Məhkəmə qərarları › İş №2-1(102)-1623/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1623/2025

09.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1623/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qanuni qüvvədə olan hüquqmüəyyənedici sənəd əsasında ayrılmış torpaq sahəsinə hüququn qeydə alınması, bərabər yanaşma və etimadın qorunması prinsiplərinin pozulması, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrini n 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-666/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Bakı İnzibati Məhkə məsinin 16 avqust 2024-cü il tarixli, e-2-1(112)-1144/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi nə Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı, nə də torpaq sahəsinin yerləşmə cizgisi Bilgəh bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmamışdır. İddiaçıya torpaq sahəsi ayrılarkən həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əməl olunmamış, DTXK tərəfindən təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı aktı təsdiq edilməmiş və Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi alınmamışdır. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinin cavablarında qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş sahə Abşeron rayonunun istifadəçiliyində olan keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində olmaqla Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir və X2 X3 məlumatlarında dövlət mülkiyyəti olaraq qeyd olunmuşdur. Torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Beləliklə, dövlət torpaq kadastrının məlumatlarının həqiqətə uyğunluğu kadastrı aparan orqanın məlumatına əsasən müəyyən edilməlidir. Müba hisəli torpaq sahəsinin Bilgəh bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayırma səlahiyyəti olmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 2-1(103)-666/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı ilə sözügedən 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Bu barədə tərəflər arasında torpaqların alqısatqısına dair akt bağlanmış və torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına keçirilmişdir. İddiaçının qeyd olunan hüquqmüəyyənedici sənədlərə istinadən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti cavabdeh tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinasını və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı, alqı-satqı aktı, torpaq sahəsinin sxemi və ödən iş qəbzinin əsilləri mövcuddur və həmin sənədlər bələdiyyə tərəfindən imzalanaraq möhürlənmişdir. Məhkəmə sorğu verməklə yanaşı iddiaçıdan sənədlərin əslini tələb edə və həmin sənədlərə baxış keçirə bilərdi. Apellyasiya instansiya məhkəməsində icraat zamanı həmin sənədlərin əsillərinə baxış keçirilərək iş materiallarına əlavə edilmişdir. Qeyd olunan sənədlərin Bilgəh bələdiyyəsinin arxivində, eləcə də dövlət arxivində aşkar olunmaması, həmin sənədlərin arxivə verilməməsi vətəndaşın məsuliyyət sferasına aid edilə, hüquqlarını məhdudlaşdıra bilməz və sənədin mövcud olub-olmamasını şərtləndirə bilməz.

6. Həmçinin sözügedən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyildir. Odur ki, həmin torpaq sa həsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim edilmiş X1 xx.xx.2025-ci il tarixli, 08 nömrəli ekspert rəyinin nəticə hissəsində də qeyd edilmişdir ki, sözügedən 1000 kv.m torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşməsi müəyyən edilir. Mütəxəssis rəyinin tədiqat hissəsindən də göründüyü kimi torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamı ilə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli Fərmanına əsasən, Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin 689,46 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Bilgəh qəsəbə bələdiyyəsinə təhvil verilmiş sahə daxilində yerləşir. Qeyd edilənlərin əksinə olaraq, sözügedən torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı cavabdeh hər hansı sübut təqdim edə bilməmişdir. Odur ki, qeyd olunan əsasla da iddiaçının müraciətinin təmin olunmasından imtina edilə bilməz. Həmçinin o da qeyd olunmalıdır ki, qanunvericilik normalarından aydın olduğu kimi, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sah əsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

7. İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktını cavabdehə təqdim etmişdir, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayon Bilgəh bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 056 nömrəli qərarı və eləcə də həmin qərar əsasında tərtib edilmiş alqı-satqı aktı qüvvədədir, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirilməmiş, həmçinin cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Həmçinin məhkəmə araşdırması zamanı müvafiq hüquqmüəyyənedici sənədlər əsasında inzibati icraat qaydasında başqa bir şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi müəyyən edilmişdir. Həmin çıxarışda torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahələri olduğu qeyd edilmişdir. Beləliklə, eyni mühüm faktiki hallara, hüquqmüəyyənedici sənədlərə malik olmasına baxmayaraq, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bununla da inzibati orqan öz praktikasında vətəndaşlara münasibətdə bərabər davranmamış, bərabərlik və etimad hüququnun qorunması prinsiplərini pozulmuşdur.

8. Cavabdeh mahiyyətcə imtinasının və iddiaya qarşı etirazının məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 9 6.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya m əhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzi bati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsasl anan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəy yən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yən i hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi il ə yaradılır. Bununla yanaşı, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, mübahisəli torpaq sahəsinin qonşu ətrafında yerləşən torpaq sahələri üzərində mülkiyyət hüququna dair digər şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12.2ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Başqa sözlə, həmin ərazidə yerləşən torpaq sahəsi ilə bağlı hazırkı mübahisəyə münasibətdə də cavabdeh eyni qaydada davranmağa və bərabər yanaşma prinsipinə əməl etməyə borcludur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-560/2023 nömrəli, xx.xx.2023-cü il tar ixli 2-1(102)2178/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-846/2024 nömrəli qərarları).

13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

15. Yuxarıda göstərilənlərə əsasən m əhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar 2025-ci il tarixli, 21(103)-666/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar