Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1599/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 09.01.2026 Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Quba rayon İcra Hakimiyyətinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh m əbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(105)-102/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Quba rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 31 iyul 1989-cu il tarixli, 168 saylı qərarı ilə Bakı-Quba magistral yolu üzərində avtomobillərin texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində, Bakı-Rostov magistral yolu üzərində yerləşən dövlət torpaq fondundan 1,5 hektar torpaq sahəsi ayrılmışdır. 2. 1 saylı Yerli İqtisad Məhkəməsinin 1282/5-270 saylı, 05 iyul 2007-ci il tarixli qətnaməsi ilə "xxxx" Kiçik Müəssisəsinin təsisçisi X5 tərəfindən Quba rayonunun ərazisində, Bakı-Rostov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı X4 üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin X4 onun əməli istifadəsinə qaytarılması qərara alınmışdır. 3. “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə Quba regional “Asan Xidmət” mərkəzi notariat ofisində Quba rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 31 iyul 1989-cu il tarixli və 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 1282/5-270 saylı qətnaməsi ilə mülkiyyət və sahibliyində olan yanacaqdoldurma məntəqəsinin və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilmə sinə etiraz etmədiyi və bununla əlaqədar gələcəkdə hər hansı tələb və şikayətinin olmayacağı ilə əlaqədar ərizə təqdim etmişdir.
4. Həmçinin iddiaçı Quba regional “Asan Xidmət” mərkəzi notariat ofisində 05 iyul 2007-ci il tarixli, 1282/5-270 saylı qətnamənin icrasından imtina etməsi və icra sənədi üzrə icraata xitam verilməsi məzmununda ərizə təqdim etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya xəbərdarlıq edilmədən və əvvəlcədən dəyəri ödənilmədən, onun mülkiyyətində olan Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsini və qanuni əsaslarla istifadəsi ndə olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsini, Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli (yəni xx.xx.2021-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizədən əvvəl) sərəncamı əsasında “X10” MMC-nin istifadəsinə verilməsi hərəkətinin qanunsuz hesab edilməsi, iddiaçının cavabdehə edilmiş iki müraciətinə cavab verməməklə, cavabdeh tərəfindən göstərilən hərəkətsizliyin qanunsuz hesab edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsi”ni məhkəmədən xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin fevral ayında Quba rayon İHnin müa vini Ruslan Şahbalayev iddiaçını icra hakimiyyətinə dəvət etmiş və ona məxsus Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı Yanacaq doldurma Məntəqəsini və torpaq sahəsini sərfəli qiymətə almaq istəyən iş adamlarının olduğunu bildirmişdir. Həmin şəxslərin, yəni obyekti alanların kimliyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Obyektin alqısatqısı ilə bağlı uzun sürən danışıqlardan sonra Ruslan Şahbalayev ilə ilkin razılaşma əldə olunmuş və müqavilə şərtləri aşağıdakı qaydada şərtləşdirilmişdir: “Quba rayon İHnin adından X6 iştirak edərək, İddiaçı beh olaraq 25 000 manat nağd pul verir və 5 ay ərzində obyekti almaq istəyən şəxslərin adına bütün sənədləşdirmə işləri aparıldıqdan sonra, obyektin razılaşdırılmış 350 000 manat bazar qiymətindən, ödənilmiş 25 000 manat beh məbləği çıxıldıqdan sonra, qalan 325 000 manat İddiaçı ödənilməlidir; İddiaçı beh olaraq 25 000 manat nağd pulu X3 qəbul edir və bunun əvəzində yuxarıda qeyd olunan obyektin alqı-satqısını həyata keçirmək üçün həmin obyektin digər şəxslərin adına keçirməsinə etiraz etmir və 5 ay ərzində qalan 325 000 manatı pulu qəbul edir.” İcra Hakimiyyətinin hüquqşünasları xx.xx.2021-ci il tarixdə, İddiaçı Quba Regional "Asan Xidmət" mərkəzində Notariat ofisinə dəvət etmiş və həmin hüquqşünaslar tərəfindən tərtib olunmuş aşağıdakı məzmunda ərizənin təsdiq olunmasını və bundan sonra 25 000 manat behin veriləcəyini bildirmişlər: “İddiaçı xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizəsində göstərilmişdir ki, "Quba rayonu Xalq Deputat ları İcraiyyə Komitəsinin 31,07.1989-cu il tarixli Qərarı və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə mülkiyyət və sahibliyində olan X4 və torpaq sahəsinin dövlətə geri qaytarılmasına və digər şəxslərin sahibliyinə verilməsinə etiraz etmir. Bununla əlaqədar gələcəkdə hər hansı bir tələb və şikayəti olmayacaq." Həmin ərizə notariat qaydada təsdiqləndiyi an, X2 Məsmə Nurulla qızının oğlu - Əsəd Əliyevə İcra hakimiyyətinin binasında 25 000 manat beh məbləğini ödəmişdir. Göstərilənlərlə əlaqədar Quba rayon İH-nə müraciət olunmuş və qalan 325 000 manatın 10 gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Eləcə də, Azərbaycan Respublikasının Prezidentinə müraciət edilmiş və Quba rayon İH tərəfindən qala n 325 000 manatın ödənilməsində köməklik göstərilməsi xahiş olunmuşdur.
7. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, Quba rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 31 iyul 1989-cu il tarixli, 168 saylı qərarı ilə Bakı-Quba magistral yolu üzərində avtomobillərin texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində, Bakı-Rostov (Bakı-Quba-Rusiya Federasiyası sərhəd keçid məntəqəsi arasındakı avtomobil yolunun 180-181-ci km-yi) magistral yolu üzərində yerləşən dövlət torpaq fondundan 1,5 hektar torpaq sahəsi ayrılmışdır. Məntəqə tikildikdən sonra o zamankı Dövlət Yanacaq Komitəsinin balansına verilmiş, daha sonra isə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin balansına keçmişdir. İddiaçı əri X5 vəfat etdiyi tarixədək (1994-cü il) həmin məntəqədə işləmişdir. Sonradan İddiaçı qeyd olunan 14 saylı Yanacaq doldurma məntəqəsi ilə əlaqədar 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət etmiş və məhkəmənin 05 iyul 2007-ci il tarixli qətnaməsi ilə həmin Yanacaq doldurma məntəqəsi üzərində onun istifadə hüquqlarının tanındığı bildirilmişdir. Buna əsas kimi göstərilmişdir ki, həmin məntəqəni mərhum Əliövsət Əliyev öz vəsaiti hesabına tikmiş, buna görə də vərəsəsinin oradan istifadə hüququ vardır. Hazırda həmin yerdə yanacaq doldurma məntəqəsindən heç bir əlamət qalmamış, sökülüb dağılmış, faktiki olaraq ora mövcud deyildir. Torpaq sahəsi ilə əlaqədar isə İddiaçı adına hər-hansı bir hüquqi sənəd müəyyən edilməmişdir. İddiaçı Rayon İcra Hakimiyyətinə şəxsən müraciət edərək bildirmişdir ki, X4 və torp aq sahəsinin dövlətə geri qaytarılmasını və digər şəxslərin sahibliyinə verilməsini xahiş edir. Bununla əlaqədar gələcəkdə hər-hansı tələb və şikayəti olmayacaq. Dedikləri ilə əlaqədar Quba regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 8l- 4635 nömrə ilə qeydə alınmış 07 may 2021-ci il tarixli ərizə mövcuddur. Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyil, məhkəmə qətnaməsi ilə yalnız 14 saylı Yanacaq doldurma məntəqəsinə istifadə hüquqları tanınmışdır. Dövlət mülkiyyətində olan torpaq sahələrinin satışı və xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulmamış, həmçinin ərizəçi ilə belə bir sövdələşmənin aparılmasına da zərurət olmamışdır. Hazırda mübahisələnd irilən torpaq sahəsinin bir hissəsi (həqiqi ölçüsü ilə əlaqədar sənəd mövcud deyildir) Quba RİHB-nin 48 saylı 20 aprel 2021-ci il tarixli Sərəncamına əsasən “X10” MMC-yə ayrılmış, rayonun Aşağı-Atuc kəndində yerləşən dövlət mülkiyyətinə aid 3,66 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Sərəncam verilərkən müvafiq orqanlardan razılıq alınmış, torpaq sahəsinin hər-hansı başqa şəxsin istifadəsində olmadığı, həmçinin üzərində tikili və obyektlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Quba RİHBnin əməkdaşı ilə İddiaçı arasında qeyd olunan mövzuda razılaşma olmamış, onunla beh müqaviləsi bağlanmamış və gələcəkdə hər-hansı bir məbləğin ödənilməsi ilə əlaqədar öhdəlik götürülməmişdir. Göstərilən torpaq sahəsinə subyektiv hüququ olmayan şəxslə belə bir razılaşmanın aparılması da mümkün hesa b edilmir və qeyd olunan müqavilə forması qanunla nəzərdə tutulmamışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-150/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün hesab edilməmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 18 avqust 2023-cü il tarixli, 2-1(105)-568/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2-1(118)-150/2023 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(118)- 1696/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə qeyd olunan torpaq sahəsi ilə bağlı cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt və ya cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə bağlı müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı həmin ərazidə - Quba rayonu ərazisində, Bakı-Rastov Magistral yolunun üzərində inşa olunmuş 14 saylı yanacaqdoldurma məntəqəsinin və qanuni əsaslarla istifadəsində olan YDM-nin yerləşdiyi 1.5 ha torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı, nə də məhkəmə icraatı zamanı hər hansı sübut (hüquqmüəyyənedici sənəd) təqdim etməmişdir. İddiaçıya ünvanlanmış sorğu əsasında, mübahisə predmeti olan - Quba rayonu, Bakı-Rastov Magistral yolunda yerləşən 1.5 ha torpaq sahəsinə dair iddiaçıya məxsus bütün sənədlərin məhkəməyə təqdim edilməsini tələb edilsə də, iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Quba rayon İcra Hakimiyyətinin 48 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı əsasında mübahisəli torpaq sahəsi və yanacaqdoldurma məntəqəsinin “X10” MMC-nin istifadəsinə verilməsinə dair hərəkətlərinin qanunsuz olması barədə heç bir sübut olmadığından, məhkəmə iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin də ödənilməsi üçün əsasların mövcud olmadığı qənaətinə gəlir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(105)-102/2025 nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, G.Cabbarova və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hüquqi əsaslandırması ilə razı olmasa da, gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etmişdir: – Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsində qeyd edilən 325000 manat məbləğində öhdəliyin götürülməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. – İddiaçı xx.xx.2021-ci il tarixli notarial ərizə ilə əmlakın dövlətə qaytarılmasına və üçüncü şəxslərə verilməsinə etiraz etmədiyini və gələcəkdə tələb irəli sürməyəcəyini bəyan edib. – 2007-ci il qətnaməsi YDM üzərində hüquqları tanıyır, torpaq sahəsi üzərində mülkiyyət hüququnu isə tanımır; torpağın konkret şəxsə ayrılması sübuta yetirilməyib. – C avabdeh inzibati orqan tərəfindən müvafiq öhdəliyin götürülməsi ilə bağlı sübutlar təqdim edildiyi halda ziyana görə kompensasiya tələbi yox, öhdəliyin icrası haqqında iddia qaldırılması daha məqsədəmüvafiq olardı. – Torpağın MMC-yə verilməsinin qanunsuzluğunu və bunun iddiaçıya maddi zərər vurduğunu göstərən dəlillər yoxdur. – Birinci instansiyanın bəzi sənədlərə istinad etməməsi ciddi pozuntu sayılsa da, yekun nəticənin əsaslılığına təsir etmədiyi üçün qərar ləğv edilməyib.
15. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: – Torpaq sahəsinin faktik i yerləşməsi və iddiaçının istifadəsində olan 1,5 ha ilə MMC-yə ayrılan 3,66 ha sahənin üst-üstə düşməsi barədə etirafedici dəlillər müqayisəli təhlil edilməmiş, tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin olunmamışdır. – Cavabdehin etirazında torpaq sahələrinin üst-üstə düşməsi faktı qəbul edildiyi halda, məhkəmə bu etirafı qərarın nəticə hissəsində hüquqi nəticəyə çevirməmiş, dəlilləri formal əsaslarla kənarda saxlamışdır. – 31.07.1989-cu il tarixli Qərar geri çağırılmadığı və ləğv edilmədiyi üçün hüquqi qüvvədədir. Bu qərar qüvvədə ola-ola xx.xx.2021-ci il tarixli sərəncamın verilməsi mübahisələndirilən hissədə etibarsızlıq yaradır, lakin məhkəmə bu nəticəni hüquqi qiymətləndirməmişdir. – Dövlət ehtiyacları üçün əmlakın özgəninkiləşdirilməsi yalnız qabaqcadan və ədalətli dəyə r ödənilməklə mümkündür. Apellyasiya məhkəməsi bu konstitusion tələbi və Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi normalarını tətbiq etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Mülki Məcəllə Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qə rarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. O na görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı iddiaçıya dəymiş 350.000 manat zərərin əvəzi olaraq, beh məbləği çıxılmaqla, 325.000 manat kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutulması və iddiaçıya ödənilməsinin təmin edilməsinə nail olmaqdan ibarətdir.
28. İddiaçının mövqeyinə görə cavabdeh tərə findən ona məxsus X4 və yerləşdiyi torpaq sahəsinə dair digər şəxsin adına sərəncam verilmiş və ona yalan vəd verilərək ona ödəniləcək kompensasiya ödənilməmişdir.
29. İddiaçı tələbinin əsası kimi Quba rayon Xalq Deputatları İcrayə Komitəsinin 31 iyul 1989-cu il tarixli, 168 nömrəli qərarına və 1 saylı Yerli İqtisad Məhkəməsinin 05 iyul 2007-ci il tarixli, 1282/5-270 saylı qətnaməsinə istinad edir.
30. Həmin qərardan görünür ki, avtomobillərə texniki xidmət postu və yanacaq doldurma stansiyası tikintisi üçün rayon ərazisində Qusar çayın yaxınlığında yerləşən dövlət torpaq fondundan 1,5 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Lakin həmin torpaq sahəsi konkret şəxsə ayrılmamışdır.
31. Bundan əlavə istinad olunan qətnamədən isə görünür ki,...Quba rayonunun ərazisində, Bakı-Rostov Ma gistral yolunun üzərində inşa olunmuş 1,5 ha torpaq sahəsində yerləşən 14 saylı X4 üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması və həmin X4 onun əməli istifadəsinə qaytarılması qət edilmişdir.
32. Həmin qətnamə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin qətnamə ilə iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmamışdır. İddiaçı məhkəmə qətnaməsi əsasında yanacaqdoldurma məntəqəsinə mülkiyyət sənədi ala və bunun əsasında da həmin yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsini müvafiq dövlət qurumundan satın ala bilərdi. Bu qeyd edilənlər məhkəmə qərarının qəbul edildiyi 2007-ci ildən etibarən iddiaçının gözlənilən hüququ olsa da, iddiaçının bununla bağlı hansı sa addımlar atması, əmlaka faktiki sahiblik etməsi müəyyən olunmur.
33. Hazırda isə iddiaç ı dövlət əmlakının özəlləşdirilməsi imkanlarından istifadə etmədən cavabdeh inzibati orqanın əməkdaşının şifahi sözünə/vədinə əsaslanaraq dövlət torpağının bazar qiymətinin məhkəmə tərəfindən müəyyən edilərək ona kompensasiyanın ödənilməsini tələb edir. Lakin cavabdeh inzibati orqan ilə iddiaçı arasında hər hansısa beh müqaviləsinin bağlanması və ya hər-hansı bir məbləğin ödənilməsi ilə əlaqədar öhdəliyin götürülməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir.
34. Bundan əlavə, iddiaçının özü tərəfindən notarial qaydada müvafiq hüquqdan imtina ərizələrini təqdim edir ki, bu da onun kompensasiya tələb edilməsində əsas təşkil edə bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyas iya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
36. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(105)-102/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.