Məhkəmə qərarları › İş №2-1(102)-1585/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1585/2025

03.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1585/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusu kimi pensiya təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiya təyin olunması və 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)473/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Əmək kitabçasının surətinə görə, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işləmişdir.

2. İddiaçı “dövlət qulluqçusu kimi pensiya təyin olunması və 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi barədə cavabdeh ə müraciət etmişdir.

3. Cavabdeh tərəfindən həmin müraciətə xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir”. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”. "Əmək pensiyaları haqqında" Qanu nun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsd iq olunmuş “Əmək pensiyaları haqqında" Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçının dövlət qulluğu stajı olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı ca vabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19771982-ci il illərdəki əmək fəaliyyəti dövlət qulluğu vəzifəsində qulluq stajı kimi nəzərə alınmaqla 3 təqvim ili üzrə ödənilməyən əmək pensiyasının birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçının 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov Vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddətinin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanması, İddiaçı 2020-ci ildən hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqinin hesablanmaqla birdəfəlik qaydada İddiaçıy a ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əlilliyə görə 2000-ci ildən pensiya verilməyə başlanılmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 27 may 2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrindəki iş müddəti Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. İdd iaçı hesab edir ki, İddiaçı əlilliyə görə təqaüd təyin edildiyi vaxt qeyd edilənlər nəzərə alınmalı olduğu halda, nəzərə alınmadığından, hazırda isə iddiaçının haqlı tələbinə cavabdeh tərəfindən imtina edildiyindən, iddiaçının pozulmuş hüquqları məhkəmə tərəfindən təmin edilməli, onun 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasibmüfəttiş vəzifələrindəki iş müddədi dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona təqaüd (pensiya) hesablanmalı, İddiaçı pensiya təyin edildiyi vaxtdan son 3 il müddət də hesablanmaqla dövlət qulluqçusu iş stajına görə ödənilməli olan, lakin ödənilməyən təqaüd fərqi hesablanmaqla birdəfəlik qaydada İddiaçıya ödənilməlidir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8097/20 24 nömrəli, 13 avqust 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 19771982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmış dır.

8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurum Azərbaycan Respublikası X1 məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə “İddiaçı keçmiş SSRİ-nin Saratov vilayətinin 1977-1982-ci illərdə tutduğu mühasib vəzifəsinin (sosial təminat idarəsi) dövlət qulluğu vəzifəsi hesab edilib-edilməməsi barədə” sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə təqdim edilən cavab məktubundan bildirilmişdir ki, iddiaçının 1977-1982-ci illərdə tutduğu mühasib vəzifəsi Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005- ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrə uyğundur. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə (5 il 5 ay) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddət dövlət qulluğu stajı kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmişdir ki, pensiyanın ödənilməsi qaydası qanunvericiliklə müəyyənləşdirildiyindən iddiaçının tələb etdiyi birdəfəlik ödəmənin həyata keçirilməsi qanunamüvafiq deyildir. “Əmək pensiyaları haqqında" Qanundan: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün he sablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(103)-473/2025 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, C.Məmmədov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğun laşdırılması Siyahısı”nda iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.

18. Buna baxmayaraq nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən əsasa qiymət verilməmiş, yalnız təqdim edilmiş arayışa istinad edilərək, iddiaçının işlədiyi vəzifənin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğun olması qənaətinə gələrək əsassız olaraq iddia tələbi təmin edilmişdir.

19. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbinin təmin edilməməsi bar ədə yeni qərar qəbul edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş A zərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (xx.xx.2017-ci ilədək olan redaksiyası). 21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.3. dövlət qulluqçusu - yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 1.1.4. dövlət orqanı - Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyə n edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qəra rını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfə rov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. İş üzrə mövcud sübutlar əsasında məhkəmə kollegiyası bildirir ki, İddiaçı hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən 2-ci dərəcə əlilliyə görə 363,86 manat əmək pensiya sı alır. Hazırda iddiaçı 1977-1982-ci illərdə (ümumi 5 il 5 ay staj) Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi müddətin dövlət qulluğu iş stajı kimi nəzərə alınmaqla ona pensiya təyin olunmasını və müvafiq pensiyanın 2020-ci ildən hesablanmaqla ödənilməyən pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsini tələb edir. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi olan dövrlərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində işlədiyi əmək kitabçasındakı qeydlərə əsasən öz təsdiqini tapmışdır.

29. Cavabdeh tərəfin kassasiya şikayətində qeyd edilən əsas arqumenti ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezident inin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.

30. Məhkəmə kollegiyası bu arqumenti əsassız hesab edir. Belə ki, aşağı instansiya məhkəmələri tərəfindən toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, Dövlət qulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurum Azərbaycan Respu blikası Dövlət İmtahan Mərkəzinə sorğu ünvanlanmış və bu qurum tərəfindən verilmiş rəsmi cavabda, 1977-1982-ci illərdə Saratov vilayət İcraiyyə Komitəsinin Sosial təminat şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələri Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş yuxarıda qeyd edilən Siyahıda Azərbaycan SSR-in və Azərbaycan Respublikasının, eləcə də Naxçıvan MSSR-in və Naxçıvan Muxtar Respublikasının dövlət, sovet, partiya orqanlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, bununla belə qeyd edilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X2 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzi bati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır.

31. Nəticə olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1977-ci ildən xx.xx.1982-ci ilədək Saratov vilayət İcraiyyə Komitəsinin Sosial Təminat Şöbəsində mühasib-müfəttiş və böyük mühasib-müfəttiş vəzifələrində fəaliyyəti dövlət qulluğu stajı kimi tanınmalıdır. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuna və iş üzrə mövcud sübutlara uyğun hesab edilir və kassasiya şikayətində irəli sürülən dəlillər həmin qərarın dəyişdirilməsi və ya ləğvi üçün hüquqi əsas vermir.

32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntus una əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 21(103)-473/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar