Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1565/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma vaxtının dəyişdirilməsi; pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövl ət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma vaxtının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2024 nömrəli, 2024-cü il 23 yanvar tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. 2. 08.09.1987-ci il tarixdə İddiaçı adına açılmış ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcüməsinin təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR Astara rayon Xİİ Partiya Qurultayı tərəvəzçilik sovxozuna fəhlə kimi qəbul edilmiş, xx.xx.1987-c i ildə işdən azad edilmişdir; xx.xx.1987-ci il tarixdə RTİ-72 “Şehremon” tikinti trestinə müvəqqəti olaraq 2 saylı sahəyə fasad işçi kimi qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.1988-ci ildə yığıcı-tələbə kimi uşaq oyuncaqları sexinə işə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir; xx.xx.2003-cü il tarixdə “Azərneftyanacaq” X2 bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə əsasən əmtəə benzinləri üzrə 7 №-li sexin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli xadimə qəbul edilmiş; xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2004-cü il tarixli 42 №-li əmrinə əsasən “Azərneftyanacaq” X4 “Heydər Əliyev adına” Bakı X4 adlandırılmış; xx.xx.2006-cı il tarixdə həmin sexin 3 №-li çənlər parkına 4-cü dərəcə ilə istehsalat binaları xadiməsi peşəsinə keçirilmişdir; xx.xx.2006-cı il tarixdə 7 saylı sexin 3 №-li çənlər parkının istehsalat binaları xadiməsi peşəsinin adı dəyişdirilərək, istehsalat sahələrini və xidməti otaqları yığışdıran adlandırmışdır; xx.xx.2008-ci il tarixdə əmtəə benzinləri üzrə 7 №-li sexin 3 №-li çənlər parkının adı dəyişdirilərək, 2 №-li əmtəə parkı adlandırılmışdır. xx.xx.2009-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 3 №-li əmtəə parkının 4-cü dərəcəli istehsalat sahəsini və xidməti otaqları yığışdıran sayılır; xx.xx.2009-cu il tarixdə həmin istehsalatın 4 №-li əmtəə parkına (mazut dizel və kerosinin nəqli) 3-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir; xx.xx.2010-cu il tarixdə tarif ixtisas komissiyasının protokoluna əsasən h əmin peşə üzrə 4-cü dərəcəsi verilmişdir; xx.xx.2015-ci il tarixdə “Heydər Əliyev adına” Bakı X3 xx.xx.2015-ci il tarixli, SOCAR 15-1709/xx-xx-030078 №-li əmrinə əsasən Heydər Əliyev adına Bakı X4, Heydər Əliyev adına X4 adlandırılmışdır; xx.xx.2015-ci il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması) 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsinə qəbul edilmişdir; xx.xx.2016-cı il tarixdə təzə ştat cədvəlinə əsasən əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istehsalatın 1 №-li əmtəə parkının əmtəə qrupunda 4-cü dərəcəli texnoloji nasosların maşinisti peşəsində sayılır; xx.xx.2019-cu il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 №-li istesal atın 4 №-li əmtəə parkına 4-cü dərəcəli əmtəə operatoru peşəsinə keçirilmişdir.
3. Heydər Əliyev adına X3 xx.xx.2021-ci il tarixli, SOCAR**********81200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə kimi 7 №-li istehsalat, 4 №-li əmtəə parkı (mazut, dizel və kerosinin nəqli) əmtəə operatoru, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 7 №-li istehsalat, 1 №-li əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması), texnoloji nasosların maşinisti və xx.xx.2019-cu il tarixdən hal-hazıradək 7 №-li istehsalat, 4 №-li əmtəə parkı, əmtəə operatoru vəzifəsində işləmişdir.
4. Heydər Əliyev adına X3 xx.xx.2024-cü il tarixli, 01 №-li arayışına əsasən Heydə r Əliyev adına X2 (NEZ) texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5.1 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın nəql edilməsi ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X2 mövcud ştat cədvəlində olan texnoloji nasosların maşinisti peşəsi ilə eynilik təşkil edir.
5. Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-9981/2023 №-li Qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublika sı Qanununun əsas götürüldüyü 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir.
6. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********1 saylı imtina məktubundan görünür ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın (sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 43161,29 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiy a kapitalı cəmi 38245,65 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona 55 yaşından pensiya təyin olunması və keçmiş dövr üçün pensiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, ona yəni, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3)-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildən onun 58 yaşı tamam olduqda güzəş tli şərtlərlə pensiya hüququ yarandıqda o, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filiala müraciət etmiş və həmin tarixdən ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imka n verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin həmin qanunvericilik ona şamil olunmamışdır. Cavabdeh inzibati orqan ona 55 yaşından yox, 57 yaşından pensiya təyin etmişdir. Onun 55 yaşına qədər xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilə qədər 11 il 4 ay 2 gün və xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilə qədər 18 il iş stajı toplanmaqla, cəmi 29 il 4 ay 2 gün və xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilə qədər 12 il zərərli iş stajı yığılmışdır. 55-60 arası güzəştli şərtlərlə pensiya kapitalı 34.650 AZN-dir. Onun xx.xx.2021-ci ilə qədər pensiya kapitalı 38.245 AZN-dir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır.
10. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.202 1-ci il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubla cavablandırılmışdır. Qeyd edilən məktuba əsasən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətə Mərkəzi Filialda baxılaraq ərizəçinin müraciəti təmin olunmuş və “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən, yəni 58 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla belə, İdd iaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsi vasitəsilə pensiya hüququnun yaranma tarixini mübahisələndirmişdir. Belə ki, İddiaçı iddia ərizəsində məhkəmədən “55 yaşından pensiya hüququnun təyin edilməsinin və keçmiş dövr üçün pensiya ödənilməsinin təmin edilməsini” xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, beləliklə də 55 yaşı xx.xx.2020- ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinası aşağıdakı hallarda hüquqi baxımdan qanuni sayılır.
1. İmtinanın hüquqi əsasını təşkil edən səlahiyyətverici normanın dispozisiya şərtlərinin mövcudluğu; 2. cavabdehin müvafiq norma üzrə yolverilən hüquqi nəticəni seçməsi. Ərizəçi İddiaçı təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Həmin m addənin 2020-ci il tarixdə, yəni ərizəçinin 55 yaşının tamam olduğu tarixdə qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmay an pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. İstinad olunan normanın müddəaları baxımından, ərizəçiyə 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: 1. ərizəçinin 55 yaşı tamam olmalıdır; 2. ərizəçi ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır; 3. ərizəçi 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır; 4. ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı iş üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubundan da məlum olur ki, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı onun əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmişdir. Belə ki, ərizəçinin müraciət etdiyi dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 43161,29 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38245,65 manat təşkil etmişdir. Deməli, ərizəçiyə münasibətdə 4-cü bənddə qeyd olunan dispozisiya şərti mövcud olmamışdır. Müvafiq normanın bü tün dispozisiya şərtlərinin mövcud olubolmadığını yoxladıqdan sonra növbəti addım qismində cavabdehin düzgün hüquqi nəticəni seçib-seçmədiyi müəyyən olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sadalanan dörd şərtin hər biri mövcud olmalıdır. Cavabdeh sadalanan şərtlərdən hətta birinin mövcud olmadığı təqdirdə ərizəçiyə pensiya təyinatından imtina etməkdə haqlıdır. Odur ki, ərizəçinin pensiya kapitalı kifayət etmədiyindən ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, cavabdeh ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Cavabde hin imtinası qanunauyğundur. Ərizəçi S.X1 xx.xx.2023-cü il tarixli müraciəti nəticəsində isə ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, həmin pensiya təyinatının hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. Qeyd edilən normanın müraciət tarixində qüvvədə olmuş redaksiyası aşağıdakı kimi ifadə olunmuşdur: “Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış ki şilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.” Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normalar əsasında ümumi yaş həddi 5 il azaldılmış və ərizəçi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 58 yaşının tamam olduğu tarixdə yaranmışdır. Bu səbəbdən ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Beləliklə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2020-ci il tarixdə deyil, yalnız xx.xx.2023-cü il tarixdə yarana bilərdi.
11. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 2-1(112)-11226/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 3-17-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, ona 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixədək güzəştli iş stajı 10 il, 09 ay, 10 gün olmaqla, ümumi iş stajı 20 ildən çox yəni, 27 il, 06 ay, 13 gün təşkil edir. iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 43161,29 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 43787.08 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən hər biri ödənilmişdir.
13. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2024 nömrəli, 2024-cü il 23 yanvar tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Səmədov, hakimlər: X.A.Cəmilova və A.P.Oruczadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11226/2023 saylı, 14 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortao lunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya). 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvaf iq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda qüvvədə olan redaksiya). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliy yət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 10.4. Yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düsturu ilə müəyyən edilir ki, burada P-pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi, YH – yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hes ablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.
20. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası 2 nömrəli Əlavə - Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alına n sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olun an akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə m əlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsa slandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyas ı məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona cavabdeh tərəfindən təyin edilmiş 58 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixli 317-1(3-3-9981/2023 saylı qərarla) təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunma vaxtının dəyişdirilməklə 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir.
28. İddiaçıya 55 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 4 əsas mövcud olmalıdır: 1) iddiaçının 55 yaşına çatması; 2) azı 20 il ümumi iş stajının mövcud olması; 3) azı 10 il güzəştli iş stajının mövcud olması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensi yaya imkan verməsidir.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin, o cümlədən ümumi və xüsusi iş stajına dair şərtlərin mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Yaşa görə güz əştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2020-ci il tarixində, yəni 55 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir.
32. Bundan başqa, əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2020-ci il tarixədək ümumi iş stajı 20 ildən çox yəni, 27 il, 06 ay, 13 gün təşkil edir. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
33. Cavabdeh kassasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, pensiya kapitalı kifayət qədər deyil və məhkəmələr tərəfindən də pensiya kapitalı düzgün hesablanmamışdır.
34. Cavabdeh xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubunda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 43161,29 manat hesablandığı halda, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 38245,65 manat təşkil etdiyini bildirmişdir.
35. Aşağı instansiya məhkəmələri tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, pensiya təyinatı alt sistemindən çıxarışa əsasən, iddiaçının pensiya 1992-ci ilə qədər 9956,08 manat və 1992-ci ildən 2006-cı ilə kimi isə 2659,58 manat təşkil etməklə ümumilikdə 12615,66 manatdır. 2006-ci il üzrə iddiaçının pensiya kapitalı - 1146,61 (1074,46+71,15) manat, 2007-ci il üzrə iddiaçının pensiya kapitalı - 1388,11 (1335,23+52,88) manat, 2008-ci il üzrə iddiaçının pensiya kapitalı - 1500,38 manat, 2009cu il üzrə iddiaçının pensiya kapitalı - 1529,02 manat, 2010-cu il üzrə iddiaçının pensiya kapitalı - 2182,78 manat, 2011-ci il üzrə iddiaçının pensiya kapitalı - 2204,72 manat, 2012ci il üzrə iddiaçının pensiya kapitalı - 2278,73 (2262,57+16,16) manat, 2013-cü il üzrə iddiaçının pensiya kapitalı - 2557,73 (2554,34+3,39) manat 2014-cü il üzrə iddiaçının pensiya kapitalı - 2661,04 manat, 2015-ci il üzrə iddiaçının pensiya kapitalı - 2578,05 manat, 2016-ci il üzrə iddiaçının pensiya kapitalı - 2835,07 manat, 2017-ci il üzrə iddiaçının pensiya kapitalı - 2507,28 manat, 2018-ci il üzrə iddiaçının pensiya kapitalı 2407,57 manat, 2019-cu il üzrə iddiaçının pensiya kapitalı - 2631,98 (2449,40+182,58) manat, 2020-ci il üzrə iddiaçının pensiya kapitalı - 762,3 5 (265,51+216,04+280,80) manat, 2006-cı il tarixdən iddiaçının pensiya hüququ yaranan tarixədək pensiya kapitalı cəmi 31 171,42 manat təşkil etməklə, ümumilikdə isə iddiaçının əmək fəaliyyətinə başladığı gündən pensiya hüququ yaranan xx.xx.2020-ci il tarixə kimi pensiya kapitalı 43 787.08 manat olmuşdur.
36. Belə olan halda, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 43161,29 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 43787.08 manat təşkil etmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən pensiya kapitalı ilə bağlı şərt də ödənilmişdir.
37. İddiaçının fərdi hesa bının sığorta hissəsində qeydə alınan pensiya kapitalının tələb edilən məbləğdən artıq olması aşağı instansiya məhkəmələrində araşdırma zamanı sübuta yetirilmişdir.
38. Kollegiya qeyd edir ki, cavabdeh pensiya kapitalının düzgün hesablanmadığını bildirsə də, bu dəlilini təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə apellyasiya məhkəməsinin qərarında kifayət qədər pensiya kapitalının olması əsaslandırılmışdır.
39. Cavabdeh həmçinin kassasiya şikayətində iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi çalışdığı 7 №-li istehsalat, 1 №-li əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması), texnoloji nasosların maşinisti peşəsindəki iş stajını güzəştli iş stajı kimi qəbul etməmişdir.
40. Məhkəmə kollegiyası iddiaç ının güzəştli şərtlərlə iş stajı ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixə kimi işlədiyi 7 №-li istehsalat, 4 №-li əmtəə parkı (mazut, dizel və kerosinin nəqli) əmtəə operatoru, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi işlədiyi 7 №-li istehsalat, 1 №-li əmtəə parkı (əmtəə benzinlərinin hazırlanması və nəqli) əmtəə qrupu (komponentlərin qəbulu və hazırlanması), texnoloji nasosların maşinisti və xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işlədiyi 7 №li istehsalat, 4 №-li əmtəə parkı, əmtəə operatoru peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilər in siyahısı" 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsinə aid olduğu Heydər Əliyev adına X3 xx.xx.2021-ci il tarixli, SOCAR**********8-1200601B00056 №-li “Zərərli iş şəraiti haqqında arayış”ı ilə təsdiq olunmuşdur.
41. Heydər Əliyev adına X3 xx.xx.2024-cü il tarixli, 01 №-li arayışına əsasən Heydər Əliyev adına X2 (NEZ) texnoloji nasosların maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5.1 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın nəql edilməsi ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X2 mövcud ştat cədvəlində olan texnoloji nasosların maşinisti peşəsi ilə eynilik təşkil edir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya işləri ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
43. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisədən verilmiş güzəştli arayış icmal məktubda qeyd olunan tələblərə cavab vermiş, apellyasiya instansiya məhkəməsi də güzəştli arayışı düzgün qiymətləndirərək iddiaçının güzəştli stajının olması qənaətinə gəlmişdir.
45. Bununla yanaşı, kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh güzəştli stajın məhkəmələr tərəfindən ətraflı araşdırılmadığını bildirsə də, cavabdeh məhz həmin dövrləri güzəştli iş stajı kimi qəbul edərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir.
46. Göründüyü kimi, hazırkı halda iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini z əruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur, bu səbəbdən də iddianı əsaslı sayaraq təmin edən apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
47. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 55 yaşdan təyin olunmasından cavabdehin imtinası qanuna zidd və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
48. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş ü zrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-867/2024 nömrəli, 2024-cü il 23 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.