Məhkəmə qərarları › İş №2-1(102)-1602/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1602/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1602/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğvi, güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotuna alınmanın bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamının ləğv edilməsi və onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması” tələbinə dair iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-193/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 24 yanvar 2024-cü il tarixli, 23 nömrəli sərəncamı ilə İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına hüquq yaradan əsaslar aradan qaldırıldığından, o, xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, da ha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamının ləğv edilməsi və onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, yataqxana 36, otaq 16-da 12 kv.m sahəsi olan çox kiçik bir otaqda 5 nəfər ailə üzvü ilə birgə yaşayır. 2021-ci il dekabrın 8-dək onlar bu evdə 6 nəfər ailə üzvü ilə birgə yaşayırdı, lakin onun həyat yoldaşı Məmmədova Gülayə 2021-ci il dekabrın 8-də xəstə likdən vəfat etmiş, 2018-ci il tarixli arayış da bunu tam olaraq sübut edir. İddiaçı xx.xx.1985-ci il tarixdən etibarən Sumqayıt Şəhər İcra hakimiyyəti nəzdində güzəştli siyahı üzrə mənzil növbəsinə qeydə alınmış, lakin hələ də mənzil növbəsindədir. Dəfələrlə bu məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və digər orqanlara müraciət etməyinə baxmayaraq bu problem öz həllini tapmamışdır. Heç mənzil şəraitinə belə baxış keçirilməyib. Onlar hal-hazırda çox pis bir vəziyyətdə yaşayır, otağa çarpayı qoymaq mümkün olmadığından onların hamısı döşəmədə yatmalı olur. Elə bu səbəbdən övladlarının üçü də vərəm xəstəliyinə düçar olmuşdur.Bunu 2007-ci il tarixli Sumqayıt Şəhər Səhiyyə şöbəsinin arayışları tam təsdiq edir. Bu arayışlardan da görünür ki, övladları müalicə almışlar və ağır xəstədir lər. Bu xəstəlik də onların evlə təmin olunmasını daha da əhəmiyyətli edir. Buna görə də o dəfələrlə Sumqayıt Şəhər İcra hakimiyyətinə ərizə ilə müraciətlər etmiş, lakin ona hər dəfəsində eyni məzmunlu cavablar verilmişdir. Həmçinin, o 03 avqust 2018-ci il tarixdə MKTİB-in baş idarəsində Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş, icra hakimiyyətinin başçısının qəbulunda olarkən bu zaman “Dünya TV”-nin çəkiliş qrupunun əməkdaşları da iştirak etmiş, video-çəkiliş də aparmışlar. Burada icra başçısı ona qəti şəkildə bildirmiş ki, 2018-ci ilin sonu, 2019-cu ilin İ rübündə mənzillə təmin olunacaq, lakin həmin müddət keçdikdən sonra da o mənzillə təmin olunmamışdır. Hal-hazırda isə çox çətin vəziyyətdə yaşayır, bu uzun illər kəsiyində isə onların evlə təmin olunmağına heç bir səy göstərilməmişdir. Bu isə cavabdehin öz səlahiyyətlərini düzgün yerinə yetirməməsi ucbatından olmuşdur. Beləliklə, onun hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddiaya dair etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müraciətində ilkin mənzil növbəliyinin 1984-cü ildən olduğunu qeyd etsə də, bu hal mövcud sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq (onun hüquq münasibətləri yaranan zaman) xx.xx.1985-ci il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uç ota alındığı müəyyən olunmuşdur. Sonradan iddiaçı xx.xx.1993-cü il tarixdə cavabdeh orqan Sumqayıt şəhər İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, ailə tərkibinin 6 nəfər ( çoxuşaqlı ailə) olması səbəbi ilə 1985-ci ildən olan mənzil növbəliyinin güzəştli siyahıya köçürülməsini xahiş etmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş və Sumqayıt şəhər Səhiyyə şöbəsi tərəfindən 2007-ci ildə verilmiş məktub və arayış əsasında vərəm xəstəsi olan 3 övladından (1985-ci il təvəllüdlü X4, xx.xx.1989-cu il təvəllüdlü X5, 1994-cü il təvəllüdlü X2) 2-sinin (qızı Gülnar və oğlu Əbülfəz) mənzillə təmin olunma imtiyazının olmadığı, yalnız 1 - inin (qızı Xəyalə) mənzil alma imtiyazına malik olduğu məlum olmuşdur. (1 məktub və 1 arayış əlavə olunur).İddiaçının mənzil növbəliyinin ümumi əsaslarla 1985- ci ildən, çoxuşaqlı ailə imtiyazının 1989-cu ildən (4-cü övladı - 1989-cu il təvəllüdlü X1 doğum tarixindən), övladı X1 vərəm xəstəliyinə görə imtiyazının 2007-ci ildən yaranmasına baxmayaraq, ailə vəziyyəti nəzərə alınaraq onun növbəliyi qeyd edilən və digər imtiyazların əhatə olunduğu birgə siyahı üzrə dəyişdirilmədən 1985-ci ildən saxlanılmışdır. İddiaçının davamlı çoxsaylı müraciətlərinə baxılması məqsədilə 2015-ci ildə cavabdeh orqan Sumqayıt şəhər İcra hakimiyyətinin sorğusuna Sumqayıt şəhər X3 tərəfindən verilmiş arayış əsasında müəyyən olunmuşdur ki, İddiaçı övladlarından xx.xx.1985-ci il təvəllüdlü X4 2008-ci ildə, xx.xx.1989-cu il təvəllüdlü X5 2010-cu ildə və 1994-cü il təvəllüdlü X2 müalicə alaraq sağaldıqlarına görə qeydiyyatdan çıxmışlar. Məlum olmuşdur ki, Azərbaycan Respub likası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin məlumatına əsasən 1994-cü il təvəllüdlü X2 xx.xx.2012-ci il tarixdən 01,04.2014-cü il tarixinə kimi AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qaldırılmışdır. Lakin yenə də iddiaçının ailə vəziyyəti və israrlı müraciətləri nəzərə alınaraq, o, istisna hal olaraq 1985-ci ildən güzəştli mənzil uçotunda saxlanılmış, ümumi güzəştli siyahı üzrə 117ci olmuşdur. Şəhər ərazisində ümumi xəstəliyə görə əlillər üçün mənzil tikintisi aparılmadığı və ölkədaxili özəlləşmə siyasət i ilə əlaqədar olaraq, vətəndaşların istifadəsində olan mənzillər tam olaraq onların xüsusi mülkiyyətinə verildiyi, beləliklə dövlət mənzil fondunda boş yaşayış sahələrinin mövcud olmadığı səbəblərdən şəhər İcra Hakimiyyəti tərəfindən ev növbəsində olan göstərilən kateqoriyadan olan əlillərə yaşayış sahələri verilməmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-3507/2024 nömrəli qərarı ilə (hakim R.Həsənov) iddia təmin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamınin ləğv edilməsi və İddiaçı yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

7. Birin ci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Digər tərəfdən, sərəncamın məzmunundan müəyyən edilir ki, həmin inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi isə belə olan halda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsinin mümkünlüyünü müəyyən edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının dinlənil mə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, inzibati akt onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-193/2025 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova (sədrlik edən və məruzəçi), İ.Quliyev və V.Əzizova) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2-1(118)-3507/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılm ışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: – Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsində məhz uçotdan çıxarılma üçün əsas olan hallar dəqiq və birmənalı şəkildə sadalanmışdır. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya münaisbətdə qeyd edilən normanın (hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsinin) “vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda” əsasına istinad etmişdir. Həmin normanın dispoztiv şərltərindən görünür ki, qeyd edilən norma məhz 1 oktyabr 2009-cu il tarixdən sonra Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış s ahəsi əldə etmələrinə hüquq yaradan əsasların aradan qalxması halını ehtiva edir. İddiaçı isə qeyd edilən norma qüvvəyə minənədək artıq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından həmin normanın təsiri altına düşmür. İndiki halda isə iddiaçının uçota alındığı vaxtda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən uçotdan çıxarılma üçün əsasların hər hansı birinin iddiaçıya münasibətdə mövcudluğu müəyyən edilməmişdir. – 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan mənzil qanunvericiik normasına əsasən uçota alınma üçün əsasın aradan qalxması onun mənzil şəraitinin yaxşılaşdırılması və bu səbəbdən əsasın aradan qalxması ilə məhdudlaşdırılmışdır. İndiki halda isə iddiaçı barəsində həmin hal və digər əsaslar müəyyən edilməmişdir. – Digər tərəfdən kollegiya hesab etmişdir k i, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yeni qanunvericilik normasını tətbiq etməklə, onun üçün hüquqdan məhrum edilməsinə əsas olan əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki konstitusion normanın tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımından da kollegiya hesab edir ki, cavabdehin hərəkətləri konstitusion norma və prinsiplərin də tələbinə zidd olmuşdur. - Bundan əlavə, kollegiya onu qeyd etmişdir ki, cavabdeh inzibati orqan sözügedən aktı qəbul edərək inzibati icraat haqqında qanunvericiliyin də tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddia çı barəsində əlverişsiz inzibati akt qəbul etsə də, həmin inzibati akt inzibati icraatı təzələnməklə, iddiaçının iştirakı ilə yeni inzibati icraatın aparılmasının nəticəsi olaraq ortaya çıxmamışdır. Həmçinin, cavabdeh iddiaçı barəsində əlverişsiz inzibati aktın qəbul edilməsinə əsas olan hallar barədə daha öncədən məlumatlı olsa da, məlum olduğu vaxtdan bir il müddətində deyil, uzun müddət keçdikdən sonra qeyd edilən inzibati aktın qəbul edilməsini qanunvericiliyin tələbi baxımından əsaslandıra bilməmiş, yalnız iddiaçının israrı nəticəsində hazıradək uçotda qalması ilə bağlı hallara istinad etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hal onun inzibati icraat haqqında qanunvericiliyin norma və tələblərini pozmasına səbəb olan hərəkətlərə yol verməsinə haqq qazandıran hal kim i çıxış edə bilməz. – İnzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan müəyyən edilmiş əsaslar üzrə ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münadibətdə həmin müddətləri istisna edən halların da mövcudluğu aşkar edilməmişdir.

11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin kassasiya şikayətində Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən işin halları araşdırımamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hə r bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Mara qlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin akt ın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəs ində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə

68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü m addələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üç ün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilm işdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kol legiyası, həmçinin aşağıdakıları nəzərə alır.

21. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkə n məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. Hazırkı iş üzrə iddiaçının tələbi 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə cavabdehin sərəncamının ləğv edilməsi və onun güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun bərpa edilməsinə yönəlmişdir.

24. İşin hallarında göründüyü kimi, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan kimi 1985-ci ildən mənzil növbəsinə götürülmüşdür, sonradan çoxuşaqlı ailə imtiyazına görə 1989-cu ildən, övladlarının vərəm xəstəliyin olması əsası ilə 2007-ci ildən güzəştli əsaslarla mənzil almaq hüququ davam etmişdir. Lakin cavabdeh iddiaçının övladlarının vərəm xəstəliyindən sağaldığını əsas gətirərək onun güzəştli əsaslarla yaşayış sahə sinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qalxdığını bildirmiş və Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsas götürülərək hazırda mübahisələndirilən sərəncamı qəbul etmişdir.

25. Cavabdeh bildirmişdir ki, 2015-ci ildə cavabdehin sorğusu əsasında Sumqayıt şəhər X3 tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunmuşdur ki, İddiaçı övladlarından xx.xx.1985-ci il təvəllüdlü X4 2008-ci ildə, xx.xx.1989-cu il təvəllüdlü X5 2010-cu ildə və 1994-cü il təvəllüdlü X2 müalicə alaraq sağalmaları ilə əlaqədar qeydiyyatdan çıxarılmışlar. Başqa sözlə, iddiaçının güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsasların aradan qalxması cavabdehə 2015-ci ildən artıq məlum olmuşdur.

26. Məhkəmə kollegiyası əvvəlcə qeyd edir ki, iddia çının ilk dəfə 1985-ci ildə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi iş üzrə mübahisəsiz haldır və bu səbəbdən onun uçotdan çıxarılmasına dair hüquqi əsasların qiymətləndirilməsi həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinin normaları əsasında aparılmalıdır. Cavabdehin isə 1 oktyabr 2009-cu il tarixindən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəalarına istinad etməklə iddiaçıya münasibətdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalma hüququnun əsaslarının aradan qalxdığını bildirməsi hüquqi cəhətdən əsaslı hesab edilə bilməz.

27. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yeni qanunvericilik normasını tətbiq etməklə, onun üçün hüquqdan məhrum edilməsinə əsas olan əlverişsiz inzibati akt qəbul etmiş və həmin aktı qəbul edərkən inzibati icraat haqqında qanunvericiliyin də tələblərinə əməl etməmişdir.

28. Belə ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır.

29. İndiki halda cavabdeh iddiaçı barəsində əlverişsiz inzibati aktın qəbul edilməsinə əsas olan hallar barədə daha öncədən məlumatlı olsa da, məlum olduğu vaxtdan bir il müddətində deyil, uzun müddət keçdikdən sonra qeyd edilən inzibati aktın qəbul edilməsini qanunvericiliyin tələbi baxımından əsaslandıra bilməmişdir.

30. Halbuki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan müəyyən edilmiş əsaslar üzrə ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır.

31. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşd ırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir.

32. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin eti madı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

33. Beləliklə, iddiaçının 1985-ci ildən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda olması, habelə cavabdeh üçün iddiaçının güzəştli əsaslarla həmin uçotda qalma hüququnu yaradan əsasların aradan qalxdığını güman etdiyi andan etibarən bir ildən artıq müddətin keçməsi nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 24 yanvar 2024-cü il tarixli, 23 saylı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamının ləğvi və iddiaçının yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslıdır.

34. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2025-ci il tarixli, 2-1(105)-193/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar