Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-161/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs “X6” MMC) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadan, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edilməsinin hüquqi nəticələri; əlilliyin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Re abilitasiya Agentliyinə (üçüncü şəxs “X6” MMC) qarşı “Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2-1(103)-2167/2024 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və peşə xəstəliyi (“X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C5-C6 fəqərəarasi diskin sağ tərəfli paramedian yirtigi kokcuk agri sindromu boyun və bel fəqərələrinin osteoxondrozu), onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik t əyin edilmişdir.
2. İddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və peşə xəstəliyi (X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: C4-C5,fəqərə arasi disk yirtigi davamli kokcuk agrilari bel fəqərələrinin osteoxondrozu), sümük əzələ sisteminin xəstəlikləri səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. İddiaçının əlillik vəziyyətinə 34 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və peşə xəstəliyi (X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 -Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...), sümük əzələ sisteminin xəstəlikləri səbəbi ilə 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və peşə xəstəliyi (X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C3-C4, C5-C6, C6-C7, fəqərəarası disklərin protruziyaları tez-tez fəsadlaşan davamlı kökcük ağrıları ilə. Vertebrobazilyar arterial sistem si ndromu. Yuxarı ətrafların monoplegiyası.sağ yuxarı periferik monoparez, yuxarı ətrafın atoniyası), qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
5. İddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və son beş ildə aldığı stasionar müalicənin yetərli olmaması, ixtisaslaşdırılmış müayinə və müalicəsinin davam etdirilməsi səbəbi ilə imtina verilmişdir.
6. İddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və peşə xəstəliyi (X1: Xİİİ Sinif - Sümük-əzələ sist eminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxondrozu), etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9,G80-G80.9)” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
7. İddiaçının əlillik vəziyyətinə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və peşə xəstəliyi (X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54Digər dorsopatiyalar => M50- Boyun şö bəsinin fəqərəarası cisklərinin zədələnməsi...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu.Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun-bel-oma fəq-nin osteoxandrozu fonunda xr.radiklopatiya, davamlı ağrı sindromu ilə və tez-tez fəsadlaşmalarla.C4-C5,C5-C6,C6C7,L4-L5 f.a.diskin arxa mərkəzi protruziyaları, davamlı kökcük ağrıları ilə,sol yuxarı ətrafın atoniyası, vertebro vaelyar qan dövranı çatmamazlığı, dissurkulyator ensegalopatiya, bel-oma fəq-nin osteoxandrozu,L4-L5 f.a.diskin protruziyaları, ağrı sindromu ilə. Asteno nevrotik sindrom. Yuxarı ətraf əzələlərinin atoniyası. Dissurkulyator ensefalopatiya.; Əmək qabiliyyətinin itirilməsi(%- lə): 65), etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9.G80G80.9) səbəbi ilə (əmək qabiliyyətinin 65 % itirilməsinə görə) müddətsiz ikinci dərəcə əlillik verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli 3-cü qrup əlillik 50 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə və xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik 65 faiz peşə əmək qabiliyyətinin itirilməsi barədə qərarlarının ləğv edilməsi və xx.xx.2021-ci il tarixli peşə xəstəliyi səbəbi ilə 2-ci dərəcə əlilliyin, peşə əmək qab iliyyətinin itirilmə faizinin 80 faiz olmaqla təyin edilməsi haqqında qərarının müddətsiz olaraq xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsi bağlamaqla 2003-cü ildən “X6” MMC-də qazma qurğusunda yuxarı fəhlə (yüksəklikdə işləyən fəhlə) vəzifəsində işləyərək cavabdeh müəssisə ilə əmək münasibətlərində olmuşdur. 2009-cu ilin iyul ayında bu şirkətdə yüksək vibrasiyalı “Needl gun” aparatı ilə işləyən zaman əmək xəsarəti almış, həmin tarixdən qurğunun həkimi tərəfindən işdən azad olunmaqla qurğunun stasionarında müalicə almışdır. Bu xəsarətlə əlaqədar əmək qabiliyyətini itirmiş və 18 avqust 2009-cu il tarixdən 13 may 2010-cu il tarixə qədər əmək qabiliyyətini müvəqqəti i tirməklə müalicə olunmuşdur. 2009-cu ilin dekabr ayında X2 (V.Axundov adına Elmi -X5 İnstitutu) apardığı araşdırmalar nəticəsində əmək xəsarətinin peşə fəaliyyəti ilə əlaqədar olduğu, xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə əmək zədəsi səbəbilə ona təqsirkar müəssisənin sorğusu əsasında əmək qabiliyyətinin 70 faiz itirilməsi ilə əlaqədar 2-ci qrup əlillik dərəcəsi təsdiq edilmişdir. xx.xx.2011-ci il tarixdə 1 saylı Zona Tibbi -Sosial Ekspert Komissiyasının qərarı ilə onun 2012-ci ilin may ayına qədər əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi əmək qabiliyyətinin 80 faiz itirilməsi təsdiq edilmişdir. xx.xx.2012-ci il tarixdə 10 saylı Tibbi SosialEkspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci qrup əlillik dərəcəsi təsdiq edilm iş, lakin 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasında şəxsi işinin içərisində saxlanılan müəssisə tərəfindən ilkin müayinə zamanı göndərilmiş əmək qabiliyyətinin itirilməsi faizinin hesablanması sorğusunun müəmmalı şəkildə yoxa çıxması və həmin sorğunun müəssisə tərəfindən təkrarən verilməsindən imtina edilməsi ilə əlaqədar əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. 2013, 2014, 2015-ci illərdə də, hər il 1 il müddətinə 10 saylı Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən əmək zədəsi səbəbi ilə 2ci qrup əlillik təsdiq edilmiş, lakin əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə 2012-ci ilin may ayından növbəti 80 faizdən fərqli faiz təsdiq edilənədək xəsarətə görə ödəncin əmək qabiliyyət inin 80 faiz itirilməsinə müvafiq ödənilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən əmək zədəsi səbəbi ilə 2-ci dərəcəli əlillik əmək qabiliyyətinin 65 faiz itirilməsi ilə 5 il müddətinə təsdiq edilmişdir. Növbəti sonuncu əmək qabiliyyətinin itirilmə faizi və əlillik dərəcəsi təyin edilməsi isə xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli Müayinə Aktının nəticəsinə görə, ona peşə xəstəliyi səbəbi ilə əmək qabiliyyətinin itirilməsi 80 faiz olmaqla 2026-cı ilədək müddətli 2-ci qrup əlillik təyin olunması barədə qərar qəbul edilmiş, qərar ona xx.xx.2021-ci il tarixdə verilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 65 faiz itirilməsi barədə 2 -ci müayinə aktı da qəbul olunmuşdur. Həmin qərar 6 ay sonra - şirkət aylıq ödəncini 15 faiz azaldaraq ödəyəndə məlum olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixdə ona təqdim edilmiş xx.xx.2021-ci il tarixli “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 80 faiz 5 il müddətinə" dair Müayinə aktı xx.xx.2021-ci il tarixində elektron portalda dəyişdirilərək “2-ci qrup əlillik, əmək qabiliyyətinin itirilmə faizi 65 faiz, müddətsiz” redaksiyasında verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının qeyd olunan xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə müayinə aktını “X6" MMC-yə təqdim etmiş və 2021-ci ilin iyun ayından noyabr ayına qədər ona xəsarətə görə aylıq ödənclər əmək qabiliyyətinin 80 faiz itirilməsi əsası ( və məbləği) ilə hesablanmış və ödənilmişdir. 2010-cu ildən başlayaraq bu günə qədər peşə xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial və Reabilitasiya Agentliyi (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən müxtəlif əlillik dərəcələri və əmək qabiliyyətinin itirilməsi faizi təyin edilmişdir. Həmin ildən bu günə qədər peşə xəstəliyinə tutulduğu və əmək xəsarəti ilə əlaqədar olduğu müddətdə həm “X6” MMC tərəfindən, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən əlillik və əmək qabiliyyətinin itirilməsi faizi ilə əlaqədar ona qarşı q ərəzli münasibətlər olmuş, əmək və sosial hüquqları pozulmuş və bu günə qədər də pozulmaqda davam edir. 12 il müddətində dəfələrlə ona müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizi təyin edilmiş və dəyişdirilmişdir. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizi heç bir əsas olmadan həkim komissiyasının qərarına kənar müdaxilələrin qəbuledilməz olduğu halda, dəfələrlə “X6" MMC-nin ərizələri əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən dəyişdirilmiş və aşağı salınmaqla əmək və sosial hüquqları pozulmuşdur. 2012-ci ilin may ayında üçüncü dəfə müayinədən keçərkən, qaydaya görə 1 0 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunmuş, müayinə aktına 2-ci qrup əlillik 80 faiz əmək qabiliyyətinin itirilməsi ilə yazıldıqdan sonra məlum olmuşdur ki, müəssisənin tələbi ilə Respublika TSEM-də müayinə olunmalıdır. Həmin qərar ləğv edilmiş, şəxsi işinin qovluğu Respublika TSEM-nə göndərilmiş və orada ona elan edilmişdir ki, qovluqda müəssisənin faizin hesablanması üçün sorğu məktubu olmadığına görə ona ikinci dərəcəli əlillik təsdiq ediləcək, əmək qabiliyyətinin itirilməsi faizi təsdiq edilməyəcəkdir. Beləliklə, ilkin müayinə zamanı əlilliyin təsdiq edilməsi və əmək qabiliyyətinin itirilməsi faizinin hesablanması üçün təqdim edilmiş sənədlərin saxlanması vəzifəsi 10 saylı TSEK-də olduğu halda, dörd il müddətində TSEK sorğu məktubunun olmadığına görə əmək qab iliyyətinin itirilməsi faizini təsdiq etməmişdir. Təqsirkar müəssisə 40 ay ona aylıq ödənc ödəməmiş, lakin o, hüquqlarını məhkəmə qaydasında bərpa etmişdir. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizi qanunvericiliyə əsasən ən çoxu ildə 1 dəfə müayinədən keçirilməklə təyin edilməli olduğu halda, “X6” MMC-nin ərizələri əsasında, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən bir neçə dəfə müayinə olmaqla, bir neçə dəfə keçirilmişdir. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizi ilə əlaqədar “X6” MMC-nin iddia ərizələri əsasında məhkəmə qaydasında məhkəmə- tibbi ekspertizası keçirilmişdir. Müəssisənin tələbi ilə keçirilmiş məhkəmə-tibbi ekspertizası xəstəliyinin ağırlaşması, fəsadlarının artması barədə rəy verməsinə baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) tərəfindən növbəti müayinə keçirilən zaman əmək qabiliyyətinin itirilməsi faizi aşağı salınmışdır. Bu müddətdə ona təyin olunmuş müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizi ilə əlaqədar həm onun tərəfindən verilmiş, həm də “X6” MMC-nin verdiyi ərizələr əsasında dəfələrlə və uzun müddətli məhkəmə prosesləri olmuşdur. Bütün hallarda bu müddətdə ona müvafiq əlillik və əmək qabiliyyətinin itirilməsi faizinin təyin olunma sı ilə əlaqədar həm “X6” MMC ilə, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bu quruma daxil olan Tibbi-Sosial Ekspertiza Komissiyaları) ilə yaranmış mübahisələrdə pozulmuş hüquqları məhkəmə qərarları ilə bərpa olunmuşdur. Bu müddətdə həm “X6” MMC, həm Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən nəzərə alınmamışdır ki, o, peşə xəstəliyi ilə əlaqədar əmək əlilidir, bu qərəzli münasibətlər, qanunsuz olaraq ildə bir neçə dəfə keçirilən müayinələr, cəlb olunduğu məhkəmə mübahisələri və digər mübahisələr onun onsuz da sağlam olmayan səhhətini daha da çətin və təhlükəli duruma salır və ən acınacaqlısı o dur ki, sanki qarşılarına məqsəd qoymuş kimi belə bir qərəzli münasibəti davam etdirirlər. Sonuncu əlillik dərəcəsinin və əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi xx.xx.2021-ci il tarixdə 5 nəfər tərkibdə həkim komissiyası tərəfindən əyani şəkildə həyata keçirilmişdir. Əyani müayinə zamanı həkim komissiyası tərəfindən 2-ci qrup əlillik, əmək qabiliyyətinin 80 faiz itirilməsinin təyin olunması və bu barədə qərarın portalda dərc olunacağı ona şifahi elan edilmişdir. Əyani müayinənin həm də kamera çəkilişi aparılmışdır. Şifahi elan edildiyi kimi də Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli müayinə aktının nəticəsinə görə ona 5 il müddətinə 2-ci qrup əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar ona xx.xx.2021-ci il tar ixdə verilmişdir. Tibbi Sosial-Ekspert Komissiyasının qeyd olunan xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə müayinə aktını “X6” MMC-yə təqdim etmiş və 2021-ci ilin iyun ayından noyabr ayına qədər ona aylıq ödənclər əmək qabiliyyətinin 80 faiz itirilməsinə müvafiq hesablanmış və ödənilmişdir. “X6” MMC tərəfindən 2021-ci ilin noyabr ayından isə ona ödənclər əmək qabiliyyətinin 65 faiz itirilməsi məbləği ilə hesablanmış və ödənilmişdir. Bunun səbəbini “X6” MMC-dən soruşduqda bildirmişlər ki, Tibbi Sosial-Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 65 faiz itirilməsi barədə yeni müayinə aktına əsasən hesablama aparılır. Bu zaman ona məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı DOST Mərkəz i tərəfindən elektron portaldan çıxarılaraq ona təqdim edilmiş xx.xx.2021-ci il tarixindən peşə xəstəliyi səbəbi ilə 5 il müddətinə əmək qabiliyyətini 80 faiz itirməklə ikinci dərəcəli əlillik əmək qabiliyyətinin itirilmə faizi 80 faiz olmaqla, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışına zidd olaraq, portalda eyni tarixdən, yəni xx.xx.2021-ci il tarixdən peşə xəstəliyi səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik əmək qabiliyyətinin itirilmə faizi 65 faiz olmaqla fərqli arayış işlənmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 2-ci qrup əlillik və əmək qabiliyyətinin 65 faiz itirilməsi barədə 2-ci müayinə aktı qanunsuz yollarla qəbul olunduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, Tibbi-Sosial Ekspert Komissiy asının xx.xx.2021-ci il tarixli müayinə aktının nəticəsinə görə ona 5 il müddətinə 2-ci qrup əlillik və əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə qəbul edilmiş qərar daha əvvəl qəbul edilib və “X6” MMC-yə təqdim edilmişdir. Məhz bu səbəbdən də, 80 faiz əsası ilə ona 5 ay ödənişlər edilmişdir. Bu baxımdan, əmək qabiliyyətinin 80 faiz itirilməsi barədə qərar və müayinə aktı qanuni və əsaslıdır. 5 ay sonra əmək qabiliyyətinin 65 faiz itirilməsi barədə qərar və müayinə aktı isə əsassız və qanunsuzdur və hansısa saxta yollarla qəbul edilmiş, müayinə aktı nədənsə ona göndərilməmiş, bu barədə heç bir xəbərdarlıq edilməmiş, yalnız müəssisəyə təqdim edilmişdir. xx.xx.2010-cu il tarixdə 1 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə əmək qabiliyyətini 70 faiz itirməklə ona 2-ci qrup müddətli (bir il müddətinə) əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən sonra da 2011-2015-ci illərdə əlillik dərəcəsi müddətli olaraq 5 dəfə 1 il müddətinə təyin edilmişdir. 2016-cı ildə əlillik dərəcəsi müddətli olaraq 5 il müddətinə 2021-ci ilin iyun ayınadək təyin edilmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli müayinə aktına əsasən də ona peşə xəstəliyi səbəbi ilə ikinci dərəcəli əlillik əmək qabiliyyəti 80 faiz itirilməklə müddətli olaraq 5 il müddətinə, yəni 2026-cı ilədək təyin edilmişdir.
10. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik təyinatı sonuncu dəfə Bakı 34 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında **********3 nömrəli məktuba əsasən əyani müayinələrin nəticələrinə görə apa rılmış və ona əmək qabiliyyətinin 65 faiz itirilməklə müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı **********3 nömrəli məktuba əsasən əyani müayinədə olmuş və onun əmək qabiliyyətinin 65 faiz itirilməsi müəyyən olunmuşdur.
11. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
12. Üçüncü şəxs iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin keçmiş işçisi olmuş və onun əmək qabiliyyətini itirməsi səbəbindən qanunvericiliklə müəyyən olunmuş qaydada əmək qabiliyyətinin itirilməsi faizinə mütənasib olaraq müəyyən edilmiş müvafiq aylıq ödənc "xxxx" MMC tərəfindən hər ay ona ödənilmişdir. Həmin işlə bağlı cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilmiş xx.xx.2021-ci il tarixli müayinədən sonra iddiaçının əmək qabiliyyətinin itirilmə faizi 80 faizdən 65 faizədək endirilmişdir. İddiaçı onun əmək qabiliyyətinin itirilməsi faizinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 80 faizdən 65 faizədək endirilməsi qərarı ilə razılaşmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əmək qabiliyyətinin itirilmə faizinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəyişdirilməsi "xxxx" MMC tərəfindən ona ödənilən aylıq ödəncin məbləğini də dəyişir və nəticə etibarı ilə bu cür dəyişiklik həm "xxxx" MMC -nin maddi vəziyyətinə təsir edir və həm də "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunur. Hazırkı iş üzrə məhkəmənin 2-1(112)-8900/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilməsi və ekspertizanın aparılması barədə qərar qəbul edilmiş və ekspertizanın iddiaçının iştirakı təmin edilərək onun canlı müayinəsi aparılmaqla həyata keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 ekspertlərinə həvalə edilmişdir. Sonuncu tərəfindən məhkəməyə təqdim edilmiş 782 saylı 19 sentyabr 2022-ci il tarixli rəydə qeyd olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 dəvət olunaraq onun canlı müayinəsi aparılmaqla, peşə-əmək qabiliyyətini 65 faiz itirməsi müəyyən olun muşdur. Lakin iddiaçı həmin rəylə razılaşmamış və məhkəmədən bu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni bir ekspertizanın - tibbi müayinənin aparılmasını tələb etmişdir. Məhkəmə iddiaçının bu tələbini də təmin edərək, onun yenidən əyani müayinə olunması üçün bu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə müvafiq sorğular göndərmişdir. Həmin sorğulara cavab olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə təqdim etdiyi 12 may 2023-cü il tarixli məktubda qeyd olunur ki, iddiaçı Dövlət Tibbi-Sosial E kspertiza və Reabilitasiya Agentliyinə xx.xx.2023-cü il tarixdə dəvət olunaraq onun əyani müayinəsi aparılmış və onun peşə xəstəliyi səbəbilə peşə-əmək qabiliyyətinin 50% (əlli faiz) itirilməsi müəyyən olunmuş və ona müddətsiz 3-cü dərəcə əlillik təyin olunması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İddia tamamilə əsassız olduğundan və bu fakt qeyd olunan hər iki ekspertizanın qərar və rəyləri ilə də sübuta yetirildiyindən, həmçinin, iddiaçının iddia tələbi birbaşa hazırkı inzibati işə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin qanunla qorunan maraqlarına toxunduğundan təmin edilməməlidir.
13. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 20 dekabr 2023-cü il tarixli 2-1(112)-1199/2023 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50% itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən peşə əmək qabiliyyətinin itirilmə faizinin 80 faiz olmaqla, 5 il müddətinə ikinci dərəcə əlillik dərəcəsinin təyini barədə məlumatların əlillik alt sistemində bərpa edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsinin əsaslandırması: 14.1. İşin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2010-cu ildə peşə xəstəliyi səbəbi ilə 1 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, sonrakı illərdə iddiaçıya təkrar əlillik təyinatları aparılmışdır. Cavabdehin mövq eyinə görə, iddiaçıya sonuncu dəfə Bakı 34 nömrəli Şəhər Poliklinikasının 2784003AACFP nömrəli xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş tibbi göndərişinə əsasən əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinatından imtina edilmiş, qeyd edilən imtinadan sonra iddiaçı cavabdehin ekspert komissiyasında əyani müayinədə iştirak etmiş və ona 2-ci dərəcə peşə əmək qabiliyyətinin itirilmə faizi 65 faiz olmaqla müddətsiz əlillik təyin edilmişdir. Qeyd edilən ekspert komissiyasının qərarı xx.xx.2021-ci ildə əlillik təyinatı alt sisteminə işlənərkən mexaniki səhv olaraq sistemə peşə əmək qabiliyyətinin itirilmə faizi 65 faiz yerinə 80 faiz olaraq daxil edilmiş, daha sonra qeyd edilən bu texniki səhv cavabdeh tərəfindən aşkar edilmiş və xx.xx.2021-ci ildə sistemdə olan yanlışlıq düzəldilərə k əmək qabiliyyətinin itirilmə faizi 65 faiz olaraq daxil edilmişdir. 14.2. Məhkəməyə təqdim edilmiş inzibati icraat materialları ilə müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdən əyani müayinənin nəticəsi olaraq təyin edilmiş növbəti əlillik dərəcəsi təyinatı qərarı iddiaçının peşə əmək qabiliyyətinin 80 faiz olmaqla 2ci dərəcə və 5 il müddətinə təyinat şəklində olmuşdur. Belə ki, işin hallarından görünür ki, cavabdehin 06 avqust 2021-ci il tarixli protokolunda əlillik dərəcəsinin təyinatı məsələsinə iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ekspert komissiyasında iddiaçının əyani müayinəsi nəticəsində baxıldığı, ekspert komissiyasının müayinə protokolunda iddi açının ikinci dərəcə 5 il müddətinə peşə əmək qabiliyyətini 65 faiz itirməsi göstərildiyi halda, elektron sistemdən çıxarılmış çap tarixi xx.xx.2021-ci il olan müayinə aktında 5 il müddətinə peşə əmək qabiliyyətinin itirilmə faizi 80 faiz göstərilmiş, çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktında isə ikinci dərəcə əlilliyin müddəti müddətsiz, itirilmə faizi 65 faiz olaraq qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin özünün düzgün qərar kimi qeyd etdiyi əyani müayinə protokolunda iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizi 65 faiz olmaqla yanaşı, müddəti 5 il göstərildiyi halda, sonradan “sistemdə düzəltdiyi”ni iddia etdiyi əlillik təyinatı məlumatlarında əlillik dərəcəsinin müddəti “müddətsiz” olaraq göstərilmişdir. Başqa sözlə, cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixl i əyani protokolunun nəticəsi ilə xx.xx.2021-ci il tarixdə sistemə daxil etdiyi əlillik təyinatı məlumatları arasında ziddiyyət, uyğunsuzluq mövcuddur. 14.3. İddiaçının adına bank hesabından çıxarışlardan müəyyən olunur ki, iddiaçıya işləmiş olduğu və peşə əmək qabiliyyətinin itirilməsi faizinə mütənasib ödənişi həyata keçirən üçüncü şəxs tərəfindən 2021-ci ilin iyun ayından həmin ilin noyabr ayına qədər aylıq ödənişlər əmək qabiliyyətinin 80 faiz itirilməsi həddinə uyğun ödənilmiş, yalnız 2021ci ilin noyabr ayından etibarən peşə əmək qabiliyyətinin 65 faiz itirilməsi həddinə uyğun ödənilmişdir. Peşə xəsarəti ilə əlaqədar 80 faiz həddində ödənişi həyata keçirən müəssisənin inzibati orqana ünvanladığı iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli L01-0 912021 nömrəli məktubundan sonra inzibati orqan iddiaçının peşə əmək qabiliyyəti faizinin 80 faiz olaraq sistemə daxil edildiyini “sezməsi”nin nəticəsidir ki, inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaçının peşə qabiliyyəti faizini 65 faiz olmaqla sistemə daxil etmiş, əvvəlki 80 faizlə bağlı məlumatı etibarsız hesab etmiş, bundan sonra iddiaçıya xx.xx.2021-ci il tarixli 65 faiz peşə əmək qabiliyyəti faizli müayinə aktı verilmişdir. Bu barədə, işəgötürənə 15 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla məlumat verildikdən sonra müəssisə iddiaçıya 2021-ci ilin noyabr ayından etibarən 65 faizlə ödənişlər etmiş və yalnız iddiaçı ödənişin əksik ödənilməsini fərq etdikdən sonra inzibati orqana peşə əmək qabiliyyəti faizinin 80 faiz bərpası ilə bağlı müraciət etmişdir. 14.4. İddiaçı barəsində əlillik təyinatı alt sistemində peşə əmək qabiliyyətinin itirilmə faizi, əlillik dərəcəsinin müddəti ilə bağlı məlumatları xx.xx.2021-ci il tarixdə sistemə daxil edərkən cavabdeh icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, xüsusən də, iddiaçı barəsində sistemə ilkin işlənilmiş xx.xx.2021-ci il tarixdə təyin edilmiş peşə əmək qabiliyyətinin 80 faiz olmaqla itirilməsi barədə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı inzibati akt qəbul etməmişdir. 14.5. Məhkəmə ilkin olaraq cavabdehin qeyd etdiyi peşə əmək qabiliyyətinin itirilmə faizi ilə bağlı yanlışlığın yalnız bu barədə məlumatların sistem üzərindən düzəliş edilməklə aradan qaldırılmasının mümkünlüyü ilə razılaşmamışdır. Qeyd edilməlidir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi fai zinin müəyyən edilməsi həmin faiz həddində şəxsin hüquqi imkanlarının bilavasitə dəyişməsi (məsələn, peşə əmək qabiliyyəti faizinin yüksək olması onun müvafiq sahə üzrə işləmək imkanlarını məhdudlaşdırmaqla bərabər, eyni zamanda peşə xəsarəti ilə bağlı məsul olan işəgötürən müəssisədən əmək haqqının müvafiq itirilmə faizinə mütənasib haqq almaq imkanının da hədlərini müəyyən edir) hesab olunur ki, bu zaman şəxsin peşə əmək qabiliyyətinin itirilmə faizinin yalnız sistem üzərindən “yanlışlığın aradan qaldırılması” kimi inzibati orqanın faktiki xarakterli hərəkəti ilə kifayətlənə bilməz. Peşə qabiliyyətinin itirilmə faizi hər bir halda şəxsin bilavasitə inzibati icraatda iştirakı, onun iştirakı ilə qəbul edilmiş inzibati aktı və həmin inzibati aktın hüquqi nəticələrinin əlillik təyinatı alt s isteminə daxil edilməsi ilə realizə olunmalıdır. Bununla əlaqədar, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş peşə əmək qabiliyyətinin itirilmə faizinin (eləcə də, əlillik müddətinin) sonradan cavabdeh qurum tərəfindən dəyişdirilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olubolmadığını, olduğu halda, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. 14.6.İşin hallarından müəyyən olunur ki, iddiaçı 2021-ci il tarixdə ilkin olaraq əyani müayinə olunmuş və ona xx.xx.2021-ci il tarixdən etibarən 80 faiz peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilmişdir. İddiaçı qeyd edilən məlumatın ona həm əyani müayinə nəticəsində ekspert komissiyası tərəfindən şifahi elan edildiyini, həm də bu barədə on a çap tarixi xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd edilməklə verildiyini, həmin müayinə aktının surətinin həm sosial müdafiə orqanına, həm də işəgötürən müəssisəyə təqdim etdiyini və 80 faizə uyğun olaraq noyabr 2021-ci il tarixədək ödənclər aldığı ilə əsaslandırır. Cavabdeh inzibati orqan iddiaçının 2021-ci il tarixdə əyani müayinədə olduğunu, onun barəsində əyani müayinə barədə ekspert komissiyası qərarının mexaniki səhv olaraq əlillik alt sisteminə daxil edildiyini və həmin yalnışlığın xx.xx.2021-ci il tarixdə aradan qaldırarkən iddiaçını inzibati icraata cəlb etmədiklərini məhkəmə iclasında qəbul etmişlər. Beləliklə, iddiaçının peşə əmək qabiliyyətinin 80 faizdən 65 faizə endirildiyi, əlillik müddətinin 5 ildən müddətsizə çevrilməsi ilə bağlı nəticəyə gəlinməsi üçün onun əyani müayinəyə cəlb edilmədiyi iş üzrə öz təsdiqini tapır. İddiaçıya 80 faiz peşə əmək qabiliyyəti itirilmə faizinə dair xx.xx.2021-ci il tarixdə əlillik təyinatı barədə məlumatın təqdim edildiyi və həmin məlumata əsasən ona xx.xx.2021-ci il tarixdən 80 faizlə ödənclər edildiyi və iddiaçının da cavabdehin onun barəsində həmin əlverişli inzibati akta etimad etdiyi nəzərə alındıqda hesab olunur ki, inzibati orqan texniki səhv adı altında faktiki xarakterli hərəkətlə deyil, iddiaçının əlillik vəziyyətinin dəyişməsinə gətirib çıxaran hüquqi nəticəni müstəqil inzibati akt vasitəsilə qəbul etmək, həmin inzibati aktla iddiaçını tanış etmək və yalnız bundan sonra müvafiq inzibati aktı və ona uyğun məlumatları sistemə daxil etməklə nail ola bilərdi. İnzibati orqan əvvəlki təyinatın dəyişdirilməsinə və ya ləğvinə dair inzibati akt qəbul etmədiyindən müəyyən olunur ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli peşə əmək qabiliyyəti itirilməsinin 80 faizlə olan təyinatı barədə qərar qüvvədə olmuş, həmin akt ləğv edilməmiş, yalnız iddiaçı barəsində peşə əmək qabiliyyəti itirilməsinin 65 faizlə olan əlillik dərəcəsi məlumatları əlillik alt sisteminə daxil edilmişdir. 14.7. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan inzibati icraat zamanı əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını müəyyən etməmiş, bununla bağlı yeni inzibati icraat açmamışdır. İnzibati orqan mexaniki səhvini düzəltməsi əsası ilə iddiaçının əlillik təyinatı məlumatlarını dəyişdirmişdir. Hazırkı məhkəmə icraatı gedişində məhkəmənin aralıq qərardadı ilə inzibati orqan iddiaçını əyani müayinəyə cəlb etmiş və həmin müayinənin nəticəsində iddiaçının həm peşə əmək qabiliyyətinin itirilmə faizini, həm də əlillik dərəcəsinin dəyişməsi barədə qərar qəbul edərək əlillik təyinatı alt sisteminə daxil etmişdir. 14.8. Adıçəkilən qərardadla komissiya qarşısında iddiaçının yalnız peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi ilə bağlı sual qoyduğu halda, cavabdeh inzibati orqan əyani müayinənin nəticəsində iddiaçının nəinki peşə əmək qabiliyyətinin itirilmə faizini 50 faiz olaraq müəyyən etmiş, həm də əlillik dərəcəsi təyinatını Azərbaycan Respublikası Nazirlər Ka binetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” baxımından yoxlayaraq 3-cü dərəcə (35-60 faiz aralığı) əlillik təyinatı aparmışdır. Təqdim edilən xx.xx.2023-cü il tarixli əyani müayinə protokolunda iddiaçının yalnız əlillik təyinatı tarixçəsi sadalanmış, onun 2021-ci ildəki əyani müayinə zamanı aşkar olunan əlillik vəziyyəti ilə 2023-cü ildəki əziyyəti arasında nə kimi dəyişikliyin olduğu, 2021-ci ildə 80 faiz, daha sonra 65 faiz əmək qabiliyyətinin itirilmə faizi müəyyən edildiyi halda, 2023-cü ildə sağlamlıq vəziyyətindəki hansı dəyişikliyə əsasən 50 faiz olması əsaslandırılmamışdır. Cavabdeh orqan iddiaçının peşə əmək qabiliyyətinin itirilmə faizinin əyani müayinədə obyektiv yoxlama ilə müəyyən edildiyinə istinad etsə də, təqdim edilmiş əyani müayinə barədə komissiyanın protokolunda iddiaçının sağlamlıq vəziyyətinin təsviri, peşə əmək qabiliyyətinin itirilməsi faizinin hansı qaydada qiymətləndirildiyi, son zamanlar hansı ambulator, stasionar müayinə və müalicələrin nəticəsində və yaxud əyani müayinə zamanı iddiaçının cəlb edildiyi hansı diaqnostik, instrumental müayinələrin nəticəsində peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edildiyi bilavasitə qeyd edilməmişdir. Məhkəmə hazırkı halda cavabdeh inzibati orqanın mövcud icraat qanunvericiliyinin pozulması ilə iddiaçının əlillik təyinatı məlumatlarını sistemdə dəyişdirdiyini, iddiaçının icraata cəlb etmədən, müvafiq inzibati akt qəbul etmədən, yalnız məhkəmə icraatı gedişində məhkəmənin aralıq qərardadı ilə iddiaçını əyani müayinəyə dəvət etdiyini, h əmin müayinədə iddiaçının əmək qabiliyyəti faizinin müəyyən edilməsi ilə bağlı müvafiq instrumental yoxlamalar aparmadığı, yalnız keçmiş xəstəlik tarixini incələməklə nəticəyə gəldiyini, təkcə peşə əmək qabiliyyətinin itirilmə faizinin deyil, həm də tələb olunmadığı halda, onun əlillik dərəcəsini qiymətləndirərək dəyişdirdiyini, əyani protokolda istər 65 faiz, istərsə də 50 faizlə bağlı hər hansı əsaslandırma təqdim etmədiyini, bütün bunların inzibati orqanın məhkəmənin təşəbbüsü ilə təyin etdiyi əyani müayinənin nəticəsi əsasında irəli sürüldüyünü nəzərə alaraq hesab etmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli iddiaçı barəsində əlillik təyinatı ilə bağlı qərarı əsaslı və qanuni hesab edilə bilməz. 14.9. Beləliklə, tərəflər arasında yaranmış mübahisənin həlli və cavabdehin inzibati icraat qaydasına riayət etməklə inzibati icraat aparması aralıq qərardad vasitəsilə öz həllini tapmamışdır. Cavabdeh orqanın məhkəmənin aralıq qərardadı ilə keçirdiyi əyani müayinə nəticəsində xx.xx.2023-cü ildə iddiaçının üçüncü dərəcə, müddətsiz, 50 faiz peşə əmək qabiliyyətinin itirilmə faizini müəyyən etməsi inzibati orqanın alt sistemdə xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlillik təyinatını etibarsız hesab etməsi ilə bağlı hərəkətlərinin inzibati icraat və əlillik təyinatı ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla aparması nəticəsini dəyişdirmir və ya həmin pozuntuları aradan qaldırmır. İddiaçı barəsində əlillik təyinatı düzgün icraat nəticəsində yoxlanılmadığından, sonrakı icraat da düzgün hesab edilə bilməz və onun əlverişsiz hüquqi nəticələri iddiaçının hüquqi vəzi yyətini dəyişdirə bilməz. Odur ki, iddiaçı barəsində müddətsiz 3-cü dərəcə və peşə əmək qabiliyyətinin 50 faiz itirilməsinin təyini barədə xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli və iddiaçı barəsində əvvəlki əlillik təyinatı məlumatları xx.xx.2021-ci il tarixdən əlillik alt sistemində bərpa edilməlidir. 14.10. İddiaçı tələbində onun 2010-cu ildən fasiləsiz ikinci dərəcə əlil olduğundan barəsində hazırda ikinci dərəcə peşə əmək qabiliyyətinin 80 faiz, əlillik dərəcəsinin müddətsiz təyin edilməsini mübahisələndirsə də, məhkəmə iddiaçının əlillik təyinatının müddətsiz olması hissəsində razılaşmamışdır. 14.11. Əvvəla, iddiaçı barəsində ilkin olaraq xx.xx.2021-ci il tarixli qərarla 80 faiz, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olar aq məlumatlar əlillik alt sisteminə yerləşdirilmişdir. İddiaçı nə xx.xx.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin 65 faiz olmasını aşkar etdiyi halda belə, əlilliyinin müddətinin müddətsiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya inzibati aktı həmin hissədə mübahisələndirməmişdir. İnzibati akt qəbul edildiyi qaydada qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, əlillik dərəcəsi, peşə əmək qabiliyyətinin itirilmə faizində olduğu kimi əlilliyin müddəti ilə bağlı məsələ şəxsin sağlamlıq vəziyyətinə uyğun maddi hüquq baxımından aparılan dəyərləndirmədir. Hazırkı iddiasında iddiaçı əlilliyinin həm də müddətsiz təyin olunmasını mübahisələndirsə də, məhkəmə ümumiyyətlə iddiaçının əlillik təyinatı, peşə əmək qabiliyyətinin itirilmə faizi, dərəcəsi, müddəti ilə bağlı maddi hüquq baxımından qiymətləndirmə aparmamışdır. Hazırkı inzibati məhkəmə icraatında yalnız inzibati orqanın icraatla bağlı prosessual qaydalara riayət edib-etməməsi yoxlanılmış və prosessual normalar baxımından cavabdehin hərəkətlərinə hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə yalnız xx.xx.2021-ci il tarixli əlillik təyinatı ilə bağlı qərarın hüquqi nəticələrinin əlillik alt sistemində bərpa edilməsi qənaətinə gəldiyindən hesab etmişdir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixli qərarda nəzərdə tutulmuş peşə əmək qabiliyyətinin 80 faiz, ikinci dərəcə və 5 il müddəti ilə bağlı şərtlər baxımından əlillik alt sistemində bərpa edilməlidir. Dolayısı ilə xx.xx.2021-ci il tarixli qərarla iddiaçının əlillik təyinatı müddəti 5 il olaraq müəyyən edildiyindən və məhkəmə hazırkı icraatda məhz prosessual qaydalar baxımından mövcud vəziyyətdə əlillik təyinatı məlumatlarının əlillik alt sistemində bərpa edilməsi qənaətinə gəldiyindən iddiaçının əlillik müddəti müddətsiz deyil, 5 il olaraq (əlilliyin müddəti xx.xx.2026-cı il) bərpa edilməlidir.
15. İddiaçı, cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsi, iddiaçı iddianın tam təmin edilməsi, cavabdeh və üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və G.M.Abbasova) 18 iyul 2024-cü il tarixli, 21(103)-2167/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri verərək, iddiaçı qərarın iddianın rədd edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, cavabdeh qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
19. İddiaçı və cavabdehin kassasiya şikayətlərini n bütün dəlilləri onların apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətlərinə qarşı yazılı etirazlar təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”: Bənd
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsis temə daxil edir.... 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;... 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər....
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələblər i göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pre dmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi, iddiaya qarşı etiraz və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellya siya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə bir daha qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı 2021-ci il tarixdə iddiaçının ilkin olaraq əyani müayinə olunması və ona xx.xx.2021-ci il tarixdən etibarən 80 faiz peşə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli əlverişli inzibati akta etimad göstərildiyi halda, cavabdeh tərəfindən texniki səhv adı altında, iddiaçının əlillik vəziyyətinin dəyişməsinə gətirib çıxaran hərəkətlər qanunsuz olmuşdur. Belə ki, cavabdeh inzibati orqan əvvəlki əlillik təyinatı barədə xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilməsinə və ya ləğvinə dair inzibati akt qəbul etmədiyi halda, ona təyin olunmuş 80 faiz peşə əmək qabiliyyəti itirilməsi barədə sözügedən qərar qüvvədə olmuş, ləğv edilməmiş, yalnız onun barəsində peşə əmək qabiliyyətini itirilməsinin 65 faizlə olan əlillik dərəcəsi məlumatları əlillik alt sisteminə daxil edilmişdir.
31. İddiaçının “ikinci dərəcə peşə əmək qabiliyyətinin 80%, əlillik dərəcəsinin müddətsiz təyin edilməli olması” barədə iddiaçının kassasiya dəlillərinə münasi bətdə kollegiya qeyd edir ki, ilkin olaraq onun barəsində xx.xx.2021-ci il tarixli qərarla 80 faizlə, ikinci dərəcə 5 il müddətinə əlillik dərəcəsi təyin edilməsi qərara alınmış, həmin qərara uyğun olaraq məlumatlar əlillik alt sisteminə yerləşdirilmiş, iddiaçı tərəfindən isə nə xx.xx.2021-ci il tarixdə olan əlillik barədə müayinə protokolunu əldə edərkən, nə də xx.xx.2021-ci ildə onun barəsində peşə əmək qabiliyyəti itirilmə faizinin aşağı salınması aşkar edildiyi halda, əlilliyinin müddətinin müddətsiz olması ilə bağlı cavabdehə hər hansı pretenziya irəli sürməmiş və ya cavabdehin qərarı həmin hissədə mübahisələndirməmiş, qərar qüvvəyə minmiş və həmin qərardan şikayət etmə müddəti də keçmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisəyə mahiyyəti üzr ə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayətləri təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyul 2024-cü il tarixli, 21(103)-2167/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.