Məhkəmə qərarları › İş №2-1(102)-1575/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1575/2024

13.06.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1575/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fev ral 2024-cü il tarixli, 2-1(104)-240/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124415 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X2 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 1383,27 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.1383 ha torpaq sahəsi xüsusi mülkiy yət hüququ əsasında X1 adına qeydiyyata alınmışdır. 3. 17 aprel 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.1383 ha torpaq sahəsi X3 tərəfindən İddiaçı bağışlanmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Qurudərə kəndində yerləşən 0.09 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən məlum olur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı il ə X7 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.

6. İddiaçı cavabdehə müraciət edərək Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunmaqla, ona dair aparılmış qeydlərin silinməsini xahiş etmişdir.

7. Cavabdeh 16 avqust 2021-ci il tarixli, **********66 nömrəli və xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubları ilə İddiaçı müraciəti təmin edilməmiş, aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

8. İddiaçı cavabdehə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ər izə ilə məhkəməyə müraciət edərək X6 adına tərtib olunmuş A serialı, 124413 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin bütün elektron və kağız daşıyıcılarda qeydinin ləğv olunmaqla həmin daşıyıcılardan silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gədəbəy rayonu, Qurudərə kəndində xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin qonşuluğunda yaşayan X4 rayon Məhkəməsində ona qarşı fərdi yaşayış evinin sökülməsi barədə iddia qaldırmışdır. Mürəsdə Məsimova öz iddia tələbin i guya onun öz evini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən M.Məsimovaya A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və ölçüsü sənədinə əsasən verilmiş 6.994,36 kv.m həyətyanı torpaq sahəsində inşa etdirməyi və evinə gedən yola məhdudiyyətlər yaratmağı ilə əsaslandırmışdır. Hal-hazırda həmin iddia ilə bağlı 2(042)366/2021 saylı mülki işə Gədəbəy rayon Məhkəməsində işə baxılır. İddiaçı X7 6.994,36 kv.m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmış A seriyalı, 124413 nömrəli Torraq sahəsinin Planı və ölçüsü sənədini düzgün hesab etmir, onun etibarsız hesab olunmasını və Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin sənədin bütün elektron və kağız daşıyıcılardan qeydiyyatının silinməsini zəruri hesab edir. M.Məsimovanın adı na tərtib edilmiş A seriyalı, 124413 saylı Plan və ölçü sənədində onun X15 kitabında uçota alındığı nömrə və tarix yerində nə nömrə, nə də tarix göstərilib. Eyni zamanda həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanmayıb və möhürlə təsdiq olunmayıb. Həmçinin M.Məsimovanın məhkəməyə təqdim etdiyi Plan və ölçü sənədindən görünür ki, həmin sənəd xüsusi deyil, adi kağızda tərtib olunub. Həmin sənədin əsli M.Məsimovada ümumiyyətlə yoxdur. Gədəbəy rayon Məhkəməsində M.Məsimova A seriyalı, 124413 saylı Plan və ölçü sənədinin ona 2021-ci ildə təqdim olunduğunu bildirmişdir. X16 və Xəritaçəkmə Komitəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə ləğv edilib və bu baxımdan o, 2021-ci ildə M.Məsimovaya mübahisələndirilən sənədi verə bilməzdi. M.Məsimovaya verilmiş bu sənəd onun hüquq və qanuni mənafelərinə toxunur. Belə ki, M.Məsimova bu sənədi əsas gətirərək onun fərdi yaşayış evimin sökülməsi barədə məhkəmədə iddia qaldırıb. Üzərində uçota alındığı nömrə və tarix, habelə onu tərtib etmiş şəxslərin imzaları olmayan mübahisələndirilən sənədin 2021- ci ildə tərtib olunaraq bu barədə məlumatın Daşınmaz Əmlakın Dövlət Reyestrinə daxil edilməsi ilə bağlı onun əsaslı şübhələri vardır. O, M.Məsimovaya verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunması və onun qeydiyyatının elektron və kağız daşıyıcılardan silinməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsində n imtina edilmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-37/2023 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin koordinatları nə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarı ilə X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin, nə də ki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür. İddia tərəfi mübahisəli torpaq sahəsinin bələdiyyədən almaq niyyətinin olduğunu, lakin üçüncü şəxs tərəfindən həmin torpaq sahəsinin zəbt edildiyini bildirmişdir. Bununla yanaşı araşdırma nəticəsində İddiaçı mübahisələ ndirilən torpaq sahəsinin ona məxsus olmasını, ondan istifadə etməsini və nə səbəbdən həmin torpaq sahəsinə hüquq tələb etdiyini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia mümkün hesab edilərək işin Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 2-1(104)-240/2024 qərardadı ilə (hakimlər: A.İsgəndərova – sədrlik edən və məruzəçi, A.Bayramov və R.Mamedov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya məhkəmə si birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçı mübahisələndirilən torpaq sahəsinin ayrılması, verilməsi ilə bağlı heç bir sənəd mövcud deyildir və mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin özü qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir. Eyni zamanda iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni id diaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. Odur ki, plan və ölçü sənədində qeyd olunan torpaq sahəsi qanuni əsaslarla iddiaçıya məxsus olmadığından iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün deyildir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsini barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şi kayətində qeyd etmişdir ki, Üçüncü şəxs X8 iddiaçının 2014cü ildə xüsusi mülkiyyət hüququ haqqında çıxarış aldığı fərdi yaşayış evinin sökülməsi barədə Gədəbəy rayon Məhkəməsində iddia qaldırıb. Hal-hazırda həmin iddia ilə bağlı 2(042)-366/2021 saylı mülki işə Gədəbəy rayon Məhkəməsində hakim Marif Kazımovun sədrliyi ilə baxılır. X8 2(042)-366/2021 saylı mülki iş üzrə iddia tələbinin əsası kimi ona 0,69 ha torpaq sahəsinin ayrılması haqqında üzərində imza, möhür, tarix və icraçının adı olmayan A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədinə istinad edib. O, bu sənədə istinad edərək İddiaçı fərdi yaşayış evini onun torpaq sahəsində inşa etdirdiyini göstərib.

17. Üçüncü şəxsin Gədəbəy rayon Məhkəməsində iddia qaldırması onun Mürəsdə Məsimovaya məxsus A seriyalı, 124413 n ömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədini İPM-nin 2.2.1.-ci maddəsinə əsasən inzibati məhkəmə qaydasında mübahisələndirmək üçün subyektiv hüququnu yaradır. İddiaçı inzibati məhkəmə qaydasında hər hansı torpaq sahəsini deyil, onun subyektiv hüquqlarına toxunan inzibati aktı- A seriyalı, 124413 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədini mübahisələndirib.

18. İddiaçı fərdi yaşayış evi və torpaq sahəsindən başqa onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə Mürəsdə Məsimovanın evi arasındakı bələdiyyə torpaq sahəsi də mübahisələndirilən inzibati aktla Mürəsdə Məsimovaya verilib. Halbuki, həmin torpaq sahəsi ona veriləyi halda belə qanuni yolla – bələdiyyə tərəfindən hərrac keçirilməklə və müvafiq müqavilə bağlanmaqla verilməli idi. Cavabdehin 2021-ci ildə hərrac keçirmədən özg əsinə - bələdiyyəyə aid olan torpaq sahəsini üzərində imza, tarix, möhür, icraçının adı olmayan sənədlə Mürəsdə Məsimovaya verməsi qanunsuzdur və bu eyni zamanda İddiaçı da maraqlarına toxunur. Belə ki, həmin ərazi hərrac vasitəsilə satılacağı təqdirdə onun öz evinə bilavasitə bitişik bələdiyyə ərazisini və ya onun bir hissəsini qanuni yolla mülkiyyətinə əldə etmək imkanı olacaqdı. Bundan başqa hazırkı inzibati iş üzrə məhkəmə araşdırmalarının 2 ildən artıq davam etməsinə baxmayaraq, məhkəmə hələ də Mürəsdə Məsimovanın, İddiaçı və bələdiyyənin ərazilərinin yerləşmə yerlərinin, onların xəritə-sxem üzrə harada yerləşməsi və biri-biri ilə kəsişib kəsişməməsi məsələsini aydınlaşdırmayıb.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üç üncü şəxsə verilmiş plan, ölçü sənədində qeyd olunan torpaq sahəsinin üst-üstə düşmədiyini, mübahisəli sahənin iddiaçıya məxsus torpaq sahəsinin yaxınlığına yerləşdiyini və iddiaçı tərəfindən həmin sahədə tiklilərin aparıldığını bildirməyib və həqiqətə uyğun deyil. İddiaçının nümayəndəsi əksinə, X11 Məsimova qarşı iddia qaldırdığını və məhz mübahisələndirilən sənədə əsasən iddiaçının evinin onun torpaq sahəsində inşa edildiyini bildirib. Təkcə bu faktın özü İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olduğunu göstərir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların tə qdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı iş ə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəm ə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

23. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai r” xx.xx.2008-ci il tarixli qərarı 24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olm amasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxla nılmalıdır KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılm ası təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

31. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

32. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.

33. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraa tının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

35. Azərbaycan Respublikasının Konstit usiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gə lən tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.

36. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.

37. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı X6 adına tərtib olunmuş A serialı, 124413 saylı “Torpaq sahəsinin plan və ölçü” sənədinin ləğv edilməsinə yönəlmişdir.

38. Lakin işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş A 124413 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən məlum olur ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998 -ci il tarixli, 10 nömrəli qərarı ilə X7 Gədəbəy rayonu, Dəyirmandağ kəndində yerləşən 6994.36 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır.

39. İş materiallarında olan mütəxəssis rəyindən müəyyən edilmişdir ki, üçüncü şəxs X7 ayrılmış 6994.36 kv.m həyətyanı torpaq sahəsinin koordinatları ilə xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0.09 ha həyətyanı torpaq sahəsinin koordinatları üst-üstə düşmür.

40. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ona ayrılması, verilməsi ilə bağlı heç bir sənəd iş materiallarında mövcud deyildir.

41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi ilə iddiaçının hər hansı hüquqi bağlılığı yoxdur. Belə ki, mü bahisəli torpaq sahəsi nə mülkiyyət hüququ əsasında, nə də ki, əqdlərdən doğan hüquqi nəticə üzrə onun istifadəsində deyildir.

42. Odur ki, plan və ölçü sənədində qeyd olunan torpaq sahəsi qanuni əsaslarla iddiaçıya məxsus olmadığından apellyasiya məhkəməsi haqlı olaraq iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında hüquqi müstəvidə həlli mümkün olmaması qənaətinə gəlmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması və bu səbəbdən, iddianın mümkünsüzlüyü barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə hazırki qərarın 21(a), 23 və 24-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli, 21(104)-240/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar