Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1563/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin müəyyən olunması, müayinə zamanı diaqnozun təsdiq olunmaması, müalicəyə ehtiyacın qalmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *8 dekabr 2*23-cü il tarixli, 2-1(1*3)-659/2*23 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinə Elmi tədqiqat hematalogiya və transfuziya institutunun 3*.*7.2*14-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J99* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən respirator pozğunluqlar => J99....; Diaqnozun mətni: Xr.bronxit-astmatik. Xr.toksiki bronxit. ÜİX. Gərginlik stenokardiyası 2 fs.Hipertoniya x-yi 2m.Ağ ciyərlərin emfizeması. Ağciyər fibrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: ÜİX. Ağ ciyərlərin emfizeması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə Bakı şəhəri 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2*.*7.2*15-ci il tarixli **53**3AABHH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi: X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J4*-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.* - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlıgı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
3. Daha sonra elektron təyinatla 27.*7.2*16-cı il tarixli göndəriş əsasında əliliyə baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J4*- J47 Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.* - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma. Başqa rubrikala rda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Sonuncu dəfə Bakı şəhər 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 21.1*.2*21ci il tarixli **53**3AAE66 saylı göndərişi əsasında əliliyə baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J6*-J7* - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Stenokardiyanın digər formaları, ÜİX. Gərginlik stenokardiyası f.s.ll Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səb əbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona peşə xəstəliyi səbəbi ilə əlillik təyinatına hüququ yarandığı 27.*7.2*21-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29.*8.2**6-cı il tarixdən 14.*3.2*14-cü il tarixinə qədər "xxxx" X17 Cəmiyyətinin “Metalkonstruksiya və mancanaq dəzgahlarının yığma sexi”ndə elektrik qaynaqçısı peşəsində işləmiş və həmin müəssisədə işlədiyi müddətdə sağlamlığ ını itirərək peşə xəstəliyinə düçar olmuşdur. "xxxx" X17 Cəmiyyətinin “Metalkonstruksiya və mancanaq dəzgahlarının yığma sexi”ndə elektrik qaynaqçısı kimi işə başlamazdan əvvəl, daha dəqiq, 28.*8.2**6-cı il tarixdə yaşadığı ərazi üzrə Bakı şəhəri, Binə qəsəbəsi ünvanında yerləşən Cavabdeh2 Poliklinika şöbəsində işəgötürən müəssisənin göndərişinə əsasən tam tibbi müayinədən keçmiş və sağlamlığını təsdiqləyən müvafiq arayışı "xxxx" TASC-уə təqdim edəndən sonra işə başlamışdır. Yuxarıda qeyd olunan müəssisədə elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə ağ ciyərlərində səhhəti ilə bağlı ciddi problem yarandığından və bu problemin işlədiyi qaynaqçı peşəsi ilə əlaqəli olmasına, yəni peşə xəstəliyi olmasına əsaslı şübhələr yarandığından Cavabdeh2 rəhbərliyinin Bakı şəhəri Sabunçu Rayon Gigiye na və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müvafiq məktubuna əsasən Bakı şəhəri Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən onun işlədiyi iş yeri *7.*5.2*12-ci il tarixdə müayinə olunmuş və müvafiq olaraq iş yerinin geniş sosialtexniki təhlükəsizliyinin təsvirini özündə əks etdirən 11.*5.2*12-ci il tarixli, *5/396 saylı sənəd tərtib olunmuşdur. Həmin sənəddə qaynaqçı olaraq onun gördüyü iş prosesi təsvir olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən onun işlədiyi iş yeri müayinə olunandan və iş yerinin sanitargigiyenik xarakteristikası barədə 11.*5.2*12-ci il tarixli, *5/396 saylı sənəd tərtib olunandan sonra Cavabdeh2 ona müayinə və müalicə olunmaq üçün AR Səhiyyə Nazirliyinin V.Y.Axundov adına X2 X3 Klinikasına göndəriş vermişdir. Uzun müddət X4 müayinə və müalicə olunandan sonra 19 noyabr 2*12-ci il tarixdə onun əsas xəstəliyinin işlədiyi elektrik qaynaqçısı peşəsi ilə əlaqəli olduğu, yəni peşə yönümlü olması müəyyən edilmiş və xəstəliyinin klinik diaqnozu “Xroniki toksiki bronxit, astmoidli komponentlə. Ağ ciyərlərin emfizeması. Tənəffüs çatmamazlığı İİ dərəcə: Yanaşı: ÜİX: gərginlik stenokardiyası (f.S.İİ), ipoxondrik sindrom” kimi müəyyən edilmiş, sahə həkiminə göndərilərək onun HSEK-na göndərilməsi tövsiyə edilmişdir Daha sonra isə 8 ay da həkim nəzarətində qalaraq yuxarıda qeyd olunmuş diaqnozlarla 2 dəfə 15.*2.2*13-*2.*3.2*13 və 27.*6.2*13-11.*7.2*13-cü il tarixlərdə 3 saylı Şəhər Kliniki Xəstəxanasının terapiya şöbəsində stasionar müalicə alandan sonra ilk dəfə olaraq 24 iy ul 2*13-cü il tarixdən başlayaraq Bakı şəhəri, Xəzər rayon 9 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının 3*.12.2*13-cü il tarixli, 1*9* saylı müayinə aktına əsasən ona peşə xəstəliyi səbəbi ilə 3-cü dərəcəli əlillik qrupu və 6* % əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. Sonuncu dəfə əlillik müddəti 27 iyul 2*16-cı il tarixdə 5 il müddətinə uzadılmış və növbəti müayinə 27.*7.2*21-ci il tarixə təyin olunmuşdur. 27 iyul 2*16-cı il tarixdə onun əlilliyi 5 il müddətinə uzadılandan bu günə qədər hər il bir dəfə olmaqla yuxarıda qeyd olunmuş diaqnozlarla xəstəxanalarda stasionar olaraq ixtisaslı müalicələr almışdır. 11 avqust 2*21-ci il tarixində 29 saylı BŞX-nın Poliklinika şöbəsi ona əlillik təyinatı ilə əlaqədar **53**3AAEYM nömrəli forma 88-i elektron sənəd formatında TibbiSosial Ek spertiza və Reabilitasiya Agentliyinə göndərmişdir. 14 avqust 2*21-ci il tarixdə TSERAS təqdim edilən tibbi sənədlərin ona əlillik təyin etmək üçün yetərli olmadığını və əlavə ixtisaslaşmış müalicəyə ehtiyacın olduğunu əsas gətirərək ona əlillik təyinatından imtina etmişdir. 17 avqust 2*21-ci il tarixdə 29 saylı BŞX-nın Poliklinika şöbəsi ixtisaslı stasionar müalicə almaq üçün ona V.Axundov adına X2 X3 Klinikasına göndəriş vermiş və həmin göndərişə əsasən, X4 17 avqust 2*21-ci il tarixdən *2 sentyabr 2*21-ci il tarixə qədər stasionar olaraq ixtisaslı müalicə almış və bununla əlaqədar X8 tərəfindən ona verilmiş *2 sentyabr 2*21-ci il tarixli, 3*/2*21 saylı xəstəlik tarixindən çıxarışın əslini də sahə həkiminə təqdim etmişdir.
7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bil dirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Elmi tədqiqat hematalogiya və transfuziya institutunun 3*.*7.2*14-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95-J99 -Tənəffüs orqanlarının digər xəstəlikləri => J99* - Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı rast gəlinən respirator pozğunluqlar => J99....; Diaqnozun mətni: Xr. bronxit-astmatik.Xr. toksiki bronxit.ÜİX.Gərginlik stenokardiyası 2 fs.Hipertoniya x-yi 2m.Ağ ciyərlərin emfizeması.Ağ ciyər fibrozu; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: ÜİX.Ağ ciyərlərin emfizeması” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 2*.*7.2*15-ci il tarixli **53**3AABHH saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi: X1: X Sinif Tənəffüs sistemi xəstəlikləri => J4*-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.* - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlıgı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 27.*7.2*16-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Peşə xəstəliyi; X1: X Sinif Tənəffüs sistemi xəstəlikləri => J4*- J47 - Aşa ğı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.* - Ağciyərin xroniki obstruktiv xəstəli...; Diaqnozun mətni: Digər xroniki obstruktiv ağciyər xəstəliyi, Xroniki toksiki bronxit asmatik komponentlə, uzanmış gedişli tez-tez fəsadlaşma.Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 13.*7.2*19-cu il tarixli **53**3AAEYM saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J6*-J7* - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikl əri => J68 - Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J17* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J43 Emfizema, Ağciyərlərin enfizeması Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu. Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilm ənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 21.1*.2*21-ci il tarixli **53**3AAE66 saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J6*-J7* - Xarici amillərin təsirindən törənən ağciyər xəstəlikləri => J68 Kimyəvi maddələr, qazlar, tüstülər və buxarlar tərəfindən törədilən respirator...; Diaqnozun mətni: Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, Xroniki toksiki bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə Ağırlaşma J17* Digər rubrika larda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, Ağciyərlərin fibrozu.Diffuz pnevmaskleroz. Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası f.s.ll Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Bel fəqərələrinin osteoxondrozu, fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası. İpoxondrik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son 5 (beş) ildə stasionar müayinə və müalicə yetərli deyil. Diaqnozda qeyd edilən yanaşı xəstəliklər və ağırlaşmalarla bağlı ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 31 avqust 2*22-ci il tarixli, 2-1(112)-3334/2*22 nömrəli qərarı (hakim X12) ilə iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*15-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən əlillik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. 1*. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *8 dekabr 2*23-cü il tarixli, 2-1(1*3)-659/2*23 nömrəli qərarı (hakimlər X1* ( məruzəçi), X11 və X9) ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Şikayətdə Konstitusiyasının 24-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.2, 3.4, 9*, 93-cü maddələrinə istinad edərək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, qərar əsaslandırılmamış, işin halları ətraflı şəkildə təhlil edilməmişdir. İş materiallarında ola n sənədlərlə aydın şəkildə müəyyən edilir ki, iddiaçının xəstəliyi tam reabilitasiya edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum un) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 1* (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş mü ddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Resp ublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**8-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2 Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətlə ndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4. TSEK 1* (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5 TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6 Qərar bu Qaydaya əl avədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2*2*-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1 Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavi lələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5 Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, də rmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməmə si barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 2*. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı i craat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şika yəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədar əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirilməsi ilə də razılaşır.
26. Bununla belə, iddiaçının kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. İş materiallarından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçının müraciətinin təmin edilməməsinin, eləcə də iddia tələbinin əsassız hesab edilməsinin səbəbi diaqnozda əlillik əlamətinin müəyyən olunmaması olmuşdur.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfin dən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
29. Belə ki, Bakı İnzibati Məhkəməsinin 12 may 2*22-ci il tarixli qərardadı ilə İddiaçı mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.12.2*15-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsində olub-olmaması ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdehə müddət təyin edilmişdir. 3*. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2*.*6.2*22-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı “Peşə xəstəliyi ilə əlaqədar” səbəbindən *9.*6.2*22-ci ildə Agentliyin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə, tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar. Xroniki toksiki bronxit, astmatoid komponentlə, uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Tənəffüs çatışmazlığı İİ dərəcə. Ağciyərlərin fibrozu, diffuz pnevmoskleroz” diaqnozu - öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* dekabr 2*15-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.
31. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 16 iyun 2*23 tarixli T394/2*23 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən «Əs as diaqnoz: J68.4 kimyəvi maddələr, qazlar, tüstülər və buxarların təsirindən yaranan xroniki respirator hallar, xroniki toksik bronxit, astmatoidli komponentlə uzanmış gedişli, tez-tez boğulma tutmaları ilə. Ağırlaşma: J17*-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı müşahidə edilən pnevmoniyalar, ağciyərlərin fibrozu, diffuz pnevmaskleroz, J96-başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, tənəffüs çatmamazlığı İİ dərəcə, J43-emfizema, ağciyərlərin emfizeması. Yanaşı xəstəliklər: M42-onurğanın osteoxondrozu, bel fəqərələrinin osteoxondrozu fonunda davamlı ağrı sindromu, tez-tez fəsadlaşan xroniki bel-oma radikulopatiyası, ipoxondrik sindrom, K81.8-xolesistitin digər formaları, xroniki hepatoxolesistit, İ2*.8- stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiy ası f.s.İİ» diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədi ilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. İddiaçı düçar olduğu xəstəliyin təyini üçün aparılmış müayinələr qənaətbəxşdir və hal-hazırda onun hər hansı ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacı yoxdur. Vəziyyətindən asılı olaraq istər stasionar, istərsə də ambulator müalicəyə cəlb oluna bilər.
32. Həmçinin iş materiallarına əlavə edilmi ş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının həkim eksperti X6 tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı mötədil ventilyasiya pozğunluğu və ikinci dərəcəli tənəffüs çatışmazlığı vardır, eləcə də bu hallar artıq on ildən artıqdır ki, vətəndaşda davam etməkdədir. Şəxsdə on ildən artıq tənəffüs çatışmazlığı olduqda bunun müəyyən təzahürləri olmalıdır. İlk növbədə mötədil ventilyasiya pozğunluğu zamanı FEV1 və FCV deyilən göstəricilərə baxılmalıdır. FEV1-in 5*-dən yuxarı olduğu hallarda mötədil ventilyasiya pozğunluğu olur, lakin mötədil ventilyasiya pozğunluğu özözülüyündə İİ dərəcəli tənəffüs çatışmazlığı demək deyildir. Belə ki, ekspertiza rəyində bu əsas düzgün qend olunmamışdır. Nəzərə alsaq ki, əgər vətəndaşda on ildən artıq İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı vardırsa, bunun müəyyən təsirləri (fəsadları) də olmalıdır. Belə ki, ürəyin sağ kameralarında mütləq şəkildə hipertrofiya, yəni böyümə, divarın qalınlaşması, eləcə də digər fəsadlar öz əksini tapmalıdır. İkinci olaraq FEV1 və FCV-in ayrıca spirometrik nəticələri də ekspertiza tərəfindən təqdim olunmalıdır. Həmçinin qanın qatılaşması nəticəsində hematokridin miqdarında dəyişiklik olmalıdır, lakin vətəndaşda bu hallar sonuncu müayinədə öz əksini tapmamışdır. Ağciyərlər üzərində auskultativ olaraq vezukuliyar tənəffüs eşidilmişdir, səhv tənəffüs belə eşidilməmişdir. Həmçinin ekspert rəyində sərtləşmiş tənəffüs belə qeyd olunmamışdır. Yuxarıda qeyd ol unanları nəzərə alaraq, bu halda vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*22-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsasən əlillik təyinatı aparılması mümkün deyildir.
33. Beləliklə, yuxarıda qeyd edilənlər sübutlarla müəyyən edilir ki, iddiaçıda aşkar edilmiş xəstəliklərin «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamış, imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
35. Belə olan halda kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*3)-659/2*23 saylı iş üzrə *8 dekabr 2*23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.