Məhkəmə qərarları › İş №2-1(102)-158/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-158/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-158/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sonuncu vəzifədən öncə xidmət etdiyi vəzifədən təminat xərcliyi əsas götürülməklə barəsində yeni məlumat vərəqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(103)-1913/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Qeyd olunanlara əsasən əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyiniz orqandan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olduqdan sonra baxıla bilər.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-P lan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54 İİİ-Q nörməli Qanununun 1.0.5-ci maddəsinə əsasən, polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncunun aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanır. Sonuncu xidmət yeri üzrə vəzifəsiniz Əzizbəyov RPİ 2 PB-nin növbətçi köməkçisi olduğu üçün pensiyanızın hesablanmasında bu vəzifənin pul təminatı əsas götürülmüşdür.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli 109 nömrəli Qanununun 40-cı maddəsinə əsasən əməkdaşlara pensiyanın təminat xərcliyindən hesablandığı, bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım növləri və əlavələr daxil olmaqla), xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqavilində verilən pul kompensasiyasının nəzərə alındığı təsbit edilmişdir. Məlumat qaydasında bildirilir ki, DİN-in sabiq əməkdaşı İddiaçı sonuncu xidməti yeri Əzizbəyov (Xəzər) RPİ-nin 2 PB-nin növbətçi köməkçisi vəzifəsi olduğu üçün pensiya təminatında bu vəzifənin təminat xərcliyi əsas götürül müşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılmaqla iddiaçının Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə post patrul xidməti vəzifəsi üzrə əmək pensiyasında dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanması ilə bağlı şəxsi (məlumat) vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri Əzizbəyov (hazırkı Xəzər) Rayon Polis İdarəsində polis nəfəri vəzifəsində çalış mış, 1986cı ilin dekabr ayından 1992-ci ilin may ayınadək həmin rayonun Post Patrul Xidmətində polis nəfəri kimi fəaliyyət göstərmiş, Əzizbəyov RPİ-nin Buzovna qəsəbəsində yerləşən Şöbəsində növbətçi köməkçisi vəzifəsində işləmiş və oradan təqaüdə çıxmışdır. Təqaüdə çıxan zaman onun sonuncu işlədiyi vəzifəsi nəzərə alınmış və pensiya məbləği həmin vəzifə üzrə hesablanmışdır. Sonradan ona məlum olmuşdur ki, mövcud qanunvericiliyə görə əvvəlki 6 ildən artıq müddətdə işlədiyi Post Patrul Xidmətində polis nəfəri vəzifəsi nəzərə alınmaqla pensiya təyinatı aparıldığı halda, pensiya məbləği daha çox ola bilərdi. Buna görə də iddiaçı 19 sentyabr 2022-ci il tarixli məktubla Daxili İşlər Nazirliyinin MaliyyəPlan İdarəsinə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq 5 oktyabr 2022-ci il tarixli 027-38998- 5222 saylı cavab məktubunda tövsiyə edilmişdir ki, o, həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 saylı Fərmanına əsasən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməlidir. Həmin Filialda aparılmış araşdırma nəticəsində isə, ona əmək pensiyasının düzgün hesablanmaması müəyyən olunmuşdur. Bir vəzifədə 5 il işlədiyini və həmin vəzifədən əmək pensiyasına çıxmaqda seçim hüququnun olmasını nəzərə alaraq, Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və pensiyanın həmin vəzifədən hesablanmasını xahiş etdikdə, qeyd olunan Filialdan bildirilmişdir ki, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 4-cü bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da Fonda göndərilməlidir. Buna görə də inzibati orqana müraciət edərək Əzizbəyov (Xəzər) RPİ-də işlədiyi 6 ildən çox müddətdə PPX vəzifəsi üzrə təqaüddə dəyişiklik edilməsi və aldığı əmək pensiyasının post patrul xidməti üzrə polis nəfəri vəzifəsi üzrə yenidən hesablanması üçün xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumatı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən isə 5 noyabr 2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq imtina etmişdir. Halbuki qüvvədə olan pensiya qanunvericiliyinə əsasən şəxs bir vəzifədə işlədiyi müddətin ardıcıl gələn 5 ilini seçə bilər və pensiya həmin şəxsin seçdiyi illərin gəlirindən hesablanmalıdır”

6. Cavabdeh iddiaya dair yazılı etirazda bildirmişdir ki, tələbin yönəldiyi cavabdeh dəqiqləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının 5.1-ci bəndində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri qeyd edilmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hü quqi şəxslər cavabdeh hesab olunurlar. Hazırki iş üzrə cavabdeh Daxili İşlər Nazirliyi Aparatının strukturuna aid olan Maliyyə Plan İdarəsi deyil, Daxili İşlər Nazirliyi olmalıdır. İddia mahiyyəti üzrə də əsassızdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 40-cı maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı İddiaçı sonuncu xidmət yeri Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Pol is Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, pensiya təminatında bu vəzifənin təminat xərcliyi əsas götürülür.

7. Birinci instansiya məhkəməsinin 2-1(112)-4645/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 24 noyabr 2023-cü il tarixli, 21(112)-4645/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Əzizbəyov (Xəzər) RPİ-nin 2ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi bar ədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən və sonuncu vəzifədə bir ildən artıq müddət işlədiyindən, bundan əvvəlki vəzifəsi kimi Xəzər Rayon Post Patrul Xidmətində polis nəfəri vəzifəsinə uyğun (1986 – 1992-ci illərdə) təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin verilməsindən imtina olunması qanuna zidd qiymətləndirilə bilməz. Odur ki, İddiaçı iddiası əsassızdır.

10. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakim lər: (C.A.Yusifov (sədrlik edən və məruzəçi), A.P.Oruczadə və G.M.Abbasova) 23 may 2024-cü il tarixli, 21(103)-1913/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4645/2023 saylı xx.xx.2023-cü qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(103)1913/2024 nömrəli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya əsaslandırılmışdır. şikayəti iddia əriz əsinə və apellyasiya şikayətinə uyğun b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci bəndində göstərilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar d a nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

17. İddiaçıya pensiya təyin olunarkən qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunu. - 2-ci maddəsinin 1-ci hissəsi görə, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Pensiya təminatı hüqu qu olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. - Həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə (öz arzusu ilə) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiyalar təyin edilə bilər. Həm də pensiya hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır 18. 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü g ünə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 1.0.5. Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkən ar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 20.18. Səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyənədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normal arının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmətdən buraxılmazdan əvvəl 2005-ci ildə tutmuş olduğu son vəzifə, yəni Əzizbəyov RPİ 2-ci Polis Bölməsində “növbətçi köməkçisi” vəzifəsinin təminat xərcliyindən hesablanmışdır. Hazırda isə o, bundan əvvəl 6 il işlədiyi Post-Patrul Xidmətində polis nəfəri vəzifəsi üzrə təminat xərcliyi nəzərə alınmaqla, məlumat vərəqi tərtib olunub DSMF-yə göndərilməsini cavabdehdən tələb edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanması üçün hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə, başqa sözlə ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artımlar da nəzərə alınmaqla) hesablamanı müəyyən etmişdir.

28. Bundan başqa, səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır ki, qeyd edilən keçirilməyədək hərbi qulluqçu yaşa görə əmək pensiyası almaq hüququna malik olsun.

29. Hazırkı iş üzrə isə İddiaçı daxili işlər orqanlarında xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsi Əzizbəyov (Xəzər) RPİ-nin 2-ci Polis Bölməsinin növbətçi köməkçisi vəzifəsi olmuş, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmri mübahisələndirilməmiş, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilməmişdir.

30. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində yeni məlumat vərəqisinin göndərilməsindən imtina olunması iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz.

31. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldi yi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli, 21(103)-1913/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar