Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1606/2025 02.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya X1rşı “əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 17 yanvar 2025-ci il tarixli, 2-1(105)-190/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində verilmiş xx.xx.2017-ci il tarixli, 677 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “Sağ tərəfli xroniki mezotimpanit təbil boşluğunun xolesteatomu ilə ağırlaşması” diaqnozu ilə xx.xx.2017-ci il tarixdə aparılmış “Sağtərəfli mastoidektomiya, timpanoplastika” əməliyyatından sonrakı vəziyyət, trepanasiya boşluğunun tam epidermləşməsi, soltərəfli xroniki adgeziv otit, ikitərəfli üçüncü dərəcəli qarışıq tipli ağıreşitmə, sağ bud sümüyünün ossifikatına görə aparılmış “sağ b ud sümüyünün ossifikatının çıxarılması” əməliyyatından (xx.xx.2016) sonrakı vəziyyət, funksiyaların pozulması olmayan” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilmə vərəqəsinə əsasən, iddiaçı barəsində xx.xx.2017-ci il tarixində keçirilmiş qiymətləndirilmədə “qapalı kəllə-beyin travması, baş beyinin əzilməsi, postravmatik ensefalopatiya, vertebro-bazilyar çatmamazlıqla, baş beynin xəstəliyi, kəllə daxili hipertenziya əlamətləri, hipertenzion və tonik-klonik qıcolmalar (ayda 6-7 dəfə), davamlı ağrı sindromu, yaddaş və koordinasiya pozğunluğu, qabarıq asteno-nevrotiks sindro m, sağ bud sümüyünün ossifitikatının çıxarılması əməliyyatından sonrakı vəziyyət, davamlı ağrı sindromu, dayaq-hərəkət funksiyasının pozulması, sağ tərəfli epitimpanitdən sonrakı təbil pərdəsinin quru perforasiyası, timpanoplastika, sağ tərəfli mastoidektomiya, bilateral endoskopik etmoidomaksillektomiya, bilateral konxorezeksiya əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə 5 il müddətinə xx.xx.2022-ci il tarixinədək hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əllillik müəyyən edilmişdir.
3. Əlillik müddəti bitdikdən sonra iddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli, P01107228UDP nömrəli göndəriş tərtib edilmişdir.
4. Həmin göndərişə əsasən, iddiaçının əsas diaqnozu – H90.3 “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli kox lear nevrit, sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə”, ağırlaşması: H91.9 “Eşitmənin dəqiqləşdirilməmiş itirilməsi. Karlıq”, yanaşı xəstəlikləri – G93.4 “Dəqiqləşdirilməmiş ensefalpoatiya, digər ensefalopatiyalar”, G44.2 “Gərginlik tipli baş ağrısı gərginliklə bağlı xroniki baş ağrısı, gərginliklə bağlı epizodik baş ağrısı, gərginliklə bağlı ƏGO baş ağrısı, gərginlik tipli baş ağrısı”, F48.0 “Nevrasteniya. Asteno nevrotik vəziyyət” qeyd edilmişdir.
5. İddiaçının əlillik vəziyyətinə TSEK-də həmin göndəriş əsasında baxılmış və xx.xx.2023-cü il tarixdə “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli xroniki koxlear nevrit, sağ tərəfli lV dərəcə, sol tərəfli ll dərəcəli ağıreşitmə” diaqnozunun əllillik əlaməti təyin etməməsi səbəbindən əll illik dərəcəsi müəyyən edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ilin sentyabr ayından 2017-ci ilin iyun ayına qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu zaman sağlamlıq imkanları məhdudlaşmış və bir çox xəstəxanalarda müayinə və müalicələrdə olunmuşdur. Ona xx.xx.2017-ci il tarixdə verilmiş Forma 088 sənədinə görə keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, posttravmalik ensefalapotiya, vertebrobazilyar çatışmamazlıq, baş beyinin xəstəliyi kəllə daxili hiperteni ya əlamətləri, hipertenzion və tonik klonik qıcolmalar (ayda 6-7 dəfə) davamlı ağrı sindromu, yaddaş və koordinasiya pozğunluğu, qabarıq asteno-nevrotik sindrom, sağ bud sümüyünün ossifitikatının çıxarılması əməliyyatdan sonrakı vəziyyət davamlı ağrı sindromu, dayaqhərəkət funksiyasının pozulması, sağtərəfli epitimpanitdən sonrakı təbil pərdəsinin quru perforasiyası, timpanoplastika, sağ tərəfli mastoidektomiya, bilateral endoskopik etmoidomaksillektoniya, biateral konxorezeksiya diaqnozu qoyulmuş (əməliyyatdan sonrakı vəziyyət) və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik verilmiş və müvafiq olaraq əlliliyə görə pensiya təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə isə pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı əlilliyin yenidən təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Müraciət edən zaman qulağında olan problemlə bağlı müraciət etdiyi üçün xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində yalnız qulağı ilə bağlı müayinənin nəticəsi göstərilmişdir. Lakin, bu sağlamlıq problemindən başqa digər problemlərinin olduğu komissiyanın sonuncu verdiyi xx.xx.2017-ci il tarixli Forma 088 sənədində açıqaydın göstərilmişdir. Bundan başqa, 2017-ci ilin iyun ayında sağ ayağından əməliyyat olunmuşdur. Bütün bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixli Forma 088 göndərişində olan məlumata görə diaqnoz zamanı əlillik əlamətinin təyin edilməməsi qərara alınmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
8. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin n övbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən edilmişdir ki, Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, eşitmə zəifliyindən şikayətlənmiş, qulağından cərrahi əməliyyat keçirdiyini söyləmişdir. Anamnezində sağ qulağının eşitmədiyini, qulağının içərisində şişkinlik yarandığını, getdikcə böyüdüyünü, ona toxunulduğu zaman əsəbiləşdiyini, eşitməsində yaxşılaşma olmayacağını dedikləri üçün sonradan heç bir müayinədən keçmədiyini qeyd etmişdir. Baxış zamanı sağ budun orta 1/3-nin arxa səthində boylama istiqamətdə ~20-22 sm ölçüdə əməliyyat çapığı izlənmiş, müayinənin gedişatında 2 metr məsafədən aydın eşitməsi müəyyən edilmişdir. X4 xx.xx.2023-cü il t arixli Beyin KT müayinəsinin nəticəsi “Sağda qulaq sümükcükləri aşkarlanmadı. Solda orta qulaqda mezotimpanium, hipotinpaniumda yığıntı izləndi. Hər iki tərəfdə mastoid hüceyrələrin havalanması pozulmuşdur” kimi müəyyənləşdirilmişdir. X6 xx.xx.2023-cü il tarixli BERA testinin nəticəsi “Sağ tərəfli ağır (İV), sol tərəfli orta (İİ) dərəcəli qarışıq tip eşitmə azlığı” kimi qeyd olunmuşdur. Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli BERA test müayinəsinin nəticəsi “İkitərəfli xroniki orta otit, sağ tərəfli timpanoplastika əməliyyatından sonrakı vəziyyət. İkitərəfli xroniki koxlear nevrit. Sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2023-cü il tarixli Audiometriya müayinəsi nin nəticəsi “Sağ qulaqda İV (dördüncü) dərəcəli (80 dB), sol qulaqda İİ (ikinci) dərəcəli (150 dB) ağıreşitmə qeyd olunur. Birtərəfli ağıreşitmə İV dərəcə (sol tərəfli)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə imtina barədə qərar qəbul edilmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 10 oktyabr 2024-cü il tarixli 2-1(118)-1345/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüquqi Şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxs tərəfindən verilmiş 31 may 2024-ci il tarixli, T344/2024 nömrəli rəyə görə, iddiaçıya 2017-2023-cü illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin DTSERA-da əyani müayinələri zamanı “sağ bud sümüyünün ossifitkatının çıxarılması əməliyyatından sonrakı vəziyyət; davamlı ağrı sindromu; sağ tərəfli epitimapanitdən sonrakı təbil pərdəsinin quru perforiyası; timpanoplastika” və əsas diaqnoz hesab edilən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit, sağ tərəfli İV ( dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə” aşkar edilmişdir. Ekspert rəyindən göründüyü kimi, iddiaçıda halhazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçıda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqanın ona əvvəllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və İ.R.Quliyev) 17 yanvar 2025-ci il tarixli, 2-1(105)-190/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2024-cü il tarixli, 2-1(118)-1345/2024 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə alınmış məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, iddiaçıya 2017-2022-ci illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərdən şəxsin DTSERA -da əyani müayinələri zamanı “sağ-bud sümüyünün ossifitkatının çıxarılması əməliyyatından sonrakı vəziyyət; davamlı ağrı sindromu; sağ tərəfli epitimapanitdən sonrakı təbil pərdəsinin quru perforiyası; timpanoplastika” və əsas diaqnoz hesab edilən “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli koxlear nevrit. Sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli ll dərəcəli ağıreşitmə” aşkar edilmiş, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmiş, bir sözlə, həmin əsas xəstəlik və ağırlaşması şəxsin hazırkı sağlamlıq durumunun təzahürü olsa da, əlillik təyinatına əsas verməmişdir. NK-nın xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə görə ağıreşitmə ilə bağlı əlilliyin təyin olunması üçün bir tərəfin l V dərəcə, ikinci tərəfin İİ dərəcəyə uyğun olması tələb olunur ki, iddiaçının barəsində tərtib edilmiş həm Forma 088 nömrəli göndərişdə, həm də məhkəmə-tibb ekspert rəyində bir tərəfin lV dərəcə, ikinci tərəfin ll dərəcəyə uğun olması müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında təkzib olunmuşdur. İddiaçı tərəfindən isə həmin halları təkzib edən, iddia tələbinin əsaslılığını təsdiq edən heç bir dəlilə istinad edilməmişdir. Bununla da, hazırkı iş üzrə iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçıya qoyulmuş diaqnoz “Əlilliyin müəyyən olunması meyarları” na görə əlilliyin təyini üçün əsas deyildir. Buna görə də məhkəmə koll egiyası hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən o hala istinad etmişdir ki, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, 2017-ci ildə də iddiaçının eşitmə orqanının bir tərəfinin lV dərəcə, digər tərəfinin ll dərəcəsi olmasına baxmayaraq, ona ll dərəcəli əlillik təyin edilmişdir. Halbuki, həmin diaqnoz da “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də əlilliyin təyini üçün əsas olmamışdır (anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) lll dərəcəli əlillik üçün əsas olmuşdur). Bu zaman iddiaçının digər diaqnozlarının da nəzərə alınması ehtimal olunur, lakin hazırkı göndərişdə sırf ağıreşitmə ilə diaqnoz qeyd olunduğundan və bu diaqnoz əlilliyin təyin edilməsinə əsas vermədiyindən iddia əsassız hesab edilməlidir.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. İddiaçının kassasiya şikayətinin əsasını iddia ərizəsinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müə yyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barəd ə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdə n birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqani zmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.... 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümum ilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir.... 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim e kspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməs i məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb e dir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.... 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağla mlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.... 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıq lardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
21. A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəlikləri n, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcr übəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya əlillik təyin edilməli olub-olmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.
29. Belə ki, apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçıda xx.xx.2023-cü il tarixli, P01107228UDP nömrəli göndərişdə qeyd edilən H90.3 kodlu əsas diaqnoz “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. İki tərəfli koxlear nevrit. Sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli ll dərəcəli ağıreşitmə” aşkar edilsə də, həmin xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə görə əlillik təyinat ına əsas verməmişdir.
30. Apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 088) qeyd olunan əsas diaqnoz iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq edilsə də, həqiqətən də, həmin diaqnozun cavabdehin bildirdiyi kimi əlillik təyinatına əsas vermədiyi müəyyən edilmişdir.
31. Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, P01107228UDP nömrəli göndərişdən görünür ki, onda əsas diaqnoz – H90.3 “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli koxlear nevrit, sağ tərəfli İV (dördüncü) dərəcə. Sol tərəfli İİ (ikinci) dərəcəli ağıreşitmə”, onun ağırlaşması olaraq isə H91.9 “Eşitmənin dəqiqləşdirilməmiş itirilməs i. Karlıq” xəstəlikləri mövcuddur.
32. Birinci instansiya məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, T344/2024 nömrəli ekspert rəyində P01107228UDP nömrəli göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda müşahidə edildiyinin inkar edilmədiyi qeyd olunmuş, başqa sözlə, həmin xəstəliklərin hazırda da onda aşkar edildiyi təsdiq edilmişdir.
33. Lakin nəzərə almaq lazımdır ki, P01107228UDP nömrəli göndərişdə qeyd edilən və hazırda iddiaçıda aşkar edilən əsas diaqnoz XBT 10 H90.3 kodlu və onun ağırlaşması kimi qeyd edilən H91.9 kodlu xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyə n olunması meyarları”nın “9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri” bölməsinin 9.1-ci bəndinin tələblərinə və yaxud “10. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları, eləcə də artikulyasiyanın (nitqin) və səs əmələgəlmənin pozuntuları” bölməsinin müvafiq bəndlərinin tələblərinə cavab verdiyi hallarda əlilliyin təyininə əsas verən xəstəliklər olaraq qəbul edilir.
34. Belə ki, iddiaçıda aşkar edilən H90.3 və H91.9 kodlu xəstəliklərin də daxil olduğu H60-H95 kodlu xəstəliklər 9-cu bölmənin aşağıda sadalanan 9.1.2-9.1.6-cı bəndlərindəki patofunksional əlamətlərlə müşahidə edildiyi halda əlilliyin təyininə əsas verir: - 9.1.2-ci bəndə görə, daha sonra qazanılmış (8-18 yaşlarında) eşitmənin tam itirilməsi, ağır nitq pozuntuları ilə (çətin başa düşülən uca nitq, söz ehtiyatının məh dudluğu); - 9.1.3-cü bəndə görə eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə - 9.1.4-cü bəndə görə eşitmə zəifliyi İV dərəcə, ikitərəfli - 9.1.5-ci bəndə görə eşitmənin ikitərəfli tam itirilməsi - 9.1.6-cı bəndə görə psixi pozulmalarla müşayiət olunan eşitmənin tam itirilməsi və nitqin tam olmaması. 35. 9.1.3-cü bənddən göründüyü kimi H90.3 və H91.9 kodlu xəstəliklərin əlilliyin təyin edilməsinə əsas olması üçün eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə olmalıdır.
36. Hazırkı halda isə iddiaçıda aşkar edilən eşitmə zəifliyi sol tərəfdə İİ dərəcə, sağ tərəfdə isə İV dərəcədir. Yəni, eşitmə zəifliyi hər iki tərəfdə müşahidə edilsə də, eşitmənin zəifliyi meyarların qeyd olunan bəndində təsbit edildiyi kimi İİİ və İV dərəcə deyil, daha yüngü l formada - İİ və İV dərəcədir.
37. Meyarların 10-cu bölməsində qeyd olunan H00-H95 kodlu xəstəliklər isə bölmənin adından göründüyü kimi, eşitmə zəifliyi görmə zəifliyi ilə kombinə olunmuş pozuntularla müşahidə edildiyi halda əlilliyin təyininə əsas hesab edilir.
38. Hazırda halda isə iddiaçıda eşitmə zəifliyi diaqnozu görmə zəifliyi ilə birlikdə müşahidə edilmir.
39. Beləliklə, müəyyən edilir ki, P01107228UDP nömrəli göndərişdə qeyd olunan və iddiaçıda aşkar edilən diaqnozlar “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyin təyin edilməsinə əsas vermir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2025-ci il tarixli, 2-1(105)-190/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.