Məhkəmə qərarları › İş №2-1(102)-1598/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1598/2025

29.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1598/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin dərəcəsinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzr ə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-34/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının diaqnozunun səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur.

2. Tibbi-Sosial Ekspert Komissiyasının 990818 nömrəli arayışından görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixli, 1660 nömrəli müayinə aktına əsasən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

4. Ca vabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, İddiaçı (iddiaçıya) xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul olunmuşdur. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlill iyin müəyyən olunması meyarları”na dair Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Gələcəkdə səhhətinizdə ağırlaşma əmələ gəlsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinizi tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətiniz qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlillik dərəcəsinin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuşdur. Füzuli rayonu ərazisində gedən döyüş və hərbi əməliyyatlarda digər növ odlu silahdan atəşlər və qəlpə yaraları nəticəsində yaralanmışdır. Odlu silahdan açılan dəlib keçən qəlpə yaralanması nəticəsində “sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları, sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autodermoplastikadan sonrakı vəziyyət, oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankiloz u. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası, sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması, əlin tutma funksiyasının pozulması xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən, 1994-cü ildən 2005-ci ilə qədər əmək qabiliyyətsiz olmuş, həmin ildən ona müddətsiz olaraq ömürlük İİ dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddətsiz olmasına baxmayaraq, 2023-cü ilin aprel ayından başlayaraq cavabdeh idarə əsassız və qanunvericiliyə zidd olaraq ona İİİ dərəcə əlillik təyin etmişdir. Nəticədə İİ qrup əlilliyi ləğv edilmiş, pensiyasının məbləği azaldılmaqla ona qarşı haqsızlıq edilmişdir. Hətta qeyd edilmişdir ki, guya, o, yüngül işdə işləyə bilər. Halbuki, onun diaqnozu olduqca ağırdır. Əmək qabiliyyətinin bərpa olunması barədə qeyd əssasız və qanunaziddir.

7. C avabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XİX Sinif * Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S51 - Saidin açıq yarası => S51.8 - Saidin digər hissələrinin aç..,; Diaqnozun mətni: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.; Meyar: 2

2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktı, sağ orta beyin arteriyası hövzəsində işemik insult, sol tərəfli hemiplegiya, Spastik paraplegiya, Hər iki yuxarı ətrafın və sol aşağı ətrafın triplegiyası, Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin ifadə olunan astenonevrotik sindrom, Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və yə piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçar pan veg... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, diaqnozun mətni. H01 əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silah dəlib keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri. Autodermoplastikadən sonrakı vəziyyət, oynağın ankilozu, Sağ mil-bilək oynağının və l-V bar maqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların uçma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması.: Meyar; 13.4.10, M21.9 - Ağırlaşma Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> Ətrafların digər qazanılma deformasiyaları => Ətrafların digər qazanılma deformasiyaları => Güdülün və oynaqların yararlı vəziyyəti ilə ətrafın baldır səviyyəsində amputasiyası, OFP faizi — yekun — 50% səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 13 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2232/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli, 8916 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu-silah dəlib-keçən qəlpə yaralanması (xx.xx.1994) nəticəsində said və İİ əl sol sümüyünün bitişməmiş sınığı 5 sm sümük toxumanın defekti ilə, sağ mil bilək oynağın ankilozu, əməliyyatlar-sağ said arteriyanın autodermoplastikası (xx.xx.1994). metalloosteosintez (aprel 199411 diaqnozlu travmanın səbə b əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əl barmaqlarının hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sol baldırın orta 1/3-də çapıq toxumalar, sağ qəlcadan sümük götürülməsindən və qarında köndələn istiqamətdə yumşaq toxuma götürülməsindən sonrakı əməliyyat çapıqları izlənilmiş, sağ saidin aşağı 1/3-də və biləkdə geniş toxuma deffekti ilə, sümük, yumşaq toxuma və dəri köçürülməsindən sonrakı çapıq toxumalar qeydə alınmış, sağ biləkdə ankiloz əlamətləri və tam hərəkət məhdudluğu, biləyin məcburi vəziyyəti izlənilmiş, sağ əl barmaqlarının nisbi hərəkəti saxlanılmışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 3 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2-1(118)-3328/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T09/2024 nömrəli ekspert rəyində qeyd olunumuşdur ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, son qiymətləndirmənin nəticələrində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla dəlib keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpə sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri autodermo-plastikadan sonrakı vəziyyət. Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 05 aprel 2024-cü il tarixli, 21(118)-641/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 2005-ci ildən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ilin aprel ayında əlillik dərəcəsi dəyişdirilərək İİİ qrup əlillik təyin edilmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, ona xx.xx.2023-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul olunmuşdur. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Yuxarıda göstərilən Meyarların tələblərindən göründüyü kimi, şəxsə ll dərəcəli əlilliyin təyin olunması üçün onun orqanizm in funksiyalarının 61-80-dək pozulması tələb olunur. “Əlilliyin müəyyən edilməsi Meyarları”na Əlavə edilmiş “İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli”ndən görünür ki, “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nə aid olan (13) Said səviyyəsində qısa güdüllü (2 sm-ə qədər) amputasiya (13.3.6) halında orqanizm funksiyalarının 60% pozulması kimi qiymətləndirilir. İddiaçıya təyin edilmiş digər diaqnozlar da müvafiq olaraq iddiaçıya 2-ci dərəcəli (61-80%) əlilliyin təyin edilməsi üçün əsas vermir. İş üzrə təqdim edilmiş sənədlərdən və təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 50-dən yuxarı deyildir ki, belə olan halda ona tələb etdiyi kimi ll dərəcəli əlilliyin təyin olunmas ı əsassızdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(105)-683/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X3Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T463/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” PHŞ müalicə müəssisəsi olmadığından iddiaçının hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin tibbi sə nədlərinin təhlilinə əsasən o, son qiymətləndirmənin nəticələrində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla dəlib-keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1\3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpə sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autodermoplastikadan sonrakı vəziyyət. Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması” diaqnozun da olan xəstəliklərdən əziyyət çəksə də, qərardadda sualda göstərilən xəstəliyin qiymətləndirmə hallarından hər hansı birinə rast gəlinmədi.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2-1(105)-683/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X3Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T720/2024 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı “ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən ona “Odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ saidin, əlin falanqalarının qazanılmış ağır formalı qüsurlu və ziyyəti, aparılmış cərrahi əməliyyatlardan sonrakı qüsurlu vəziyyət, daraq-arxası sümüklərin ekzartikulyasiyası, hər iki said sümüklərinin aşağı üçdə birinin oynaqdaxili posttravmatik qüsurlu vəziyyət, mil-bilək oynağının ankilozu, sağ əlin daraq-falanqa oynaqlarının artrozu, qüsurlu vəziyyəti, bükmə kontrakturası, saidin, əlin ön arxa səthlərinin kobud dartıcı əzələ və toxuma defekti ilə ağrılı çapıq toxumaları, sağ budun yuxarı üçdə birinin qəlpə yarasından sonrakı çapıq toxuması, qarının ön səthinin çapıq toxuması, sağ qalça qanadının postoperativ sümük defekti, sağ əlin tutma funksiyasının pozulması, mil-dirsək orta sinirin posttravmatik neyropatiyası, sağ saidin, əlin hissiyyat pozğunluğu, sağ yuxarı ətrafın funksiya pozğunluğu-Y36.4, W32, M24.6, M24.5, L91, R52.0, M19, G54, M62.5, M8 5, M84.8, R26.0, R26.8, M21” diaqnozu təyin edilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.M.Hacıyev və İ.R.Quliyev) 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-34/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə XBT kodu Y36.2, M24.6, M21.9, S62 və L91 diaqnoz xəstəlikləri qeyd edilsə də, həmin xəstəliklərdən yalnız bir diaqnoz M24.6 müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edil miş “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyin edilməsi əsas olan xəstəlik kimi bir sıra əlamətləri qeyd edilmiş, habelə bir diaqnoz M21.9 qeyd edilməsə də, M21 diaqnoz xəstəliyinin bir sıra əlamətləri qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəylərinin məzmunundan görünür ki, iddiaçı qeyd edilən xəstliklrdən əziyyət çəksə də, müvafiq Qərarla təsdiq edilmiş ayrı-ayrı qiymətləndirmə üzrə əlamətləri aşkar edilməmişdir. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş M24.6 və M21 diaqnoz xəstəliyin, məhz orqanizmin funksiyasının 61-80 və daha çox faiz dərəcəsində pozulmasına əsas verən əlamətlərinin müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda kollegiya onu qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydaların 1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir; 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35 faizədək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır; 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal a yrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda əlillik müddətsiz müəyyən edilir. Kollegiya istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunan diaqnoz xəstəliklərdən yalnız bir diaqnoz xəstəlik aşkar edildiyindən və onun qiymətləndirmə üzrə əlamətləri müəyyən edilmədiyindən, habelə M21 diaqnoz xəstəliyinin qiymətləndirmə üzrə əlamətləri müəyyən edilmədiy indən, həmin normanın tələbinə əsasən orqanizmin funskiyasının faiz göstəricilərinin hesablanmaqla da, 61 faiz və daha çox dərəcədə orqanizmin funksiyasının pozulması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndəriş əsasında əlilliyin qiymətləndirilərək, ona orqanizmin funksiyasının 50 faiz dərəcədə pozulmasına uyğun olaraq əlillik təyinatı aparılması ilə bağlı hərəkətləri qanunauyğun olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir iddia tələbi irəli sürməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddian ın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. İddiaçı kassasiya şikayətində iddianın və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qa nunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublik asının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (q urum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini in zibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81100 faizədək qiymətləndi rilməklə əlillik müəyyən edilir.... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəri ş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirm ə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır....

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-c i maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırıla raq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlilli k müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması.... 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasın ın və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.... 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halın da – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

25. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şika yətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən i şə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

32. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əlilliyin dərəcəsinin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-34/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar