Məhkəmə qərarları › İş №2-1(102)-1593/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1593/2025

11.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1593/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, hüquqi müdafiə marağının olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolun icra edilməsi, onun Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan “mühafizə yege ri” vəzifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin Şirvan Milli Parkına göndərilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(106)-106/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətində müvafiq komissiyanın xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokol qərarı ilə Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan “mühafizə yegeri” vəzifəsinə uyğun hesab edilmiş, lakin həmin sənəd aidiyyəti üzrə göndərilmədiyindən onunla əmək müqavilə sinin bağlanmasına şərait yaradılmamışdır.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə uyğun hesab edilsə də, Nazirlikdə aparılmış strukturun təkmilləşdirilməsi və ştatların optimallaşdırılması tədbirləri nəticəsində sözügedən vakant ştat ləğv edilmişdir. Nazirlik tərəfindən təsdiq edilmiş Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında xx.xx.2023-cü il tarixli ştat cədvəlindən də görünür ki, həmin qurumda cəmi 1 ştat vahidi (sahə müfəttişi) mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolun icra edilməsi, iddiaçının Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan mühafizə yegeri vəz ifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin Şirvan Milli Parkına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) 03 oktyabr 2024-cü il tarixli, 2-1(120)-826/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi deyil, əmək müqaviləsi əsasında işləmiş işçi olmuşdur. Onun işləmək istədiyi Şirvan Milli Parkında Mahmudçala ovçuluq təsərrüfatında “mühafizə yegeri” vəzifəsi dövlət qulluğu vəzifəsi hesab olunmur. Yəni hazırkı mübahisə xüsusi hüquqdan – əmək hüquq münasibətlərindən yaranmışdır və hazırkı mübahisənin həlli üçün tətbiq edilməli norma əmək qanunvericiliyidir. Belə olduğu halda, iddiaçı (işçi) ilə cavabdeh (işəgötürən) arasında yaranan mübahisə (fikir ayrılığı) inzibati icraat qaydasında deyil, fərdi əmək mübahisələrinin həlli qaydasında aidiyyəti üzrə ümumi məhkəmələrdə (rayon və şəhər məhkəmələrində) həll edilməlidir. xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokol hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Həmçinin iddia tələbinin “Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan “mühafizə yegeri” vəzifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin Şirvan Milli Parkına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi üzrə məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfat ında vakant olan “mühafizə yegeri” vəzifəsinə təyin olunması barədə müvafiq əmrin verilməsi və iddiaçı ilə əmək müqaviləsinin bağlanması və s. sənədləşmələr üzrə səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətidir.

6. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

7. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Cahid İmanov) 12 fevral 2025-ci il tarixli, 2-1(106)-106/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qər ardadı dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə həmin vəzifəyə uyğun hesab edilsə də, xx.xx.2023-cü il tarixdə, yəni təqribən 3 aydan sonra həmin ştat ləğv edilmişdir. Başqa sözlə, iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etdiyi zaman həmin ştat artıq mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolu Şirvan Milli Parkına göndərmək cavabdeh orqanın vəzifələrindən irəli gəlir. Həmin sənədin göndərilməməsi iddiaçının müvafiq zaman kəsiyində işsiz qalması və əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla yanaşı qeyd olunur ki, hazırda sözügedən vakant vəzifə mövcud olmadığından həmin sənədin aidiyyəti üzrə göndərilməsi iddiaçın ın hüquqi marağına xidmət etməyəcək və iddiaçının hüquqlarının bərpası istiqamətində səmərə verməyəcək. Qeyd olunanlara rəğmən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlük şərtlərinə tələbin inzibati məhkəmə icraatının predmeti olmaması baxımından qiymət verməkdə haqlı olmamışdır.

9. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

10. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlillər i

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. M addə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) y eni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə ria yət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərar ı).

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

19. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğ unun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

20. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

21. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən ümumi hüquqi müdafiə marağı ilə bağlı şərt, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin müvafiq komissiyası tərəfindən Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan “mühafizə yegeri” vəzifəsinə uyğun hesab edilmişdir. Nəzərə almaq lazımdır ki, uyğunluq barədə həmin komissiyanın rəyi “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə tutulmuş anlayış baxı mından inzibati akt sayıla bilməz. Belə ki, həmin norma anlamında inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd olunan komissiya hakimiyyət tədbiri olan qərar qəbul etmək, hazırkı halda işə götürmək, vəzifəyə təyin etmək səlahiyyətinə malik deyil və onun səlahiyyəti yalnız rəyin verilməsi ilə məhdudlaşır. Bu mənada şəxsin vəzifəyə təyin olunması məsələsi həmin rəy vasitəsi ilə deyil, şəxsi işə götürmək səlahiyyətinə malik Xidmətin qərarı vasitəsi ilə həll olunur.

23. Digər tərəfdən, müvafiq komissiyanın şəxsin vakant vəzifəyə uy ğun olması barədə rəyi həmin komissiyanı yaradan qurum üçün mütləq deyil, fikir bildirmə, mülahizə və tövsiyə xarakteri daşıyır. Şəxsin vəzifəyə təyin olunması ilə bağlı məsələni həll edərkən, həmin rəyin nəzərə alınıb-alınmaması səlahiyyətli qurumun diskresion səlahiyyətinə və məsuliyyət sferasına aiddir. Belə yanaşma səlahiyyətlərin bölgüsü prinsipindən irəli gəlir. Hazırkı işdə Xidmətin müvafiq komissiyasının suveren hakimiyyət daşıyıcısı olmadığı da nəzərə alınmalıdır.

24. Bu baxımdan iddiaçının xx.xx.2022-ci il tarixli, 37 nömrəli protokolun icra edilməsi, iddiaçının Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında vakant olan “mühafizə yegeri” vəzifəsinə təyin olunması barədə əmrin və əmək müqaviləsinin bağlanması üçün müvafiq sənədlərin göndərilməsi barədə hazırkı məzmunda tə ləbi onu güddüyü məqsədə çatdırmaq imkanında deyil. Başqa sözlə, müvafiq sənədlərin göndərilməsi onun “mühafizə yegeri” vəzifəsinə təyin olunması barədə əmrin qəbul edilməsini və əmək müqaviləsinin bağlanmasını zəruri edən mütləq şərt kimi qiymətləndirilə bilməz.

25. Tələbin məzmunundan da göründüyü kimi, iddiaçı vəzifəyə təyin olunması barədə əmrin verilməsi və əmək müqaviləsinin bağlanması üçün komissiyanın müvafiq sənədlərinin cavabdehə göndərilməsini xahiş edir. Bununla iddiaçı özü də vəzifəyə təyin olunması üçün cavabdeh tərəfindən müvafiq qərarın – əmrin qəbul edilməli olduğunu və bunun cavabdehin səlahiyyətinə aid olduğunu təsdiq edir.

26. Digər tərəfdən, sözügedən vakant vəzifənin, sonradan qurumun strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması tədbirləri nəticəsində ləğv e dildiyi və bunun həmin qurumun səlahiyyətləri çərçivəsində həyata keçirildiyi də nəzərə alınmalıdır. Nazirlik tərəfindən təsdiq edilmiş Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında xx.xx.2023-cü il tarixli ştat cədvəlindən də görünür ki, həmin qurumda cəmi 1 ştat vahidi (sahə müfəttişi) mövcuddur.

27. Qeyd olunan səbəblərdən iddiaçının hazırkı məzmunda iddia tələbi, ümumi xarakterli müdafiə marağı mövcud olmadığından mümkün sayılmamalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlə rini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 fevral 2025-ci il tarixli, 2-1(106)-106/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar