Məhkəmə qərarları › İş №2-1(102)-1555/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1555/2025

21.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1555/2025 21.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(104)-51/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim olunmuş sənədlərdə ÇAHHXHQ əsgər İddiaçı 27.09xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü il tarixdən N saylı hərbi hissənin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq əsgər kimi xidmət edir. Onun vəzifəsi sürücüdür. İddiaçı 44 günlük Vətən müharibəsində ön cəbhədə xidmətdə olmuş, maşına aid ləvazimatlarla bağlı N günlük həmin hərbi hissədə olmuşdur. Bundan sonra isə xx.xx.2020-xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla yanaşı, döyüş bölgələrinə silah-sursat aparmışdır. Müharibə veteranı adı vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət edilsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əm ək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bununla yanaşı, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 127 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 172, 191, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyy ətdə olmamış və yol vərəqələrinə əsasən getmişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 678 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Məhz bu səbəblə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

6. Daha sonra İddiaçı tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

7. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-634/2024 saylı, 15 may 2024-cü il tarixli qərarı ilə (hakim X9) iddia təmin edilərək, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə iş materiallarına əlavə edilmiş arayış-məlumatı, müvafiq əmrlər və yol vərəqələrində istinad edərək qeyd etmişdir ki, döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) iddiaçı Məmmədov X4 rayo nu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etmiş, Qubadlı və Füzuli rayonlarına ezam olunmuşdur. Bu hal “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müvafiq bəndinin tələblərinə əsasən iddiaçıya müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verilməsi üçün əsasdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Gəncə Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(104)-51/2025 nömrəli qərarı ilə (hakimlər X7 (məruzəçi), X2 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-634/2024 saylı, 15 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı v ə vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış və nəticədə qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir.

14. Qeyd edilir ki, inzibati iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 127 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən həbi qulluqçusu əsgər İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 172, 19 1, N və N nömrəli hərbi hissələrdə əmrlə ezamiyyətdə olmamış və yol vərəqələrinə əsasən getmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 16. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; … Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmə liyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə:

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan v ə Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yet irilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətini n verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Kon stitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi müharibə veteranı adının və vəsiqəsinin verilməsinə nail olmaqdır.

23. Birinci və apelyasiya instansiyası məhkəmələri iddiaçının iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə qənaətə gəlmişlər.

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

26. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzim lənir.

27. Həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya o rqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilir.

28. Məhkəmə kollegiyası Əsasnamədə təsbit edilmiş müddəaları əsas götürərək bildirir ki, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növ ləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün şəxs ezam olunduğu və ezam olunma müvafiq əmrlərlə təsdiq olunduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər.

29. İş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçının döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edildiyi müəyyən edilmir. İddiaçı döyüş əməliyyatlarının aparıldığı ərazilərə hərbi hissə komandiri tərəfindən verilmiş yol vərəqələri əsasında getmişdir (İş vər 5-8). Əsasnamənin imperativ tələbinə əsasən şəxs o halda müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün iddia irəli sürə bilər ki, o, döyüş əməliyyatları aparılan əraziyə ezamiyyə vərəqəsi əsasında getmiş olsun. Başqa sözlə qanunverici yol vərəqəsi ilə döyüş əməl iyyatları aparılan əraziyə gedilmə halını müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas hesab etmir.

30. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmələr iddianı təmin edərkən döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) İddiaçı Kəlbəcər rayonu istiqamətində gedən döyüş əməliyyatlarında döyüş ləvazimatlarının, avtomobil ehtiyat hissələrinin, zirehli gödəkcələrin, əşya-əmlakın, tibbi ləvazimatların daşınması və digər maddi-texniki təminat üzrə döyüş tapşırıqlarının yerinə yetirilməsində bilavasitə iştirak etdiyini, Qubadlı və Füzuli rayonlarına ezam olunduğunu bildirmişlər.

31. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarında əks edilmiş bu hal iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarında iddiaçının müharibə dövründə müxtəlif vax tlarda N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə, N nömrəli hərbi hissədən isə N nömrəli hərbi hissəyə ezam edilməsi barədə ezamiyyə vərəqələri vardır (iş vər 87-94). Lakin bu ezam vərəqələri də iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün əsas sayıla bilməz.

32. Belə ki, N nömrəli hərbi hissə Ağstafa şəhərində, N nömrəli hərbi hissə isə Bakı şəhərində yerləşir (iş vər 78-N saylı hərbi hissənin möhüründə hərbi hissənin yerləşmə yerinin Ağstafa şəhəri, iş vər 86-334 saylı hərbi hissənin möhüründə hərbi hissənin yerləşmə yerinin Bakı şəhəri olduğu qeyd edilmişdir).

33. Beləliklə, göründüyü kimi iddiaçının ezam edildiyi hərbi hissələr döyüş bölgəsində olmamaqla müvafiq olaraq Ağstafa və Bakı şəhərlərində yerləşmişdir.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd edilmişdir ki, şəxsin döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qəra rının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır”.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qərarda əks edilmiş hüquqi mövqeyə istinad etməklə bildirir ki, mü haribə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması konkret heç bir sübutla, o cümlədən ezamiyyət vərəqələri, əmrlərdən çıxarışlarla təsdiq edilmir.

37. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

38. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 yanvar 2025-ci il tarixli, 2-1(104)-51/2025 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilərək razılaşdırılması ilə bağlı Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar