Məhkəmə qərarları › İş №2-1(102)-1553/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1553/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1553/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyan tələbi, hərbi xidmətə yararlılıq meyarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh orqanların vəzifəli şəxslərinin əsasız və qanunsuz rəyi nəticəsində xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olduğu müddətdə ç əkdiyi mənəvi iztirablara görə iddiaçıya dəymiş zərərin əvəzi olaraq N0.000 (on min) manat miqdarında kompensasiyanın iddiaçıya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-N(N07)-74/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları N. xx.xx.200N-ci il təvəllüdlü iddiaçı Hacıyev X4 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət keçmək üçün müvafiq hərbi hissəyə göndərilmişdir.

2. N7 yanvar 2023-cü il tarixdə çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edilmişdir. 3. xx.xx.2023-cü il tarixli Müdafiə Nazir liyinin Mərkəzi Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli Şəhadətnaməsi ilə “sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” olduğu qeyd edilmişdir.

4. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Zaqatala rayon Çağırış Komissiyasının Hərbi Həkim Komissiyasının əsassız və qanunsuz qərarı nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xidmətdə olduğu üçün səhhətinin pisləşməsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyana görə N0000 manat təzminat ödənilməsini xahiş etmişdir.

5. Cavabdeh N8 iyul 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, İddiaçı münasibətdə hər hansı sığorta hadisəsi baş verməmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh orqanların vəzifəli şəxslərinin əsasız və qanunsuz rəyi nəticəsində xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olduğu müddətdə çəkdiyi mənəvi iztirablara görə iddiaçıya verilmiş zərərin əvəzi olaraq N0.000 (on min) manat miqdarında kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.200N-ci il tarixdə Zaqatala rayonunda “anadan gəlmə ürək qüsuru” ilə doğulmuşdur. Uzun müddət bu xəstəliyi ilə bağlı müayinələrdən keçmiş və müalicə olunmuş dur. Özünü uşaqlıqdan xəstə hesab edir. Xəstəliyi ürək nahiyəsində ağrılar və təngi nəfəsliklə başlamışdır. Xəstəliyi ilə bağlı uşaqlıqdan Kardiologiya İnstitutunda qeydiyyata alınmış, çoxsaylı müayinələrdən keçmiş və müalicə olunur. 20N9-cu ildə N8 yaşı tamam olduqda hərbi xidmətlə bağlı çağırış vərəqəsi verildi. Bununla bağlı ilkin hərbi həkim komissiyası yoxlanışdan keçirdi və şikayətlərini bildirdi. Buna görə də, həmin vaxtı hərbi həkim komissiyasının verdiyi “Müayinə aktı”na əsasən ürəyində olan qüsura görə hərbi xidmətə yararsız qərarı verildi. Bundan 3 il sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra SHXÇDX) Zaqatala Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi ilə xx.xx.2022-ci il tarixdə Kardiologiya İnstitutunda ambu lator müayinəyə göndərildi, müayinədən keçirildi, lakin müayinənin nəticəsinə görə yararlı hesab edilərək xx.xx.2023- cü il tarixdə N nömrəli hərbi hissəyə hərbi xidmətə göndərildi. Hərbi xidmət dövründə ağrıları artdığı üçün hərbi hissə həkiminə müraciət etmiş, bundan sonra müayinə üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissədə aparılan Exo KQ müayinəsində “VSD mədəciklərarası çəpər defekti” aşkarlandığına görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli göndərişi ilə hərbi xidmətə yararlılığın təyini məqsədi ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin BKH-da müayinə və müalicə olundu. Daha sonra xəstəliyinin diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə MN-nin BKHdan xx.xx.2023-cü il tarixdə Elmi X2na göndərildi və xəstəliyinin diaqnozu Elmi X2 tərəfindən də təsdiq edildi. Bundan sonra xx.xx.2023-cü il tarixdə Hospitalın Hərbi Həkim Komissiyasının “xəstəliyin səbəb-əlaqəsi haqqında” qərarı ilə “anadangəlmə ürək qüsuru: Membranoz VSD mədəciklərarası çəpərin defekti” diaqnozu qoyulmuş və bundan sonra Hərbi Həkim Komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlılıq haqqında “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia düzgün cavabdehə qarşı qaldırılmadığından mümkün sayıla bilməz.

9. Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)-480/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim X7) iddia qismən təmin edilmiş, cavabdehin q anunsuz hərəkəti nəticəsində iddiaçıya dəymiş 460 manat maddi və 540 manat məbləğində mənəvi zərərin, cəmi N000 manat məbləğində vəsaitin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. N0. Məhkəmə maddi ziyanla bağlı hissədə qeyd etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü ilədək, cəmi 40 gündür və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 40 gün x 345 manat = 460 manat. Minimum a ylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N8 iyun tarixli N265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın N-dən 345 manat müəyyən edilmişdir. NN. Mənəvi ziyanla əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi ziyan məbləğinin məhz N0000 manat məbləğində ifadə olunmasını hər hansı sübutla əsaslandırılmadığından cavabdehdən iddiaçının xeyrinə 540 manat məbləğində mənəvi ziyan tutulmalıdır. N2. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat N3. Şəki Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-622/2024 nömrəli, 23 dekabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin XN iş üzrə inzibati məhkəmə icraatına zəruri üçüncü şəxs qismində cəlb edilmişdir. N4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N07)-74/2025 nömrəli, 23 yanvar 2025-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X9 və XN0) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-N(NN6)-480/2024 nömrəli, 04 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. N5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N6. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayətin in və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri N7. Şikayətdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı deyildir. N8. Belə ki, Xidmət kardiologiya sahəsində respublikada ən nüfuzlu tibbi və elmitədqiqat müəssisəsi olan ET Kardiologiya İnstitutunun rəyinin mötəbərliyinə şübhə ilə yanaşmaq üçün heç bir əsası olmamış, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun N5-ci və 20.3-cü maddələrinin tələblərinə əsasən üzərinə düşən bütün vəzifələri tam və düzgün yerinə yetirmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri N9. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə N3. Çağırış komissiyaları N3.N. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: N3.N.N. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; N3.N.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayə ndəsi; N3.N.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. N3.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. N3.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. Maddə N4. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri N4.N. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: N4.N.N. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun N5.2-ci ma ddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; N4.N.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; N4.N.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; N4.N.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; N4.N.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. N4.2. Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. N4.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Maddə N5. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı N5.N. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun N5.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. N5.N-N. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. N5.2. Bu Qanunun N5.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: N5.2.N. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; N5.2.2. sıradankənar həqiqi hərbi xidmətə yar arlılıq haqqında; N5.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; N5.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; N5.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında 2N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnamə N. Ümumi müddəalar Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir. N.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları “Xəstəliklər cədvəli”nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblə r cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkimuçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur. Vİİİ. İlkin hərbi qeydiyyata alınan, hərbi xidmətə (hərbi toplanışa) çağırılan, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olan, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil (təhsil) müəssisələrinə daxil olan vətəndaşların, hərbi qulluqçuların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər 8.N. “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırıla n vətəndaşlar; İİ qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar. İİİ qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təh sil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin N.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; 8.4. Bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funk siyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən çıxarılır. Vətəndaşların tibbi müayinəsi zamanı “Xəstəliklər cədvəli”ndə nəzərdə tutulmuş müayinə metodlarından başqa, daha yeni və informativ metodlardan istifadə olunmasına icazə verilir. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

89. İnzibati orqanların məsuliyyəti 89.N. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qə rarından müvafiq məhkəməyə şikayət verə bilər.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barə də məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və o rada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı maddi və mənəvi zərərə görə kompensasiya əldə etməyə yönəlmişdir.

27. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddia tələbini qismən əsaslı hesab etmiş, maddi ziyana görə 460 manat, mənəvi ziyana görə isə 540 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini ədalətli hesab etmişlər.

28. Apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan cavabdeh hesab edir ki, zərər və ziyan tələbinin inzibati orqan olara q Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qanuni deyildir. Belə ki, iddiaçının sağlamlıq vəziyyətinin hərbi xidmət keçməyə uyğun olması ilə bağlı tibbi rəyi ET Kardiologiya İnstitutu vermişdir. Başqa sözlə, Səfərbərlik və Hərbi Xidmət həmin rəy əsasında iddiaçının hərbi xidmətə göndərilməsini məqsədə müvafiq hesab edir.

29. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, çağırışçının qeydiyyat kartasında Çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edildiyi qeyd edilmişdir. Halbuki, iddiaçının N8 yaşının tamam olduğu ilkin çağırış zamanı onda anadangəlmə ürək xəstəlik aşkar edilmiş və iddiaçı 3 il müddətində (təkrar komissiyanın keçirilməsi müddəti) hərbi xidmətə cəlb edilməmişdir. Cavabdeh tərəfindən aparılan mü ayinə zamanı qeyd olunan xüsusatlar lazımınca araşdırılmamış, nəticədə iddiaçı əsassız olaraq hərbi xidmətə cəlb edilmişdir.

30. Yuxarıda qeyd edilənlərdən əlavə olaraq məhkəmə kollegiyası bildirir ki, iddia tələbindən də göründüyü kimi iddiaçı hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq ona maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Mənəvi ziyan 3N. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

32. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

33. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması v ə ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

34. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

35. Məhkəmə kollegiyası Plenumun qərarında qeyd edilmiş xüsusatları rəhbər tutaraq bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi labüddür. Odur ki, onun mənəvi ziyanla bağlı tələbi qanuni olmuşdur.

36. Mənəvi ziyanın məbləğinə gəlincə məhkəmə kollegiyası təyin edilmiş məbləğin cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə adekvat hesab edir və bildirir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş mənəvi zərərə görə təyin etdiyi kompensasiya məbləği ədalətli və ağlabatandır. Maddi ziyan

37. Bununla belə məhkəmə kollegiyası maddi zərərlə bağlı iddiaçının tələbinin qismən təmin edilməsinə yönəlmiş apellyasiya instansiya məhkəməsinin qərarını əsaslı hesab etmir.

38. Məhkəmə qərarından da göründüyü kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəzərdə tutulmuş maddi zərərə kollegiya aşağıdakı kimi qiymət vermişdir: “İddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü ilədək, cəmi 40 gündür və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir.

39. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi 2023-cü il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 40 gün x 345 manat = 460 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20N9-cu il N8 iyun tarixli N265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın N-dən 345 manat müəyyən edilmişdir”.

40. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin maddi zərərlə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddiaçının maddi zərərlə bağlı tələbi, bu tələbin qismən təmin edilməsi barədə gəlinmiş nəticənin əsasında sübut mövcud deyildir. 4N. Mülki Məcəllənin 2N.N-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməs i nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda.

42. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

43. Məhkəmə kollegiyası işin mübahisəsiz halına istinad edərək bildirir ki, iddiaçı cavabdeh orqanın səhv hərə kəti nəticəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək, yəni cəmi 40 gün hərbi xidmətdə olmuşdur. Lakin iş materiallarında iddiaçının hərbi xidmətə gedənədək və ya bu ərəfədə hər hansı müqavilə əsasında və ya müqavilədən kənar şəkildə əmək fəaliyyəti ilə məşğul olduğu və ya belə fəaliyyətlə məşğul olması üçün ilkin zəminin olması barədə hər hansı məlumat mövcud deyildir.

44. Yuxarıda qeyd edildiyi kimi qanunverici maddi zərərlə bağlı sübutetmə yükünü iddiaçının üzərinə, yəni cavabdehin hərəkətlərindən real zərərçəkən şəxsin üzərinə qoyur. İddiaçı qanunvericiliklə onun üzərinə qoyulmuş sübutetmə vəzifəsindən lazımı qədər istifadə edərək maddi zərərlə bağlı tələbini əsaslandıra bilmədiyindən maddi zərərlə bağlı tələb təmin edilə bilməz.

45. Yuxarıda qeyd edilənlərə əsasən məhkə mə kollegiyası Qərara aldı: Cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2N(N07)-74/2025 saylı qərarı 460 (dörd yüz altmış) manat maddi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar