Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1610/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi qərarının ləğv edilməsi; neft məhsullarının alqı-satqısı ilə bağlı daşınma xərclərinin gəlirdən çıxılan xərclərə daxil edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-1028/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 29 dekabr 2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" QSC (satıcı) ilə iddiaçı (alıcı) arasında 2021-ci il üçün 14.489.000 manat məbləğində neft məhsullarının alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X10 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır.
2. İddiaçı tərəfindən cavabdeh inzibati orqana 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək bəyannamənin 200-cü sətrinə əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir 9.654.091,62 manat, 221-ci sətrinə əsasən malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər 9.293.584,42 manat, 241-ci sətrinə əsasən vergiyə cəlb olunan mənfəət 360.507,20 manat, 243-cü sətrinə əsasən mənfəət vergisi 72.101,44 manat bəyan edilmişdir.
3. Cavabdeh 4 saylı Ərazi Vergilər Baş İdarəsinin 07 sentyabr 2023-cü il tarixli, **********129900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2021-ci il üzrə İddiaçı MMC barəsində 58326,74 manat mənfəət vergisi hesablanmışdır. Verginin hesablanmasına əsas Tarif Şurasının qərarına əsasən iddiaçının ümumi gəlirlərinin 9.713.427,68 manat, xərclərinin isə 9.060.684,42 manat olması, yəni 2021-ci il üzrə ümumi dövriyyənin 58733,71 manat azaldılması (9.713.427,68 manat dövriyyə olduğu halda, 9.654.091,62 manat bəyan edilmişdir) və 232.900 manat daşınma xərcinin nəzərə alınmaması olmuşdur.
4. İddiaçı həmin qərardan yuxarı inzibati orqan şikayət vermişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 06 oktyabr 2023-cü il tarixli, **********493100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmiş, cavabdehin 07 sentyabr 2023-cü il tarixli, **********129900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********129900 nömrəli qərarının ləğv edilməsini və cavabdehin üzərinə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə artıq hesablanmış 232900 manat vergi məbləğinin silinməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıqla məşğul olduğu əsas fəaliyyət növü “neft məhsullarının pərakəndə satışı” fəaliyyətidir. "xxxx" QSC ilə iddi açı arasında xx.xx.2020-ci il tarixdə 01/537 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən avtobenzin, dizel, soba mazutu yanacağının və yağ məhsullarının alqı-satqısı razılaşdırılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcı qismində şirkət tərəfindən neft məhsullarının müəssisənin öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı şərtlər müəyyən edilmişdir. Cavabdeh tərəfindən kameral vergi yoxlaması zamanı 2021-ci il üçün gəlir vergisinin bəyannaməsində hesablama metodu tətbiq edilməklə, müəssisə tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamədə 232900 manat nəqliyyat xərclərinin əks etdirildiyi müəyyən edilmiş və qeyd olunan hal yanlış olaraq, vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Daha sonra, 2021-ci il üçün hesablama metodu tə tbiq edilməklə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim olunmasına baxmayaraq, qeyd olunan uyğunsuzluq vergi orqanı tərəfindən aradan qaldırılmamışdır. Qeyd edilənlərlə əlaqədar, vergi ödəyicisi olaraq iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmin məktuba cavab olaraq iddiaçı tərəfindən əsaslı izahat, təsdiqedici sənədlər təqdim edilməsinə baxmayaraq, gəlir vergisi bəyannaməsi üzrə 2021-ci il üçün kameral vergi yoxlaması ilə əsassız artıq vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********817700 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Daha sonra təkrarən 2021-ci il üçün d əqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən əvvəlki hesablamalar ləğv edilərək dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə artıq və əsassız vergi hesablaması aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********640200 nömrəli qanunsuz qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Vergi orqanı səhv mülahizələr nəticəsində əsassız və qanunsuz vergilər hesablamışdır. Daha sonra təkrarən iddiaçı müəssisə tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58326,74 manat mənfəət vergisi hesa blanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********129900 nömrəli qərar qəbul olunmuşdur. İddiaçı cavabdeh orqana 2021-ci ildə alınmış neft məhsullarının daşınması ilə əlaqədar 232900 manat məbləğində nəqliyyat xərclərinin tərəfindən faktiki çəkildiyini və Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılan xərclərə aid edildiyini bildirmişdir. Vergi orqanının da araşdırması zamanı, uçot-baza məlumatlarına əsasən 2021-ci il ərzində tərəfindən X3 (VÖEN: **********) 97400 manat dəyərində, X1 (VÖEN: **********) 53400 manat dəyərində və X2 (VÖEN:**********) 82100 manat dəyərində olmaqla, ümumilikdə, 232900 manat dəyərində elektron qaimələrin əldə edildiyi və inzibati araşdırmaya təqdim edilmiş daşıma xidmətləri üzrə müqavilələrə əsasən qeyd olunan elektron qaimələrin neft məhsullarının daşınması ilə əlaqədar olaraq əldə olunduğu müəyyən edilmişdir. Belə ki, həmin şəxslər tərəfindən iddiaçının sifarişinə əsasən 2021-ci il ərzində məhz yanacaq-neft məhsullarının daşınması həyata keçirilmişdir. Bütün əməliyyatlar qaydalara uyğun olaraq vergi sistemi üzərindən və vergi uçotu sənədləri ilə də rəsmiləşdirilmişdir. Ödənişlər bank köçürməsi ilə həyata keçirilmişdir.
8. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçıya əlavə vergi məbləğləri onun təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral yoxlamalar aparılaraq hesablanmışdır. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yanacaq daşınması ilə bağlı bəyannaməni n 221.15-ci sətrində (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) göstərilmiş 232900 manat məbləğində gəlirdən çıxılan xərc göstərildiyi müəyyən edilmişdir ki, bu hal gəlirlərin vergidən gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən iddiaçıya (vergi ödəyicisinə) vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixdə **********675300 nömrəli məktub göndərilərək yoxlamanın başa çatdırılması üçün vergi ödəyicisindən dəqiqləşmiş “Mənfəət vergisi bəyannaməsi” və təsdiqedici sənədlər əlavə olunmaqla izahat məktubunun 5 gün ərzində vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin iddiaçı tərəfindən dəqi qləşdirilmiş mənfəət vergisi bəyannaməsi və ya müvafiq izahat məktubu təqdim edilmədiyindən, müvafiq dövr üçün kameral vergi yoxlaması keçirilməklə 58326,74 manat əlavə mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixdə **********817700 nömrəli qərar qəbul olunaraq iddiaçıya göndərilmişdir. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, yuxarıda qeyd olunmuş kənarlaşma ilə bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üçün 58326,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli ******* ***129900 nömrəli qərar qəbul olunmuşdur. “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, neft məhsullarının topdansatış tariflərinə aksiz və əlavə dəyər vergisi (ƏDV), eləcə də tranzit tarifləri daxil edilmişdir. Qərarın 2.5-ci bəndində təchizat tariflərinə, neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclərin daxil edildiyi qeyd olunmuşdur. Yəni neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması (təchizatı) ilə bağlı xərclər də nəzərdə tutulduğundan, həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclə rinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: V.E.Əzizova) 24 iyun 2024-cü il tarixli, 2-1(118)-1956/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərar ləğv edilmişdir.
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının aldığı neft məhsullarının daşınması üçün sürücülərə ödədiyi daşınma xərci Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, 232900 manat məbləğində daşınma xərci müəssisənin ümumi gəlirindən çıxılarkən iddiaçı tərəfindən qanunvericiliyin pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərar ləğv edilmiş, “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilmişdir. Yeni qərara əsasən, topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə qədər daşınması və saxlanması ilə bağlı xərclər, pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı xərclər daxil edilmişdir. Buna əsasən qərarın qüvvəyə mindiyi tarixdən etibarən neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların topdan qaydada alışı zamanı pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə çəkilən xərclər təchizat xərclərinə daxil edilmədiyindən həmin vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclər Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılır. Göründüyü kimi, Tarif Şurası da 26 iyul 2022-ci il tarixdən qüvvədə olan 4 nömrəli Qərarında neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalı olduğunu bildirmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş 07 sentyabr 2023-cü il tarixli ********* *129900 nömrəli qərarın ləğv olunmasını tələb etməkdə haqlıdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********129900 nömrəli qərarının 46580 manat mənfəət vergisi hissəsində ləğv olunmasını məhkəmədən xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 28 dekabr 2024cü il tarixli, 2-1(105)-1028/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-1956/2024 nömrəli qərarı – qərarın nəticə hissəsində “Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərar ləğv edilsin” sözləri “Cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********129900 saylı qərar 46580 manat məbləğində mənfəət vergisi hissəsində ləğv edilsin” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, müb ahisələndirilən qərarla vergi məbləği 2 əsas üzrə: 1) 2021-ci il üzrə iddiaçı tərəfindən ümumi dövriyyə azaldıldığından (9.712 825,33 manat dövriyyə olduğu halda, 9.654.091,62 manat dövriyyə bəyan edilmişdir) 11.746,74 (9712825,33 - 9654091,62 = 58733,71*20%) manat əlavə mənfəət vergisi; 2) İddiaçı tərəfindən bəyan edilmiş 232.900 manat daşınma xərci Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarına əsasən iddiaçının xərclərinə aid edilmədiyindən 46.580 (232.900*20%) manat əlavə vergi məbləği hesablanmışdır. 1-ci əsas üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya hesablanmış 11746,74 mənfəət vergisinin qanuniliyi hazırkı mübahisənin predmeti deyildir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı həmin qərarın yalnız 232.900 manat daşıma xərcinin nəzərə alınmaması hissəsində, başqa sözlə, bunun nəticəsində hesablanmış 46.580 (232.900*20%) manat mənfəət vergisi hissəsində ləğv olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Hazırda araşdırılmalı məsələ vergi orqanının qərarının 2-ci əsas üzrə, yəni hesablanmış 46580 manat mənfəət vergisinə münasibətdə qanuniliyinin yoxlanılmasıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə həm topdansatış, həm də pərakəndə satış tariflərinə neft məhsullarının daşınması xərclərinin də aid edildiyini, bu xərclərin Vergi Məcəlləsinin 109-cu maddəsində sadalanan “gəlirdən çıxılmayan xərclər”in əhatə dairəsinə daxil olmadığını əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq iddiaçının tələbinə münasibətdə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən edilir ki, iddiaçı neft məhsullarının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. 46580 manat mənfəət vergisinin hesablanması ilə bağlı hazırkı mübahisənin mahiyyəti iddiaçı tərəfindən "xxxx" QSC-dən alınan yanacağın daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarının tələblərinə görə, təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı xərclər də daxildir. H əmçinin, neft məhsullarının topdansatış tariflərində həmin məhsulların daşınaraq çatdırılması (təchizatı) ilə bağlı xərclər də nəzərdə tutulmuşdur. Cavabdeh qeyd olunan normativ-hüquqi aktın tələbləri baxımından neft məhsullarının daşıma xərclərinin iddiaçının məhsulları satın aldığı "xxxx" QSC tərəfindən çəkilməli olduğunu əsas gətirərək iddiaçının neft məhsullarının ayrıca daşıma ilə bağlı xərclərini nəzərə almamışdır. Halbuki, QSC ilə iddiaçı arasında bağlanılmış 29 dekabr 2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində belə daşımaların həyata keçirilməsi məhz iddiaçının öz üzərinə qoyulmuşdur. İşdən görünür ki, iddiaçı müqavilənin tələblərindən irəli gələrək ayrı-ayrı fiziki şəxslər vasitəsilə satın aldığı neft məhsullarının daşıma xərclərini həyata keçirmiş dir. Belə ki, iş materiallarında olan fiziki şəxs X6 adına verilmiş 2021-ci il tarixli, EBBA seriyalı, 060213, 060706, 061068, EBBB seriyalı 773232, EBBD seriyalı 733045, EBBF seriyalı 179510, EBBG seriyalı 774851, EBBH seriyalı 595438, EBBL seriyalı 451453, EBBM seriyalı 618907, EBBO seriyalı 221478, EBBP seriyalı 040551 nömrəli 13 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 11200 manat, 18200 manat, 18200 manat, 7000 manat, 6300 manat, 10800 manat, 3150 manat, 5000 manat, 4500 manat, 5400 manat, 4050 manat, 3600 manat olmaqla, cəmi 97400 manat pul vəsaiti ödənilmişdir. Fiziki şəxs X4 adına verilmiş EBBB seriyalı, 775052, EBBD seriyalı 734092, EBBF seriyalı 140306, EBBG seriyalı, 774954 nömrəli 4 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 14700 manat, 12600 manat, 14400 manat, 11700 manat olmaqla, cəmi 53400 manat pul vəsaiti ödənilmişdir. Fiziki şəxs X5 adına verilmiş EBBA seriyalı, 055565 EBBA seriyalı, 056062, EBBA seriyalı, 056596, EBBB seriyalı, 771296, EBBD seriyalı, 726679 EBBF seriyalı, 137045 nömrəli 6 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən daşıma xərci kimi ona 2021-ci il ərzində 18000 manat, 18500 manat, 19500 manat, 8500 manat, 8800 manat, 8800 manat olmaqla, cəmi 82100 manat pul vəsaiti ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən 2021-ci il üzrə neft məhsullarının alışı zamanı fiziki şəxslər vasitəsilə ümumilikdə 232900 manat daşınma xərci həyata keçirilmişdir. Bundan başqa, Tarif Şurasının yuxarıda göstərilən qərarı təcrübədə p roblemlər yaratdığına görə, Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndi ilə topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Halbuki, əvvəlki Qərarla pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər tariflə müəyyən olunan qiymətləri də ehtiva edirdi. Yeni qərarın bu problemin həll olunması məqsədilə qəbul edildiyi hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, neft məhsullarının iddiaçının çəkdiyi 232900 manat məbləğində xərclər hesabına daşınması qanunauyğun olmuşdur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 109-cu maddəsində gəlirdən çıxılmayan x ərclər göstərilmiş, hazırkı halda iddiaçı tərəfindən həyata keçirilən daşıma xərcləri bu xərclərə aid edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh iddiaçı tərəfindən neft məhsullarının alışı zamanı çəkilən 232900 manat məbləğində daşınma xərclərini nəzərə almadan onun barəsində 46580 manat məbləğində mənfəət vergisi hesablayarkən haqlı olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqların hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarının ləğv edilməsi və kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi üzrə artıq hesablanmış 232900 manat vergi məbləğinin silinməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Belə ki, iddia ərizəsinin dəlillərindən və işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin onun tərəfindən çəkilən 232900 manat daşıma xərclərinin nəzərə alınmaması ilə bağlı hərəkətlərindən (hərəkətsizliyi) narazıdır və onun bu hərəkətləri nəticəsində xx.xx.2023-cü il tarixli **********129900 nömrəli qərarla hesablanmış 46580 manat mənfəət vergisini qanunsuz hesab edir. Yəni iddiaçının hüquqi marağı cavabdehin həmin qərarının yalnız 46580 manat mənfəət vergisi hissəsində ləğv edilməsidir. Həmçinin, apellyasiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə təqdim edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********129900 nömrəli qərarının 46580 manat mənfəət vergisi hissəsində ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bununla da, bir daha iddiaçının hüquqi marağının mübahisəli qərarın yalnız 46580 manat mənfəət vergisi hissəsində ləğvi olduğu təsdiq edilir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ cü a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2023il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş m ənfəət vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.15-ci (Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər) sətrində göstərilmiş 233005,00 manat məbləğin 232900,00 manat olan hissəsinin 2021-ci il ərzində Cəmiyyət tərəfindən fərdi sahibkar X2 (VÖEN: **********) 82100,00 manat məbləğində, fərdi sahibkar X3 (VÖEN: **********) 97400,00 manat məbləğində və fərdi sahibkar X1 (VÖEN: **********) 53400,00 manat məbləğində yanacaq daşınmasına çəkilən xərclərlə bağlı əldə edilmiş elektron qaimə-fakturalar olduğu müəyyən edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Qanunun 1 nömrəli Əlavəsininin (Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı) 9-cu bəndinə əsasən, “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” lisenziya tələb olunan fəaliyyət növlərinə aid edilmişdir. X11, X12 və X4 2021cü il üzrə “Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması” fəaliyyəti üzrə müvafiq lisenziyalarının olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu ilə müraciət edilmiş, İqtisadiyyat Nazirliyindən sorğuya cavab olaraq bildirilmişdir ki, X7 (VÖEN **********) və X9 (VÖEN **********) lisenziyanın verilməsinə dair məlumat qeydə alınmamışdır. Fərdi sahibkar X8 isə İqtisadiyyat Nazirliyi tərəfindən təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması fəaliyyət növü üzrə 13 sentyabr 2022-ci il tarixli EL594/2022 qeydiyyat nömrəli müddətsiz lisenziya verilmişdir. Göründüyü kimi, iddiaçının daşı yıcı kimi göstərdiyi şəxslərin heç birinin (X8 xx.xx.2022-ci il tarixdə lisenziya verilmişdir) müvafiq fəaliyyətlə məşğul olmaları üçün lisenziyası olmamışdır. Bundan başqa, X11, X12 və X4 2021-cü il üzrə neft məhsullarının daşınması üçün xüsusi nəqliyyat vasitələrinə malik olub-olmamaları (mülkiyyətində və ya etibarnamə ilə istifadəsində olması) ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ilə müraciət edilmiş, Baş Dövlət Yol Polis İdarəsindən sorğu üzrə kompüter uçot bazasında mövcud olan məlumatların kompüter çıxarışı təqdim edilmişdir. Qeyd olunan kompüter çıxarışına əsasən, 2021-ci ildə X11, X12 və X4 mülkiyyətində və ya istifadəsində neft məhsullarının daşınması üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitələrinin olmadığı müəyyən edilmişdir. Bu, bir daha onu göstərir ki, iddiaçını n bəyan etdiyi 232900 manat məbləğində olan elektron qaimə üzrə xərclər əmtəəsiz əməliyyatlar çərçivəsində çəkilmiş xərclərdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Məcəllənin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Apellyasiya məhkəməsi qeyd edilən dəlillərə münasibət bildirməmişdir.
17. Məhkəmənin “Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı ilə xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərar ləğv ed ilmiş, “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edildiyi və həmin qərarda neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən həmin malların pərakəndə ticarət yerlərinə qədər daşınmasına görə vergi ödəyiciləri tərəfindən müstəqil qaydada çəkilən bu xərclərin Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən birbaşa gəlirdən çıxılmalıdır” dəlilinə münasibətdə qeyd olunmalıdır ki, bilavasitə qeyd olunmasa da, bu dəlilin mahiyyətindən aydın olur ki, məhkəmənin mövqeyinə görə, Tarif Şurasının yeni Qərarı hüquqi vəziyyəti yüngülləşdirdiyindən geriyə tətbiq olunmalıdır. Lakin qeyd olunmalıdır ki, Tarif Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarının geriyə, yəni mübahisəli hüquq müna sibətinin yarandığı 2021-ci ilə tətbiq olunmasının heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, qiymətləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Tarif Şurası) tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Tarif Şurası) tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Bu norma vergi orqanına alqı-satqı müqaviləsinin tərəfləri arasında hər hansı razılaşmadan asılı olmayaraq, vergi ödəyicisinə vergi hesablayarkən Tarif Şurası tərəfindən müəyyən edilən qiymətləri əsas götürmək barədə göstərişi nəzərdə tutur. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 20 21-ci ilin dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başa çatdırılmış, yoxlama keçirilən vaxt isə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı qüvvədə olduğundan, Vergi Məcəlləsinin 14.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin Qərarda göstərilən qiymətlər əsas götürülərək əlavə vergi məbləğləri (58326,74 manat) hesablanmışdır. Vergi ödəyicisi sonradan qanunla müəyyən edilmiş vergi orqanının qərarından şikayət verilmə müddətini ötürdüyündən, müddət qazanmaqdan ötrü dəfələrlə eyni dövr üzrə (eyni dövriyyə məbləğləri göstərməklə) dəqiqləşmiş bəyannamələri vergi orqanına təqdim etmişdir (Bu barədə çıxarış əlavə edili r). Qanunvericiliyə əsasən yalnız normativ hüquqi aktların istisna hallarda (fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdir) geriyə qüvvəsi vardır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının müvafiq Qərarı normativ hüquqi akt olmadığından, həmin Qərarın qüvvəsinin geriyə (2021-ci ilə) tətbiqindən söhbət gedə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergilər i yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Maddə
37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə
108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə
109. Gəlirdən çıxılmayan xərclər 109.1. Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapita l xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 109.3. Bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir.... 109.5. Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən çıxılmır.... 109.7. Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. 109.8. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, q iymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər malların vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alış aktı əsasında alınması və ya malların vergi ödəyicilərindən bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verən nəzarət kassa aparatının çeki əsasında alınması üzrə gəlirdən çıxılan xərclərin yuxarı həddi vergi ödəyicisinin hər il üçün gəlirlərinin və xərclərinin ən yüksəyinin hər bir hal üzrə 2 faizi həddində məhdudlaşdırılır və bu həddən yuxarı məbləğ gəlirdən çıxılmır. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Mad də
136. Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübu tlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.... Maddə
47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli, 4 nömrəli Qərarı
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsin ə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barə də qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmet ini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayət inin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
29. Hazırkı mübahisənin mahiyyəti iddiaçı tərəfindən "xxxx" QSC-dən alınan yanacağın daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, Tarif Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinə görə, təchizat tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı xərclər də daxildir. Cavabdeh həmin Qərara istinad edərək iddiaçının ayrıca daşıma ilə bağlı xərclərini nəzərə almamışdır.
30. Cavabdeh neft məhsullarının daşıma xərclərinin iddiaçının məhsulları satın aldığı "xxxx" QSC tərəfindən çəkilməli olduğunu əsas gətirərək onun neft məhsullarının ayrıca daşıma ilə bağlı xərclərini nəzərə almamışdır. Halbuki, QSC ilə iddiaçı arasında bağlanılmış 29 dekabr 2020-ci il tarixli, 01/537 nömrəli alqı-satqı müqaviləsinin 3.1-ci bəndində belə daşımaların həyata keçirilməsi məhz iddiaçının öz üzərinə qoyulmuşdur.
31. Bundan başqa, Tarif Şurasının yuxarıda göstərilən qərarı təcrübədə problemlər yaratdığına görə, Tarif Şurasının xx.xx.2022-ci il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndi ilə topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir. Halbuki, əvvəlki Qərarla pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı bütün xərclər tariflə müəyyən olunan qiymətləri də ehtiva edirdi. Yeni qərarın bu problemin həll olunması məqsədilə qəbul edildiyi hazırkı mübahisənin həlli zamanı nəzərə alınmalıdır.
32. Məhkəmə kollegiyası xüs usi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda gös tərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 dekabr 2024-cü il tarixli, 2-1(105)-1028/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.