Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1544/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(107)-41/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 402 nömrəli arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 3. 08.06.1982-ci il tarixli, ИТ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-c u il tarixədək “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində şpris maşınistinin köməkçisi şagirdi vəzifəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə təmirçi çilingər vəzifəsinin müxtəlif dərəcələrində çalışmışdır. xx.xx.1993-cü ildən xx.xx.2002-ci il tarixədək "xxxx" Müəssisəsinin Gəncə sahəsində Yüksək Gərginlikli 1 lava açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü və 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X4 Qu rğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sumqayıt Texnologiyaları Parkı MMC-də Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir şöbəsinin X7 açarları bölməsinə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən halhazıradək Yeni təşkilati struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğuların avadanlıqlarına və 20÷500 kv gərginlikli avadanlıqlara xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğuların avadanlıqlar ına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir. 4. “X6” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 303 nömrəli güzəştli arayışın surətində qeyd edilmişdir ki, İddiaçı “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda aşağıda göstərilən fəhlə peşəsində işləmişdir. xx.xx.1979-cu il tarixdən 6 nömrəli formasız texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexinə zərərli iş şəraitində işləməklə şpris maşınistinin köməkçisi şagirdi qəbul edilmişdir. xx.xx.1979-cu il tarixdən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilib. xx.xx.1981-ci il tarixdən zavodun Mexaniki Təmir sexinin ventilyasiya sahəsinə zərərli iş şəraitində işləməklə təmirçi çilingər vəzifəsinə qəbul edilib. xx.xx.1982-ci il tarixdən Azərbaycan SSP ƏQM-nin 37-ci maddəsinə əsasən öz xah işi ilə əmək müqaviləsinə xitam verilib. Güzəştli iş stajı 9 ay 18 gündür. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli, 303 nömrəli sərəncamına əsasən “Azrezintexnika” istehsalat birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X6” ASC yaradılmışdır. 5. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01-7P/525 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü ildə (58 nömrəli, xx.xx.1993-cü il tarixli) "xxxx" müəssisəsinin Gəncə sahəsində X7 açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1996cı ildə (xx.xx.1996-cı il tarixli) X5 və Avtomatikasının təmiri və quraşdırılması sahəsinə 4cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.20 02-ci ildə (17-ş nömrəli, xx.xx.2002ci il tarixli) Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.2002-ci ildə (10-kş nömrəli, xx.xx.2002-ci il tarixli) "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X4 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilib və xx.xx.2008-ci ildə (08/17-kş nömrəli, xx.xx.2008-ci il) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu ildən (20/17-kş nömrəli, xx.xx.2010-cu il tarixli) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (152/17-kş nömrəli, xx.xx.2012 -ci il) Sumqayıt Texnologiyaları Parkında Ağır Maşınqayırma Departamentinin 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilib və xx.xx.2012-ci ildə (48/6-kş, xx.xx.2012-ci il) Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2012-ci il tarixədək işlədiyi müddətdə onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatının (2 nömrəli Siyahının 21400000a19923 nömrəli koduna əsasən) avadanlığa xidmət edən gərginlik altında olan yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Güzəştli stajı 18 il 3 ay 14 gün təşkil edir. “Azbaşenerji”nin xx.xx.1988-ci il tarixli, 563 nömrəli əmrinə əsasən "xxxx" müəssisəsi “Azərenerjitəmirsazlama” müəssisəsinə çevrilmişdir. Azərbaycan Pespublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 423 nömrəli Fərmanına əsasən "xxxx" "xxxx" ASC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixli, 13 nömrəli əmrinə əsasən “Azərenerjitəmirsazlama” müəssisəsi S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama” müəssisəsi adlandırılıb. "xxx x" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 nömrəli əmrinə əsasən S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama” müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032 nömrəli əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040 nömrəli əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 nömrəli sərəncamına əsasən Azenco” ASC adlandırılıb. 6. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2012-ci ilədək “Azenerjisazlama” X2 Hava açarlarının təmiri sahəsinin Gəncə sahəsində, "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sex inin X1rğularında və "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin X7 açarlarının təmiri ilə əlaqədar elektrik çilingəri kimi 330 kvt-luq və 500 kv-luq avadanlığın təmiri işlərini yerinə yetirmişdir.
7. Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx"-in MMC-nin Elektrik sexinin APQ-330, 500 kv-luq paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir briqadasında 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində (60 nömrəli, xx.xx.2015-ci il tarixli) xx.xx.2022-ci il tarixdən hal-hazıradək Yeni təşkilati struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğula rın avadanlıqlarına və 20÷500 kv-luq gərginlikli avadanlıqlara xidmət və təmir edən briqadasında 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir. İddiaçı xx.xx.2015-ci il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3 - təhlükəlilik sinfi 1, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun normadan yuxarı olması, havanın hərəkət surətinin faktorları mövcud olmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdən hal-hazıradək vəzifə borcunu tam iş günü ərzində enerji bloklarında Qazanturbin sexində, Mazut təsərrüfatında 330, 500 kv-luq APQ sahəsində, Kimya sexində paylayıcı qurğu avadanlıqlarına xidmət və təmir işlərini ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı xx.xx.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 20 faizi miqdarında əlavə əməkhaqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. İddiaçı işlədiyi illər ərzində xx.xx.2015-ci il tarixdən hal-hazıradək tutduğu paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri n və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində paylayıcı qurğunun avadanlıqlarını təmir edən elektrik çilingəri vəzifəsi isə (kod 2140000a19923) vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən yuxarıda qeyd olunan koduna uyğundur. Həmin sahədə iş stajı xx.xx.2015-ci il tarixdən hal-hazıradək 08 il 05 ay təşkil edir. "xxxx" MMC-də zərərli sahədə ümumi iş stajı 08 il 05 ay təşkil edir.
8. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
9. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, Mər kəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışında xx.xx.1993-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" X2 Hava Açarlarının təmiri sahəsinin Gəncə sahəsində, "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X1rğularında və "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Qeyd edilən dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 dekabr 2021-ci il tarixli, 21(112)-4050/2021 nömrəli qərarı mövcuddur. Bundan başqa "x xxx"nın 18 avqust 2021-ci il tarixli, 07-36 nömrəli arayışında xx.xx.2015-ci il tarixindən bugünədək Azərbaycan İES-in Elektrik sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə uyğun deyil. Göstərilən səbəblərdən onun güzəştli iş stajı yoxdur. Əlavə olaraq qeyd olunmalıdır ki, “X6” ASC-nin xx.xx.2020-ci il tarixli arayışında sözügedən müəssisədə xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifələrin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə mə lumatlar göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini bu qərarın 1-7-ci bəndlərində göstərilənlərlə əsaslandırmışdır.
12. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları tutduğu, vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və sair) iş yeri arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 9 sentyabr 2020-ci il tarixli, 01- 7P/525 nömrəli arayışında xx.xx.1993-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahı üzrə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin (hakim F.H.Hacızadə) 30 may 2024-cü il tarixli, 21(116)-430/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 i ldən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir. xx.xx.1979-cu il tarixdən iddia olunan xx.xx.2022-ci il tarixinədək müxtəlif müəssisələrdə çilingər, elektrik çilingəri vəzifələrində işləmişdir. (güzəştli şərtlərlə iş stajı 20 ildən çoxdur). İddiaçının xx.xx.1993-cü il tarixindən işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının XXVİİ. Bina, qurğu və digər oby ektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmirbeton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsində qeyd edilmişdir. Həmçinin iddiaçının xx.xx.2015-ci il tarixindən işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən isteh salatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsində nəzərdə tutulmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli iş stajına daxil edilməli olan 20 ildən çoxdur və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır. 1
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, X.H.Səmədov və T.H.Həsənov) 15 yanvar 2025-ci il tarixli, 21(107)-41/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixindən işlədiyi quraşdırıcı çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatları n, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsində qeyd edilmişdir.
18. Həmç inin, iddiaçının xx.xx.2015-ci il tarixindən işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsində nəzərdə tutulmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillər inə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(112)- 4050/2021 nömrəli qərarından görünür ki, həmin iş üzrə iddiaçının hüquqi marağı 57 yaşa çatması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Hazıkı iddia tələbi isə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmasından ibarətdir. Göründüyü kimi hər iki iş üzrə iddiaçının tələbinin əsası fərqli olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin d əlilləri
21. Cavabdehin kassasiya şikayətində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) gərginlik altında olan 330 kv-luq və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (normal gərginlik altında) vəzifələri nəzərdə tutulmasına baxmayaraq, iddiaçının işlədiyi çilingər vəzifəsi yuxarıda qeyd edilən 24-cü bölmədəki sahələrə aid deyildir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə əks arqument olaraq qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi "x xxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 01-7P/525 nömrəli arayışında xx.xx.1993-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" X2 Hava Açarlarının təmiri sahəsinin Gəncə sahəsində, "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X1rğularında və "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir Sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Qeyd edilən dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2-1(112)-4050/2021 nömrəli qərarı mövcuddur. Həmçini n “X6” ASC-nin xx.xx.2020-ci il tarixli iddiaçıya dair arayışında xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar əks olunmamışdır. Bundan başqa "xxxx"nın xx.xx.2021-ci il tarixli, 07-36 nömrəli arayışında iddiaçının xx.xx.2015-ci il tarixdən bugünədək "xxxx"-in Elektrik sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi Elektrik sexi yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə uyğun deyil. Həmin Siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə, “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyildir. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı zavodda istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut yoxdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və mə cburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə
3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sı
24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı a) fəhlələr: gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan)
29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar
25. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitə si ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏD LƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instans iyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli əmək stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi i lə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Məhkəmə kollegiyası, ilk növbədə, kassasiya şikayətinin “qeyd edilən dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2-1(112)-4050/2021 nömrəli qərarı mövcuddur” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş həmin qərarın surətindən görünür ki, həmin iş üzrə iddiaçının gərginlik altında olan 330 kv-luq və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingəri işləməsi müəyyən edilmir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışlardan onun 330 və 500 kv-luq paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri işləməsi müəyyən olunmuşdur.
36. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
37. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fa ktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
38. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəll əsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.
39. Yuxarıda istinad edilən normalar baxımından iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: o, müvafiq (60) yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır.
40. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.
41. Həmçinin, iddiaçının işlədiyi vəzifələrin (“çilingər” və “elektrik çilingəri” vəzifələri) güzəştli iş stajına aid olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisələr) tərəfindən təqdim olunmuş arayışların mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
42. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb ol muşdur.
45. Odur ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun və əsaslıdır. Bu baxımdan cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(107)-41/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.