrar islahat komissiyası üzrə hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiq edilməsi, N.Gəncəvi adına təsərrüfatın yerli aqrar islahat komissiyasında torpaq islahatının həyata keçirilməsi və bununla əlaqədar pay almaq hüququna mali k olan subyektlərin müvafiq paylarla təmin edilməsi barədə N.Gəncəvi adına təsərrüfatın yerli aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 01 nömrəli iclas protokolunun qərarlarının təsdiq edilməsi, N.Gəncəvi adına təsərrüfatın yerli aqrar islahat komissiyasında aparılmış torpaq islahatı barədə sənədlər Respublika Dövlət Torpaq Komitəsinin müvafiq komissiyasına təqdim edilməklə Respublika Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10/AK-2 nömrəli iclas qərarına müvafiq olaraq pay almaq hüququna malik vətəndaşlara torpağa mülkiyyət hüququna dair dövlət aktlarının alınmasının təmin edilməsi qərara alınmışdır.
2. Astara rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Astara rayonu Qəcimərdan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surətindən görünür ki, həmin cədvəlin 75-ci sırasında ailə tərkibi 4 nəfərdən ibarət İddiaçı və onun ailə üzvləri X1, X5, X6 qanuni istifadəsində 0,07 hektar həyətyanı torpaq sahəsinin, həmin cədvəlin 76-cı sırasında isə ailə tərkibi 6 nəfərdən ibarət X10 və onun ailə üzvləri X11, X12, X7, X8, X13 qanuni istifadəsində 0,06 hektar həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir.
3. JN-075A (kod:********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X2, X9, X6 mülkiyyətinə 0,07 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
4. JN-131 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surə tindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvləri X3, X9, X6 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,39 hektar torpaq sahəsi verilmişdir.
5. JN-132 (kod: ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə X10 və onun ailə üzvləri X11, X12, X7, X8, X13 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,24 hektar torpaq sahəsi verilmişdir.
6. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli imtina məktubunun surətində qeyd edilmişd ir ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə JN-075A nömrəli şəhadətnamə üzrə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsi ilə bağlı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə ekspertiza komissiyası tərəfindən baxış keçirilərkən və faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında müəyyən çatışmazlıqlar mövcuddur. Sözügedən torpaq sahəsi əvvəllər mübahisələndirildiyindən barəsində məhkəmə qətnaməsi qəbul edilmişdir. Belə ki, Astara Rayon Məhkəməsində 2(018)-310/2012 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh qismində cəlb olunduğu məhkəmə prosesində (qanunsuz tikililərin sö külməsi tələbinə münasibətdə) həmin iş üzrə iddiaçı X10 iddia tələbi qismən təmin olunmuş, İddiaçı tərəfindən inşa edilmiş tikilinin (tövlə binasının) sökülməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamənin icrası olaraq tərəflərin və Astara rayon İcra şöbəsinin icra məmurunun iştirakı ilə JN-075A nömrəli şəhadətnamə üzrə göstərilən ərazidə İddiaçı tərəfindən inşa edilmiş tikili (tövlə binası) sökülmüş və bu barədə xx.xx.2014-cü il tarixli akt tərtib olunmuşdur. Həmçinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 8(018)-223/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərardad qəbul edilmişdir. Yuxarıda qeyd olunanlardan belə məlum olur ki, sözügedən məhkəmə qətnaməsi ilə İddiaçı tərəfindən inşa edilmiş tikilinin (tövlə binasının) JN-132 nömrəli dövlət aktı üzrə onun qardaşı X10 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,24 hektar kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahəsinin üzərində tikilməsi faktı müəyyən edildiyindən və iş üzrə icraata xitam verildiyi səbəbindən İddiaçı hazırkı ərizəsi ilə JN-075A nömrəli şəhadətnamə üzrə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması mümkün deyildir. Həmin məhkəmə qətnaməsi ilə sökülmüş tikilinin (tövlə binasının) yerləşdiyi torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi ilə əlaqədar yekun məhkəmə qərarı təqdim olunduğu təqdirdə ərizə təmin olunacaqdır. Qeyd edilən səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi rəhbər tutularaq həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN075A (kod: ********) nömrəli şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “, o, özünə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciət inin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqanın hərəkətləri ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədləri tam qanunidir və mülkiyyət hüquqlarının qeydiyyata alınmasına hər hansı maneə yoxdur.
9. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 nömrəli, 5 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.F.Həsənov) iddia tələbinin təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075A (kod: ********) nömrəli şəhadətnamə əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulması, iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, həmçinin mütəxəssis xərcinə görə 250 manat həcmində pul vəsaitinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsindən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, sözügedən 0,07 hektar həyətyanı torpaq sahəsi üçüncü şəxslərin, həmçinin digər istifadəçilərin və ya mülkiyyətçilərin torpaq sahələri ilə üst-üstə düşmür və hə min torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Eyni zamanda, üçüncü şəxs X10 nümayəndəsi də məhkəmə iclasında sözügedən 0,07 hektar həyətyanı torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə düşdüyü təqdirdə, həmin torpaq sahəsi üzərində iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə etiraz etmədiklərini bildirmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-2/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.K.Həsənov /sədrlik edən və məruzəçi/, T.S.Kərimov və O.N.İsmayılov) ape llyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 10 saylı Ərazi İdarəsi qanunvericiliyin tələblərinə riayət etməklə təqdim edilmiş sənədləri dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlamış və məlum olmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 saylı qərarı əsasında JN-075A nömrəl i “Şəhadətnamə” üzrə iddiaçıya ayrılmış 0.07 ha torpaq sahəsinin qərb hissəsində olan 0.02 ha hissəsi dərədə yerləşir (yeni elektron uçot xəritə məlumatlarında həmin hissə meşə fond torpaqları kimi qeyd olunmuş ərazidir.) Bundan başqa, Astara Rayon Məhkəməsinin 2(018)-310/2012 nömrəli mülki işi üzrə İddiaçı cavabdeh qismində cəlb olunduğu məhkəmə prosesində (qanunsuz tikililərin sökülməsi tələbinə münasibətdə) həmin iş üzrə iddiaçı X14 iddia tələbi qismən təmin olunmuş, İddiaçı tərəfindən inşa edilmiş tikilinin (tövlə binasının) sökülməsi barədə qətnamə qəbul olunmuş, iddiaçı tərəfindən inşa edilmiş tikili (tövlə binasi) sökülmüş, bu barədə xx.xx.2014-cü il tarixli akt tərtib olunmuş, icra sənədi üzrə icraata xitam verilməsi barədə 8(018)-2231/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərardad qəbul edilmişdir. Deməli, sözügedən məhkəmə qətnaməsi ilə İddiaçı tərəfindən inşa edilmiş tikilinin (tövlə binasinin) JN-132 nömrəli dövlət aktı üzrə onun qardaşı X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,24 hektar kənd təsərrüfat təyinatlı payıbəlli torpaq sahəsinin üzərində tikilməsi faktı müəyyən edildiyindən və iş üzrə icraata xitam verildiyi səbəbindən 0,07 hektar həyətyanı torpaq sahəsinə dair müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır.
16. Məhkəmə kollegiyası özü qərarında göstərmişdir ki, qeyd edilən ekspert və mütəxəssis rəyləri ilə, o cümlədən mütəxəssisin iş üzrə məhkəmə iclasında verdiyi izahatı müəyyən edilmişdir ki, "Azərbaycan Respublikasinda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunmasi Qaydalari"na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsinə uyğun 0,29 hektar həyətyanı torpaq sahəsi öz əksini tapmışdır. JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçi İddiaçı ilə onun ailə üzvlərinin mülkiyyətinə verilmiş sözügedən 0,07 hektar torpaq sahəsi iddiası İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0,29 hektar həyətyanı torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir. Belə olan halda isə məhkəmə kollegiyası özünün istinad etdiyi sübutları qiymətləndirməmiş, nəticədə yalnış qərar qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmiş dir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5-ci) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qey diyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda....
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yaln ız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. X31 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələləri n təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi çıxarışın verilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutlar ı prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
28. Hazırkı iş üzrə iddiaçının hüququ marağı JN-075A (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş sözügedən 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsinə yönəlmişdir.
29. Cavabdehin imtinasına əsasən qeyd edilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluğun mövcud olduğu, həmçinin sözügedən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmuş olduğu əsas gətirilmişdir.
30. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən müəyyən olunur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Astara rayonu, Qəcimərdan kəndi ərazisində (faktiki Kijəbə qəsəbəsi ərazisi) yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı JN-075A (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadə tnamə tərtib edilmişdir. Həmçinin bu barədə mövcud DBF (siyahı) və DWG (xəritə) məlumatlarında müvafiq qeydlər aparılmışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi öz qərarında ekspert və mütəxəssis rəyləri ilə, o cümlədən mütəxəssisin iş üzrə məhkəmə iclasında verdiyi izahatla müəyyən etmişdir ki, “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsinə uyğun 0,29 hektar həyətyanı torpaq sahəsi öz əksini tapmışdır. JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvləri nin mülkiyyətinə verilmiş sözügedən 0,07 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0,29 hektar həyətyanı torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir.
32. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
33. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X18 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər.
34. Bundan başqa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun h əyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir.
35. Göründüyü kimi məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh inzibati orqanın iddiaçının tor paq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassız olmuşdur.
36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-2/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.