Məhkəmə qərarları › İş №2-1(102)-1618/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1618/2024

29.08.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1618/2024 29.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı İddiaçı ASC-nin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” h üquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-140/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ASC xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. İddiaçı ASC-nin “ləğv prosesində” olması barədə qeyd xx.xx.2018-ci ildə reyestrə daxil edilmiş, lakin ləğvetmə prosesi bir il ərzində yekunlaşmamışdır.

3. İddiaçı ASC-nin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.

4. İddiaçı ASC xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək cəmiyyətin ləğvetmə prosesinin hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubu ilə onun müraciətini təmin etməmişdir. Cavabdeh imtinasının əsası kimi qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötməsini göstərmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş e tmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixində “Xalq qəzeti”ndə İddiaçı ASC-nin icra orqanı tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilməsi barədə elan dərc edilmiş və bütün səhmdarlara ümumi yığıncağın keçirilməsi yeri, vaxtı və gündəlikdəki məsələlər barədə bildiriş göndərilmişdir. Bundan sonra isə xx.xx.2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.2-1ci maddəsinə uyğun olaraq hüquqi şəxsin bütün kreditorlarının tələblərinin 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat “Xalq qəzeti”ndə dərc etdirilmişdir. 7. xx.xx.2018-ci il tarixində Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmiş və ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi qərarı alınmış, Ləğvetmə komissiyası seçilmişdir. Ləğvetmə komissiyası da Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında ləğv prosesini başlatmış və Azərbaycan Respublikasının müvafiq qurumu (cavabdeh) tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə Cəmiyyətin ləğv prosesində olduğu qeydə alınmışdır.

8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ləğvetmə komissiyası ləğv prosesini davam etdirmiş, kreditor və debitorlar müəyyən olunmuş, borclar ödənilmiş, Cəmiyyətin bütün əmlakı satışa çıxarılmış və satılmış əmlak əsasında yekun balans və bölünmə balansı səhmdarların ümumi yığıncağı tərəfindən xx.xx.2019-cu il tarixində təsdiq edilmiş və səhmdarlara çatacaq payın ödənilməsi üçün onlara bildirişlər göndərilmişdir.

9. Bundan sonra isə Ləğvetmə komissiyası Azərba ycan Respublikasının qanunvericliyinə uyğun olaraq maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edərək Cəmiyyətin səhmlərinin dövriyyədən çıxarılmasını xahiş etmişdir.

10. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xeyli sual ünvanlanmış və bu sualların cavablandırılması tələbi qoyulmuşdur. Ləğvetmə komissiyası tərəfindən bu tələb də yerinə yetirildikdən sonra maliyyə bazarlarına nəzarət orqanı tərəfindən yazılı məlumat verilmişdir ki, Cəmiyyət ilə səhmdar arasında məhkəmə mübahisəsi olması və məhkəmə prosesinin davam etməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılması prosesi həyata keçirilə bilməz.

11. Maliyyə bazarlarına nəzarət orqanının qeyd etdiyi məhkəmə prosesi birinci instansiya məhkəməsində yekunlaşdırıldıqdan sonra Ləğvetmə komissiyası yenidən maliyyə bazarlarına nəza rət orqanına müraciət etmişdir. Lakin qurumdan alınan yazılı cavab nəticəsində müəyyən olunmuşdur ki, eyni səhmdar məhkəmə prosesini davam etdirdiyi üçün qanunvericiliklə Cəmiyyətə tanınan hüquq həyata keçirilə bilməz. Cəmiyyətə qarşı qeyd olunan bütün məhkəmə prosesləri bitdikdən sonra yenidən maliyyə bazarlarına nəzarət orqanına yazılı müraciət edilmiş və maliyyə bazarlarına nəzarət orqanından alınan yazılı cavabda ləğvetmə prosesinin vaxtının bitdiyi və bu səbəbdən səhmlərin dövriyyədən çıxarılması məsələsi qurum tərəfindən yenidən qanunvericilik əsasında müraciət edildikdən sonra baxılacaqdır.

12. Səhmlərin dövriyyədən çıxardılması ilə Azərbaycan Respublikası Milli Bankına müraciət edilsə də, cavabında bildirilmişdir ki, cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dö vlət reyestrindən çıxarılmışdır. Bu səbəblə də Milli Bank imtina vermişdir.

13. Bundan sonra cavabdehə müraciət edilsə də, cavabdeh qurum əsassız imtina vermişdir. Belə ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixli, **********773800 saylı imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğvetmə prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlanma səbəbi olur. İddiaçı ASC-nin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarı lmışdır.

14. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməlidir. "Maliyyə bazarlarına nəzarət orqanına Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən müraciətlərdə qurum tərəfindən cavab verilərkən heç zaman ləğv etmə müddətinin keçməsi səbəbi qeyd edilməmişdir.

15. Bundan əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsə qarşı səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən iddia qaldırılması qurum tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirməməyə səbəb deyildir. Belə ki, cəmiyyət qanunvericilik əsasında yenidən ləğvetmə prosesini başlatmış olsa belə səhmdarlardan hər hansı biri və ya bir neçəsi tərəfindən Cəmiyyətə qarşı iddia qaldırılmış olanda ma liyyə bazarlarına nəzarət orqanı bu prosesi əsassız və səbəbsiz olaraq dayandıracaqmı? Bunu bilən və bazarda aktiv fəaliyyət göstərmək istəyən diler səhmdarların əlindən ölkəmizdə heç bir hüquqi şəxs qanunvericilik əsasında ona tanınan ləğv prosesini tamamlaya bilməz. Məhkəmə prosesləri ən azı 7-8 ay davam edir. Ləğv etmə prosesi qanunvericilik əsasında bəzi müddətlərin gözlənilməsi səbəbindən ən azı 5-6 ay çəkir. Belə olan halda qanunvericiliyə uyğun olaraq 1 (bir) illik müddətində ləğv etmə prosesini bitirmək heç cür mümkün deyildir. Belə olan halda da qanunvericiliklə hüquqi şəxsə tanınan ləğv etmə prosesləri maliyyə bazarlarına nəzarət orqanının keyfı hərəkətləri nəticəsində bitirilə bilməz. Bundan əlavə belə bir təəssürat yaranır ki, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həmin diler səhmdarlara müəyyən şəraitlər yaradılır. Maliyyə bazarlarına nəzarət orqanına Ləğvetmə komissiyası tərəfindən dəfələrlə yazılı müraciətlər olunmuş, lakin qurum tərəfindən hər dəfə verilən cavabda məhkəmə prosesinin olması səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkün olmayacağı, məhkəmə prosesi bitdikdən sonra Cəmiyyət tərəfindən yenidən müraciət edilməli olduğu bildirilmişdir.

16. Cəmiyyətin Ləğvetmə komissiyası tərəfindən edilən bütün müraciətlərə verilən yazılı cavabda maliyyə bazarlarına nəzarət orqanı ləğvetmə prosesi üçün nəzərdə tutulan müddətin keçməsi səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkün olmayacağı və yenidən ləğv etmə prosesinin başlanılmalı olduğu qeyd edilməmişdir. Məhkəmə prosesi bitdikdən sonra isə qurum tərəfindən “ləğv etmə müddətinin bit məsi” səbəbindən səhmlərin dövriyyədən çıxarılmasının mümkünsüzlüyü kimi verilən cavab isə hesab edirlər ki, açıq aydın qanunvericiliklə hüquqi şəxsə tanınan ləğv prosesi hüququnun həyata keçirilməsinə maneçilikdən başqa bir şey deyildir. Cavabdehin etirazları:

17. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçının ləğv prosesində olması müddətinin artırılması barədə bir neçə müraciətinə Dövlət Vergi Xidməti və 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən baxılmış və iddiaçıya qanunvericiliyin müvafiq müddəaları izah olunmuşdur.

18. İddiaçı ASC-nin “ləğv prosesində” olması barədə qeyd xx.xx.2018-ci ildə reyestrə daxil edilmiş, ləğvetmə prosesi hazırkı dövrədək yekunlaşmamış və beləliklə də ləğvetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bi r illik müddət başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.6-cı maddəsinə əsasən ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. İddiaçı cəmiyyət “ləğv prosesində” olmasına baxmayaraq, 2019-cu ilin fevralında bank hesablarının açılması ilə bağlı müraciət etmiş və iki bank hesabı açılmışdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəa liyyət göstərir. Odur ki, ləğvetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş birillik müddət başa çatdığından, həmçinin debitor və kreditor borclarının olub-olmamasının müəyyən edilməsi üçün iddiaçı ASC-nin ləğvetmə prosesi yenidən başlanılmalıdır.

20. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-692/2019 nömrəli qərardadı ilə iddiaçı ASC-nin ləğvi ilə bağlı hərəkətlərə səhmdarlar arasında məhkəmə mübahisəsi həll edilənədək qadağa qoyulmuşdur. Qeyd edilmiş qərardad Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-692 nömrəli qərardadı ilə ləğv edilmişdir. Qeyd edilənlərdən əlavə, iddiaçı ASC-nin müraciətlərinə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş cavablar da birillik müddətin ke çməsi səbəbindən və səhmdarlar arasında məhkəmə mübahisəsinin olması səbəbindən ləğvin mümkün olmaması birmənalı olaraq qeyd edilmişdir.

21. İddiaçı ASC-nin ləğv prosesinin başa çatması ilə bağlı ancaq xx.xx.2022-ci il tarixdən sonra müraciət edə bilərdi və indiyə qədər müraciət olunmamışdır. Eyni zamanda, iddiaçı ASC-nin ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bununla əlaqədar olaraq tərəfinizdən hüquqi şəxsin ləğvetmə prosedurlarına yenidən başlanılması üçün 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövləti n adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyət lərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-781/2023 nömrəli qərarı ilə idd iaçının cavabdehə qarşı “iddiaçı ASC-nin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğvetmə prosesinin” hüquqi şəxslərin dövlət reyestrində qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə ləğvetmə prosesinin ümumi müddəti 1 il müəyyən edilmişdir. İddiaçı ASC-nin ləğv prosesi olması barədə məlumat xx.xx.2018-ci il tarixdə dövlət reyestrində daxil edilmişdir. Qanunvericiliyə əsasən iddiaçının ləğvetmə prosesinin ümumi müddəti xx.xx.2019-cu ildə bitmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)692/2022 saylı qərardadından görünür ki, “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İ ddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsinin qadağan edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmasının qadağan edilməsinə dair Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardad ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 2(027)-692/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə “Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatasına İddiaçı ASC-nin səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə İddiaçı ASC-nin hüquqi şəxslərin dövlət reyestrindən çıxarılması cavabdeh orqana qad ağan edilmişdir. İddiaçı isə ləğvetmə prosesində olan hüquqi şəxslərin dövlət reyestrindən çıxarıldıqdan sonra cavabdeh orqana müraciət edərək ləğvetmə prosesinin bərpa edilməsini xahiş etmişdir. Qanunvericilikdə mübahisə ilə bağlı birbaşa müddət nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqana müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Qanunvericilikdə “hüquqi şəxsin ləğv prosesinin bərpa edilməsi” ilə bağlı hər hansı norma və ya hal nəzərdə tutulmamışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməməsində haqlı olmuşdur.

25. Beləliklə, müəyyən olunmuşdur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir.

26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-140/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-781/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı ASC-nin ləğvetmə prosesində olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatının bərpa e dilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən hüquqi şəxsin ləğv edilməsi ilə bağlı qeydin dövlət reyestrinə daxil olduğu vaxtdan (xx.xx.2018-ci il) qanunla tələb olunan birillik müddət ərzində ləğvetmə prosesi başa çatdırılmadığından (xx.xx.2019-cu il tarixdə müddət bitib), bu barədə reyestrdə aparılmış qeyd qeydiyyatdan çıxarılaraq, iddiaçıya ləğvetmə prosesinin yenidən başlanılması bildirilmişdir. İddiaçı isə ləğvetmə prosesinin birillik müddət ərzində başa çatmamasının səbəbinin təsisçilər (səhmdarlar) arasında məhkəmə mübahisələrinin baş verməsi, iddiaçının təqsiri ilə əlaqədar olmaması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür.

29. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2018-ci il tarixli ümumi yığıncağın protokoluna əsasən Cəmiyyətin ləğv edilməsi qərara alınmış, Ləğvetmə Komissiyası seçilmiş, ləğvetmə prosesi barədə məlumat xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfindən dövlət reyestrinə daxil edilmişdir.

30. Daha sonra Cəmiyyətin səhmdarları arasında bir neçə məhkəmə mübahisəsi baş vermişdir. Maliyyə Bazarlarına nəzarət orqanı tərəfindən qeyd edilən məhkəmə mübahisələrinin baş verməsinə istinad edilərək, cəmiyyətə məxsus olan səhmlərin dövriyyədən çıxarılması prosesinin həyata keçirilməsinin mümkün olmaması bildirilmişdir.

31. Həmçinin, iş materiallarından görünür ki, Cəmiyyətin (iddiaçı) səhmdarları arasında məhz ləğvetmə prosesi ilə bağlı olaraq (ümumi yığıncağın protokolunun etibarsız hesab edil məsi, yazılı sənədlərin təqdim edilməsi, Ləğvetmə Komissiyasının qərarının etibarsız hesab edilməsi, ləğvetmə prosesinin dayandırılması və s.) 2019-2021-ci illərdə məhkəmə mübahisələri olmuş, həmin mübahisələrə aid məhkəmə qərarları mövcud olmuşdur. Eyni zamanda, həmin qərarlardan apellyasiya və kassasiya şikayəti verildiyindən, məhkəmə prosesləri uzun müddət davam etmişdir. Hansıki, məhz həmin məhkəmə mübahisələri ləğvetmə prosesinin yekunlaşdırılması üçün qanunla tələb olunan sənədlərin də əldə edilməsinə mane olmuşdur. Bu hallar isə özlüyündə iddiaçı tərəfindən ləğvetmə prosesinin yekunlaşdırılmasına birbaşa təsir etmiş, bu səbəbdən də ləğvetmə prosesinin başa çatdırılması mümkün olmamışdır.

32. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, mülki qanunvericiliy in normasında ləğvetmə prosesinin ümumi müddətinin hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmaması, həmin müddətin keçməsi halının ləğvetmə prosesinin yenidən başlamasına səbəb olması qeyd edilir.

33. Bundan əlavə, yuxarıda istinad olunan mülki qanunvericilik normasının məzmununa əsasən hüquqi şəxsin ləğvi prosesi məhz bu barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi ilə ləğvetmə prosesi başlayır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəni həll edərkən məhz sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin məqsədi nəzərə alınmalıdır.

35. Belə ki, qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin başlanması anı qeyd edilməklə, ləğvetmə prosesinin ümumi müddətinin bir i ldən çox olmaması halı, habelə həmin müddətin keçməsinin məhz ləğvetmə prosesinin yenidən başlanmasına səbəb olması qeyd edilmişdir.

36. Göründüyü kimi, qeyd edilən normada, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin bir il müddətində başa çatmaması halının onun ləğvi barədə qeydin dövlət qeydiyyatından çıxarılmasına səbəb olması və bu səbəbdən yenidən ləğvi barədə qeydin dövlət reyestrində qeydiyyatdan keçirilməsinə dair hər hansı şərt və buna dair imperativ norma ehtiva olunmamışdır.

37. Bundan əlavə, qanunvericilikdə həmin qeydin qeydiyyatdan çıxarılması və yenidən aparılması əsaslarına dair heç bir göstəriş mövcud olmamışdır.

38. Həmçinin, qeyd edilməlidir ki, həmin halın yalnız ləğvetmə prosesinin yeni dən başlanmasına səbəb olması kimi qeyd edilmişdir ki, qeyd edilən normanın məzmununa əsasən ləğvetmə prosesi məhz hüquqi şəxsin ləğvi barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi ilə başlayır.

39. Eyni zamanda, qeyd edilməlidir ki, həmin qeydiyyat məhz hüquqi şəxsin ləğvetmə prosesində olması halını müəyyən etməklə, dövlət reyestrinə də məhz ləğvetmə prosesində olması barədə məlumatlar daxil edilir.

40. İndiki halda hüquqi şəxs tərəfindən onun ləğvi barədə qərar qəbul edilmiş, ləğvetmə komissiyası təyin edilmiş, həmin qərarlar hazırda da qüvvədədir. Hüquqi şəxsin “ləğvetmə prosesi” statusunda olması davam edir, bu halı istisna edən hər hansı yeni hal baş verməmişdir.

41. Belə olduğu halda, cavabdeh inzibati orqanın həmin hala istinad etməklə, hüquqi şəxsin ləğvi bar ədə qeydin qeydiyyatının reyestrdən çıxararaq, həmin qeydiyyatının yenidən aparılmasını tələb etməsi formal əsaslara söykənməklə, heç bir qanuni əsası mövcud olmamışdır. Bu hal isə özlüyündə iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmaqla yanaşı, mütənasiblik, qənaət, qanunçuluq prinsiplərinin tələbləri ilə uzlaşmır.

42. Belə ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri mütənasib və həddindən artıq yü kə məruz qalmamalıdırlar.

43. Bu mənada, nəzərə alınmalıdır ki, indiki halda hüquqi şəxsin ləğvetmə prosesinin başlanmasını şərtləndirən amillər və qanunla bu məqsəd üçün tələb olunan şərtlər (ləğvetmə barədə qərar qəbul edilməsi, ləğvetmə komissiyasının yaradılması) mövcud olmuşdur. Bundan əlavə, işin müəyyən edilmiş hallarından görünür ki, ləğvetmə prosesinin başa çatdırılmaması səbəbləri iddiaçının təqsirli davranışının nəticəsi kimi ortaya çıxmamışdır.

44. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.

45. Bundan əlavə qeyd edilməlidir ki, işin müəyyən edilmiş həmin halları mövcud olduğu halda, bir illik müddət də ləğvetmə prosesinin başa çatdırılmaması halına istinad etməklə, ləğv barədə qeydin qeydiyyatdan çıxarılması halı həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı.

46. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası formal xarakter daşımaqla, qanunvericiliyin norma və prinsiplərinin tələblərinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur.

47. Həmçinin, məhkəmə kollegiyası cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd edir ki, etirazın əsası kimi istinad edilən hallar ləğvetmə prosesi çərçivəsində də aydınlaşdırılması mümkün olmaqla, müvafiq qeydin qeydiyyatdan çıxarılmasına əsas olan hal kimi çıxış etməmişdir.

48. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfi ndən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin müəyyən edilmiş halları tam şəkildə araşdırılmamış, habelə həmin hallar qanunvericilik normasının və prinsiplərinin tələbləri baxımından əlaqəli şəkildə təhlil edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur.

49. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normalarının pozulmasına dair dəlillər:

50. Apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulmasına gətir ib çıxardığından və qanunsuz olduğundan ləğv edilməlidir.

51. İddiaçı ASC-nin “ləğv prosesində” olması barədə qeyd xx.xx.2018-ci ildə reyestrə daxil edilmiş, ləğvetmə prosesi hazırkı dövrədək yekunlaşmamış və beləliklə də ləğvetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət başa çatmışdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur.

52. Bununla yanaşı, Cəmiyyət “ləğv prosesində” olmasına baxmayaraq 2019-cu ilin fevralında bank hesablarının açılması ilə bağlı müraciət etmiş və iki bank hesabı açılmışdır.

53. İddiaçı ASC tərəfindən ləğv edilmə prosedurları qanunvericiliklə müəyyən edilmiş 1 il müddətində başa çatdırılmadığından cəmiyyətin ləğv prosesində olması barədə qeyd hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.

54. Məcəllənin 59.6- cı maddəsində qeyd olunur ki, ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. Başqa sözlə, qanunvericilikdə ləğv prosesi ilə bağlı tələblərin və müvafiq öhdəliklərin yerinə yetirilməsinin ləğvetmə komissiyasının (təsviyəçinin) üzərində olduğunu və bu hərəkətlərin bir illik müddətlə məhdudlaşdığını yuxarıda sadalanan imperativ normalarla müəyyən edilir.

55. Vergi orqanının həmin mülki hüquq münasibətlərində hüquqi şəxslərin dövlət reyestrində həmin dəyişiklikləri qeydə alan müvafiq icra hakimiyyəti orqanı qismində çıxış edir. Qanunvericiliklə bu cür dəyişikliklərin inzibati orqan tərəfindən öz tə şəbbüsü ilə dövlət reyestrinə daxil edilməsinə dair hər hansı maddi norma nəzərdə tutulmadığı kimi, həmin hərəkətlərin yerinə yetirilməsi də məhkəmə tərəfindən onun üzərinə qoyula bilməz.

56. Mülki Məcəllənin 61.2-ci maddəsinə görə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir.

57. Məcəllənin 61.3-cü maddəsinə əsasən isə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olubolmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

58. Göründüyü kimi sadalanan maddi normalar hüquqi şəxsin ləğvi prosesi ilə bağlı müəssisənin yerinə yetirməli öhdəlikləri üzrə ləğv komissiyasını (təsviyəçini) məsul şəxs qismində göstərir. Hər hansı bir müəssisənin ləğvi ilə bağlı müvafiq qeydlərin dövlət reyestrində aparılması üçün həmin hərəkətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada, ardıcıllıqda və zaman çərçivəsində həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilməsi vacib və zəruridir. Əks halda inzibati orqanın üzərinə bu cür öhdəliklər qoyula bilməz.

59. Bununla yanaşı İddiaçı ASC təşkilati-hüquqi formasına görə səhmdar cəmiyyət olduğundan idarəetmə ilə bağlı məsələlərin tənzi mlənməsi Mülki Məcəllənin 102-108-ci maddələrinin tələblərinə əməl olunmaqla həyata keçirilir.

60. Belə ki, Mülki Məcəllənin 107.1.5-ci maddəsinin tələblərinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.

61. Həmçinin 107-2.3-cü maddəyə əsasən təkrarən çağırılan ümumi yığıncağın keçirilməsi üçün yetərsay təmin olunmadıqda, iddiaçı ASC Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verərək, yetərsaydan asılı olmadan ümumi yığıncağın qərarı ilə və ya Azərbaycan Respublikasının Mərkəzi Bankının iddiası əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər. Səhmdarların cəmiyyətin ləğv edilməsi haqqında ümumi yığıncağın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.

62. Mülki Məcəllənin 108.1-ci maddəsin ə görə səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin başqa əsasları və qaydası, müvafiq olaraq, bu Məcəllə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

63. Göründüyü kimi sadalan heç bir norma da “ləğv prosesinin bərpası”na dair hər hansı müddəa nəzərdə tutulmadığı, bunun əksinə ləğv prosesinin və onun bağlı hərəkətlərinin bir ildə artıq olmamalı olduğuna dair imperativ norma nəzərdə tutulduğu halda məhkəmə maddi normanın ciddi pozuntusuna yol verərək 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə İddiaçı ASC hüquqi şəxslərin dövlət reyestrində ləğv prosesində olmasına dair q eydin bərpa edilməsi öhdəliyini qanunsuz olaraq qoymuşdur.

64. Həmin qərarı qəbul edərkən isə məhkəmə qanunvericiliyinin normasının (Mülki Məcəlləni 59.6-cı maddəsinin) təhrifinə yol verərək absurd əsaslandırma gətirmiş və qeyd etmişdir ki, qeyd edilən normada hüquqi şəxsin ləğvetmə prosesinin başlamasını anı qeyd edilməklə, ləğvetmə prosesinin ümumi müddəti bir ildən çox olmaması halı, habelə həmin müddətin keçməsinin məhz ləğvetmə prosesinin yenidən başlamasına səbəb olması qeyd edilmişdir.

65. Daha sonra məhkəmə həmin normaya zidd olaraq təhrif edilmiş bir mülahizə ilə bildirir ki, qeyd edilən normada o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin bir il müddətində başa çatmaması halının onun ləğvi barədə qeyd in dövlət qeydiyyatından çıxarılmasına səbəb olması və bu səbəbdən yenidən ləğvi barədə qeydin yenidən dövlət reyestrində qeydiyyatdan keçirilməsinə dair hər hansı şərt və buna dair imperativ norma ehtiva olunmamışdır.

66. Belə olan halda sual olunur ki, Mülki Məcəllənin 59.6-cı maddəsində qeyd olunan ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamasına və həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olmasına dair norma imperativ norma deyildir mi? Və dövlət reyestrində ləğv prosesi ilə bağlı müvafiq qeydlər aparan inzibati orqan tərəfindən bir ildən artıq müddətin keçməsinə baxmayaraq hüquqi şəxs tərəfindən prosesin yekunlaşması ilə bağlı müvafiq hərə kətlər yerinə yetirilmədiyi halda “ləğv prosesindədir” qeydinin saxlanılması qeyd olunan normanın kobud pozuntusu deyildir mi?

67. Apelyasiya instansiyası məhkəməsini imperativ normaya istinad edərək daha sonra həmin halı tənzimləyən imperativ normanın olmamasına dair bildirdiyi ziddiyyətli mülahizə artıq öz-özlüyündə həmin qərarın ləğvinə əsasdır.

68. Bununla yanaşı ləğv prosesinin iddiaçı tərəfindən yekunlaşdırılmasının mümkünsüzlüyünü əsaslandırmağa çalışan məhkəmə dəlil olaraq Cəmiyyətin səhmdarları arasında yaranan məhkəmə mübahisələrinə istinad edərək bunu iddiaçının lehinə üzrlü səbəb kimi qiymətləndirməyə çalışmışdır.

69. Halbuki, ləğv prosesinə başlaya müəssisə ilk növbədə kreditorları və digər qarşılıqlı münasibətdə olduğu şəxslər qarşısında öz öhdəlikləri üzrə qanunvericilik ç ərçivəsində öhdəlik daşıdığı üçün ləğv prosesi ilə bağlı həyata keçirilən ilkin hərəkətlərdən bir qəzetdə elanın verilməsi olur.

70. Belə ki, Mülki Məcəllənin 59.2-1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.2.1ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra or qanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub- olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.

71. Bununla yanaşı, Mülki Məcəllənin 108.1-ci maddəsinə görə səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

72. Səhmdarlar arasında yaranan məhkəmə mübahisəsi öz-özlüyündə səhmdarların ümumi yığıncağının ləğv ilə bağlı qərarının mübahisəli olduğunu, Cəmiyyətin öhdəliklərini tam yerinə yetirənə və ya məhkəmə qərarı i lə yetirmiş hesab edənə qədər ləğvinin mümkünsüz olduğunu göstərir. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər: 73. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

74. Bir halda ki, məhkəmə hazırkı iş üzrə iddianı öhdəliyin icrası haqqında i ddia növünə aid etmişdir, o halda məhkəmə vergi orqanı tərəfindən hansı hərəkətinin və ya hərəkətsizliyinin iddiaçının hüququnun pozulmasına gətirib çıxardığına, həmin hərəkətlərinin davam edib-etmədiyinə dair hüquqi münasibət bildirməli idi.

75. Həmçinin istinad olunan Plenum Qərarının 4.1-ci bəndinə əsasən İPM-in 35.1 -ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

76. Həmin Qərarın 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə a laraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.

77. Qərarın 5.1-ci bəndinə görə iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

78. Həmçinin 5.3-cü bəndinə əsasən iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır.

79. İddiaçının 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəmə sinə müraciət edərək, vergi orqanı tərəfindən “Cəmiyyətinin ləğvetmə faktının qeydə alınması ilə bağlı “ləğv prosesindədir” qeydinin hüquqi şəxsləri dövlət reyestrində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Halbuki qanunvericilikdə “ləğv prosesindədir" qeydinin hüquqi şəxslərin dövlət reyestrində bərpa edilməsini nəzərdə tutan hər hansı hüquqi norma mövcud deyildir. Belə olan halda, məhkəmə prosessual qanunvericiliyinin mümkünlük şərtlərinə diqqətlə yanaşmalı və ayrıca qərardada qəbul etmədiyindən qərarından həmin şərtlərin mövcud olubolmamasına dair mövqeyini əsaslandırmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

80. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edil məmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

81. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdir ilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

82. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

83. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

84. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılm ası zəruri olan həddə təmin edilmişdir.

86. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

87. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

88. Maddi hüquq normalarının tətbiqi ilə bağlı şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, həmin dəlillər hüquqi şəxsin ləğvi ilə bağlı qərarın qəbul edilməsi və hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət də daxil olmaqla ləğvetmə proseduruna aiddir.

89. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq hesab etmişdir ki, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilikdə hüquqi şəxsin ləğvetmə prosesinin bir il müddətində başa çatmaması halının onun ləğv prosesində olması barədə qeydin ləğvinə səbəb olduğuna dair düzünə göstəriş yoxdur.

90. Məhkəmə kollegiyası bu qənaətin əsası kimi, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İX hissəsinə əsasən «Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri e tməyə məcbur edilə bilməz». Həmin maddənin X hissəsinə əsasən «Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər».

91. Birbaşa qüvvədə olan həmin normalara əsasən, Konstitusiyanın 71-ci maddəsinin İX hissəsinin nəzərdə tutduğu şəxslərdən fərqli olaraq dövlət orqanları, həmin orqanların vəzifəli şəxslərinin timsalında, yalnız o fəaliyyəti həyata keçirə və yalnız o hərəkətləri icra edə bilərlər ki (həm də müəyyən edilmiş qaydada və hüdudlarda), bunlar qanunda bilavasitə nəzərdə tutulmuş olsun.

92. Qeyd olunduğu kimi, hazırkı mübahisə üzrə münasibətləri tənzimləyən qanunvericilik aktlarında hüquqi şəxsin ləğvetmə prosesinin bir il müddətində başa çatmaması halının onun ləğv prosesində olduğuna dair qeydin ləğvinə səbəb o lması barədə düzünə göstəriş yoxdur. Buradan, cavabdehin yuxarıda qeyd olunan məzmunda faktiki xarakterli hərəkəti və bunun nəticəsinin aradan qaldırılmasından (qeydiyyatın bərpasından) imtinası qanuna uyğun olmamışdır.

93. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

94. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-140/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar