Məhkəmə qərarları › İş №2-1(102)-1588/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1588/2025

02.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1588/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: (əmək kitabçasındakı məlumatların mötəbərliyi, şahid ifadələri) 1 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qar şı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-70/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı məxsus əmək kitabçası ilə müəyyən edilir ki, o, xx.xx.1978-xx.xx.1993-cü illərdə Cəbrayıl rayon Şəybəy kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləmişdir (işə qəbul və işdən azad edilmə barədə əmrlərin nömrəsi və tarixi qeyd edilməmişdir), 01,09.1993cü il tarixdən rayonun işğalı ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli 181 nömrəli qərarına əsasən işləməyən işçi kimi orta aylıq əmək haqqı almışdır. xx.xx.1994-cü il t arixdə arxiv materiallarına əsasən Respublika atçılıq idman məktəbin baş instruktor metodist vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1994cü il tarixdə 102 nömrəli tam orta məktəbə fiziki tərbiyə müəllimi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 21.01,2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarına əsasən orta aylıq əmək haqqı alan, 01 yanvar 2017-ci il tarixdən əmək haqqının ödənilməsi dayandırılaraq ehtiyat pedaqoji kadr siyahısına daxil edilmiş Şəybəy kənd əsas məktəbinin müəllimi 21 yanvar 2019-cu il tarixindən ərizəsi nəzərə alınaraq Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. 24.01,2019-cu ildə "xxxx" ASC-yə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2021 -ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 01,04.2021-ci il tarixdə "xxxx" ASCyə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun faktiki sosial sığorta stajına əsasən yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün deyildir. Çünki iddiaçının 01.01,2006-cı il tarixədək olan faktiki sosial sığorta stajı 25 ildən az, həmin tarixdən sonra yığılan pensiya kapitalı (14202,05 manat) qanunvericilikdə tələb olunan minimum pensiya kapitalından azdır. Bu səbəbdəndir ki, cavabdeh orqan iddiaçının yaşa görə əmək pensiyasını yenidən hesablamaqdan imtina etmiş və avtomatlaşdırılmış qaydada iddiaçıya təyin edilmiş pensiya məbləğini dəyişdirmədən saxlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. 2

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 1974- cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuş və 1978-ci ildə “bədən tərbiyəsi” ixtisası üzrə tam kursu bitirmişdir. 1978-ci ildən Cəbrayıl rayon Şəybəy kənd natamam orta məktəbində müəllim, 1982ci ildən həm də Dərs hissə müdiri vəzifəsində 1994-cü ilə kimi, yəni məcburi köçkün düşənə kimi fəaliyyət göstərmişdir. İnstitutda oxuduğu vaxtlarda nə qədər çalışsa da, soyadını, atasının adını özünə qaytara bilməmişdir. 1988-ci ildə soyadını, atasının adını özünə qaytarmaq üçün dəyişdirmişdir. Onun bir qardaşı X4 şəhid olmuşdur. Müharibə veteranıdır. Məcburi köçkün düşmüş, 1994-cü il oktyabr ayından atçılıq məktəbində baş təlimatçı kimi işlə təmin edilmişdir. 2000-ci il fevral ayında işdən azad olunmuşdur. 2000-2001-ci ildə 1 nömrəli Tibbi Texnikomunda bədən tərbiyəsi müəllim kimi işləmişdir. O, 48 il müddətində vətəninə bir vətəndaş kimi xidmət etmişdir. 2019-cu ildə "xxxx" ASC-də iş ustası kimi işə düzəlmiş, 2022-ci ildə işdən azad olmuşdur. 2022-ci il m ay ayının 3-də telefonuna mesaj gəlmişdir ki, ona 240 manat pensiya təyin edilmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmişdir ki, etirazın əsası imtina məktubu ilə eyniyyət təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1 (118)-789/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1978-1993-cü illərdə işlədiyi dövrlərlə bağlı əmək kitabçasındakı qeydlər qanunvericiliyə uyğun aparılmadığından iddia tələbi əsaslı hesab edilə və 1978-1993-cü illər iddiaçının sığorta stajına daxil edilə bilməz.

9. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəmə sində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-70/2025 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X5 və X7) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

13. Şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən iddiaçının pensiya hüququnu pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq 15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabineti nin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi 3 qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 10 may 1994-cü il tarixli, 181 N-li qərarı Respublikaya edilmiş hərbi təcavüz nəticəsində 1000-ə yaxın təhsil və 700-dən çox səhiyyə müəssisəsi, 2000-dən artıq mədəniyyət ocağı və digər humanitar istiqamətli sosial obyektlər işğal altında qalmış, burada işləyən on minlərlə qulluqçu və fəhlələr iş yerlərindən məhrum olar aq acınacaqlı vəziyyətə düşmüşlər. Bu qəbildən olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaq, işlə təmin etmək və onlara mütəmadi olaraq əmək haqqı verilməsi məqsədilə Nazirlər Kabineti qərara alır:

1. Respublikanın əlaqədar nazirlik, dövlət komitələri, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanları əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qəti tədbirlər görsünlər. Məcburi köçkünlərin müvəqqəti məskunlaşmış olduqları şəhər və rayon icra hakimiyyətləri işlə təmin edilmiş köçkünlərə əmək haqlarının verilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına lazımi köməklik göstərsinlər.

2. Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dəkorta əmək haqlarının verilməsini təmin etsinlər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasıya şikayətinin verilməsinə dair tələblər 94.1.Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlüklə mübahisələndirildiyi üçün hazırkı icraat 4 çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. İş materiallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin 1978-1993-cü illərdəki əmək fəaliyyəti nəzərə alınmamışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 1978-1993- cü illərdə işlədiyi dövrlərin sosial sığorta stajın a daxil edilməklə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

22. Həm birinci, həm apellyasiya instansiya məhkəməsi iddiaçının hüquqi mövqeyini qanunvericiliyə ziddi hesab edərək bildirmişlər ki, iddiaçının əmək kitabçasında 01,09.1978-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Şəybər kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işlədiyi dövrlərlə bağlı qeydlərdə əmrlər və tarixlər olmadığından həmin müddət staja daxil edilə bilməz.

23. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hüquqi yanaşmasını qanunvericiliyin müddəalarına zidd hesab edərək gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır.

24. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il" 12 ” may tarixli 156 nömrəli Qərarı ilə təs diq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun doldurulması Qaydaları”na əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əmək kitabçasının doldurulması və orada qeydlərin aparılması işçisinin məsuliyyət sferasına daxil edilən hal deyildir.

25. Odur ki, iddiaçının işlədiyi dövrlərlə bağlı qeydlərin natamamlığı iddiaçının əleyhinə şərh edilə bilməz.

26. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 10 may 1994-cü il tarixli, 181 N-li qərarına əsasən büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin ö zlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsi müəyyən edilmişdir.

27. Bu qərarın qəbul edilməsində məqsəd hərbi təcavüz nəticəsində işğal altında qalmış torpaqlarda işləyən və iş yerlərindən məhrum olan məcburi köçkünlərin ağır həyat şəraitini yaxşılaşdırmaqdan ibarət olmuşdur.

28. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, yuxarıda qeyd edilən şəxslərin kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 10 may 1994-cü il tarixli, 181 N-li qərarının təsir dairəsinə düşmüş və x x.xx.1993-cü ildən xx.xx.2019-cu il tarixədək əmək haqqı almışdır. Əmək kitabçasındakı bu qeydin mötəbərliyi nə cavabdeh, nə də məhkəmələr tərəfindən mübahisə predmeti olmamışdır.

29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin qərarının adından da görünür ki, bu qərar büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərə tətbiq edilir. Başqa sözlə, qərar o şəxslərə şamil edilir ki, onlar işğal dövründə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış olsunlar.

30. Qeyd edilən qərarın iddiaçıya şamil edilməsi onun işğala qədər büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışdığı faktını təsdiq edir.

31. İddiaçının məhz xx.xx.1978-ci ildən 01,09.1993-cü il ta rixədək Cəbrayıl rayon Şəybər kənd natamam orta məktəbində işləməsi faktına gəlincə məhkəmə kollegiyası bildirir ki, bu məsələyə Cəbrayıl rayon Təhsil Şöbəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubunda aydınlıq gətirilmişdir. Təhsil şöbəsi bildirmişdir ki, iddiaçının 5 xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon Şəybər kənd natamam orta məktəbində işləməsi şahid ifadələri əsasında yazılmışdır (cild 1, iş 130). Belə olan halda iddiaçının əmək kitabçasında xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək Cəbrayıl rayon Şəybər kənd natamam orta məktəbində bədən tərbiyəsi müəllimi işlədiyi dövrlərlə bağlı qeydlərdə əmrlər və tarixlərin olmaması həmin qeydlərin mötəbərliliyi ilə bağlı sual yaratmamalıdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1993-cü il tarixədək işləməsi öz təsdiqini tapdığından həmin dövr onun ümumi sığorta stajına daxil edilməklə iddiaçının pensiyanın yenidən hesablanması barədə tələbi əsaslı olmuşdur.

33. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

34. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-70/2025 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı 1978-1993-cü illərdə işlədiyi dövrlərin onun sığrota stajına daxil edilərək ə mək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar qətidir. 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar